Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk peşə-ixtisas təhsili müəssisəsi



Yüklə 27,41 Kb.
tarix14.07.2018
ölçüsü27,41 Kb.
növüDərs

Azərbaycan Respublikası

Təhsil Nazirliyi

İlk peşə-ixtisas təhsili müəssisəsi

Qəbələ Peşə məktəbi


İstehsalat təlimi dərsinin

metodiki işlənməsi

Peşə: Kimyəvi – bakterioloji analiz laborantı.

Mövzu: Süd məhsullarının müayinəsi.

image result for обследование производства молока

Qəbələ Peşə Məktəbi

İstehsalat təlimi və ixtisas fənləri üzrə Təsdiq edirəm:

metodiki komissiyada baxılmışdır. Tİİ üzrə direktor

Komissiyanın sədri _______________ Müavini ___________

___ _________________ 2017-cı il ______________2017-cı il

Fəal təlim metodu ilə

keçirilən istehsalat təlimi

dərsinin planı

Peşə: Kimyəvi bakterioloji analiz laborantı

Hazırladı: Məmmədova Nigar

Qəbələ Peşə məktəbinin müəllimi

Dərsin planı

Dərsin texnoloji xəritəsi

Dərsin Mövzusu

Süd məhsullarının müayinəsi

Peşə

Kimyəvi – bakterioloji analiz laborantı l kurs

Dersin məqsədi

  • Süd məhsullarının orqanoleptiki və laboratoriya müayinələrinə əsasən keyfiyyətinin təyin edilməsi

  • Südün təmizliyinin təyin edilməsi

  • Süddə kənar qarışıqların təyin edilməsi

  • Bu müayinələrə əsasən şagirdlərdə praktiki bacarıqlara yiyələnmək qabiliyyətinin formalaşdırılması.

Fənlərarası inteqrasiya

Heyvanların anatomiyası və fiziologiyası, Heyvanların yemlənməsi.

İş metodu

Qruplarla iş

Tədris resursu

Dərsin icmalı, proyektor, komputer, iş vərəqləri.

Dersin təchizatı

1-2 butulka süd, şəffaf şüşədən silindr, iki ədəd kimyəvi stəkan, bir neçə sınaq şüşəsi, 500 ml-lik kolba,bölgülü pipetka, yodun 0.5% li məhlulu, rozol turşusu,pambıq süzgəc, damcı tökən,südün təmizlik etalonu.

Dərsin gedişi:

  1. Dərsin təşkili – 15 dəq

  • Qrupun dərsə hazırlığı, şagirdlərin dərsə davamiyyəti yoxlanılır;

  • Motivasiya: Verilmiş süd nümunələrinə əsasən südün hansı orqanoleptiki göstəricilərini sadalaya bilərsiniz?



c:\users\acer\downloads\yüklənənlər\leite-materno-posterior-e-anterior1.jpg

  1. Giriş təlimatı – 30 dəq



  • Şagirdlərin mövzu ilə bağlı fikirləri yoxlanılır və möhkəmləndirilir.

  • Südün orqanoleptiki göstəriciləri sadalanır, südün laboratoriya müayinəsi dedikdə hansı göstəricilər nəzərdə tutulur,həmin göstəricilər lövhədə qeyd olunur, südün qıcqırma reaksiyasının tənliyi tərtib edilir.

  • Şagirdlər dərsin məqsədinin həyata necə keçirilməsi ilə tanış olurlar, suallara cavab verirlər.

  1. Cari təlimat və müstəqil iş – 3 saat

  • Kimya laboratoriyasında işləyən zaman hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır haqqında şagirdlərə təlimat keçirilir. Şagirdlər qruplara bölünür, hər qrupa südün müayinələri haqqında tapşırıqlar verilir.

l qrup: 1- 2 butulka süd nümunəsi götürün onun orqanoleptiki göstəricilərini ( xarici görünüşünü, südün rəngini, südün konsistensiyasını, südün dadını) müəyyən edin.

ll qrup: 1- 2 butulka süd nümunəsi götürün onun təmizliyini və süddəki kənar qarışıqları ( su, soda, nişasta ) təyin edin.



    • Qruplar müstəqil olaraq işin yerinə yetirilməsinə başlayırlar.

    • Hər bir qrupun iş yerinə baxış keçirilir, qrup nümayəndələrinin ayrı-ayrılıqda işə münasibəti və bacarığı müşahidə olunur.

    • Hər bir qrup tapşırığı müstəqil olaraq yerinə yetirir.




  1. Yekun təlimat – 20 dəq.

  • Dərsin yekunu: Hər bir qrup gördüyü işləri təqdim edir,buraxılmış səhvlər araşdırılır, birlikdə mühakimələr yürüdülür və şagirdlərin bacarıqları qiymətləndirilir.

  • Şagirdlər qrup halında səmərəli işləməyi öyrənirlər.

  • Ev tapşırığı: Süd məhsullarının müayinəsi zamanı yerinə yetirdiyiniz işləri ardıcıllıqla yazın və müşahidələrinizi qeyd edin.



  1. Yaradıcı tətbiqetmə - 5 dəq.

Hər bir şagird iş vərəqində bu gün nə öyrəndim və hansı praktiki vərdişlərə yiyələndim? Sualını cavablandırır.

  1. Qiymətləndirmə - 2 dəq.

Qiymətləndirmə müəllimin hazırladığı cədvələ əsasən aparılır.

Qruplar

Meyarlar


l qrup

ll qrup

1.Qrupun fəallığı







2.Qrupda əməkdaşlıq







3.Müayinələrin nəticəsi







4.Nəticələrin təqdimatı









Dərsin icmalı:

Süd məhsullarının müayinəsi.

Südü orqanoleptik və laboratoriya müayinələrinə görə keyfiyyətini təyin edirlər. Süd müəssisələrinə gətirilən südün orqanoleptik göstəriciləri ilə yanaşı laboratoriya üsulları ilə onun sıxlığını, təmizliyini, turşuluğunu , yağın, quru maddələrin miqdarını, su və başqa qatışıqlarını təyin edirlər. Südün orqanoleptik göstəricilərindən qabının xarici görünüşü, rəngi, konsistensiyası, ətri, dadı təyin edilir.

Xarici görünüşünü yoxladıqda süd bidonlarının qapağının kip örtülü olması, plomblanmasına nəzər yetirmək lazımdır. Südün rəngini təyin etmək üçün şəffaf silindrə tökür və gündüz işığında yoxlamaq lazımdır. Südün konsistensiyasını təyin etmək üçün südü bir kimyəvi stəkandan digərinə tədricən stəkanın divarı boyunca tökmək lazımdır. Südün ətrinin dəyişilməsi müxtəlif bakteriyalar, süd saxalanan yerdə və süd qabında kənar iyin olması,iyli yemlər və s. hallar səbəb olur.

Südün içərisinə kənar qarışıqlar ( su, soda, nişasta və s.) əlavə edilərsə belə süd saxtalanmış ( təbii qurluşunu itirmiş) hesab olunur. Südün turşuluğunun qarşısını almaq və ya azaltmaq məqsədilə bəzən ona soda elavə edirlər ki, bu da onun keyfiyyətini aşağı salır. Südə nişastanı onun qatılığını artırmaq, suyu isə həcmini artırmaq məqsədilə əlavə edirlər.



Əməyin mühafizəsi və texniki təhlükəsizlik haqqında təlimat.

  • Kimya laboratoriyasında işləyən zaman təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməlidir.

  • Iş paltarı və əlcəkdən istifadə edin.

  • Təcrübələri yerinə yetirərkən maddələrin kiçik dozasından istifadə edin. Yadda saxlamaq lazımdır ki,bərk maddələr çay qaşığının təxminən ¼ hissəsi qədər, mayelər isə 1 -2 ml götürülməlidir.

  • Həmişə yalnız təmiz laboratoriya qablarından istifadə edin.

  • Müəllimin göstərişi olmadan sizə məlum olmayan maddələri qarışdırmayın.


Yüklə 27,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə