Azərbaycan şairi İmadəddin Nəsiminin 650 yubileyinə həsr edilən doktorantların və gənc tədqiqatçıların XXIII respublika elm konfransı



Yüklə 37,28 Kb.
tarix22.03.2020
ölçüsü37,28 Kb.

Azərbaycan şairi İmadəddin Nəsiminin 650 yubileyinə həsr edilən doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elm konfransı
1.Konfransın istiqamətləri

  • Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);

  • Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);

  • Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);

    1. Konfrans iştirakçıları

  • Fəlsəfə doktorları proqramı üzrə təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən əcnəbi doktorant və dissertantlar;

    1. Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər. Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticləri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir.

    2. Doktorant və dissertantların təqdim etdiyi məruzələrə kafedranın iclas protokolunun qərarı, elmi rəhbərin rəyi məruzəyə əlavə olunmalıdır. Rəydə məruzədə şərh olunan elmi nəticələrin dürüstlük dərəcəsi, məruzənin müvafiq ixtisasa uyğunluğu və onun praktik əhəmiyyəti qeyd olunmalıdır.Plagiatlıq faktları aşkar edildikdə həmin məqalənin nəşri dayandırılır.

    3. Konfrans iştirakçıları Təşkilat Komitəsi tərəfindən seçilir.


2. Məruzələrin tərtib olunma qaydası

2.1 Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyalar olan müəlliflərə üstünlük verirlər.

2.2 Konfransa təqdim olunan məruzə aşağıdakı tələblərə uyğun tərtib edilir:

- Azərbaycan və ya rus dilində yazılır və 2 nüsxədə (elektron variantı əlavə olunmaqla)

Təşkilat komitəsinə təqdim edilir;


  • Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü-12, interval-1.5) yığılır, A4 formatlı standart (210*297 mm) ağ kağızda çap olunur;

  • Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;

  • Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında, mərkəzdə məruzənin adı yazılır.

Məruzədə istifadə edilmiş elmi ədəbiyyatla istinad və mənbələr bu qaydada göstərilir:

  • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir

  • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

  • Ədəbiyyat siyahısı AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir.

  • Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir.

  • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir (Məsələn 2 səh 222)

Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır.

Məruzə tezisin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir. Xülasələr bir-birinin eyni olmamalı və məruzənin məzmununa uyğun gəlməlidir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin və müəllifin adı göstərilməlidir.

Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi, müəssisənin müvafiq kafedrasının şöbəsinin iclas protokolundan çıxarış və əlavədə göstərilən forma üzrə anket doldurulub əlavə edilməlidir.

2.3 Bu tələbləri ödəməyən məruzələr Təşkilat Komitəsi tərəfindən qəbul edilmir. Çap üçün qəbul olunmamış məruzələr haqqında izahat və rəy verilmir, məruzə, əlavə olunan sənədlər geri qaytarılmır.

4. Konfransın gedişatı

4.1. Tədqiqatçılar öz məruzələri ilə müvafiq bölmələrdə çıxış edirlər. Məruzələr bir qayda olaraq, 10 dəqiqəyə qədər vaxt verilir. Məruzə başa çatdıqdan sonra müəlliflərə sualları cavablandırmaq imkanı verilir.

4.2. Məruzəçilər əyani vəsait, şəkil və sxemlərdən istifadə edə bilərlər.

4.3 Konfransda çıxış edən tədqiqatçıların məruzələri sədr və həmsədrlər tərəfindən qiymətləndirilərək “nəşrə tövsiyə edilir” və ya “nəşrə tövsiyə edilmir” qərarı qəbul edilir, qərar protokollaşdırılır.
MƏQALƏLƏRIN SON TƏQDİM OLUNMA TARİXİ: 2 oktyabr 2019-cu il

Email: science.unec@gmail.com


Foto

şəkil (rəngli)

3*4
Doktorantların və gənc tədqiqatçıların Respublika

Elmi konfransı iştirakçısının

A N K E T İ



  1. Soyadı, adı, atasının adı __________________________________________

  2. Təvəllüdü _____________________________________________________

    (müəssisənin adı)

  3. Təhkim olunduğu müəssisə _______________________________________




(əyani və ya qiyabi doktorantura, dissertantlıq)

  1. Təhsilalma forması______________________________________________




(şifri, adı)

  1. İxtisası _______________________________________________________




(qiyabi və dissertantlıq yolu ilə təhsil alanlar üçün)

  1. İş yeri________________________________________________________




(soyadı, adı, atasının adı, elmi dərəcəsi, elm adı)

  1. Elmi rəhbəri ___________________________________________________




  1. Məruzənin adı _________________________________________________

  2. Konfransın hansı bölməsinə təqdim olunur___________________________

  3. Məruzə zamanı hansı əyani vəsaitdən istifadə olunacaq_________________

  4. Elmi naliyyətləri _______________________________________________

________________________________________________________________

(elmi məqalələrin sayı ____, o cümlədən impakt-faktoru olan jurnallarda dərc olunan ____, udulmuş qrantların sayı __, monoqrafiyası ___)

_______________________________________________________________


  1. Ev və mobil telefonu ___________________________________________

  2. Elektron poçt ünvanı___________________________________________

“__”________2019-cu il

İMZA
Doktorontura şöbəsinin müdiri dos. H.İ.Həmidov



MƏQALƏLƏRIN SON TƏQDİM OLUNMA TARİXİ: 2 oktyabr 2019-cu il

Email: science.unec@gmail.com

NÜMUNƏ



25 mm



Əliyeva Fəridə Rəşid qızı

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Azərbaycan Mem



AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ GƏNCLƏRİN XARİCDƏ TƏHSİLİ

Açar sözlər

Əsas mətn

Ədəbiyyat

Резюме

Summary




15 mm

25

mm




25 mm

Məqalə science.unec@gmail.com
e-mail ünvanına göndərilməklə yanaşı, tələb olunan digər materiallar (məqalənin çap variantı, elektron variant diskdə, anket (mütləq halda şəkilli), kafeda çıxarışı) Doktorontura şöbəsinə (0124928887 Leyla Yusifova) təqdim edilməlidir.


Kataloq: application -> uploads -> 2019
2019 -> Qrup: 750 buraxili ş İ Ş İ
2019 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2019 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2019 -> Geyim dizaynında layihələndirmənin kosepsiyası və metodları” mövzusunda magistr dissertasiyasi
2019 -> Sabah qruplari
2019 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Devalvasiyanın bankların fəaliyyətinə təsirinin təhlili
2019 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2019 -> Standard Insurance keysi Tələbə: Mehdi Tağıyev Elmi rəhbər: Leyla Hacıyeva unec sabah
2019 -> Azərbaycan xəZƏr dəNİz gəMİÇİLİYİ” qapali səhmdar cəMİYYƏTİ plastmast borular və FİTİnqləRİn satinalinmasi məQSƏDİLƏ AÇiq müsabiQƏ elan ediR

Yüklə 37,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə