“azercell telekom” 2006



Yüklə 26,94 Kb.
tarix04.06.2018
ölçüsü26,94 Kb.
#52651


AZERCELL 2013 – SOSİAL FƏALİYYƏT





22 fevral., Azercell Telekom MMC və PAŞA Bank yeni “Ümumdünya Start-up Müsabiqəsi” layihəsinin başlandığını elan etdilər. Barama İnnovasiya Mərkəzi və İsveçrənin Seedstars şirkəti ilə birlikdə reallaşdırılan bu layihənin məqsədi sahibkarlıq mədəniyyətini təşviq etmək və innovativ ideyaları olan insanlara dəstək verməkdir.
 22 fevral., Fevralın 15-17-də Türkiyənin Antalya şəhərində “Start-up Turkey” konfransı keçirildi. Azərbaycanda innovasiya, yeni texnologiyalar və bu sahədə yaranan yeni start-up-lara dəstək olan “Azercell Telekom” MMC-nin nümayəndələri də konfrans iştirakçıları sırasında oldu.


11 mart., Azercell Telekom MMC elm və texnologiya sahəsində gənc biznesmenlər üçün yeni imkanlar yaradan proqrama start verdi. Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda ideyalarını həyata keçirmək, ABŞ-da sahibkarlıq üzrə təlimlərə

qatılmaq və nəhayət öz bizneslərini qurmaq üçün qrant əldə etdilər.


29 mart., Azercell Telekom-un Barama İnnovasiya Mərkəzi, Paşa Bank və İsveçrənin “Seedstars” şirkətinin birgə dəstəyi ilə Bakıda Ümumdünya Start-up Müsabiqəsinin final mərhələsi baş tutub. Gənc sahibkarlara İKT sahəsində biznes layihələrini gerçəkləşdirmək imkanı verən bu layihənin 4 qalibi seçilərək müxtəlif layihələrdə iştirak etmək imkanı qazanıblar.
5 aprel., Azercell Azərbaycanın növbəti qlobal marketinq tədbirini təqdim etdi. Toplantıya dünyanın ən böyük marketinq ekspertləri daxil olmaqla 200-dən çox iştirakçı qatıldı. Tədbirdə sosial media, istehlakçı marketinqi, rəqəmsal marketinq və reklam daxil olmaqla qlobal marketinq dünyasının ən son tendensiyaları araşdırılıb.
8 Aprel., Azercell Telekom “Musiqi ilə birləşərək” layihəsi çərçivəsində 1-8 aprel tarixlərində Finlandiyanın məşhur Savonlinna Musiqi Akademiyasının professor-müəllim heyətinin Bakıya səfərini təşkil etdi. Nümayəndə heyəti Bakı Musiqi Akademiyasının tələbələri üçün master klass keçib, onlarla birlikdə konsert programı ilə çıxış etdilər.
15 aprel.,13-14 aprel tarixlərində Bakıda Azercell-in sponsorluğu ilə "Instasərgi" adlı böyük Instagram sərgisi baş tutdu.
15 aprel., 13-14 aprel tarixlərində Azərbaycanda ilk dəfə olaraq keçirilən "ecaHack" müsabiqəsinin finalı baş tutdu. Azercell Telekom MMC-nin sponsorluğu, Barama İnnovasiya Mərkəzi və “Hackathon Azerbaijan” layihəsinin təşkilatçılığı ilə reallaşan yarışmanın əsas məqsədi Azərbaycanda mobil tətbiqetmələr sahəsini genişləndirməklə ümumilikdə İKT sahəsinin inkişafına təkan verməkdir.

25 aprel., Azercell 2013-cü ildə də, Eurovision həyəcanını Azərbaycana gətirdi.Azercell-in rəsmi Facebook səhifəsində keçirilən müsabiqədə 6 Azercell abunəçisi mayın 18-də Azərbaycanı Malmödə canlı dəstəkləmək şansı əldə etdi.
6 may., Azercell və Park Cinema xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil etdilər.Layihə çərçivəsində müxtəlif internat, uşaq evləri və digər növ uşaqlara qayğı mərkəzlərində olan uşaqlar üçün cizgi filmlərinə baxışlar keçirildi.

7 may., Azercell-in Barama İnnovasiya Mərkəzi və ABŞ-ın CRDF Global təşkilatı tərəfindən Elm və Texnologiya Sahibkarlığı Proqramının iştirakçıları üçün vebinarlar keçirildi. Onlayn seminarda “Biznes planın yaradılması və təqdim olunması”, “Uğurlu Biznes Təqdimatı” mövzuları müzakirəyə çıxarıldı.

15 may., Azercell Facebook fanları üçün mayın 18-də Metropark-da yerləşən “Park Cinemada” Eurovision musiqi yarışmasının final konsertini canlı izləmək şansını yaratdı.

20 may., Azercell-in dəstəyi ilə Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirildi. Bilik yarışmasında ilk 4 yerə layiq görülən komandalara Azercell Telekom MMC tərəfindən dəyərli hədiyyələr təqdim olundu.
21 may., Mayın 21-də Azercell Telekom MMC-nin binasının yerləşdiyi ərazidə yeni istifadəyə verilmiş stadionun açılışı oldu. Açılış mərasimində şirkətin prezidenti Kiril

Qaburiç, AFFA-nın baş katibi Elxan Məmmədov, “Neftçi” Peşəkar Futbol Klubunun rəhbərliyi və komandanın digər üzvləri iştirak etdilər. Açılışdan sonra stadionda Azercell-in komandası ilə “Neftçi” klubunun üzvləri arasında qısa oyun keçirildi.



22 may., Azərbaycanı “Eurovision-2013” Mahnı Müsabiqəsində uğurla təmsil edən Fərid Məmmədov Azercell-in qonağı oldu.

Azercell-in prezidenti Kiril Qaburiç və şirkətin əməkdaşları Azərbaycanın adını, musiqisini dünyaya tanıtdıran Fərid Məmmədovu bir daha təbrik ediblər, ona gələcəkdə daha böyük uğurlar arzuladılar.



24 may., Bakıda fəaliyyət göstərən Avropa Azərbaycan Məktəbinin 9-cu sinif şagirdləri Azercell-i ziyarət etdilər. Şagirdlərə Elektromaqnit Dalğaları və onların istifadə edilən yerləri haqqında 1 saatlıq təlim keçirildi. Təlimdən sonra, Elektromaqnit

Dalğaların GSM şəbəkəsində istifadəsi əyani şəkildə şagirdlərə nümayış olundu.



29 may., 28 May Respublika Günü münasibətilə TeliaSonera şirkətinin dəstəyilə Stokholmda “Lənkəran xanının vəziri” tamaşası oynanıldı.


31 may.,Azercell Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tələbələr və məzunlar üçün Karyera Günü və Əmək Yarmarkası da iştirak etdi. Şirkət eyni zamanda Səbail Rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilən digər əmək yarmarkasında da fəal iştirakı ilə seçildi. Azercell-in nümayəndələri məzunlar üçün informasiya sessiyaları təşkil edərək, vakant yerlər haqqında məlumat verdilər.
10 iyun., Azercell-in Barama Innovasiya mərkəzinin dəstəyilə Bakıda ilk dəfə qlobal formatlı “Start-up Weekend” tədbiri keçirildi. Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanaraq sahibkarlar, start-up müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək start-up-larla münsiflər qarşısında təqdimatlar etdilər.
20 avqust., Azercell növbəti "Baku TechTalks" layihəsini elan etdi.

Barama Innovasiya Mərkəzi və "Baku Google Developers Group"un təşkilatçılığı ilə keçiriləcək bu dəfəki tədbirin mövzusu "Mobil Əməliyyat Sistemləri"oldu.



14 avqust., “Musiqi ilə birləşərək” layihəsi çərçivəsində Bakı Musiqi Akademiyasnın 12 ən yaxşı tələbəsi Finlandiyanın Savonlinnada keçirilən yay məktəbində keçirilən tədris proqramına qatıldılar.

17 avqust.,Azercell yeni dərs ilini başlanması münasibətilə yeni sosial layihəyə start verdi. Layihə çərçivəsində Bakı və regionlar daxil olmaqla, Quba, Mingəçevir, Lənkəran, Şüvəlan, Mərdəkan, Qaradağ, Sumqayıt, Maştağa, Buzovna, Bilgəh, Pirşağı, Türkan və Suraxanıda yerləşən 19 internat məktəbinin 4 000 nəfər şagirdi üçün dərs ləvazimatları ilə dolu məktəbli çantaları təqdim edildi.

2 oktyabr.,Azercell növbəti Tələbə Təqaüdü Proqramına start verdi. Proqrama qatılan və qalib seçilən tələbələr Azercell şirkəti tərəfindən cari ali təhsillərinin sonunadək 200 AZN məbləğində aylıq tələbə təqaüdünü almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə iş təcrübəsini keçmək imkanını əldə etdilər.

11 oktyabr., Azercell şirkətinin “Kaspi” Tədris Mərkəzi ilə birgə təşkil etdiyi “Jurnalistlər üçün ingilis dili kursları”-nın növbəti mərhələsində iştirak edən jurnalistlərə sertifikatlar təqdim olundu. Eyni zamanda, imtahanlarda yüksək nəticələr göstərən 2 nəfət jurnalist Böyük Britaniyada ingilis dilininin təkmilləşdirilməsi kursuna göndərildi.

 
23 oktyabr.,Azercell Telekom Bakıda keçirilən İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi 7-ci Beynəlxalq Konfransının telekom partnyoru oldu. AICT2013 Beynəlxalq Konfransının əsas məqsədi dünyanın müxtəlif nöqtələrindən olan alim və mühəndisləri eyni məkana gətirmək, onların müzakirəsini təşkil etmək idi.



28 oktyabr., Azercell-in təşəbbüsü ilə 15 jurnalist üçün media-təlim təşkil olundu. Oktyabrın 28-29 tarixlərində keçirilən iki günlük təlimdə təcrübəli jurnalistlərlə bərabər, artıq biliklərini bu peşədə tətbiq edən ali məktəbin son kursunda təhsil alan tələbələr də iştirak etdi. Geniş təcrübəyə malik Türkiyəli mütəxəssislər Mehmet Binay və Ayzen Atalay xəbərlərin yazılması, işıqlandırılması üçün mövzu seçimi, müsahibə alma texnikası, səmərəli ünsiyyətin yeni növü olan sosial şəbəkələrdən istifadə və digər maraqlı mövzular üzrə mühazirələr oxuyaraq , praktiki təlimlər keçdilər.

25 dekabr., Azercell Telekom MMC-nin sponsorluğu ilə MilliNet müsabiqəsinin qalibləri seçildi.
18 dekabr., Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzinin və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun birgə təşəbbüsü ilə mart ayından başlanan Elm və Texnologiya Sahibkarlığı Proqramı (ETSP) çərçivəsində gənc sahibkarlar üçün keçirilən seminarlar silsiləsinin final mərhələsi baş tutdu.

23 dekabr., Dekabrın 20-də Azercell şirkətinin prezidenti Kiril Qaburiç Təqaüd Proqramının qalibləri ilə görüşərək,onlara xüsusi sertifikatları təqdim etdi. Oktyabrın 1-dən başlanan mərhələli seçim prosesinin sonunda 11 tələbə Azercell-in Təqaüdçüsü adına layiq görüldü. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək Azercell şirkəti tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaqlar.




Yüklə 26,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin