Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə



Yüklə 14,08 Kb.
tarix14.07.2018
ölçüsü14,08 Kb.
#56853



Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə

Nazirlər Kabinetinin 07 avqust 2017-ci il tarixli

17/PA-1315-26 nömrəli dərkənarına əsasən
“Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi vəziyyətinə dair 2016-cı il üzrə Hesabat”a Azərbaycan Respublikası Səhiyyə Nazirliyində baxılmışdır.

Bildiririk ki, sözügedən hesabatda qeyd olunan çatışmazlıqlar araşdırılaraq, onların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmiş və icrası nəzarətə götürülmüşdür.

Bundan əlavə hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir.

Elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində tədbirlər barədə məlumat göndərilir.

Qoşma: 1 vərəq.
Nazir müavini Elsevər Ağayev

Elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində

tədbirlər barədə
MƏLUMAT
1. “Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 3 nömrəli əlavəsi “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nin 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda düzəliş edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir:
1.1. “Elektron xidmət növlərinin Siyahısı”ndan çıxarılması:

1.1.1. “14.5-ci bənd - Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu”;

1.1.2. “14.17 – ci bənd - Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu”;

1.1.3. “14.22 – ci bənd - Rentgen kabinetinin istismarına icazə verən sanitar-epidemioloji rəyin verilməsi”;

1.1.4. “14.23 – cü bənd - İonlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitar-epidemioloji rəyin verilməsi”;

1.1.5. “14.25 – ci bənd - Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu”;

1.1.6. “14.26 – cı bənd - Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”;

1.2. “Elektron xidmət növlərinin Siyahısı”na əlavələrin edilməsi:

1.2.1. “14.39-cu bənd - Həkim axtarış xidməti”;

1.2.2. “14.40-cı bənd - “Xəstəliklərin Beynəlxalq Təsnifatı”ndan məlumatın verilməsi”;



1.2.3. “14.41-ci bənd - Obliqat qruplara aid vətəndaşlara növbəti müayinə haqqında sms xəbərdarlıq verilməsi”.
2. Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi ilə əlaqədar işlərə başlanmışdır;

3. Elektron xidmətlərin göstərildiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytının mobil versiyasının hazırlanmasına başlanmışdır.
Kataloq: storage -> uploads -> task documents
task documents -> Qısa Məlumat Modul və funksionallıq
task documents -> Azərbaycan Respublikası təhsil nazirinin müavini cənab Ceyhun Bayramova Hörmətli Ceyhun müəllim
task documents -> Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi B. Haqverdiyevə
task documents -> Gəncə Tibb Kollecinin direktoru N. İbrahimova
task documents -> Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayevaya
task documents -> Şamaxı şəh., Y. Kələntərli küç., 34 Kəmalə Məmmədovaya
task documents -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri cənab Gülmirzə Poladova
task documents -> Avadanlığın texnikivəziyyəti haqqında
task documents -> 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevaya

Yüklə 14,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə