AZƏRBAYCANIN YENİ DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİ (Gəlirlər və xərclər)
Rəsmi dövlət qəzeti “Azərbaycan” oktyabrın 16-da 2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsini dərc edib. Layihəyə görə, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015 000,0 min manat, xərcləri 11 264 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 9 552 016,1 min manat, yerli gəlirləri 462 983,9 min manat və mərkəzləşdirilmiş xərcləri 10 069 700,0 min manat, yerli xərcləri 1 194 300,0 min manat) məbləğində təsdiq edilir.
2010-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 12 465 960.4 min manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, icmal büdcəsinin kəsiri 6 544 000,0 min manat məbləğində müəyyənləşdirilir.
Dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulur
(min manatla):
Fiziki şəxslərin gəlir vergisi - 680 000,0
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi - 1 096 000,0
Əlavə dəyər vergisi - 1 876 000,0
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi - 798 000,0
Aksiz - 552 000,0
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz - 82 000,0
Hüquqi şəxslərin əmlak vergisi - 101 000,0
Hüquqi şəxslərin torpaq vergisi - 35 000,0
Yol vergisi - 40 500,0
Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi - 6 500,0
Mədən vergisi - 130 000,0
Sadələşdirilmiş vergi - 90 000,0
Gömrük rüsumları - 213 500,0
Dövlət rüsumu - 73 000,0
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar - 4 000,0
Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar - 5 000,0
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar - 164 000,0
Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar - 468,0
Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər - 80,0
Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar - 1 780,0
Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər - 1 200,0
Dövlət Neft Fondundan daxilolmalar - 4 915 000,0
Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar - 5 850,0
Müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar - 2 900,0
Aksiz markaların satışından daxil olmalar - 2 722 ,0
Sair gəlirlər - 25 000,0.
Xərclərin istiqamətləri
(manatla):
Ümumi dövlət xidmətləri - 1.042.300.487,0
qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri - 344.909.072,0
beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri - 27.812.200,0
elm xərcləri - 98.203.217,0
başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri - 51.995.186,0
dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər - 287.080.812,0
yerli (bələdiyyə) büdcələrə verilən dotasiya - 3.500.000,0
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya - 228.800.000,0
Müdafiə - 1.205.827.744,0
müdafiə qüvvələri - 1.120.991.187,0
milli təhlükəsizlik - 80.026.523,0
müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar - 2.425.271,0
digər kateqoriyalara aid edilməyən xərclər - 2.384.763,0
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq - 707.390.467,0
məhkəmə hakimiyyəti - 41.432.243,0
hüquq-mühafizə - 625.176.742,0
prokurorluq - 40.449.999,0
digər kateqoriyalara aid edilməyən xərclər - 331.483,0
Təhsil - 1.276.755.046,0
məktəbəqədər və ibtidai təhsil - 88.007.195,0
natamam və orta təhsil - 697.100.915,0
internat və xüsusi məktəblər - 48.096.498,0
texniki-peşə məktəbləri və liseylər - 65.178.786,0
ali təhsil - 138.629.923,0
təhsil sahəsində tətbiqi tədqiqatlar - 4.883.519,0
təhsil sahəsində digər xidmətlər - 234.858.210,0
Səhiyyə - 479.425.919,0
poliklinikalar və ambulatoriyalar - 68.894.306,0
xəstəxanalar - 251.301.028,0
səhiyyə sahəsində digər xidmətlər - 9.455.947,0
səhiyyə sahəsində tətbiqi tədqiqatlar - 3.517.159,0
səhiyyə sahəsinə aid edilən digər xidmətlər - 146.257.479,0
Sosial müdafiə və sosial təminat - 1.192.340.998,0
sosial müdafiə xərcləri - 1.176.248.316,0
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert) - 533.704.800,0
sosial təminat xərcləri - 16.092.682,0
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət - 172.837.104,0
mədəniyyət və incəsənət sahəsində fəaliyyət - 101.714.713,0
radio, televiziya və nəşriyyat - 44.662.532,0
bədən tərbiyəsi, gənclər siyasəti və turizm - 23.414.638,0
digər kateqoriyalara aid edilməyən fəaliyyət - 3.045.221,0
Mənzil və kommunal təsərrüfatı - 201.185.075,0
mənzil təsərrüfatı - 16.573.410,0
kommunal təsərrüfatı - 181.120.666,0
su təsərrüfatı - 3.054.066,0
mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər - 436.933,0
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi - 382.698.126,0
kənd təsərrüfatı - 362.241.892,0
meşə təsərrüfatı - 8.982.837,0
balıqçılıq və ovçuluq - 2.012.640,0
ətraf mühitin mühafizəsi - 3.204.228,0
hidrometeorologiya tədbirləri - 6.256.529,0
Sənaye, tikinti və faydalı qazıntılar - 3.564.150.709,0
tikinti - 3.550.750.000,0
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) - 3.549.000.000,0
faydalı qazıntılar - 13.400.709,0
Nəqliyyat və rabitə - 77.017.952,0
nəqliyyat - 74.304.241,0
rabitə - 2.713.711,0
İqtisadi fəaliyyət - 181.494.200,0
iqtisadi və kommersiya fəaliyyəti - 35.000.000,0
iqtisadi fəaliyyətin digər sahələri - 14.000.000,0
çoxsahəli inkişaf layihələri - 132.494.200,0
Əsas bölmələrə aid edilməyən xidmətlər - 780.576.173,0
məqsədli büdcə fondları - 270.000.000,0
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu - 170.000.000,0
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” - 100.000.000,0
ehtiyat fondları - 260.000.000,0
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu - 160.000.000,0
Dövlət büdcəsinin Ehtiyat Fondu - 100.000.000,0
əsas bölmələrə aid edilməyən sair xərclər - 250.576.173,0.
Dostları ilə paylaş: |