Azirlər Kabinetinin 2012–ci ilin doqquz ayının sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı cənab İlham Əliyev bildirmişdir ki



Yüklə 22,23 Kb.
tarix23.10.2017
ölçüsü22,23 Kb.
#11781

Nazirlər Kabinetinin 2012–ci ilin doqquz ayının sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı cənab İlham Əliyev bildirmişdir ki, doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard sərmayə qoyulmuşdur. Sərmayələrin əlavə hissəsi, təqribən 70 faizə yaxın daxili investisiyalardır. Qətiyyətlə demək olar ki, ölkə iqtisadiyyatının belə bir sürətli inkişafı dünya dövlətlərinin maliyyə böhranının davam etdiyi son dörd ildə baş verir. Bu ilk növbədə ölkədə hökm sürən dayanıqlı sabitliyin, uzun müddət həyata keçirilən makroiqtisadi strategiyanın və aparılan uğurlu sosial–iqtisadi siyasətin nəticəsidir.

Təsadüfi deyil ki, XXI əsrin ilk 12 ilində qarşıya qoyulan əksər Dövlət proqramları yüksək göstəricilərlə yerinə yetirilmiş, müxtəlif sahələrə qoyulmuş daxili və xarici sərmayələrdən əldə olunan vəsait insan kapitalına yönəldilmişdir. Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz artmışdır. Bütün bunlarla yanaşı, respublikada əhalinin sosial müdafiəsinə əlavə təminatlar yaradılması məqsədilə mütəmadi olaraq müvafiq qanunlar və qərarlar qəbul edilir ki, bu sahədə həyata keçirilən tədbirlərin bir qismi də sığortalanma vasitəsilə aparılır.

Bu sahədəki vəziyyətlə, görülən işlərlə tanış olmaq məqsədilə əməkdaşımız respublika Dövlət Sığorta Şirkətinin sədri Məmməd Məmmədovla görüşüb şirkətin cari ilin ötən dövrü ərzində əldə olunan nailiyyətlərindən və qarşıya çıxan problemlərdən danışmasını xahiş etmişdir.

Məmməd Məmmədov demişdir:

– Son illərdə respublikamızda aparılan mədəni quruculuq işləri, sosial–iqtisadi problemlərin davamlı həlli, bu sahədə müvafiq qanunların qəbul edilməsi və nəzərdə tutulan tədbirlərin bir qismi sığorta vasitəsilə həyata keçirilir.
Bu gün ölkə həyatının bütün sferalarında olduğu kimi, mühüm sahələrdən biri olan sığorta bazarının inkişaf etdirilməsi, təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğun təşkil edilməsi üçün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvafiq normativ–hüquqi aktlar təsdiq edilir.
Onu da deyim ki, ölkə iqtisadiyyatının, sənayesinin, kənd təsərrüfatının inkişafı, əhalinin maddi rifah halının gündən–günə yaxşılaşması sığorta işinin inkişafına əsaslı zəmin yaradır. Bu məqsədlə sığortaçılarda əhalidə daha dolğun sığorta təminatı yaratmaq üçün onlara müxtəlif növ sığorta xidməti göstərilir.

Bu gun informasiya–kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə bir sıra təbii hadisələr barədə əvvəlcədən təminat verilsə də, seysmik zonalarda zəlzələyə dözümlü tikililərin inşa edilməsinə, yanğına qarşı qurğuların qurulmasına, sel suların qarşısını almaq məqsədilə iri çaylar üzərində elektrik stansiyalarının tikilməsinə və sair tədbirlərin görülməsinə baxmayaraq, baş verə bilən yanğın, zəlzələ, partlayışlar və digər gözlənilməz fəlakətlər nəticəsində cəmiyyətə külli miqdarda maddi ziyan dəyir, insanların həyat və sağlamlığı üçün təhlükə yaranır. Belə hadisələr zamanı zədələnmiş və məhv olmuş əmlakların bərpasına böyük məbləğdə vəsait tələb olunur. Bu da vətəndaşlara, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə ciddi maliyyə problemi yaradır.


Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev 2012–ci ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasdakı çıxışında bildirmişdir ki, “zəlzələ zonasında zəlzələnin fəsadlarının müvəffəqiyyətlə aradan qaldırılmasını təmin etmək məqsədi ilə dövlət büdcəsindən 300 milyon manatdan çox vəsait ayırmaqla dövlət bu maliyyə yükünü öz üzərinə götürmüşdür. Heç bir dövlətdə təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması dövlət büdcəsi hesabına həll edilmir. Hər bir vətəndaş öz evini sığorta etdirməlidir, sığorta hadisəsi baş verdikdə ona dəyən zərər sığorta şirkəti tərəfindən ödənilməlidir”.
Bu gün respublikada təbii fəlakətlər və gözlənilməz fəsadlar nəticəsində əhaliyə dəyən zərərin ödənilməsinə təminat verə bilən təşkilatlardan biri sığorta qurumlarıdır. Onu da qeyd edim ki, inkişaf etmiş Avropa ölkələrində sığorta bazarı əsrlərlə fəaliyyət göstərsə də, Azərbaycanda sığorta işi respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra müstəqil olaraq inkişaf etməyə başlamışdır.

Hazırda ölkəmizin sığorta bazarında 28 sığorta şirkəti fəaliyyət göstərir.

Dövlət Sığorta Şirkəti 20 sentyabr 1991–ci ildə Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Sığortası Baş İdarəsinin bazasında yaradılmış və respublikada sığorta bazarının formalaşmasında, təkmilləşməsində və inkişaf etməsində fəal iştirak edir. Şirkət təsərrüfat hesablı olmaqla respublikanın rayon və şəhərlərində 80 filialı var, hüquqi və fiziki şəxslərə 28 könüllü və 10 icbari sığorta növü üzrə sığorta xidməti göstərir.
Şirkətin fəaliyyəti sığortalılar və kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilərək sığorta şirkətləri arasında “İlin şirkəti” mükafatına layiq görülmüşdür.
Bu isə şirkətin çoxsaylı kollektivini daha yüksək naliyyətlər qazanmağa istiqamətləndirir, əzmlə çalışmağa, sığortalılara daha dolğun və önəmli sığorta xidməti göstərməyə sövq edir.
Sığorta şirkəti xidmətlərinin və idarəetmənin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsinə, xidmət keyfiyyətinin yüksəldilməsinə görə Beynəlxalq İSO 9001 2008 keyfiyyət sertifikatını almışdır. Respublikada sığorta bazarının inkişaf etməsinə dövlət qayğısı böyük əhəmiyyət kəsb edir. Sığorta işinin daha da inkişaf etməsi və müasir səviyyədə qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə dövlət tərəfindən 20–yə yaxın müxtəlif qanunlar, fərmanlar və qərarlar qəbul edilmişdir.

Həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının dinamik inkişafı, əhalinin maddi–rifah halının yaxşılaşdırılması sığortanın mütəmadi inkişafına geniş zəmin yaradır. Mövcud imkanlardan istifadə edən Dövlət Sığorta Şirkəti cari ilin 9 ayı ərzində 23658,1 min manat məbləğində sığorta haqlarının daxil olmasına nail olmuşdur ki, bu da keçən ilin müvafiq dövründən 5.424,6 min manat çoxdur.


Daxil olan sığorta haqlarının 20873,8 min manatını icbari sığortalar, 2724,3 min manatını könüllü sığortalar təşkil edir.
Şirkətdə qüvvədə olan normati
v–hüquqi aktlarla yanaşı, könüllü sığorta qaydalarının təkmilləşdirilməsi sahəsində sığortaların mənafeyinə cavab verə bilən yeni sığorta qaydaları hazırlanıb əhaliyə təqdim edilir.

Belə ki, 2010–cu ildə Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması və sel suları nəticəsində Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonlarının və Şirvan şəhərinin əhalisinə məxsus yaşayış evlərinə və ictimai təşkilatlara məxsus tikintilərə ciddi ziyan dəymişdir. Həmin tikililər sığorta olunmadığından onlara dəyən zərərləri, onların bərpasını dövlət öz üzərinə götürərək büdcə vəsaiti hesabına bərpa etdi. Bununla əlaqədar Milli Məclis tərəfindən 24 iyun 2011–ci il tarixdə “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi və qanunun tətbiq edilməsinə dair respublika Prezidenti 15 sentyabr 2011–ci ildə fərman vermişdir. Bu qanun özündə “Daşınmaz əmlakın icbari sığortası”nı, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nı, “Sərnişinlərin icbari fərdi qəza sığortası”nı birləşdirir. “Daşınmaz əmlakın icbari sığortası” hüquqi və fiziki şəxslərə məxsus yaşayış evlərinin, mənzillərin və qeyri–yaşayış tikintilərinin sığortasını əhatə edir.


Yaşayış evləri və mənzillərin sığorta məbləği Bakı şəhərində 25 min manat, sığorta haqqı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində sığorta məbləği 20 min manat, sığorta haqqı 40 manat, digər rayon və şəhərlərdə sığorta məbləği 15 min manat, sığorta haqqı 30 manat müəyyən edilib.
Bu növ sığortanın aparılması üçün ötən dövr ərzində Dövlət Sığorta Şirkəti və onun filialları tərəfindən əhali arasında geniş təbliğat işi aparılmış, televiziya kanallarında daşınmaz əmlakın icbari sığortasına dair reklamlar verilmiş, şəhər, rayon icra hakimiyyətləri başçılarına müraciət olunmuş, vətəndaşlara bildirişlər göndərilmişdir. Bu Qanunun icrası ilə bağlı Dövlət Sığorta Şirkəti tərəfindən cari ilin 9 ayı ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 42997 müqavilə bağlanaraq 1491,1 min manat, o cümlədən yaşayış evlərinin və mənzillərin sığortası üzrə 4130 müqavilə bağlanmış 1301,2 min manat, qeyri–yaşayış tikintilərinin sığortası üzrə 1646 müqavilə bağlanmış 189,8 min manat sığorta haqqı toplanmasına nail olunmuşdur.
“İcbari sığortalar haqqında” Qanunun 75–ci maddəsinə və ölkə Prezidentinin 15 sentyabr 2011–ci il tarixli Fərmanının 4.4–cü bəndinə əsasən yaşayış evləri və mənzillərin icbari qaydada sığorta olunmasına nəzarət müvafiq yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bir sıra rayonlarda bu sahəyə rayon icra hakimiyyəti başçılarının köməyi və diqqəti nəticəsində vətəndaşlara məxsus yaşayış evlərinin və mənzillərin sığorta olunması işi qənaətbəxş təşkil edilmişdir. Belə ki, ötən dövr ərzində Yevlax rayonunda 2500, Göyçay rayonunda 1385, Gədəbəy rayonunda 2336, Yardımlı rayonunda 1149, Şirvan şəhərində 1164, Ağstafa rayonunda 976, Qazax rayonunda 490 yaşayış evi və mənzil sığorta olunmuşdur.

Yuxarıda qeyd etdiyim dövrdə qanunda göstərilən hadisələrdən zərərçəkmiş vətəndaşlara 407,3 min manat, o cümlədən zəlzələdən zərərçəkmiş Zaqatala, Balakən və Qax rayonlarında 146,7 min manat sığorta ödənişinin verilməsi təmin olunmuşdur.


Əminliklə deyə bilərəm ki, ölkə əhalisi onlara məxsus yaşayış evlərini, mənzilləri və qeyri–yaşayış tikintilərini Dövlət Sığorta Şirkətində sığorta etdirərək qanunun icrasının təmin olunmasında fəal iştirak edəcəklər. Eyni zamanda rayon və şəhər icra hakimiyyətinin rəhbərləri də bu sahədə öz nəzarətlərini daha da gücləndirəcəklər.
Dövlət Sığorta Şirkətinin kollektivi öz işini “Sığorta fəaliyyəti haqqında” Qanunun tələbinə uyğun olaraq qurur, hüquqi və fiziki şəxslərə bütün növ sığorta xidməti göstərilməsi üçün, onlara sığorta təminatı yaratmaqda bütün imkan və bacarıqlarından istifadə edəcəklər.

Yüklə 22,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin