Mallar üZRƏ Ümumi müDDƏalar və ŞƏrtləR



Yüklə 31,85 Kb.
tarix26.06.2018
ölçüsü31,85 Kb.
#54849

MALLAR ÜZRƏ ÜMUMI MÜDDƏALAR VƏ ŞƏRTLƏR


  1. SİFARİŞİN QƏBUL EDİLMƏSİ

Sifariş yalnız Təchizatçı tərəfindən imzalandıqda və bir nüsxə geri qaytarıldıqda, və ya sifarişin şərtlərinə uyun olaraq mallar vaxtında çatdırıldıqda qəbul oluna bilər. Sifarişin qəbul olunması Tərəflər arasında müqavilənin imzalanması ilə nəticələnir ki, bu zaman Tərəflərin hüquq və vəzifələri Ümumi Şərtlər də daxil olmaqla bu Sifarişin müddəa və şərtlərinə əsasən müəyyən olunur. BMTİP-in səlahiyyətli rəsmisinin yazılı razılığı olmadan təchizatçının müqaviləyə təklif etdiyi əlavə və ya uyğun olmayan müddəalar üçün BMTİP məsuliyyət daşımır.




  1. ÖDƏNİŞ




      1. Çatdırılma Şərtləri yerinə yetirildikdə, Təchizatçı mallar üçün invoys və Sifarişdə müəyyən olunduğu kimi çatdırılma sənədlərinin surətini təqdim etdiyi gündən etibarən 30 gün ərzində BMTİP tərəfindən ödəniş edilir.

      2. Yuxarıda qeyd olunan invoysa əsasən ödəniş Sifarişin ödəniş şərtlərində göstərilmiş bütün güzəştləri əhatə edir, bu şərtlə ki, ödəniş ödəniş şərtlərinə əsasən tələb olunan müddət ərzində aparılcaq.

      3. BMTİP tərəfindən hazıtrlanmadığı təqdirdə, təchizatçı Sifariş əsasında invoys təqdim edir, və belə invoysda Sifarişin identifikasiya (qeydiyyat) nömrəsi göstərilir.

      4. Sifarişdə göstərilən qiymətlər BMTİP tərəfindən yazılı razılıq olmadan qaldırıla bilməz.


3. VERGİDƏN AZAD OLUNMA


    1. BMT-nin İmtiyazları və Toxunulmazlığı haqqında Konvensiaynın 7-ci bölməsi digər məsələlərlə yanaşı, BMT-nin, o cümlədən onun xaricdəki nümayəndəliklərinin kommunal xidmətlərə görə xərclərdən başqa bütün birbaşa vergilərdən, gömrük rüsum və ödənişlərindən, həmçinin təşkilatın rəsmi istifadəsi üçün idxal və ya ixrac olunan mal və əşyalara görə oxşar xərclərdən və rüsumlardan azad olduğunu nəzərdə tutur. Hər hansı dövlət strukturu BMT-nin bu vergilərdən azad olunması hüququnu tanımaqdan imtina etdikdə, Təchizatçı qarşılıqlı münasib prosedurun müəyyənləşdirilməsi üçün təxirə salınmadan BMTİP ilə məsləhətləşmələrə başlayır.




    1. Təchizatçı BMTİP ilə belə ödənişlər haqqında əvvəlcədən məsləhətləşmələr aparmadığı təqdirdə, bu cür vergi, rüsum və ödənişlərə aid məbləğin təqdim etdiyi qaimənin hesabından çıxarılması üçün BMTİP-yə müvafiq icazə verir, BMTİP isə hər bir konkret halda mübahisəli vergi, rüsum və ya ödənişlərin təmin edilməsi üçün Təchizatçıya müvafiq icazə verir. Bu təqdirdə İcraçı müvafiq qaydada razılaşdırılmış belə vergi, rüsum və ya ödənişlərin təmin edilməsi haqqında BMTİP-yə yazılı dəlil təqdim edir.


4. İTMƏ TƏHLÜKƏSİ
Sifarişin ön hissəsində Tərəflər arasında başqa şəkildə razılaşma olmadığı təqdirdə, malların itməsi və ya zədələnməsi halları Beynəlxalq Kommersiya Terminləri (İNCOTERM) 2000 “Gömrük rüsumu ödənmədən (DDU)” müvafiq olaraq həll edilir.
5. İXRAC LİSENZİYALARI
Sifariş sənədində hər hansı İNCOTERM-dən istifadə edilməsinə baxmayaraq, Təchizatçı mallar üzrə müəyyən ixrac lisenziyasına malik olmalıdır.
6. MALLARIN UYĞUNLUĞU/QABLAŞDIRMA
Təchizatçı zəmanət verir ki, mallar, eləcə də qablaşdırma Sifarişə uyğun olaraq texniki göstərişlərə cavab verir, bu mallar ümumiyyətlə istifadə edildiyi və BMTİP-in Təchizatçıya ifadə etdiyi məqsədlər üçün yararlıdır, habelə istehsal və materiallarda hər hansı qüsurdan azaddır. Təchizatçı həmçinin malların qorunmaq məqsədi ilə qablaşdırıldığına zəmanət verir.
7. YOXLAMA


  1. Mallar çatdırıldıqdan sonra BMTİP müəyyən vaxt ərzində həmin malları yoxlayır və Sifarişə uyğun olmayan malları qəbul etməkdən imtina edir. Sifariş əsasında çatdırılmış mallar üçün ödəniş çatdırılma yerində aparılmır.

  2. Daşınmadan əvvəl aparılmış yoxlama Təchizatçını müqavilə öhdəliklərindən azad etmir.


8. ƏQLİ MÜLKİYYƏT HÜQUQUNUN POZULMASI
Təchizatçı zəmanət verir ki, bu Sifarişə əsasən BMTİP tərəfindən istifadə və ya təchiz edilən mallar heç bir patent, dizayn, ticarət adı və ya ticarət markasından sui-istifadə etmir. Bundan başqa, Təchizatçı BMTİP və BMT-ni hər hansı patent, dizayn, ticarət adı və ya ticarət markasından sui-istifadə etmək əleyhinə irəli sürülmüş ittihamlardan qorumalı və müdafiə etməlidir.
9. BMTİP-in HÜQUQLARI
Təchizatçı Sifarişin şərtlərinə əməl etmədiyi, və ya ixrac lisenziyasına malik olmadığı, yaxud da malları və ya malların bir hissəsini razılaşdırılmış vaxtda çatdırmadığı təqdirdə BMTİP Təchizatçıya bildirdikdən, əlavə hüquq və vəsait tətbiq edilmədən aşağıdakıları edə bilər:


  1. Malları və ya malın bir hissəsini digər mənbədən əldə edə bilər, bu halda BMTİP Təchizatçıdan yaranan əlavə xərclər üçün məsuliyyət daşımağı tələb edə bilər.

  2. Malları və ya malın bir hissəsinin çatdırılmasından imtina edə bilər.

  3. Heç bir məsuliyyət tətbiq edilmədən Sifarişə xitam verə bilər.


10. GEC ÇATDIRILMA
Tərəflərin hüquq və vəzifələrini məhdudlaşdırmadan, Təchizatçı malları Sifarişdə müəyyən olunmuş vaxt ərzində çatdırmadıqda, Təchizatçı (i) dərhal BMTİP ilə əlaqə yaradıb malların çatdırılması üçün daha sürətli yollar araşdırmalı; (ii) Təchizatçının hesabına təcili üsullardan istifadə etməlidir (gecikmə halı Fors Major deyilsə).
11. TƏYİNAT VƏ ƏSASSIZLIQ
11.1 Təchizatçı, BMTİP-dən əldə edilmiş yazılı razılıq istisna olmaqla, Sifarişi və ya onun hər hansı bir hissəsini, yaxud da Sifariş altında Təchizatçının hüquq və vəzifələrini təyin, təqdim edə, girov qoya və ya başqa şəkildə istifadə edə bilməz.

11.2 Təchizatçı öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmadıqda və ya onun nəzarəti dəyişdikdə BMTİP əlavə hüquq və vəsait tətbiq etmədən Təchizatçıya yazılı xəbərdarlıq edərək Sifarişə xitam verir.


12. BMTİP VƏ YA BMT-NİN AD VƏ YA EMBLEMİNDƏN İSTİFADƏ QAYDALARI
Təchizatçı heç bir məqsəd üçün BMT və ya BMTİP-in adı, emblemi və rəsmi möhüründən istifadə edə bilməz.
13. REKLAMIN QADAĞAN EDİLMƏSİ
BMTİP-in icazəsi olmadan Təchizatçı BMTİP-i təchiz etdiyi mal və xidmətlər haqqında elan və ya açıqlama verə bilməz.


  1. UŞAQ ƏMƏYİ

Təchizatçı nə özünün, nədə ki onun təchizatçılarının digər məsələlərlə yanaşı, uşaqların təhlükəli hesab olunan, təhsillərinə mane olan, həmçinin səhhətləri, fiziki, əqli, ruhi, mənəvi və ya sosial inkişafları üçün təhlükəli olan işlərin icrasından müdafiəsini tələb edən Uşaq Hüquqları haqqında Konvensiyada, o cümlədən onun 32-ci maddəsində təsbit olunmuş hüquqlarına zidd heç bir işlə məşğul olmayacaqlarını təmin edir və buna zəmanət verir.


Bu təminatın və zəmanətin hər hansı şəkildə pozulması BMTİP tərfindən heç bir xərc çəkmədən İcraçını xəbərdar etməklə, bu Kontrakta dərhal xitam verməyə icazə verir.


  1. MİNALAR

Təchizatçı nə özünün, nədə ki onun təchizatçılarının minaların patentləşdirilməsi, hazırlanması, yığılması, istehsalı, alqı-satqısı və ya buraxılması, həmçinin əsasən minaların istehsalında istifadə olunan komponentlərin hazırlanmasına aid işlərə fəal şəkildə və birbaşa cəlb olunmamalarını təmin edir və buna zəmanət verir. “Minalar” Həddindən Artıq Təhlükəli və Dağıdıcı Qüvvəyə Malik Hesab Oluna Bilən Müəyyən Adi Silahların İstifadəsinin Qadağan Olunması və ya Məhdudlaşdırılması haqqında 1980-ci il Konvensiyasına əlavə edilmiş Protokolun 2-ci maddəsinin 1-ci, 4-cü və 5-ci bəndlərində anlayışı verilmiş cihazlar deməkdir.


Bu təminatın və zəmanətin hər hansı şəkildə pozulması BMTİP tərfindən xitamla bağlı heç bir xərcə məsuliyyət, həmçinin digər növ məsuliyyətləri daşımadan Təchizatçını xəbərdar etməklə, bu Kontrakta dərhal xitam verməyə icazə verir.


  1. MÜBAHİSƏLƏRİN HƏLLİ




    1. Sülh yolu ilə həll

Tərəflər bu Kontraktdan irəli gələn və ya ona aidiyyəti olan hər hansı mübahisənin, ziddiyyətin və iddianın və yaxud Kontraktın pozulmasının, xitamının və ya etibarsızlığının sülh yolu ilə həlli üçün əllərindən gələn bütün imkanlardan istifadə edirlər. Tərəflər mübahisənin sülh yolu ilə həllinə barışma vasitəsi ilə nail olmaq istədikləri təqdirdə, barışma UNCITRAL-ə uyğun təmin olunur.


Riayət olunacaq Barışma Qaydaları və ya ona oxşar digər prosedurlar tərəflər arasında razılaşdırıla bilər.


    1. Arbitraj

Tərəflər bu Kontraktdan irəli gələn və ya ona aidiyyəti olan hər hansı bir mübahisənin, ziddiyyətin və iddianın və yaxud Kontraktın pozulmasının, xitamının və ya etibarsızlığının bu maddənin bundan əvvəlki bəndində təsvir olunmuş sülh yolu ilə həllinə bir Tərəfin o biri Tərəfə məsələnin sülh yolu ilə həlli haqqında göndərdiyi xahiş alındıqdan sonra altmış (60) gün ərzində nail olmadıqları təqdirdə, bu cür mübahisə, ziddiyyət və ya iddia ilə bağlı hər bir Tərəf UNCITRAL-in Arbitraj Qaydalarına, o cümlədən müvafiq qanunun müddəalarına uyğun olaraq, arbitraja müraciət edir. Arbitraj məhkəməsi vurulmuş ziyanla bağlı ağır cəzalar haqqında qərar çıxarmaq səlahiyyətinə malik deyil. Tərəflər Arbitraj nəticəsində çıxarılmış hər bir qərara bu cür ziddəiyyət, iddia və ya mübahisənin həllinə yönəlmiş yekun qərar kimi yanaşırlar və ona riayət etməlidirlər.


17. İMTİYAZLAR VƏ TOXUNULMAZLIQ
Bu Kontraktdan irəli gələn və ya aidiyyəti olan məsələlərdən heç biri BMT-nin, o cümlədən onun xaricdəki nümayəndəliklərinin imtiyaz və toxunulmazlığından imtinanı və ya təsdiqi nəzərdə tutmur.

18. CİNSİ İSTİSMAR
18.1 Müqaviləçi hər hansı bir kəsin, hər hansı bir işçisinin və ya bu müqavilə üzrə müəyyən xidmət göstərən hər hansı bir şəxsin seksual istismarına yol verməmək üçün müvafiq tədbirlər görməlidir. Bu məqsədlə, on səkkiz yaşına çatmamış istənilən bir şəxslə cinsi əlaqə seksual istismar və həmin şəxsdən sui-istifadə hesab ediləcək. Bundan başqa, Müqaviləçi əməkdaşları və ya digər şəxsləri cinsi əlaqə qarşılığında mal, pul, xidmətlər, məşğulluq təkliflərindən istifadə etməkdən yayındırmaq üçün zəruri tədbirlər görməli, istismar və ya alçaldılmaya səbəb ola biləcək cinsi əlaqəyə cəlb etmənin qarşısını almalıdır. Müqaviləçi qəbul edir və razılaşır ki, verilmiş müddəalar Müqavilənin əsas şərtinə uyğundur və şərtlərə əməl edilmədiyi təqdirə BMTİP heç bir əlavə məsuliyyət olmadan dərhal müqaviləyə xitam verə bilər.

18.2 Müqaviləçinin əməkdaşları və ya xidmətlər təqdim etmək məqsədi ilə Müqaviləçi tərəfindən cəlb edilən hər hansı bir şəxs on səkkiz yaşına çatmamış şəxslə evli olduğu təqdirdə, cinsi əlaqə yarandıqda və bu evlilik ölkə qanunları tərəfindən qanuni hesab edildikdə BMTİP yuxarıda verilmiş standartları tətbiq etmir.


19.0 RƏSMİLƏR YARARLANA BİLMƏZLƏR:
Müqaviləçi zəmanət verir ki, BMTİP və ya BMT-nin heç bir rəsmi əməkdaşı müqavilədən mənfəət əldə etməmiş və etməyəcəkdir. Müqaviləçi razılaşır ki, bu müddəanın pozulması Müqavilənin əsas şərtinin pozulması kimi qiymətləndiriləcəkdir.
20. DƏYİŞİKLİK ETMƏK SƏLAHİYYƏTİ
BMTİP-in Maliyyə Qayda və Normalarına uyğun olaraq, yalnız BMTİP-in Səlahiyyətli rəsmisi BMTİP adından Müqaviləyə hər hansı dəyişikliklər etmək, hər hansı müddəanı ləğv və ya əlavə etmək iqtidarındadır. Müvafiq olaraq, Müqaviləyə edilmiş hər hansı dəyişiklik Müqaviləçi və BMTİP-in Səlahiyyətli Rəsmisinin birgə imzası olmadan etibarlı hesab olunmur.
Yüklə 31,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin