Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi



Yüklə 70,76 Kb.
səhifə1/2
tarix05.01.2022
ölçüsü70,76 Kb.
#111670
  1   2



Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi


Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin

650 –illik yubileyi münasibətilə


Həqiqət əhli olasan, görənə hər nə ki, var,

Dəmində mərifətindən buluna çox həsənat.
Səni diri tutanı sən bilirsən əlbət əziz

Ki, hər nəfəsdə bulasan eyicə qədrü bərat.

Tərtib edən: A.Dadaşova.

Metodika və Biblioqrafiya”şöbəsi



Neftçala- 2019

650 il öncə...

Böyük söz ustadı İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında.

Altı yüz əlli ildir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin adı Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir.

İmadəddin Nəsimi əsrlərin ən güclü Azərbaycan dilində şeirlərin ilk gözəl örnəklərini verən, düşüncələrini yüksək ədəbi bir dillə ifadə etməyi bacaran görkəmli şairlərindəndir. Nəsiminin ömür yolu haqqında geniş məlumatlar mövcuddur .

Seyid İmadəddin Nəsimi 1369 –cu ildə Azerbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində anadan olmuşdur . Şairin əsil adı Əlidir. Bəzi mənbələrdə “Ömər” də deyilməkdədir. Peyğəmbər nəslindən olduğu üçün “Seyid” adlandırılmışdır. “Quran”dan hədisləri, həmçinin dini ədəbiyyatları dərindən öyrəndiyinə görə “İmadəddin”, yəni “dinin dayağı” ləqəbini almışdır. “Nəsimi” təxəllüsünü isə hürufiliyin banisi, mürşüdü Fəzlullah Nəyimidən almışdır. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxslərdən sayılmışdır. Nəsiminin bir qardaşı da vardır . Onun Şamaxıda yaşaması, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı deyilməkdədir. Və Şamaxıda Şah Xəndan qəbristanlığında dəfn olunması məlumdur.

Nəsiminin Şərq şeirlərinin müxtəlif janırlarında əsərləri vardır. Bunlardan, məsnəvi, qəsidə, qəzəl, tuyuq, müstəzad, tərcibənd, kimin şeir şəkillərindən istifadə edərək öz yaracılığında istifadə etmişdir. Şair əsasən üç dildə - Azərbaycan türkcəsi, ərəb və fars dillərində əsərlər yazmışdır. Ancaq yaracılığında ən əsas yeri qəzəl tutmuşdur.

1394 –cü ildə ustadı Nəyimi edam edildikdən sonra onun “Vəsiyyətnamə”sinə əsasən Nəsimi Təbrizə, ordan da Anadoluya (Türkiyə) getmiş hürufilik fikrini yaydığı üçün dəfələrlə zindana salındığı deyilməkdədir. Şair ömrünün son illərini Hələbdə (Suriyada) yaşamış, ordan da həbs olunmuş “kafir” , “dinsiz” elan edilmişdir.

Uzun müddət zindan əzabı çəkən şair , 1417-ci ildə Hələb hökümdarının əmri ilə yenidən zindana atılmışdır. Din məclisində Əl-Müəyyəd şairin diri-diri dərisinin soyulmasını və yeddi gün Hələbdə ibrət olaraq göstərilməsi əmrini vermişdir. Və faciəli bir şəkildə şair edam edilmişdir.

Şairin ölümü haqqında bir-birindən fərqli fikirlər vardır. Bir fərziyəyə görə , şair belə edam edilir:

“Bir gün Hələb şəhərində gənc bir hürufi şairin şeirini yüksək səslə oxuyurmuş, gənci tuturlar, gəncdən bu şeiri kimin yazdığını soruşurlar. Gənc, şeiri özü yazdığını söylədiyində, dini liderlər tərəfindən edam fərmanı verilir. Vəziyyətdən xəbər tutan şair şeiri özü yazdığını bildirir. Ruhanilər də onun hürufi mürşüdü olduğunu öyrənib, diri-diri soyulması əmrini verirlər. Dərisi soyulduğunda qan itirən şairin rəngi solduğunu, saraldıgını görən ruhani belə sualla şairə müraciət edirlər : -Sən ki, həqqsən , bəs niyə rəngin sarıdır?

Nəsimi: “Mən əbədiyyət üfüqündə doğan eşq günəşiyəm, Günəş batarkən saralar”- deyə cavab verir.

Şairin ölümünə fətva verən ruhani qəzəblənərək onun qanı nəyə düşərsə kəsilib atılacaq deyə qərar verir. Və Şairin qan damlasından bir damla ruhaninin barmağına sıçradığından camaat ondan barmağını kəs at, deyə tələb edirlər. O, isə söz gəlişi dedim deyə oranı tərk etməyə başlamışdır. Al qan içərsində olan şair ruhaninin arxasıyca belə demişdir:

“Zahidin bir barmağını kəssən dönüb həqqdən qaçar,

Gör bu gərçək aşiqi sərpa soyarlar ağrımaz!”
- deyərək gözlərini əbədiyyən yummuşdur. Dahi şair Hələb şəhərində dəfn edilmişdir. Hal –hazırda, bu günümüzdə o yer ziyyarət olaraq anılmaqdadır.

Canə sən candan nə kim , gəlsə, cigərlər ağrımaz

Həq bilir, bir zərrə nəştərdən damarlar ağrımaz.

Şaha, mehrindən mindir, ya aşinalıqdanmıdır,

Cismimi sər ta qədəm min gəz yararlar agrimaz.

Fitvasından zahidin nahəq məni gər soyarlar,

Qəm degil səndən şəha görcək damarlar ağrımaz .

Zahidin əfsanəsindən soydular nahaq məni,

Həq bilir səndən, şəha sahibnəzərlər ağrımaz.

Şişəmi çün daşa çaldım , həqqi izhar eylədim,

Çeşmi-əhval ağrıdan arif bəsərlər ağrımaz.

Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,

Gör bu gərçək aşiqi sərpa soyarlar ağrımaz .

Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. Nəsimi lirik şairdir. Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularda əsər də yazmışdır . Görkəmli Şair Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur. O həyat və cəmiyyət haqqında açıq deyilməsi, qorxulu olan tənqidi fikirlərin aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləmişdir.

Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir.

Nəsimi əsərləri Yaxın şərqdə geniş yayılmasına baxmayaraq, bu vaxta qədər toplanaraq çox mükəmməl şəkildə nəşr edilib. Əsərləri ilk dəfə 1844-cü ildə, sonra 1871 və 1880-ci illərdə İstanbulda çap olunub. Çap edilən əsərlərin bir qisminin başında şairin bir çox şeirləri fars dilində verilmişdir. 1926-cı ildə ədəbiyyatşünas Azərbaycanın ən görkəmli nümayəndələrindən olan Salman Mümtaz Nəsiminin divanını ərəb dilində nəşr etdirmişdir.

Nəsimi yaradıcılığı dilçilik, xüsusilə, Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxmından da müstəsna əhmiyyətə malikdir.

Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Onun rübailəri, tuyuqları bədii quruluşu və məzmunca orijinal və çox qiymətlidir. Nəsiminin ana dilində yazdığı əsərlərinin Azərbaycan şeirinin inkişafında , o cümlədən Füzuli , Xətai, Vaqif kimi böyük mütəfəkkirlərin yaradıcılığında qüvvətli təsir göstərmişdir.

Nəsimi yaradıcılığı 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına (türk, türkmən, özbək və s.) təsir göstərmişdir.

Qeyd etmək lazımdır ki, Nəsiminin divanı Azərbaycanda 1972-ci ildə Həmid Məmmədzadə tərəfindən çap olunmuş və İranda da bir dəfə “Gecə qaranlığında simurq” adı ilə Seyid Əli Salehi təşəbbüsü , 1968 –ci ildə Hüseyin Ahi , 1980 ci-ildə Foriği nəşriyyatı vasitəsilə və 1972- ci ildə isə Nəşri Nəi tərəfindən Cəlal Pendirinin səyi ilə çap edilmişdir. Bu divan Nəsiminin əlyazma divanları içərisində ən iri həcmlilərindəndir. Buraya 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad , 603 rübai, 3 qitə daxildir.

Nəsimi yaradıcılığının ana xətti insanın Allahla eyniləşdirilməsi və ilahiliyi ideyasından keçir, Nəsiminin belə düşüncələri poetik tərzdə ifadə eləyən məşhur qəzəllərindən birini nümunə göstərək.

SIĞAMAZAM

Məndə sığar iki cahan , mən bu cahana sığmazam

Gövhəri- laməkan mənəm, kövnü məkana sığmazam.

Ərşilə fərşü kafü nun məndə bulundu cümlə çün ,

Kəs sözünü və əbsəm ol, şərhi-bəyanə sığmazam .

Kövni- məkandır ayətim, zatidürür bidayətim,

Sən bu nişanla bil məni , bil ki nişana sığmazam.

Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş ,

Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.

Surətə baxü mənini surət içində tanı kim,

Cism ilə can mənəm , vəli cism ilə cana sığmazam .

Həm sədəfəm , həm inciyəm , həşrü sirat əsinciyəm ,

Bunca qumaşu rəxt ilə mən bu dükana sığmazam.

Gənc-nihan mənəm mən uş, eyni-ayən mənəm, mən uş,

Gövhəri-kan mənəm , mən uş, bəhrəvü kana sığmazam.

XIV dövrün ikinci yarısında Nəsimi ilə yanaşı, Qazi Bürhanəddin və Əhmədi kimi böyük şairlərin şeirləri türk ədəbiyyatında da sevilməkdə idi. Nəsiminin sənət həyatını iki dövrə ayırmaq olar. Həyatın ilk dövrünü haqq aşiqi , doğru yolu axtaran bir Nəsimi vardır. Bu dövrü Cəlaləddin-i Rumi-nin təsiri böyükdür. Beləcə dövrə aid məsnəvi, qəzəl, tuyuqları bir divana sığacaq qədər çoxdur. İkinci dövrünü isə şeirlərə həsr etmişdir.

Dərya-yı muhit cuşa gəldi

Kəvin ilə məkan huruşa gəldi.

Sirr-i əzəl oldu aşikarə,

Arif nicə eyləsün müdarə.

Bu beytdə gördüyümüz kimi, Nəsimi özünü dəniz və arif olduğunu görməyə başlayaraq , Quran və onun hədislərindən bəhrələnərək şeirlər yazmağa başlamışdır.

Bi-vəfasına dünyadə umma vəfa

Çunki yoxdur dünya, yoxdan nə səfa,

Rəncinə düşüb onun çəkmə cəfa

Bulnmaz onun xəstəsi hərqız şifa.

Şəklindəki tuyuğunda da digər şeirlərində olduğu kimi özünün inancı və düşüncəsinə yer verir . Türk ədəbiyyatında tuyuğ dedikdə ağla Qazi Bürhanəddin gəlir, ancaq Nəsimi də eyni dövrdə tuyuğ yazdığı məlumdur.

Dalmişam şal bahara kim payanı yoh

Düşmüşəm şal rəncə kim hüsranı yoh

Görmüşəm şal bədri kim nöksanı yoh

Bulmuşam şol gənc kim viranı yoh.

Nəsimi yaradıcılığında qəzəl, tuyuğ, rübailərlə yanaşı, müstəzadların da böyük yeri vardır.

Hər kim ki, səni həq deyibən səcdəyə enməz,

İnkara düşübdür.

Qıl həzrətinizdən ani mərdud cü şeytan,

Ol üzü qərani.

Bu beytdə şair demək istəyir ki, Allahı tanımayan insan şeytanın qaranlığındadır. Şairin yazdığı məsnəvilər də məşhurdur.

Ey həqq istəyən , gəl insan ol.

Qara daş olma , lə -lü mərcan ol.

Kim ki, bildi buları insandır.

Bilməyən anı bil ki, şeytandır.

Şairin məsnəviləri də dillərə dastandır. Hər bir məsnəvisində Allaha olan eşqi tərənnüm edib yuxarıdakı misrada da bildirir ki, şair: “Ey insan Allahı tanı, haqqı tanı, müdrikləş . Allahın qapısı yalnız şeytana bağlıdır. Bunu bilən insandır”.

Azərbaycan Respublikası müstəqilik əldə etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna dahi şairin Nəsiminin adı verilmişdir.

Dahi şairlə bağlı 1973-cü ildə rejissor Həsən Seyidbəyli tərəfindən film də çəkilmişdir. Filmdə Nəsimi rolunu Rasim Balayev canlandırımışdır. Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmaddədin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdir. Kinomatoqrafçılar da Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə “ Nəsimi” bədii filmini çəkmişlər. Həm elmi , həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət etmişlər. Film İsa Hüseynovun “Məhşər” romanı əsasında çəkilib. Film şairin doğulduğu Şamaxı, Naxçıvan, Bakı və Dəməşq şəhərlərində, Nəsiminin yaşadığı və yaradıcılığı ilə məşğul olduğu Hələb şəhərində çəkilmişdir. Şairin yaradıcılığı barədə N.Tixonov, yazıçı Mirzə İbrahimov, şair S.Vasilyev, kinorejissor və yazıçı Həsən Seyidbəyli söz deyirlər. Filmdə Nəsiminin qəzəlləri, lirik şeirləri və fəlsəfi fikirləri səslənir. “Nəsimi” yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbiidir. Film 2010-cu ildə bərpa edilmişdir.

15 Noyabr 2018- ci ildə Azərbaycan Respublikası Prezidenti növbəti ildə İmaddədin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.


Kataloq: front -> files -> libraries -> 2301 -> documents

Yüklə 70,76 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə