“Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında



Yüklə 77,66 Kb.
tarix09.07.2018
ölçüsü77,66 Kb.
#56291
növüQaydalar

 «Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları»nın təsdiq edilməsi barədə

 AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

«Azərbaycan Respublikasında buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 noyabr tarixli 179 nömrəli qərarının 3-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:



1. «Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 16 noyabr 2007-ci il

№ 181

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 



Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi

 QAYDALARI

 1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə hazırlanmışdır və buğda və çəltik istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydalarını və şərtlərini müəyyən edir.



1.2. Buğda və çəltik istehsalçılarına yardımın verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 192) ilə təsdiq edilmiş 3 nömrəli əlavədə - «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 2007-ci ilin dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 80 milyon manat vəsaitin Bölgüsü»ndə nəzərdə tutulmuş yanacaq və motor yağlarına görə istehsalçılara yardımın verilməsinə ayrılmış vəsaitin istifadə olunmamış hissəsi hesabına, çatışmayan vəsait isə mineral gübrələrin istehsalçılara güzəştlə satılmasına ayrılmış vəsait hesabına həyata keçirilir.

 

2. VƏSAİTİN VERİLMƏSİ QAYDALARI VƏ ŞƏRTLƏRİ

 

2.1. Buğda və çəltik əkini aparan istehsalçılara vəsait verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - «Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları» ilə müəyyən edilən tələblərə uyğun kənd ərazi komissiyaları, rayon (şəhər) komissiyaları tərəfindən həyata keçirilir və Respublika Komissiyasının qərarı ilə tənzimlənir.



2.2. İstehsalçı buğda və çəltik səpinini başa çatdırdıqdan sonra hər hektar buğda və çəltik sahəsinə yardım almaq üçün ərizə ilə bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun cədvəl üzrə məlumatları və tələb olunan sənədləri (torpağa mülkiyyət və istifadə hüququnu, şəxsiyyətini, statistika idarəsində və vergi orqanlarında (hüquqi şəxs üçün) qeydiyyata alınmasını təsdiq edən sənədlərin surətini, bank hesabını) 2007-ci il 1 dekabr tarixinə kimi kənd ərazi komissiyasına təqdim edir.

2.3. Kənd ərazi komissiyası istehsalçıdan buğda və çəltik səpini barədə ərizə daxil olduqdan sonra 3 (üç) gün müddətində istehsalçının iştirakı ilə buğda və çəltik səpinini yerində yoxlayır və üç nüsxədən ibarət akt tərtib edir. Aktın bir nüsxəsi istehsalçıya verilir.

2.4. Kənd ərazi komissiyası buğda və çəltik səpini ilə məşğul olan istehsalçıların siyahısını və buğda və çəltik səpini sahəsi, veriləcək yardımın və əvvəllər verilmiş plastik kartların nömrəsi barədə məlumatı bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun tərtib edir və baxılmaq üçün 3 dekabr tarixdən gec olmayaraq, rayon (şəhər) komissiyasına təqdim edir.

2.5. Rayon (şəhər) komissiyası işçi qrupunun vasitəsi ilə kənd ərazi komissiyalarından daxil olan məlumatları 3 gün müddətində təhlil edir, sual doğuran məqamları kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırır, sonra icmal siyahını bu Qaydaların 3 nömrəli əlavəsinə uyğun tərtib edir. Həmin siyahı komissiya üzvləri tərəfindən imzalandıqdan sonra təsdiq üçün rayon (şəhər) icra hakimiyyətinin başçısına təqdim edilir.

2.6. Rayon komissiyası rayon (şəhər) icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş icmal siyahını (2 və 3 nömrəli əlavələr) 8 dekabr tarixdən gec olmayaraq, müvafiq qaydada Respublika Komissiyasına və Naxçıvan Muxtar Respublikası Komissiyasına təqdim edir.

2.7. Respublika Komissiyası müvafiq rayon (şəhər) icra hakimiyyəti başçısının imzası ilə daxil olan icmal siyahılara 5 (beş) gün müddətində baxır, buğda və çəltik səpilmiş hər hektar əkin sahəsinə görə istehsalçılara 40 manat hesabı ilə yardımın (vəsaitin) verilməsi barədə qərar qəbul edir. Respublika Komissiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və «Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə müvafiq banklar vasitəsilə istehsalçılara çatacaq vəsaitin müəyyən olunmuş qaydada cari ilin sonunadək əvvəlki plastik kartlarla verilməsini təşkil edir və bu barədə müvafiq rayon (şəhər) icra hakimiyyətinə məlumat göndərir.

2.8. Buğda və çəltik istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsinin rəsmiləşdirilməsi ilə bağlı blank və formaların hazırlanması da bu vəsait hesabına həyata keçirilir.

 

3. HESABAT VƏ NƏZARƏT

 

3.1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Komissiyası və müvafiq rayon (şəhər) icra hakimiyyətləri hər il 1 yanvar tarixinə ayrılmış büdcə vəsaitinin istifadəsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Respublika Komissiyasına hesabat təqdim edirlər.



3.2. İstehsalçılara buğda və çəltik səpininə görə dövlət büdcəsindən ayrılmış vəsait hesabına yardımın təyinatı üzrə verilməsi üzərində nəzarət qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılır.

 

4. MƏSULİYYƏT

 

Bu Qaydaların tələblərini pozan buğda və çəltik istehsalçıları və müvafiq ərazi və rayon komissiyaları qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 «Buğda və çəltik istehsalçılarının maddi marağının  artırılması və buğda və çəltik  istehsalının stimullaşdırılması məqsədi ilə dövlət  büdcəsinin vəsaiti hesabına  yardım verilməsi  Qaydaları»na  

 

1 nömrəli ƏLAVƏ

 

_________________      ____________            ____________________________



           rayon (şəhər)                                          kənd                                                               soyadı, adı, atasının adı  

 

_______ 200  -ci il tarixinə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində buğda və çəltik  səpini aparılması barədə

 

M Ə L U M A T

                                                             

    cədvəl (nümunə)

Cəmi buğda və çəltik səpini aparılıb (hektar)

O cümlədən

Mülkiyyətində

olan torpaq sahəsində

İcarəsində və ya istifadəsində olan torpaq sahəsində

 

hektar

hüququna dair sənədin nömrəsi

hektar

hüququna dair sənədin nömrəsi

1

2

3

4

5

..

 

 



 

..

..

..

..

 

  

Fiziki şəxsin soyadı, adı və atasının adı                              İmza



_____________________________              _________________

 

 



 

 

 



«TƏSDİQ EDİRƏM»                                        

______ rayon (şəhər)                                  

icra hakimiyyəti başçısı                              

____________________                            

«    » _______ 200  -ci il                             

                               



«Buğda və çəltik istehsalçılarının maddi marağının  artırılması və buğda və çəltik  istehsalının stimullaşdırılması məqsədi ilə dövlət  büdcəsinin vəsaiti hesabına  yardım verilməsi  Qaydaları»na

2 nömrəli ƏLAVƏ

 


 

                                                               

     

______________      _____________________________ üzrə _______________ 200   -ci  il tarixə  buğda və çəltik



    rayon (şəhər)                               kənd (ərazi)

səpini aparan şəxslərin siyahısı və onlara veriləcək yardımın məbləği barədə

 

M Ə L U M A T        

cədvəl (nümunə)

Sıra

№-si


Fiziki şəxsin

soyadı, adı

və atasının adı


Buğda və çəltik əkini

sahəsində səpin

 aparmışdır (hektar)


Veriləcək yardımın

məbləği


(manat, qəpik)

Nazirlər Kabinetinin 2007-ci il

15 fevral tarixli 32 nömrəli qərarının

1 nömrəli əlavəsi ilə təsdiq edilmiş

Qaydaların 2.9-cu bəndinə əsasən

verilmiş plastik kartın nömrəsi


1

          2

        3

            4

                      5

1.

 

 

 

 

2.

 

 

 

 

:

 

 

 

 

:

 

 

 

 

35.

 

 

 

 

:

 

 

 

 

:

 

 

 

 

285.

 

 

 

 

cəmi

285


 

 

 

 

 

 

 



Kənd ərazi komissiyasının

sədri                                                                          

 soyadı, adı,          

atasının adı

:

:                                                                    



Kənd ərazi komissiyasının üzvləri                   İmza, möhür

(vəzifələri göstərilməklə):

            :                                                                                    :

            :                                                                                    :

            :                                                                                    :

            :                                                                                    :



          «TƏSDİQ EDİRƏM»                                        

______ rayon (şəhər)                                  

icra hakimiyyəti başçısı                              

____________________                             

«    » _______ 200  -ci il                             

                               



«Buğda və çəltik istehsalçılarının maddi marağının  artırılması və buğda və çəltik  istehsalının stimullaşdırılması məqsədi ilə dövlət  büdcəsinin vəsaiti hesabına  yardım verilməsi  Qaydaları»na

3 nömrəli ƏLAVƏ

 


 

__________200 -ci il tarixinə ____________ üzrə kənd ərazi komissiyalarının buğda və çəltik səpini aparılmasına görə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək yardım haqqında icmal

 

İ C M A L   M Ə L U M A T

 

                                                                                               cədvəl (nümunə)



Sıra

№-si


Kənd ərazi

komissiyaları



Buğda və çəltik səpini

aparmış


istehsalçıların

sayı


                       Buğda və çəltik səpini

cəmi hektar

veriləcək yardımın

məbləği (manat, qəpik)



1               1

2

3

4

5

1.

 

 

 

 

2.

 

 

 

 

.

12.

.

.

.

cəmi 35

 

 

 

 

 

Rayon (şəhər) ərazi komissiyasının

sədri                                                                                        soyadı, adı,

                                                                                                atasının adı

                                                                                                            :

                                                                                                           :

Rayon (şəhər) komissiyasının üzvləri                      İmza, möhür

(vəzifələri göstərilməklə):

                     :                                                                          :

                     :                                                                          :



 

 

 
Yüklə 77,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin