Azərbaycan Hava Yolları “qsc”



Yüklə 89,19 Kb.
tarix26.11.2023
ölçüsü89,19 Kb.
#134863
lab İnci m rabia

Azərbaycan Hava Yolları “QSC”


Milli Aviasiya Akademiyası



Laboratoriya işi-3
Fakültə: Fizika-Texnologiya
Qrup: 2561a
İxtisas: Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
Fənn: Rəqəmsal Elektronika
Mövzu: Nor(Və ya-yox)
Müəllim: Əliyeva İnci
Tələbə: Yelgioğlu Rabiyə
BAKU 2023


«Və ya - yox» məntiq elementi funksiyasını yerinə yetirir və paralel qoşulmuş tranzistorlar üzərində yaradıla bilər (şəkil 1.12).
Girişlərin heç olmasa birində «1» səviyyəli siqnal olduqda uyğun tranzistor açılır, onun kollektor-emitter keçidinin müqaviməti çox kiçik olur və digər bağlı tranzistoru şuntlayır (qapayır). Kollektorda düşən gərginlik də «0» səviyyəli gərginliyə uyğun gəlir. Bütün girişlərdə eyni zamanda «0» səviyyəli siqnal olduqda bütün tranzistorlar bağlanır və ümumi kollektordakı gərginlik də «1» səviyyəli gərginliyə uyğun olur.



Şəkil 1.12. «Və ya - yox» məntiq elementi və vəziyyət cədvəli.

«Və - yox» məntiq elementi funksiyasını yerinə yetirir və ardıcıl qoşulmuş tranzistorlar üzərində yaradıla bilər (şəkil 1.13).


Girişlərin heç olmasa birində «0» səviyyəli siqnal olduqda uyğun tranzistor bağlanır, kolektor-emitter keçidinin müqaviməti çox böyük olur. Kollektorda düşən gərginlik «1» səviyyəli siqnala uyğun gəlir. Bütün girişlərdə eyni zamanda «1» səviyyəli siqnal olduqda isə bütün tranzistorlar açılır, onların emitter-kollektor keçidlərinin müqavimətləri çox azalır və onlarda ayrılan gərginlik «0» səviyyəli gərginliyə uyğun gəlir.



Şəkil 1.13. «Və - yox» məntiq elementi və vəziyyət cədvəli.
Yüklə 89,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin