Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi



Yüklə 214,3 Kb.
səhifə1/4
tarix02.02.2022
ölçüsü214,3 Kb.
#114007
  1   2   3   4



İslam və müasir ekshumasiya.

Əsrlərdir ki, mədəniyyətimizin bir parçası olan İslam təfəkkürü ilə yaşayan xalqımızın uzun illər dindən uzaq düşməsi, müstəqillik əldə etdikdən sonra isə milli-mənəvi dəyərlərimizə qayıdışı, dini-elmi mövzuları bir daha aktual etmişdir. Bu cür aktual mövzulardan biri də, insan öldükdən sonra onun digərləri üzərində olan hüququ-cəsədinin toxunulmazlığıdır. İslam hüququnda belə bir cümlə yer alır “Müsəlmanların məzarının açılması (uşaq, ruhi xəstə olsa belə), istisna olunmuş hallardan (cəsəd çürüyüb aradan getmişsə və ya hər hansı bir şəri-hüquqi əhəmiyyətdən ötrü) başqa qadağandır.”

Məzarın açılması hüquqi termin olaraq “ekshumasiya” adlanır. “Ekshumasiya” sözü latın dilindən Azərbaycan dilinə hərfi mənada “torpaqdan çıxarılma” (exhumatio: ex – çıxarılma, humus – torpaq) anlamına gəlir. Ümumi mənada isə meyitin dəfn olunan yerdən çıxarılmasına “ekshumasiya” deyilir.

Ekshumasiya işinin şəri-hüquqi və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsi (CPM) ilə tənzimlənən tərəfləri vardır. Bu məqalədə biz həm İslam dininin həm də qanunvericikdə nəzərdə tutulan qaydalar əsasında “ekshumasiya” işini araşdırmağa çalışacağıq.

Müsəlman hüququ olan şəriət VII əsrdə Ərəbistan yarmadasında yaranmışdır. Bu dinin meydana gəlməsi Məhəmməd peyğəmbərin (Allahın ona və övladlarına salamı olsun) adı ilə bağlıdır. Bütün hallarda İslam hüququ tərəfindən çıxış edən şəriət məhkəmələri insan haqlarının qayğısına qalmış və çıxartdıqları hökmlərdə ədalət prinsipi mövqeyindən çıxış etmişlər.

Bu gün Azərbaycan Respublikasının Ədliyyə sistemi İslami qanunlarla idarə olunmasa da, daim xalqın adət və ənənəsinə, əsrlər boyu etiqad etdiyi əqidəsinə hörmətlə yanaşılır. Şeyxulislam Allahşükür Paşazadə həzrətlərinin başçılıq etdiyi Qafqaz Müsəlmanlar İdarəsini hüquqi tərəf kimi təmsil edən Qazılar Şurası şəriətlə bağlı məsələlər barədə öz fətvalarını verdikdə, Azərbaycan dövləti rəsmi sürətdə bu fətvaların icrasını hüquqi əsas kimi qəbul edir.




Yüklə 214,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin