Azərbaycan respublikasiNİn təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 29,53 Kb.
tarix05.07.2018
ölçüsü29,53 Kb.
#55759

AZƏRBAYCAN RESPUBLİKASİNİN TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



Sərbəst iş N-3


Ad:

Soyad:


Fakülte:

Kurs ve Qrup:

Fenn: Azərbaycan-dili

Serbest işin mövzusu: Azərbaycan ədəbi dilinin şöbələri

BAKI-2017


Fonetika (yun, phōnē, "səs") — dilçilik elminin danışıq səsləri barədə bəhs edən bölməsi.

Danışarkən tələffüz olunan səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səsləri tələffüz olunur və eşidilir. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və

yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]

Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: sait səslər, samit səslər

Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.

Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur. Saitlərin bölgüsü Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var. 1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə: Qalın saitlər: [a], [ı], [o], [u] İncə saitlər: [e], [i], [ə], [ö], [ü] 2. Dilin üst damağa doğru yuxarı

qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə: Qapalı saitlər: [ı], [i], [u], [ü] Açıq saitlər: [a], [e], [ə], [o], [ö] Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda

saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir). 3. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər [o], [ö], [u], [ü] Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i]. Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.



Yazı: Burada yazı,onun növləri və.s məsələlər təhlil olunur

Əlifba: Əlifba, onun tarixi, Azərbaycan əlifbası və.s məsələıər burada izah olunur Qrafika: Əlifbadakı hərflərin qrafik işarəsi göstərilir

Orfoqrafiya: Orfoqrafiyanın prinsipləri,indiyə qədər çap olunmuş orfoqrafiya

lüğətləri,sözlərin düzgün yazılış qaydaları və sətrdən-sətrə keçirilməsi və.s məsələlər burada şərh olunur.



Durğu işarələri: Durğu işarələrinin növlərindən və istifade qaydalarından bəhs edilir Orfoepiya: Müasir Azrəbaycan ədəbi dilinin tələffüz formaları bu şöbədə təhlil olunur Leksikologiya:Burada, Azərbaycan ədəbi dilindəki sözlərdən,onların işlənmə dairsinə görə hansı qruplarda olmasından,mənşəyindən və.s-dan bəhs olunur

Onomalogiya: Dilimizdəki xüsusi adlardan bəhs edir Semasiologiya:Dilimizdəki sözlərin məna qruplarından bəhs edir Frazologiya: Burada, frozoloji vahidlər öyrənilir

Leksikoqrafiya: Bu şöbədə lüğətlər,onlarin növləri,tərtibi prinsipləri öyrənilir Derivatologiya: Söz yaradıcılığı yollarından bəhs edir


Morfologiya: Sözlərin leksik mənasına,morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə müəyyən qruplara ayrılması,onların morfoloji formalara yiyələnməsi və.s məsələləri öyrənilir

Sintaksis: Sintaktik əlaqələr, söz birləşmələri, cümlə və onun növləri,mətn bu şöbədə öyrənilir.

Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissəyə bölünür:


  1. Morfologiya

  2. Sintaksis

Morfologiya (yunanca morfos — forma və loqos -elm, təlim sözlərindən təşkil olunub) sözün formalarını öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.

Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.

NİTQ HİSSƏLƏRİ

Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür.Məsələn: ev, kitab, dəflər, qələm, çanta, məktəb və s. sözləri əşyanın adınıbildirdiyi üçün isimadlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətinibildirən hündür, maraqlı, qalın, göy, qara, böyük və s. sözləri isə sifət adlanan başqa bir nitq hissəsində birləşirlər. Eləcə də hərəkətbildirən sözlərdən morfologiyada fel kimi: hərəkətin tərzini, yerini,

zamanınıbildirən sözlərdən isə zərf kimi bəhs olunur.

Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi (nida).

Əsas nitq hissələrinin ikiəsas səciyyəvi xüsusiyyəti var


  1. Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti və s.bildirir. 2.Cümlə üzvü vəzifəsində işlənir.

Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar yalnız qrammatik məna daşıyır.

Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi nitq hissəsi sayılır.

Əsas nitq hissələri

Buraya tammənalı sözlər daxildir:



    1. Əşya adı bildirənlər – İsim

    2. Əşyaya məxsus əlamət, keyfiyyət bildirənlər – sifət

    3. Əşyaya məxsus miqdar,sıra bildirənlər – Say

    4. Əşyanın hərəkətini bidirənlər – Fel




    1. Hərəkətin əlamətini bildirənlər – Zərf

    2. Əvəzlik – Əvəzliyin özünəməxsus mənası, morfoloji əlaməti və sintaktik vəzifəsi yoxdur.Yuxarıdakı 5 nitq hissəsinin əvəzində işlənir və hansını əvəz edirsə, onun da əlamətlərini daşıyır. Buna görə də əvəzlik əsas nitq hissəsi sayılır.

Köməkçi nitq hissələri

    1. Qoşmalar

    2. Bağlayıcılar

    3. Ədat

    4. Modal sözlər

Əsas nitq hissələrinə aid olan sözlərin tam mənası olur,həm leksik,həm qrammatik mənaya malik olur, morfoloji cəhətdən dəyişir, sintaktik vəzifə daşıyır. Köməkçi nitq hissələri isə yalnız qrammatik mənaya malik olur.

Durğu işarələri — dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemidir ki, bunlar hərflər və digər yazı vasitələri ilə (rəqəmlər, bərabərlik işarəsi, bənzərlik işarəsi və s.) ifadə etmək mümkün olmayan cəhətləri bildirmək üçün işlədilir. Durğu işarələrinin vəzifəsi danışıq aktının məna daşıyan parçalara üzvlənməsini (mənalı hissələrini) göstərməkdən və onların

tanınmasını təmin etməkdən, habelə danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. Nöqtə, sual işarəsi, nida işarəsi, vergül, nöqtəli vergül, iki nöqtə, tire, çox nöqtə və s. durğu işarəsi adlanır.[1]

Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır:

ayırıcı işarələr; fərqləndirici

işarələr.

Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələr və dırnaqlardan ibarətdir.

Durğu işarələrinin yazıda işlənməsi[redaktə | əsas redaktə]

Durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir. Həmçinin yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın, ifadəli tələffüzündə durğu

işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi mənalı hissələrə bölür. Məsələn, nöqtə işarəsi cümlədə fikrin bitdiyini bildirir, həmcins üzvlər arasında vergül qoyulması bu üzvlərin cümlədə bərabərhüquqlu olduğunu göstərir.


Yazılı nitqdə sözlər, yaxud söz qrupları arasında qoyulan işarələr durğu işarələri, durğu işarələrinin qoyulması haqqında qaydalar isə punktuasiya adlanır.

Cümlədə fonetik ritmik qrupun yaranmasında pauza - durğu xüsusi rol oynayır. Pauza şifahi nitqdə xüsusi rol oynayır. Fasilə etmədən normal kommunikativ münasibət yarada bilməzlər.



Şifahi nitqdəki fasiləni, həyəcanı, emosiyanı, sualı yazıda durğu işarələri əvəz edir. Durğu işarələri müxtəlif dillərdə eyni cür olsa da, vəzifələri və işlənmə yerləri müxtəlifdir. Müasir Azərbaycan dilində nöqtə (.), vergül (,), nöqtəli vergül (;), iki nöqtə (:), sual (?), nida (!), tire (-), üç nöqtə (...), mötərizə [ ( )], dırnaqlar ( "") ən çox işlənən durğu işarələridir.
Yüklə 29,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin