Azərbaycan tarixinin qaynaqları



Yüklə 28,55 Kb.
səhifə1/2
tarix28.06.2022
ölçüsü28,55 Kb.
#117297
növüYazı
  1   2
Şəhanə


Azərbaycan tarixinin qaynaqları
Tarixi ədəbiyyatlarda qaynaqların müxtəlif təsnifat prinsiplərindən istifadə olunur. Azərbaycanın qədim və orta əsrlər tarixini öyrənmək üçün qaynaqları şərti olaraq iki qrupa bölmək olar:
a) Yazıyaqədərki qaynaqlar.
b) Yazılı qaynaqlar. Yazıyaqədərki qaynaqlar əsasən arxeoloji materiallar və qismən etnoqrafik məlumatlardan ibarət olduğu halda, yazılı mənbələr isə aşağıdakı hissələrdən ibarətdir:
1. Salnamə tipli mənbələr (nəsrani mənbələr).
2. Memuar xarakterli mənbələr.
3. Sənədli materiallar.
Salnamə tipli qaynaqları dil prinsipinə uyğun olaraq bir neçə qrupa bölmək olar:
a) Mixi yazı parçaları
b) Antik tarixi-coğrafi ədəbiyyat
c) Erməni və gürcü dilli qaynaqlar
d) Yerli qaynaqlar
e) Orta əsr ərəb, fars və türk dilli qaynaqlar
Azərbaycanın arxeoloji baxımdan öyrənilməsi tarixini əsasən dörd dövrə bölmək olar:
1. XIX əsrin I yarısından 1920-ci ilə qədərki dövr.
2. 1920-1941-ci illər.
3. 1945-1991-ci illər.
4. 1991-ci ildən sonrakı dövr.
Uraratu mixi yazıları F. Keninq tərəfindən nəşr edilmişdir. Urartu mixi yazıları Melikaşvili tərəfindən rus dilində nəşr olunmuşdur.
Əhəməni (İran) mixi yazıları bizə müxtəlif formalarda çatmışdır:
1) Persopolda əhəməni çarlarının tikililəri üzərindəki yazılar formasında; 2) qədim Iran mənşəli əşyalar üzərində;
3) Daş üzərində silindrik yazı (Bisütun yazısı) (Burada Daranın Midiyanı öz əsarəti altına almasından bəhs edib).
Antik mənbələr (e.ə. V-III əsrlər). Azərbaycan tarixinin öyrənilməsində diqqəti cəlb edən bir qismini də antik tarixi-coğrafi ədəbiyyat təşkil edir. Bu baxımdan Miletli Hekateyin “Yerin təsviri”, Herodotun “Tarix”, Knidli Ktesinin “Persika”, Siciliyalı Diodorun “Tarixi kitabxana”, Polibinin “Tarix”, Tit Livinin “Roma tarixi”, Pompey Troqun “Filippin tarixi”, Kvint Kursi Rufun “Böyük Aleksandrın tarixi”, Pomponi Melanın “Yerin təsviri”, Böyük Plininin “Təbiət tarixi”, Plutarxın “Müqayisəli tərcümeyi-hallar”, Korneli Tasitin “Annallar”, “Tarixlər”, Flavi Arrianın “Anabozis” Klavdi Ptolomeyin “Coğrafiya dərsliyi”, Strabonun “Coğrafiya”, Dion Kassinin “Roma tarixi”, Appianın “Mitridatın müharibələri” əsərləri böyük maraq doğurur. Antik müəlliflərdən Dionisi Perieget, Yuli Solin, İosif Flavi, Klavdi Elian, Ammian Marselin və başqalarının əsərlərində də Alban və Atropaten dövlətləri haqqında bir sıra maraqlı məlumatlarla rastlaşmaq mümkündür.
Qafqaz haqqında məlumat verən antik müəlliflərdən biri də Miletli Hekateydir.
Hekatey «Yerin təsviri» adlı əsərinin müəllifidir. Roma dövrü tarixçilərindən biri də Plutarx olmuşdur. (yunanca yazıb) «Müqayisəli tərcümeyi-hallar» əsərində Aleksandr, Sulla, Lukul, Antoni haqqında məlumat verib.
Qafqaz xalqları tarixi haqqında geniş məlumat verən müəlliflərdən biri də Herodotdur. Siseron onu «tarixin atası» adlandırmışdır.
Antik müəlliflər içərisində Azərbaycanın qədim tarixi haqqında ən çox və daha dəyərli məlumat vermiş alim amasiyalı Strabondur (e.ə. 63-cü il 24 il).
Antik dövr Qafqaz haqqında məlumat verən müəlliflərdən biri də K.Ptolemeydir.
B.e. I yüzilliyinin Albaniya və adbanlar haqqında yazan antik müəlliflərdən biri də tanınmış Roma yazıçısı, alimi Böyük Plini olmuşdur.
E.ə. I əsrdə yaşamış siciliyalı Diador özünün 40 kitabdan ibarət olan «Tarixi kitabxana» əsərini qədim dövrdən Sezarın müharibələrinə qədərki dövrü əhatə edir.
Latın müəllifi Pompey Troq «Filippin tarixi» adlı əsəri bizə qısa şəkildə çatmışdır. Skiflər, kadusilər, madalılar haqqında məlumat verilir.
Kvint Kursi Ruf «Böyük Aleksandr tarixi» (e.ə. I – e. I əsrin ortaları ) Appianın
«Mitridatın müharibələri» adlı əsəri də məşhurdur. Klavdi Ptolomey «Coğrafiya dərsliyi» əsərində xəritə verib. Lakin bəzi təhrif və uyğunsuzluqlar var.
Dion Kassi Kakkeianın (150-235) Roma tarixində Albaniya, Atropatena haqqında məlumat var.
Pamponi Milan I əsrin ortaları «Yerin təsviri» əsərində (3 kitabı bizə çatıb) kaspilər, skiflər, albanlar, amardlar, kadusilər haqqında məlumat vermişdir.
İlk Bizans tarixçiləri Ammian Marseli 31 kitab (IV əsr). Dionisi, Appian, Flavi Arrian, Klavdi Elian, Prisk Panitski, Kass Dion Kokkeyan və s. əsərlərində də qısa, parça-parça verilsə də bu əsərlər Qafqaz tarixini öyrənmək üçün dəyərlidir.
Suriya, erməni və gürcü mənbələri. Suriya tarixçiləri içərisində XII əsdə yaşamış Suriyalı Mixail (Böyük Mixail) xüsusi yer tutur.
Bar-Ebrey müxtəlif məqsədlərlə dəfələrlə Marağada, Təbrizdə, Hülakülərin paytaxtında olmuş, monqol hökmdarları: Abaqa xan (1265-1282), Əhməd Təkudarla (1282-1284) görüşmüşdü. Marağada olarkən o Evklid və Ptolomeyin «Kainat» əsəri haqqında mühazirələr oxumuşdu.
Erməni müəlliflərinin əsas məqsədi:
1) Ermənistanda süqut etmiş dövlət strukturundan sonra yenidən erməni dövlətçiliyinin bərpasına cəhd; 2) Ermənistanın tarixinin tam və bitkin yaradılması tələbatı; 3) xarici düşmənlərə qarşı mübarizə üçün böyük və güclü Ermənistan yaratmaq ideyası; 4) Erməni xalqını hərbi ruhda tərbiyə etmək. Qeyd etmək lazımdır ki, erməni mənbələri faktiki olaraq erməni dövlətçiliyinin mövcud olmadığı dövrdə yaranıb.
Erməni tarixşünaslığında dövrünə görə birinci yeri Maştosun bioqrafiyasını əks edən Koryun tərəfindən yazılmış «Maştosun həyatı» əsəri tutur (V əsrin 40-cı il illərində yazılmışdır). Digər erməni müəllifi Aqafangeldir.
Onun «tarix» əsəri müxtəlif mənbələr əsasında yazılmışdır. Erməni tarixi – ədəbi ənənəsinin digər nümayəndəsi V əsrin II yarısında «Vardan və erməni müharibəsi haqqında» kitabını yazmış Yedişedir (Yelişe).

Yüklə 28,55 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin