Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı dövlət Universiteti nəzdində



Yüklə 20,27 Kb.
tarix19.05.2022
ölçüsü20,27 Kb.
#116025
Auditin mahiyyəti, əhəmiyyəti və ümumi məzmunu

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı dövlət Universiteti nəzdində
İqtisadiyyat və Humanitar kollec
İxtisas: Bank işi
Fənn: Audit

Sərbəst iş N – 1


Mövzu: Auditin mahiyyəti, əhəmiyyəti və ümumi məzmunu
Şöbə: İqtisadiyyat
Qrup: 386
Kurs: 2
Tələbə: Cəfərova Albina
Müəllim: Həsənova Günay

Bakı – 2022


Auditin yaranma tarixi çox qədimdir. Hələ Yaxın Şərqin qədim sivilizasiyası dövründə (e.ə. 4000-ci il) dövlətlər yаrаnmış, təsərrüfat fəaliyyəti qurulmağa və onlar öz gəlir və xərclərin hesablamаq üçün hesabatların tərtib olunmasına başlamışdır. Bu isə öz növbəsində məmurlar tərəfindən səhvlərin və sui istifadənin azalmasını təmin etmək məqsədi ilə auditin təşkil edilməsi zəruriyyətini doğurmuşdur.

E.ə. V əsrdə Afinada dövlətin gəlir və xərclərinə auditorların üzv olduqları xalq yığıncağının maliyyə orqanı nəzarət edirdi. Romada dövlətin maliyyəsinə Se- nat tərəfindən nəzarət edilirdi, auditorlar isə xəzinədarın nəzarəti altında dövlət büdcəsini yoxlayırdılar. Romalılar vergilərin toplanması üçün məsuliyyət daşıyan vəzifəli şəxslər arasında yoxlama və qarşılıqlı yoxlamanın aparılmasının mürəkkəb sistemini yaratmışdılar. Eramızın I əsrindən başlayaraq maliyyə vəsaitləri üzərində nəzarəti kuratorlar həyata keçirirdilər. Dövlət gəlirlərinin daxil olması üzərində nə- zarəti təmin edən prokuratura və kvestorlar onlarla birlikdə çalışırdılar.


Bir sıra alimlər auditin yaranması tarixi və onun bərqərar olmasının iki mər- hələsini fərqləndirirlər.

Beləliklə, ilkin audit iki sferada inkişaf etməyə başlamışdır: şəhər nümayəndələri tərəfindən məmurların fiskal siyasətinin yoxlanılmasında, vergi ödəyiciləri olan təsərrüfatlarda uçot yazılışlarının və vergi tutulan mənfəət məbləüinin hesablanmasının düzgünlüyünün auditorlar tərəfindən yoxlanılmasında.


Mühasibat uçotu haqqında elmin əsaslarını əks etdirən, mühasibat uçotuna həsr edilmiş ilk kitabın - "Hesablar və yazılışlar haqqında trakt”ın müəllifi Luk Paçoli (1445-1515) nəzarətin zəruriliyini göstərmişdir. O yazırdı ki, Senat düzəl- məyən maklerləri və mühasibləri ciddi cəzalandırır və "mən əvvəllər buraxdığı səhvlərə görə cəzalandırılan çox insanları tanıyırdım. Düzgün olaraq həmin təşki- latlarda kitabların doğru və ya yanlışlıqlara yol verilməklə tərtib olunmasını yoxlayan şəxslər təyin edildi".


Auditin yaranması. Fəaliyyət növü kimi auditə IX əsrdə Ingiltərədə kadastr Vilhelm tərəfindən "Ingiltərə təsərrüfat həyatında hesab və ölçüyə" təkan verildi. Bu zaman romalıların mühasibat qaydaları iqtisadi halların uçota alınmasında istifadə olurdu. Məhz o vaxt mühasib (accountant) ümumi anlayışından auditor (auditor) anlayışı ayrılmaüa başlamışdır. London işgüzar dairəsində audit 1200-cü ildən tətbiq olunub. Kralın audit haqqında ilk yazılı məlumat XIII-XIV əsrlərə aid edilir. Belə ki, məsələn, 1298- ci ildə Ingiltərədə tərkibində şəhərin meri, munisipalitet üzvləri, şerif və digər şəxslər daxil olan auditor komissiyası tərəfindən London Sitinin qofmeystrinin fəaliyyəti yoxlanılmışdır.


Artıq 1324-cü ildə kralın yazılı fərmanı ilə Oksford, Berkşir, Cənubi Emiton, Uils, Samset və Dorsetdə auditorlar təyin edilmiş, uçot kitablarından məhkəmədə sübut kimi istifadə olunmaüa başlamışdır. Təqribən həmin illərdə London Sitidə seçilmiş vəzifəli şəxslərin tərkibində auditorlar da var idi. Həmin dövrdən başlayaraq arxivlərdə munisipalitetlərin, xüsusi torpaq sahiblərinin və digər bizneslə məşüul olanların hesabatının mütəmadi auditinin aparılması haqda çoxsaylı faktlar vardır.


Bazar iqtisadiyyatında müəssisələrin fəaliyyəti haqqında həqiqi informa- siyalar mühüm rol oynayır. Bu, ilk növbədə sаhibkаr üçün müəssisənin fəaliy- yətinin inkişaf etdirilməsi strateqiyasının hazırlanması və səmərəliliyin yüksəldil- məsi metodlarının müəyyən edilməsi, dövlət orqanları üçün vergitutma ilə əla- qədar haqda qanunveriæilik aktlarına əməl olunmasına nəzarət, banklara, digər kreditorlara və sığorta şirkətlərinə müəssisənin ödəmə qabiliyyətini və kreditlərin qay- tarılması ehtimalının qiymətləndirilməsi, sığorta riskinin müəyyən edilməsi üçün zəruridir. Eyni zamanda malgöndərənlər, alıcılar, investorlar və təsərrüfat subyekti ilə işgüzar qarşılıqlı əlaqələrə malik olan müəssisə və təşkilatlar da informa- siyaların dürüst olmasında maraqlıdır.


Inkişaf etmiş bazar yönlü bütün dövlətlərdə mühasibat uçotunun, eləcə də dövlət orqanlarına təqdim olunan və nəşr olunan maliyyə hesabatlarının düzgünlüyünə müstəqil nəzarət həyata keçirilir. Belə nəzarət audit adlanır.

Аudit "audio" - latın sözündən götürülmüş və mənası "o, eşidir", auditorun ingilis dilindən tərcüməsini "fikir söyləyən" olduğunu iddia edilir. Belə ki, məsələn, R.Adams auditi nəşr olunmuş maliyyə hesabatlarının həqiqətə uyğunluğunun təsdiq edilməsi üçün fəaliyyət, Y.M.Utkin isə yoxlanılan şirkətdə işləməyən müstəqil diplomlu mühasiblər tərəfindən həyata keçirilən maliyyə hesabatlarının yoxlanılması kimi səciyyələndirir.


Audit üzrə beynəlxalq normativlərə görə audit - obyektin mənfəət əldə edib- etməməsindən, həcmindən və təşkilati formasından asılı olmayaraq nəşr olunmuş maliyyə hesabatlarının və ya ona aid maliyyə informasiyalarının gələcək fikirlərin formalaşdırılması məqsədi ilə aparılan müstəqil yoxlanmasıdır.

"Auditor xidməti haqqında" AR Qanununda göstərilir ki, audit- əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır. Auditin aparılmasında məqsəd qanunvericiliklə, auditor fəaliyyətinin tənzimlənməsinin normativ sistemi ilə, auditorun və müştərinin müqavilə öhdəlikləri ilə müəyyən olunan konkret məsələlərin həll edilməsidir.


Nəzarət forması kimi audit hesabat dövrü üçün aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin əks etdirilməsinin dürüstlüyünü, tamlığını, dəqiqliyini müəyyən etmək məqsədi ilə təsərrüfat subyektinin möv-cud qanunvericiliyə müvafiq tərtib etdiyi illik maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Dövlətin, müəssisə rəhbərliyinin və onun sahiblərinin (payçıların, səhmdarların) qarşılıqlı maraqları onun əsasını təşkil edir.


Аuditor fəaliyyətini yalnız yoxlama kimi xarakterizə etmək olmaz. Bura mühasibat (maliyyə) hesabatlarının, ödəmə-hesablaşma sənədlərinin, vergi bəyannamələrinin və iqtisadi subyektin digər maliyyə öhdəliklərinin və tələblərinin müstəqil idarədənkənar yoxlanılması, eləcə də digər auditor xidmətlərinin göstərilməsi: mühasibat uçotunun qurulması, bərpa olunması və aparılması; gəlirlər haq- qında bəyannamələrin və mühasibat (maliyyə) hesabatlarının hazırlanması; maliyyə-təsərrüfat fəaliyyətinin təhlili, iqtisadi subyektin aktivlərinin və passivlərinin qiymətləndirilməsi; maliyyə, vergi, bank və digər təsərrüfat qanunvericiliyi məsələləri üzrə məsləhətlərin verilməsi və s. daxildir.


Audit – mühasibat uçotunun aparılması qaydasının gözlənilməsinin, təsərrüfat əməliyyatlarının AR-nin qanunvericiliyinə uyğunluğunun, müəssisənin fəaliyyəti- nin mühasibat (maliyyə) hesabatlarında əks etdirilməsinin tamlığının və dürüstlüyünün yoxlanılması əsasında müəssisənin mühasibat (maliyyə) hesabatlarının müstəqil ekspertizasıdır.

Audit müstəqil təftiş keyfiyyətinə malik olsa da, onun fəaliyyəti yalnız mühasibat və maliyyə hesabatlarının yoxlanması ilə məhdudlaşa bilməz. Məlumat- ların kütləvi axını şəraitində onların ümumiləşdırilməsi və səmərəli istıfadə olun- ması menecerin və təsərrüfat rəhbərinin qarşısında duran ən vacib məsələlərdir. Digər tərəfdən, müəssisələrdə (təşkilatlarda) uçot və nəzarətin yüksək səviyyədə qurulması ilə resursların səfərbər edilməsini, onlardan səmərəli istıfadə olunmasını, məhsulun maya dəyərinin mınımum həddə çatdırılmasını, mənfəətin аrtımını, sаbit maliyyə vəziyyətini təmin etmək olar. Auditin məqsəd və vəzıfələrı bu prinsiplər üzərində qurulur.


Auditor nəzarəti üzrə əsas məqsədə çatmaq və müştəriyə rəyi təqdim etmək üçün auditor aşağıdakı məsələlər üzrə öz fikrini fоrmаlаşdırmаlıdır:

  • hesabatların ümum qəbul edilməsi (hesabatın bütövlükdə bütün tələblərə cavab verməsi, yanlış informasiyaları özündə əks etdirməməsi);

  • əsaslı olması (hesabatda göstərilən məbləğlərin hesabata daxil edilməsi haqda əsasın olması);

  • qiymətləndirmə (bütün kateqoriyaların düzgün qiymətləndirilməsi, düzgün hesablanması);

  • təsnifləşdirmə (hesablarda əks etdirilən məbləğlərin həqiqətən də həmin hesablara aid olmasına inanmaq üçün əsasın olması);

  • bölgü (balansın tərtib olunması tarixinə qədər və ya bilavasitə ondan sonra aparılmış əməliyyatların aparılan dövrə aid edilməsi);

  • dəqiqlik (ayrı-ayrı əməliyyatlar üzrə məbləğlərin analitik uçot kitablarında və jurnallarında əks olunan məlumatlara uyğunluğu, onların yekununun düzgünlğyğ, Baş kitabda verilmiş məlumatların yekun məbləğlərinə uyğunluğu);

  • açıqlanması (bütün kateqoriyaların maliyyə hesabatlarına köçğrğlməsi və hesabatlarda və onlara əlavələrdə düzgün əks etdirilməsi).

Yüklə 20,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə