Müstəqillik və demokratiya
Heç bir ölkəyə bundan böyük bir səadət nəsib ola bilməz ki, onun hökuməti məmləkətin siyasi-iqtisadi müqəddəratını özü təyin edə və heç bir xarici ölkənin “fərmanı” altında olmaya.
Bununla belə, siyasi həyatda təcrübə gösterir ki, hər müstəqillik iddiasini edən hökumət, gərəkməz hətmən bir qeyri-müstəqil olan hökumətdən yaxşı ola. Bu üçün İran ölkəsini və yaxud Kambociyanı misal çəkmək olar. İranda Amerikaya bağlı olan Şah rejimi yıxılandan sonra “nə şərqə və nə qərbə” bağlı olan Mullalar rejimi iqtidar başına gəlib və Şərq despotizmin dəhşətli bir hökumətini bərpa etdilər. Kambociyada Pol-Pot rejimi iş üstünə gələndən sonra, dünyanın ən müstəqil hökumətlərindən birisi təşkil oldu. Lakin bu müstəqil-milli hökumət dünya tarixində misilsiz olan cinayəti öz xalqının haqqında icra etdi. Belə ki, bir il içində milyondan artıq insan qətlə yetirildi. Söz, mətbuat, sindika və hizblər azadlığı aradan götürüldü. Dövlət tərəfindən silahlanmış Lumplar, ziyalıların canına düşdü....
Başqa sözlə desək, İran və Kambociyada,“müstəqil” hökumətlərin istəyi, xalqın həyat səviyyəsini yaxşılaşdırmaq, iqtisadiyyatın inkişafi və siyasi həyatın demokratikləşdirməsi deyildi.
aydındır ki, çoxlu inkişaf edən ölkələrin anayasalarında, insan haqlarını möhtərəm saymaq, söz, din, mətbuat, dil , sindika azadlıqları qeyd olur. Lakin əməldə anayasanın teorisi və onun tətbiqi heç vəchiylə bir-birilə uyğun olmur. Beləki, kiçik qüvvət və sərvətpərəst bir qrupa, əsas qanunu əməli olaraq ləğv edir və onu öz mənfəətlərinin qanunlaşdırılması üçün münasib bir alətə çevirir. Bu baxımdan heç bir qarantı yoxdur ki, hər bir müstəqil dövlətin əhalısı bir qeyri-müstəqil ölkənin əhalısından daha azad və daha xoşbəxt yaşaya.
Hansı meyarlar müstəqilliyi dəyərləndirir və ona üstünlük verir?
Müstəqillik o zaman dəyərli ola bilir ki, məmləkətin idarə etmə vəzifəsi boyunlarında olanlar, sərvət, məqam və qüvvət üçün vəzifə sahibləri olmasınlar. Ictimai hakimiyyəti xüsusi mülkiyyətə çevirməsinlər, korrupsiya və rüşvətxorluqla xarici banklarda hesablarını doldurmasınlar...
Antropoloji nöqteyi-nəzərdən, insan hər nə qədər də ictimai mövcud olursa, ginə onda eqoizm xüsusiyyətləri mövcuddur. Ovçuluq və mal toplama xüsusiyyətləri, ümumiyyətlə insana məxsus olan qərizələrdəndir. Düzdür, qərizədən törənən davranışlar bəzi insanlarda güclü və bəzi insanlarda zəifdir. Misal üçün bəzi insanlarda məqam, sərvət və qüvvət hərisliyi güclü və bəzilərdə zəifdir. Lakin bu xüsüsiyyətlər tamam insanlarda mövcuddur. Almanlarda bir söz var, deyir: “qüvvət ve fürsət oğru yaradar”. Bu sözün doğrurluğu çox yerlərdə və çox zamanlarda isbat olubdur. Avropanın ən inkişaf etmiş ölkəsi Almanyada elə varlı siyasətçilər tapılır ki, öz mövqelərindən sui-istifadə edib, rüşvət alıb və yaxud dövlətə vergi verməyiblər. Bununla belə, Almanyanın siyasi və idarə etmə sistemi elə qurulubdur ki, belə əyriliklərin yayılmasının qarşısı alınsın. Başqa sözlə, əyəm Almanyada söz və mətbuat azadlığı olmasaydı və dövlətin idarə edilməsində müxalif hizblərə nəzarət və kontrol haqqı verilməseydi, bu ölkədə qayda-qanun aradan gedib, tezliklə qüvvətpərəst, rüşvətxor bir qrupa məmləkətə hakim olacağıydı. Buna görə hökumətin səhvlərini, korrupsiya və oğurluqları açıqlayıb, ifşa etmək üçün söz, mətbuat və muxalif hizblərin tam azadlığı həyati şərtlərdən birisidir. Hər bir dövlət, bu həyati prinsipin qarşısını alırsa, o ölkədə oğurluq, rüşvət və qanunsuzluq hakimiyyət edəcək.
Əgər qəbul etsik ki, ümumi seçki hüququna əsaslanan demokratiya özünü iqtisadi mekanizmin dinamik inkişafinda və siyasi-ictimai şüurun permanent yüksələn mərhələsində doğruda bilir, o zaman əhalinin mədəni-iqtisadi həyatının yaxşıdırılması hədəf olmalıdır. Vətəndaşın sosyal həyatından, yoxsulluq, aclıq, əlacsızlıq, ev-eşiksizlik, işsizlik və savadsızlıq epidemiyasi qovulmalıdır.
Təcrübə sabit edir ki, cəmiyyətdə mövcud olan maddi yoxsulluq, əhalinin dövlət qayğısında qalma fikrini əlindən alır. Seçkilər zamanı, o, ağı, qaradan seçənmir, hər bir şeytana ibadət edir və hər bir diktatora səs verir. Qarnını doyurmaq üçün, səsini cüzi bir miqdar pula və yaxud “xeyriyyat” paylayan hizblərin yağ, ət və çörəyinə satır. Aydındır ki, bele bir şərayitdə siyasi demokratiya yarana bilməz. Buna görə, Siyasi demokratiyanın bərpa edilməsi üçün, iqtisadi inkişaf gərəklidir.
Diri bir orqanizmə bənzər cəmiyyətdə, müxtəlif fikirlər, maraqlar və dünya görüşləri mövcuddur. Ictimai inkişaf ancaq bunların dialoq, mübarizə və işbirliklərindən əmələ gəlir. Cəmiyyətdə yeni sosyal qrupalar yaranır və köhnə qrupalarda sosyal və siyasi şüurun dəyişilməsinə səbəb olur. Müstəqil bir ölkənin iqtidar başında olan dövləti, o zaman məşruiyyət qazana bilir ki, cəmiyyətdə bu qrupaların maraqlarını təmsil edən hizblərə, dövlətin bərpa edilməsində bərabər hüquqlar verilsin. Bu prinsip pozulursa, dövlət hakimiyyəti bir qrupanın inhisarına keçər və nəhayət diktator bir rejimin iqtidar başına gəlməsinə səbəb olar.
Berlin, A. Yazdani
Dostları ilə paylaş: |