Azərbaycan Tarixinin Tədrisində Tarixi anlayışlar və Onların Əhəmiyyəti



Yüklə 23,7 Kb.
tarix09.05.2022
ölçüsü23,7 Kb.
#115725
Jalə Mirzəyeva


Azərbaycan Tarixinin Tədrisində Tarixi anlayışlar və Onların Əhəmiyyəti

Elmin əsaslarının öyrənilməsi ilk növbədə anlayışların mənimsənilməsi ilə bağlıdır.Bu baxımdan azərbaycan tarixinin tədrisində və tarixi prosesin dərkində anlayışların böyük rolu vardır.Tarixi anlayışların mənimsənilməsi şagirdlərə tarixi faktların mühüm əlamətlərini dərk etməyə imkan verir.Tarixi təsəvvürlərlər anlayışların formalaşdırılması eyni vaxtda həyata keçirilir.Lakin tarixi anlayışlar tarixi təsəvvürlərdən fərqlidir.Tarixi təsəvvürlər,hətta,bir sinifin ayrı-ayrı şagirdlərində müxtəlif yollarla formalaşdırılır,yəni fərdiləşdirilir.Bu da şagirdlərin xarakterindən,psixoloji xüsusiyyətlərindən çox asılıdır.\intiqam cəb.1.90\Anlayışların formalaşdırılması məsələsi psixoloji-pedoqoji metodik ədəbiyyatda geniş əksini tapmışdır.Psixoloqlar anlayışlar üzərində işləyərkən şagirdlərin buraxdıqları tipik səhvləri müəyyənləşdirmişlər.Bu da ondan ibarətdir ki,şagirdlər adətən anlayışların bütün əlamətlərini ayırd edə bilmir,onlardan yalnız mühüm olan birini və ikisini göstərməyə qabil olur.

Ümumiyyətlə,təcrübə göstərir ki,Azərbaycan tarixi tədrisinin ilkin mərhələsindən başlayaraq faktların,obrazların ilkin ümumiləşdirilməsinə və sistemləşdirilməsinə ehtiyac yoxdur.

Hazırkı Azərbaycan tarixi proqramında ayrı-ayrı mövzular üzrə formalaşdırılan tarixi anlayışların adı verilmişdir.Bu kursun məzmununu elmi baxımdan daha da zənginləşdirir, kursun nəzəri məsəslələri şərh etməyə istiqamət verir.

Anlayışların formalaşdırılması prosesinə səmərəli rəhbərlik etmək üçün onların təsnifatını bilmək vacibdir.Bu baxımdan anlayışların təsnifatını aşağıdakı kimi verə

1.İqtisadi anlayışlar;

2.Sosial -siyasi anlayışlar;

3.Cəmiyyətdəki sinfi mübarizəni əks etdirən anlayışlar;

4.Tarixi-mədəni anlayışlar;

5.İdeoloji anlayışlar;

A.Vagin tərəfindən verilmiş təsnifatda isə anlayışlar 3 qrupa bölünür.

1.Xüsusi anlayışlar.Bu anlayışlar hər hansısa ölkənin tarixində müəyyən dövr üçün səciyyəvi olan tarixi hadisələri ümumiləşdirir.Xüsusi tarixi anlayışlar sadə olduğu üçün şagirdlər onları bir dərsdə bşa düşürlər.

2.Ümumi tarixi anlayışlar.Xüsusi anlayışlardan fərqli olaraq ümumi tarixi anlayışlar daha çətindir.Çünki onlar kursun bir sıra bölmələri daxilində ardıcıl iş aparmaqla aydınlaşdırılır.Məsələn;"qul" anlayışı VI sinfdə öyrədilir.VII sinfdə isə o ,təhkimli kəndli ilə müqayisə edilərək dəqiqləşdirilir.

3.Sosioloji anlayışlar.Bu anlayışlar isə tarixi prosesin ümumi qanunauyğunluqlarını ümumiləşdirir.Sosioloji anlayışlar ümumi tarixi anlayışlar əsasında mənimsənilə bilər.( Mübariz Əmirov.2.215)

Anlayışlar hər kəs üçün dəqiq və aydın olmalıdır.Müəllim şagirdlərin anlayışlarındakı yanlışlıqları düzəltməlidir.Lakin belə güman etmək səhv olardı ki ,tarixi anlayışları təşəkkül etdirmək sahəsində aktiv fəaliyyət,onlar şagirdlər tərəfindən passiv sürətdə mənimsənildikdə müəllimin üzərinə düşür.Təcrübə göstərir ki,tarixi anlayışlar o halda şüura daha möhkəmcəsinə daxil olur,xüsusi ilə müntəzəm sürətdə bir sistemdə cəmlənir və sonrakı dərketmənin ən yaxşı vasitəsi olur ki,onlar şagirdlər tərəfindən fəal zehni işin gedişində mənimsənimiş olsun.Tarixi anlayışlara yiyələnmək məktəblərdə müəllimin rəhbərliyi altında şagirdlərin özlərinin aktiv zehni fəaliyyəti kimi təşkil edilir.\A.Vagin.3.369\

Tarixi anlayışların təşəkkülü probleminin mürəkkəbliyi və onun işlənilməsinin çətinlikləri şagirdlər tərəfindən mənimsənilməli olan tarixi anlayışların özünün xüsusi mürəkkəbliyi ilə,onların son dərəcə çoxluğu və müxtəlifliyi ilə müəyyən edilir.İş birdə onunla mürəkkəbləşir ki,müxtəlif tarixi anlayışların təşəkkül tapması yolları,üsul və metodları müxtılif və çoxcəhətlidir.Onlar nəinki şagirdlərin yaşlarından,eyni zamanda hansı tarix materialı ilə əlaqədar olaraq hansı faktik əsasda bu və ya digər halda eyni analayışın təşəkkül tapmasından asılı olaraq müxtəlif şəkildə göstərilirlər.

Tarixi anlayışların müxtəlif yolları vardır.Termini daxil etməklə,yeni anlayışı müəyyənləşdirməklə bütöv təsvirin əsasında əlamətləri hissələrinə ayırmaq vasitəsi ilə tarixi anlayışın xarekterizə edilmiş yolu,əksər hallarda orta mürəkkəblikdə olan ümumi tarixi anlayışların təşəkkül etdirliməsində tətbiq olunan "klassik"metoddur.Lakin məktəb tarix təlimində anlayışları təşəkkül etdriməyin həm sadə, həm də mürəkkəb yolları vadır.

Şagirdlərlə tədris ilində biz həm də çoxlu anlayışdan istifadə edərək,onlara dəqiq və geniş tərif vermişik.Biz buna o halada yol veririk ki,bizim tərəfimizdən işlədilən termin şagirdlərin şüurunda az və ya yox dərəcədə tarix materialını öyrənilməsi xüsusi tarixi anlayışları termin-sözlə ümumiləşdirilən konkret materialın qavranılması prosesində mənimsəyirlər.Beləliklə,şagirdlərə məktəb tarix kursunda rast gələn hər bir anlayəşın tərifini verməyə ehtiyac yoxdur.

Tarixi anlayışların təşəkkül tapmasının bəzi daha sadə və qısa yollarını göstərək;

1.Öyrənilən hadisəni sadə təsvir etmək və ya onun haqqında qısa nağıl etmək yolu iləanlayışın təşəkkülü.Məsələn,V sinif tarix dərsliyində''toxa əkinçiliyi'' anlayışının təşəkkülü.Dərslikdə təsvir bu cür verilmişdir;''Kişilər balta ilə kolları kəsib əkin üçün yer açıldılar.Qadınlar toxa ilə torpaqı yumşaldır,torpaq yumrularını əlləri ilə ovuşdurur və torpağa dən basdırırdılar.Bu cür əkinçiliyə toxa əkinçiliyi deyilir''.

2.Həmin anlayışın əhatə etdiyi hadisələri sadalamaq yolu ilə təşəkkülü.VI sinif üçün dəslikdə ''mədəniyyət''anlayışı ilk dəfə olaraq qədim Hindistanın matrealına daxil edilmişdir.''Hind xalqı qədimdə yüksək mədəniyyətə malik idi; yazı,elm və incəsənət yaratmışdı''.Sonralar Yunanistanın materialında bu ilkin anlayış yeni hadisələrin daxil edilməsi ilə zənginləşir və dəqiqləşir;''Məktəb,olimpiya oyunları,teatr,memarlıq və heykəltəraşlıq-bunlar hamısı mədəniyyətdir''.

3.Misal gətirmək yolu ilə anlayışın təşəkkülü.Misal gətirmək yolu ən sadə üsullardan biridir.Belə ki,''maarifçilik'' anlayışını biz XVIII əsr Fransa maariçilərini misal gətirmək yolu ilə şagirdlərə aydınlaşdırırq.

4.Yeni tarixi anlayışlar şagirdlər üçün yeni tarixi hadisələrin şərh edilməsi ilə eyni zamanda daxil edilə,sonra onların təhlili və ümumiləşdirilməsi gedişində dəqiqləşdirilə və terminlə möhkəmləndirilə bilər.

Göstərilən sadə üsullar şagirdlərdə tarixi hadisələr haqqında ən sadə anlayışların yaradılmasını təmin edir.Lakin bu üsullar təkcə IV-VI siniflərin ən sadə tarix kurslarının öyrənilməsində istifadə edilmişdir.Onlardan yuxarı siniflərdə də istifadə olunur ki,burada mürəkkəb ictimai-tarix hadisəsinin öyrənilməsi ən sadə anlayışı mənimsəməkdən başlayır.Bu anlayış sonralar öyrənilən hadisənin mühüm əlamətlərini seçib ayırmaq,hadisənin mahiyyətini,qanunauyğunluğunu dərindən başa düşmək əsasında tərifi dəqiq ifadə etmək yolu ilə dürüstləşir.

Mübariz Əmirovun''orta məktəbdə tarixin tədrisinin aktual problemləri''kitabında tarixi anlayışların formalaşdırılmasının səmərəli yolları aşağıdakı şəkildə verilmişdir;

1.Şagirdlərdə evristik müsahibə prosesində tarixi anlayışların formalaşdırılması;

2.Yazı lövhəsində təbaşirlə çəkilən sxemlər,rəsmlər,cədvəllər və applikasiyalardan istifadə edilməsi prosesində tarixi anlayışların formalaşdırılması;

3.Bədii ədəbiyyat və sənədlərdən götürülmüş obrazların vasitəsi ilə əyani şərhetmə ilə tarixi anlayışların formalaşdırılması;

4.Dərsliyin mətni və sorğu ədəbiyyatı üzərində müxtəlif məzmunlu müstəqil işlərin verilməsi prosesində şagirdlərdə tarixi anlayışların formalaşdırılması;

5.Tarixi hadisənin bütöv mənzərəsinin yaradılması prosesində tarixi anlayışların formalaşdırılması;

6.Öyrənilən hadisənisadə təsviretmə və ya onun haqqında qısa nağıl etmək və anlayışın məzmununu yeni terminlə möhkəmlətməklə anlayışların formalaşdırılması;

7.Misal gətirməklə anlayışın təşəkkül etdirilməsi;

8.Sinifdənxaric və məktəbdənkənar tədbirlərdə-tarix dərnəklərində,ölkəşünasların və arxeoloqların işlərində ,uzaq səfərlərdə və ekskursiyalarda,disputlarda,görüşlərdə,tarix gecələrində,oxucu konfranslarında tarixi anlayışların formalaşdırılması;

9.Müqayisə priyomunu tətbiq etməklə şagirdlərdə tarixi anlayışların formalaşdırılması;

10.Təsviri sənət əyani vasitələri,sxematik əyani vasitələr,müəllimin nağılı,dərsliyin və sorğu ədəbiyyatının mətnindən,tarixi sənədlərdən,sənədli materiallardan,bədii ədəbiyyatdan istifadə etməklə anlayışların mənimsənilməsi;

11.Anlayışın əhatə etdiyi hadisələri sadalamaq yolu ilə anlayışın formalaşdırılması;

Əgər anlayışların formalaşdırılmasına verilən tələblər gözlənilərsə,tarixi anlayışların formalaşdırılmasının səmərəli yollarına dair verdiyimiz təsnifat tarixi anlayışların mənimsənilməsinə tam təminat verər.Verdiyimiz təsnifat tarixi anlayışların hər üç qrupuna- ümumi,xüsusi və sosioloji anlayışların mənimsənilməsinə xidmət edir.\müb.əmirov.4.21\

Tarix təlimində tarixi anlayışların mənimsənilməsi prosesində aşağıdakı tələblərə əməl edilməlidir:

1.Təlim prosesində müxtəlif təlim üsullarından istifadə edilərək tarixi hadisənin bütöv mənzərəsi yaradılmalıdır.Hadisə və proseslərin bütün mühüm əlamətləri seçilib ona daxil edilməlidir;

2.Təlim prosesində tarixi anlayış formalaşdırılarkən hadisənin mühüm əlamətləri seçilib ayrılmalıdır;

3.Tarixi anlayış möhkəmləndirən terminlər haqqında məlumatlar verilməlidir;

4.Mənimsəniləcək anlayışlar əvvəlcədən müəyyənləşdirilməlidir;

5.Öyrənilən anlayışdan yeri gəldikcə istifadə olunmalıdır;

6.Şərh,izah,məlumat və təsvirləri xüsusi illüstrasiyalar üzərində aparmaqla tarixi anlayışların mənimsənilməsi və s.

Tarixi anlayışların formalaşmasının həm didaktik,həm də tərbiyəvi əhəmiyyəti var.Bu problemin didaktik əhəmiyyəti ondan ibarətdir ki,şagirdlər tərəfindən mənimsənilmiş tarixi anlayışların özləri tarixi faktları,hadisələri,prosesləri dərk etmək vasitəsidir.Tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki,tarixi biliklərə yiyələnmiş məktəbli yetkin şəxsiyyət kimi formalaşır,həmin şəxsiyyətin də nümünəvi vətəndaş olmasına motiv yaradır.

Tarixi anlayışlar sahəsində aparılmış tədqiqatlar və araşdırmalar onu bizə göstərdi ki,ümumtəhsil məktəbləri şagirdlərinin tarixi anlayışların mənimsənilməsi sahəsində müsbət təcrübə ilə yanaşı,eyni zamanda ciddi qüsurlarda vardır.

1.Tarixi anlayışların mənimsədilməsi təcrübəsinə həsr edilmiş elmi-praktiki konfransların təşkili və keçirilməsi məqsədəuyğun olar.

2.Məktəb rəhbərləri və tarix müəllimləri illik iş planlarında tarixin tədrisi məsələləri ilə bağlı il ərzində 3-4 tədbirin keçirilməsini təmin etsələr problemin həllinə kömək etmiş olarlar.

3.Orta ümumtəhsil məktəblərinin tarix müəllimləri üçün “Azərbaycan tarixinin interaktiv metodlarla təlimində şagirdlərdə tarixi anlayışların formalaşdırılmasının imkan və yolları” adlı metodik vəsaitin nəşr edilib onlara çatdırılması problemin həllinə kömək edir.

Tarix təliminin səmərəliliyi tarixi anlayışların yetərincə formalaşdırılmasından ibarətdir.Tarix təlimində tarixi anlayışların tətbiq edilməsi təkcə təlimin keyfiyyətini yüksəltmir,eyni zamanda da təlimin tərbiyəedici imkanlarını da artırır.

Ədəbiyyat siyahısı

1)M.Əmirov.”Ümumtəhsil məktəblərində tarixin fəal /interaktiv təlimi metodikası”Bakı,2014,678 səh.

2)A.Vagin.”Orta məktəbdə Tarixin Tədrisi Metodikası”Baku,”Arif”nəşriyyatı,1973,425 səh.

3)İ.Cəbrayılov. “Azərbaycan Tarixinin Tədrisi Metodikası”.Bakı-2006,Mürtəcim ,236səh

4)İ.Cəbrayılov. “Ali məktəblərdə Azərbaycan Tarixi Tədrisinin nəzəriyyəsi və təcrübəsi” Bakı-2008,Mürtəcim,264 səh

5)M.Əmirov. “Orta məktəbdə Tarixin Tədrisinin Aktual Problemləri”.Bakı,ADPU-nəşri,2009,160 səh

6)M.Məmmədova.”Tarixin Tədrisinin Aktual Problemləri”Bakı,”Bakı Universiteti nəşriyyatı”,2015,112 səh

7)Azər Cəlilov.”Azərbaycan Tarixinin interaktiv təlim metodları ilə tədrisində şagirdlərdə tarixi anlayışların formalaşdırılması”Bakı,Nurlan,2006,116 səh

8)Məlikov.R.,Nəcəfli.T Tarixinin interaktiv təlimi,Müəllimlər üçün metodik vəsait.Bakı:Çaşıoğlu,2002,128 səh

9)T.Paşayev.Tarixin tədiris:Tarixilik və müasirlik(monoqrafiya).Bakı,Nurlan,2006,280 səh



10)F.P.Korovkin ,N.Zaporojetsin “V-VI siniflərdə qədim dünya və orta əsrlər tarixi tədrisinin metodikası” Bakı,”maarif”nəşriyyatı,1977,437 səh.
Yüklə 23,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin