Tarix üzrə fəlsəfə doktoru , Ələkbər Ələkbərovun “Babək (Xürrəmi hərəkatının səbəblərinə, qəhrəmanın mənşəyinə dair)” adlı kitabından VIII hissə ( Son )
Türk dillərində, məsələn Azəbaycan türkcəsində, “-in” ismin yiyəlik halının şəkilçisidir, məsələn “kimin? - İbrahimin”. Fikrimizcə, müasir rus dilinin yiyəlik halının şəkilçisi olan “-и(н)” həmin vasitə ilə yaranmışdı - кого, чей? - Саши(н). Yaxud başqa misal - “innə/ninnə/lay-lay”.
İngilis dilində “an” sait səslə başlayan ismin önündə istifadə olunan qeyri-müəyyənlik artiklidir. Fransız dilində də “un” qeyri-müəyyən ismin qarşısında istifadə olunan artikldir. Maraqlıdır ki, eyni vaxtda “un/in/an” zaman-məkan funksiyasını bidirən hissəcikdir, məsələn, latın dilində “annus/il”, italyanlarda anno/il”; ingilislərdə “and”, almanlarda isə “und” zaman/məkan davamlılığını bidirən bağlayıcıdır; almanlarda və ingilislərdə “end” sonluğu bildirən ifadədir ki, ona roman və germam dillərində “finish/fine”, rus dilində isə “конец” deyirlər. Əlbəttə ki, bunu hindavropa dillərinin qohumluğundan ortaya çıxan xüsusiyyətlə bağlaya bilərlər. Lakin türk dillərində də bu xüsusiyyətlər və analogiya qorunur – “an” (çox qısa bir vaxt ölçüsü) və “son”. Ərəb dilində isə “başlanğıc” bildirən “kənə/olmaq” felini buna misal gətirmək olar: “innəmə əmrahu izəə əradə şeyyən ən yəkulə ləhu kun fəyəkunu – Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar” [Quran, XXXVI:82]
Maddilik informasiyanın xüsusiyyətlərini daşıyan “un/in/an” insan/qəbilə bildirən sözlərin yaranmasında da iştirak edir – şumerlərdə en/tayfa başçısı, kahin/, türklərdə xan/tayfa başçısı, kahin/, аna/valideyn, mən, man, min /1-ci sifətin tək halda şəxs əvəzliyi, mannalılar, vənədlər, vonoqurlar tayfaları; çinlilərdə van /başçı, kahin/, hindavropalılarda bu “man, pan /insan, ağa/”, samilərdə - yəhudi ben, ərəb. metateza vasitəsi ilə ibn –oğul, mən –«kim» sual işarəsi. Fars və erməni dillərində “an/yan” artıq soyad və mənsubiyyət bildirən şəkilçidir /Sistani, Pərixanyan/. Məhz həmin şəkilçi biz Ərdəşir Babəkanın adında da müşahidə edirik. Bu zaman-məkan mənasını bildirən şəkilçini biz toponimik formant/şəkilçi kimi “Gordion, Panteon, Askalon”yer adlarında görürük. Əgər “an/on” hissəcikinə “k-“ hərfi əlavə olunsa proteza hadisəsi nəticəsində eyni məna verən “kan“ hissəciyi yaranır (Abakan, Mərdəkan, Namazqan). Orta fars, pəhləvi dilində Hindukan /Hindistan/ sözünün “qan/can” formada əksini biz Adurbadaqan, Azərbaycan adlarında müşahidə edirirk.
Ərəb dilində müəyyənlik artikli “əl”-dir. Fransız dilində isə biz onun “le” forması ilə qarşılaşırıq. Fikrimizcə, fransız dilində istifadə olunan “le” ərəb “əl” artiklinin metatezaya uğramış formasıdır (mənanın qorunması ilə hərflərin yer dəyişməsi, məsələn “kab/bak - həcm” – müəllif) və ərəblər Əndəlüsü (qədim “İberiya” – müəllif) tutduqdan sonra o da bura, həmin regiona gələrək, roman dillərinə təsirini göstərmişdir. Lakin ərəblər germanlardan uzaq idi və onların da dilində “all, always, alles” hissəciklər yalnız “işığa” xass olan zaman-məkan funksiyasını icra edirlər. Nəhayət, Avropa dillərində “al” müəyyənlik bildirən suffiksinin rolunu da oynayır, məsələn “natural”. Maraqlıdır ki, həmin hissəciyin metatezası istər hindavropa dillərində, istərsə də sami dillərində müəyyənlik bildirən artiklin inkar formasını yaradır - samilərdə əl/lə, ivritdə lö (“in” - rus dilində «не/нет», ingl. «no», alman. nicht., fars nə). Beləliklə, «əl/lə»~«in/no» dil ifadələlərinin qarşı-qarşıya qoyulması “in/no” ~ “əl/lə” anlayışlarının informasiyalığı haqqında məlumat verir. Bu müqayisə isə onu sübut edir ki, artıq türk dillərində də ”li/lu/la” özündə bütün yuxarıda nümunə gətirdiyimiz «in/an» mənalarını əks edir – “lu/insan (ulu)”, “lala/böyük qardaş”, “lu/insan/+lu/insan/+bi / (türk dillərində oba /ev, yaşayış yeri/ mənasını verən hissəcik) → “insanlar/tayfa”. Bunun əsasında da Azərbaycanın qədim türk tayfası lu(l)lubi; mənsubiyyət və toponimik formant şəkilçisi “lı/li/lu” Kartli (qurteli) /tarixi Qırdman/Qardabani - indiki Şərqi Gürcüstan/, Biaynili /Urartu/, Yaroslavl, Peryaslavl [122, 387-419], Gəncəli Nizamini misal çəkmək olar.
Bəzi hallarda “in/un” say funksiyasını da icra edir. German dillərində «ein/one/un»dir. Lakin türk sayları daha kamildir və ”un/in” onlarda daha yüksəyə doğru dialektik inkişafı təsdiqləyir - «10/on» «1000/min». “İşıq” mənasında “uz/üz” hissəciyinə “y” hərfinin protezası vasitəsi ilə “yuz/100» anlamı meydana gəlir və ”dəniz”; “ulduz”; “qızmaq” sözləri də həmin qeyd etdiyimiz hissəciklərinin vasitəsi ilə yaranmışdır.
Nümunə gətirdiyimiz İnsan düşüncəsinin aşağı qatları ilə bağlı olan adı çəkilən hissəciklərin sayını artırmaq da olar. Maraqlıdır ki, “un/in” hissəciyi bir çox qədim bütpəstlərdə “Allah” mənasını da bildirirdi. Məsələn, bu vikinqlərdə – Troyadan Avropaya köçən asların başçısı – Odin. Yaxud da Kiyev slavyanlarının dillərində vaxtı ilə “bir/1” mənasını bildirən “первый, перший” sayları vikinqlarin ora gəlişindən sonra “один” sözü ilə əvəzləndi və bu da skandinavların baş Allahı Odinlə bağlı idi. Kiyev slavyanlarının Xristianlıqdan əvvəlki Baş Bütü isə - Perun və onun əsasında yaranan “первый, перший” idi ki, onun da kök samitləri türk “bir/pir” mənasını verir. Perun adındakı “un” şəkilçisi isə dediyimiz “un”u əks etdirir. Maraqlıdır ki, vikinqlərdə Asqard – Allahlar ölkəsidir. Həmin “on/un” hissəciklərinə yunanlarda Poseydon, romalılarda Neptun – dəniz tanrılarının adlarında da rast gəlmək olur. Burada da, həmin hissəciklərin artıq su ilə bağlılığını, məsələn, Van gölü, Don→Tanais, Dunay→Danay, Dnepr→Danapr, Dnestr→Danastr və İordan çaylarının adlarında müşahidə edirik.
AN - şumerlərin baş Tanrısı idi və türklərdə ona QAN TANRI deyirdilər. Burada isə artıq “un”-un “işıq/rəng” mahiyyəti üzə çıxır. Məsələn, türkcə ağ rənğdə üyüdülmüş taxıl tozuna “un” deyilir. İlahi Nurun paklığı və ağlığı Müqəddəs Kitablardakı bir çox faktlarla göstərilir [Библия, Первое послание Иоанна 1:5]. Məsələn, “Nur” surəsinin 35-ci ayəsində deyilir ki, “Allah göylərin və yerin nurudur” [Quran, XIV:35]. Bunun əsasında da farslarda sonralar “can” anlayışı yaranır. Türklər isə “canın” maddiləşdirilmiş təzahürünə “qan” dedilər. Yunanlar da onu “gen” kimi adlandırdılar.
Bütün bu faktlar nəyə görə xürrəmilərin bayraqlarının qırmızı olduğunu və onların “qırmızı köynək” adlandırılmasını aydınlaşdırır. Fikrimizcə, bir sıra tədqiqatçıların bəzi IX-X əsrlər müsəlman müəlliflərinin yazdığı kimi, Babəki və onun tərəfdarlarını aşağı zümrənin nümayəndələri hesab etmələri, yanlışdır. Bunu, yuxarıda qeyd etdiyimiz kimi, edamdan əvvəl Babəkin qardaşı - “dehqanam” deməklə təsdiqləmişdi. Babəki “aşağı zümrə”nin nümayəndəsi kimi təqdim etməklə həmin dövrün müəllifləri onu və bütövlüklə xürrəmi hərəkatını gözdən salmaq istəyirdilər. Əl-Mötəsim Babəkə aman verməklə ondan yalnız sərkərdə kimi istifadə etmək niyyətində idimi???
Bizim bununla bağlı gözəl atalar sözlərimiz var. Məsələn: Öküz ölər, gönü qalar, igid ölər, ünü qalar”. Gördüyümüz kimi məsəldəki “ün/un” yaddaşdır”! Bu misalda “ün/un”un Öküzlə bir yerdə istifadə edilməsi “Əlif, Tövrat, Bəqərə” kimi dini terminlərə və anlayışlara fikir verilməsinə əsas verir. Çünki hər üç söz türkçəmizə tərcümə olunuqda “İnək/öküz” deməkdir. Azərbaycan türkcəsində “inək” deyilən canlıya isə türk-çuvaşlar “ene” deyirlər. Amma ümumi türkcədə bu heyvana “ud” da deyilir [72, 57].
«J/g/q» hərflərinin qanunauyğun keçidini nəzərə alanda /məsələn, Curcan→Qurqan; Camal→Qamal/ İslam ənənəsinə görə Nuh Peyğəmbərin gəmisinin qonduğu yer “Cudi” “Qudi” oxunacaq ki, bu da şumerlərdə “inək”, türklərdə isə “iri buynuzlu heyvan” deməkdir [140, 199.245]. Gördüyümiz kimi, onların mənaları oxşardır. Türk dillərində “k/q” hərflərinin proteza xüsusiyyətini nəzərə aldıqda1 qeyd olunmalıdır ki, «ud/od» («ad/az» inkişafı ilə) və ondan əmələ gələn sözlər əslində türk «Od/İşıq» deməkdir. Bunların əksini biz – pəhləvi. Adurbadaqan; ərəb. Azərbaycan xoroniminin adında görürük. “İnək/Gud/God/Buğa/Бог»~İşıq sözlərinin sinonim olmasını nəzərə alsaq, deyə bilərik ki,”in/od→ad/az” hissəcikləri də sinonimdir. Bundan da başqa maraqlı bir analogiya ortaya çıxır:
şumer.Dingir (Ell, Allah, İşıq) ~ sami. Tora (Öküz)/Bəqərə (İnək) ~ türk. Dana
(İnəyin balası) ~ Dan (səma, şəfəq, burdan da Dan ulduzu - Venera) ~ Tanrı(Allah)
Beləliklə də, bizə çatan bütün türk dastanlarında onların ən çox hörmət bəslədiyi heyvanlar ”Kut/Buğa”, “Qurd/ (it)», “Bars/aslan” və “Yılan/Əjdaha”-dır[123, 186-191]2. Qədim qaynaqlardan göründüyü kimi “öküz/inək” Ön Asiayada və Balkanlarda çox yayılmış bir kult idi. Bu heyvanla birlikdə “bərəkət” kultu yayılmışdı. Əgər biz qədim ehramların barelyeflərinə nəzər salsaq, onların süjetlərinin əksəriyyətini “dünya ağaçı” ilə yanaşı öküz və öküz başı rəsmləri təşkil edir. Ona görə də Qobustanda inək ilə hamilə qadınların şəkilləri bir yerdə verilmişdir.
İosif Flaviyə istinad edən yunan tarixçisi Manefon “Misir” adının mənşəyi haqqında açıqlama verəndə yazırdı: “Çoxlu atlı ordusu və dəniz qüvvəsi olan… Setos…. qardaşı Armaisi Misirə hakim təyin edib ... Özü isə Kipr və Finikiyaya qarşı müharibəyə getdi ... Misirdə qalan Armais qorxusuz qardaşı ona qadağan edən /işləri/ gördü … Nəhayət, o dostlarının məsləhəti ilə başına hökmdar tacını qoyaraq, qardaşına qarşı üsyan etdi. Lakin tezliklə baş kahin məktub /yazaraq/ Setosa hər şeyi açdı. ... Təcili olaraq o (Setos – müəllif) Peluziyaya qayıtdı və ona məxsus olan şahlığı tutdu. Onun adından ölkə Misir adlandı, çünki Setos Misir adlanırdı, onun qardaşı Armais isə - Danay ... Bizim əcdadlarımız (yəhudilər – müəllif) Misirdən çıxıb /Qüds ətrafında – müəllif/ Danay Arqosa gəlməmişdən üç yüz doxsan il əvvəl məskən saldılar. Amma ... arqoslular onu ən qədim hesab edirlər”. Mənbəni şərh edən Y.İ.İzrailson qeyd edir ki, “bu tam dəqiq deyil, çünki arqos əhalisi öz qədim hökmdarı kimi Danay deyil, İnaxı sayırdılar” (seçmə bizim – müəllif) [53, 22-23]. Göründüyü kimi, əslində hər iki ad eyni məna verir.
İnax haqqında hekayə Ammian Marselinin “Roma tarixi”ndə əksini tapmışdır. O, bu barədə əsərinin 22-ci fəslində məlumat verir. Həmin fəsildə Qara dəniz və Frakiyanın sərhədlərindən danışan müəllif Bosfor və İnax adlarının mənşəyi haqqında belə yazırdı: “Yayın qıraqları hər iki tərəfdən qarşı-qarşıya duran Frakiya və Kimmeriya Bosporunu təşkil edirlər. Onların Bospor adını daşımalarının səbəbi bir zaman, şairlər dediyi kimi, inəyə döndərilmiş İnaxın qızının İonik dənizinə keçməsidir” (seçmə bizimdir – müəllif) [36, XXII, 8:15].
Əlbəttə ki, bu analogiyada Herodotun təsirini görməmək mümkün deyil. Ellinlərin “barbar” dünyası ilə müharibəsindən danışan Herodot belə bir məlumat da verir: “ Bilici fars adamlarının məlumatlarına görə, ellinlərlə barbarlar arasında ixtilafın yaranmasında günahkar finikiyalılardır. Axırıncılar Qırmızı dənizdən bizim dənizin /sahillərinə/ gələrək, ölkədə məskən saldılar və indi də orada yaşayırlar. Finikiyalılar dərhal uzaq dəniz səyahətlərinə çıxdılar. Bir çox ölkələrə Misir və Assuriya mallarını daşıyaraq, onlar, söz arası, Arqosa da gəldilər. Arqos isə hazırda Ellada adlanan (!!! – yəni yalnız Herodotun dövründə - müəllif) ölkəsinin ən əhəmiyyətli şəhərlərindən idi. /Bu dəfə/ finikiyalılar adı çəkilən Arqosa gələn kimi, mallarını satmaq üçün düzdülər. Onların gəlişinin beşinci, yaxud altıncı günü, yəni onların malları satılıb qurtardıqdan sonra sahilə bir çox qadınlarla birlikdə hökmdar qızı da gəlmişdi. Onun adı İo, İnaxın qızı idi, bu cür ellinlər də adlandırır. Qadınlar gəmilərə yaxın yerdə durub, gözlərinə deyən malları alırdılar. Həmin an ... finikiyalılar qadınların üstünə atıldılar. Qadınların çoxu, ... qaçmaqla xilas oldular. İo ilə /birlikdə/ onlar bir neçə qadını tuta bildilər. Finikiyalılar qadınları dərhal gəmiyə qaldıraraq, üzdülər [Herod. I:1].
Beləliklə, bu hekayələri qarşı-qarşıya qoyanda iki təkzib olunmaz fakt üzə çıxır. Demək lazımdır ki, Misir mifoloji obrazlarının çoxu Kiçik Asiya mədəniyyəti əsasında formalaşmışdı. Məsələn, bu misirlilərin mənimsədikləri “Herakl” kultudur. Maraqlıdır ki, Babək adının etimologiyasını öyrənərkən, biz istər-istəməz Herakl adının da mənasını açmalı olacağıq [123, 187-191 ]. İkincisi (!!! – müəllif), Herodotun İo haqqında hekayəsindən aydın olur ki, bu qadın yunan əsilli deyildi. Adı çəkilən yunan müəllifi Herodot isə, bizim üçün burada daha maraqlı faktlar da təqdim edir. Belə ki, Herodot qədim misirlilərin adətlərindən danışanda qeyd edir: “Təmiz öküz və danaları misirlilər hər yerdə qurban kəsirdilər. Əksinə inəklərin qurban gəsilməsinə icazə verilmirdi. Onlara İsida həsr edilib. Axı İsida da (yunanlarda İo təsvirinə bənzər) inək buynuzları olan qadın kimi təsvir edilir və misirlilərin hamısı bütün heyvanların arasında daha çox inəklərə rəğbət bəsləyirdilər (seçmə bizim – müəllif) [Herod. I:41]. Herodotun bu məlumatlarından isə aydın olur ki, indiyə kimi “ellin/yunan” şəhərləri arasında ən əhəmiyyətlisi kimi təqdim edilən Arqonun başında türk sülaləsi dururdu. Bu isə bizə Misirin bərəkət ilahəsi olan “İsida” adının yeni şərhini verməyə əsas verir. Bəzi şərhçilər hesab edirlər ki “İsida” adının mənşəyi Misir “İ-set/taxt” sözündən alınmadır. [12, 566]. Əgər biz İsidanın “İşıq/İlahi/” təcəssümünü nəzərə alıb, Herodot yazdığı kimi onu “inək” obrazı ilə bağlı kimi qəbul etsək, bu halda həmin adın türk dili əsasında “İs(işıq)+id/ud(inək) (İşıqlı İnək) kimi şərh edilməsi daha həqiqətə uyğundur. Məsələn, “Kitab ilm an-nafi” əsrinin müəllifi zodiak ulduzlarının adlarını verərkən “öküz” adını “ut”, Kaşqarlı Mahmud isə “ud” kimi verir. Məhz həmin “işıq” təcəssümünü bildirən “od”, /öz inkişafı ilə german, slavyan və iran dillərində ud→od/alov/→eт – eləmək, enerji sərf etmək mənasını bilidirən fel/, işığın təcəssümü kimi Bərəkət və İşıq mənasını verən İsida/İzida adında da öz əksini tapmışdır!!!
Maraqlıdır ki, sonralar Bibliyaya əsasən Musa Peyğəmbər (s) örtüklə üzünü bağlayanda, müqəddəslik rəmzi kimi onun başında “öküz” buynuzları görünürdü. Buynuzlu Musa (s) - Tövrata görə Allahın Elçisidir. Bu cür qəmli və yüksəlmiş vəziyyətdə “buynuzlar başında”, onu Mikelanjelo təsvir etmişdir [174, 170; 120, 66-79].
Qədim Yəhudi Allahı Yahvadə (יהוה) bütün Ön Asiyaya, o cümlədən hindavropa və türk xalqlarının Baş Tanrısı kimi öküz kimi təsvir edilir və eyni “İşıq” təcəssümünü bildirirdi [112, 50-55]. İsrailin e.ə. 722-ci ildə süqutu ilə əlaqədar olaraq Amosun Kitabında deyilir ki, Musa Peyğəmbər (s) İsrailin dini mərkəzinə gələndə, orada yəhudilərin Allahı qızıl öküz kimi təsvir edilmişdi [Амос 8:14; 174, 368].
Burada yenə də yazılı qaynaqlarda İbrahim (s) Peyğəmbərin vətəni Midiya olduğunu nəzərə alaq. Midiyanın paytaxtı – Ekbatana, daha doğrusu Akbatan (Ağ işığın Vətəni → Akbatan) idi ki, onun da türk dilində mənası “Odlar yurdu” deməkdir. Bu analogiya Azərbaycanın xalq tərəfindən Vətəninə verilən adı ilə tam uyğundur. Bildiyimiz kimi, məhz Ağ işığının qoruyucuları idilər. Təsadüfü deyil ki, ərəblər yazılarında Babəki “məcüs/maq” adlandırırdılar [81, 30]. Maraqlıdır ki, pəhləvi dilində “pis insan”, daha doğrusu “pis, bəd niyyətli” adam “anak” [111, 18] adlanır və bizim düşüncəmizə əsasən orada “an” - “ak/işıq (ağ)” mənasını verən hissəciyin inkarıdır. Yəni “anak” əslində Xristianlıqda Antixrist/Dəccaldır. Müqayisə edin, həmin pəhləvi dilində “anariak”, yəni “ari olmayan” deməkdir ki, bu da bizim “anak” haqqında dediklərimizi bir daha təsdiq edir.
“Bospor” adının mənşəyinə gəldikdə isə, bu söz Ammian Marsellinin kitabında olan şərhində “βοος ποροξ, öküz keçidi” mənasını verir [36, 255]. Maraqlıdır ki, türkcədə altı ayına qədər inəyin balasına “buzov 3 [192, 312] deyilir. Məhz Şimali Amerika öküzü – “bizon”un adı da onunla bağlıdır. Ona görə də şübhəsizdir ki, qədim alban Xristian məbədi olan Bakının “Buzovna” kəndinin adı bu səpkidə öyrənilməlidir!4 Bu kənddə İslamdan əvvəlki digər bir pir də yerləşir. Ona xalq arasında “Əli Ayağı, Qədəmgah” deyilir. Həmin pirin adının “Əli Ayağı” olmasını yerli xalq Həzrət Əli ibn Əbu Talib ilə əlaqələndirmək istəyir. Amma məlumdur ki, Əli ibn Əbu Talib (s) heç vaxt nəinki Bakıda, hətta Azərbaycanda olmayıb. Ona görə də adı çəkilən piri – “Əli Ayağı” adını Həzrət Əlinin adı ilə deyil, “alov” adı ilə bağlamaq lazımdır. Həmin sözdə də “al-“ hissəciyi “Odun” əksidir, yəni həmin pir “Əli ayağı” deyil “Alov ayağı” kimi şərh edilməlidir. Bunu da xüsusi qeyd edək ki, hazırda da “Əli yağı” adlanan ibadətgahın üst tərəfi xalq arasında “Yanar kənd” adlanır. Çox güman ki, vaxtı ilə dənizin bu yerində vulkan olmuşdur və sonralar əhali də o yeri özlərinə ibadətgah etmişdir. Maraqlıdır ki, Buzovna ilə Bilgəh kəndləri arasında olan ərazi “Zığulba (Zaqulba)”5 adlanır ki, “zığ“ da bizim dildə “palçıq” yerdir. Şübhəsiz ki, bu deyilənlər yuxarıda dediyimizi təsdiqləyir.
Buzovnanın şimalında dəniz, şimal qərbində Bilgəh, Nardaran və Maştağa, cənub qərbində Zabrat və Ramana, şərqində və cənub şərqində Pir Allahı adası, Şağan və Mərdəkan, cənubunda isə Binə və Suraxanı kəndləri yerləşir. Buzovna ilə Suraxanı arasında ”Təmənis” adlı düzənlik yerləşir. Maraqlıdır ki, Buzovnada olduğu kimi, Suraxanıda da “Atəşgah” adlı pir yerləşir və yerli türklərdən fərqli olaraq, Suraxanıya gəlmə olan irandilli parsiklər bu kəndin adına “Surxanı” deyirlər. Əgər biz dilçilikdə “t/z” hərf əvəzlənməsini nəzər alsaq (İsrafilin suru, yəni tur buynuzundan hazırlanan şeypur) onda parsiklərin “Suraxanı” adını “Surxanı” kimi tələffüzünün doğru olduğunu təsdiqləyərik və bu adın bilavasitə Tanrının maddi təcəssümü olan “Tur”-la bağlı olduğunu görəcəyik. Beləliklə, iki müqəddəs yer (Qədəmgah və Atəşgah, hər ikisini də birləşdirən təmənis) Buzovna və Sur(a)xanı adlarının eyni kökdən qidalanmasını sübut edir.
Beləliklə, «in/od» → İnək/Kut sinonimliyi qarşılıqlı olaraq Kut→Alр 6 sinonim olmasını, ikinci mənada “qəhrəman” anlamını verir, məsələn, Alp Arslan – Öküz-Aslan[120, 66-79]. Fikir verin, türklərin eponim-başçısı “Buğa/Öküz → Oğuz”dur. Faktların bu cür düzümündən artıq aydın olur ki “Bizans” sözünün əsasını biavasitə həmin “öküz” “Buzov” – teomorf obrazı təşkil edir7 [116, 387-419] .
Bütün bu deyilənlər, yalnız onu sübut edir ki, Türkün tarixinə qısqanclıqla yanaşıb, tarixi qaynaqlarda və mifologiyada məlumatları ört-basdır edib, bizi bu torpaqlara gəlmə kimi təqdim etməyə çalışanlar ortaya əzəldən türk olanların “türkləşməsi“ haqqında absurd bir “ideya” atıb, tarixi faktları saxtalaşdırdılar. Gördüyümüz kimi, On Asiya və Balkanlardan olan bütün onomastik materiallar həmin “tədqiqatçıların” dediyinin əksini göstərir. Məsələn, yazılı qaynaqlardan aydın olduğu kimi, Troya/İlionun süqutundan sonra iki troyalıya – Eney və Antenora öz adamları ilə birlikdə oranı tərk etməyə icazə verilmişdi. Qaynaqdan Antenorun enet, yaxud venetlərə başçılıq edərək Paflaqoniyadan Adriatik dənizinin uzaq körfəzinə getdiyi aydın olur. Alp dağları ilə dəniz arasında yaşayan yevqaneyləri oradan qovaraq venetlər həmin torpaqları tutdular. Adı çəkilən Tit Livinin yazdığına görə “onların ilk dəfə yerə endikləri yer Troya, bütün xalq isə venet adlandırıldı” (seçmə bizim - müıllif) [32, 10].
Eneyin başçılığı ilə venetlərin digər hissəsi isə, Oktavian Avqustun tapşırığı ilə Vergilinin həsr etdiyi “Eneida”ya görə, əvvəl Makedoniyaya oradan da Siciliyaya gəldi. Siciliyada bir müddət qaldıqdan sonra Eney öz adamları ilə birlikdə Lavrent vilayətinə gəldilər və həmin torpaqlar da Troya adlandırıldı. Orada sahilə enən troyalılar əmlaksız qaldıqlarına görə quldurluqla məşğul olmağa başladılar (yada salaq yuxarıda venedlər haqqında qaynaqlarda olan müqayisələri – müəllif). Roma tarixçisinin məlumatına görə, buranın sahibi olan hökmdar Latin və yerli əhali gəlmələrə müqavimət göstərmək üçün razılığa gəldilər. «Davamını iki cür danışırlar. Bəzilərinin dediyinə görə, döyüşdə məğlub olan Latin Eneylə qohumluq əsasında ittifaq bağladı; digərləri isə deyirlər ki, onlar döyüş üçün düzləndilər, lakin Latin ... kübarların müşayiəti ilə qabağa çıxaraq gəlmələrin başçılarını danışıqlar üçün çağırdı ... bundan sonra onlar ittifaq bağladılar... Eney Latinin qonağı oldu ... Latin ... qızını Eneyə ərə verdi. Tezliklə də bu izdivacdan ... Askaniy adlı oğlanları oldu8 (!!!-müəllif) [32, 10-13].
Həmin əfsanənin köklərinin Kiçik Asiya türkləri ilə bağlılığı, Eney adının İnax adı ilə əlaqəsini sübut edir və hər ikisində də adı çəkilən “İnək” - teomorf obraz iştirak edir. Qeyd edək ki, həmin əfsanələr bilavasitə Azərbaycan türkünün etnogenezində fəal iştirak edən vənəd/bulqarlarla bağlıdır ki, onların xələfləri də bilavasitə xürrəmi hərəkatınn fəal iştirakçıları idi.
Bakıda anadan olan və onun möhtəşəm memarlıq abidələri ilə yaxından tanış olan hər kəsin İçəri Şəhər, Qoşaqala Qapıları üzərində iki Aslan əhatəsində olan Buğa başı barelyefi nəzərindən qaçmamışdır. Buna görə də heç kim “Bakı” adının əsasında qədimdə Allahın maddi təcəssümü olan “Buğa”nın dayandığına şübhə etməməlidir.
Məhz bu cür teist düşüncələr əsasında “Azərbaycan” xoroniminin adı və onun qoynunda yaranan xürrəmi hərəkatının mahiyyəti öyrənilməlidir. Birincisi, baxmayaraq ki, orta fars dilində “od/alov” mənasında “atur (azər-/adur-/ateş-)” sözü işlədilibsə, bu heç də onun “iran” mənşəli olmasını sübut etmir. Yuxarıda göstərdiyimiz “qadın/kanıçak” sözündən başqa ümumiyyətlə hind-iranlıların və hind-avropalıların istifadə etdikləri “pater/pedər – ata” əslən türk mənşəli sözlərdir və bunlar da adı çəkilən xalqların təfəkkürlərinin nə dərəcədə türk düşüncəsindən asılı olmasını sübut edir!!! Dediyimiz kimi “iran” dillilər bu ərazilərə özləri gəlmədilər və ölkənin qədim adı Parsua türkcə Barsoba deməkdir və bu adın da müasir farslara heç bir aidiyyatı yoxdur! Əksinə, müasir “fars” adlanan xalq, burada çoxluq təşkil edən iltisaqi dillilər arasında məskən saldıqdan sonra, yerli qeyri-fars, daha doğrusu türk xalqının adını mənimsəmiş oldular.
Aydındır ki, elmin hər bir sahəsinin inkişafı sadədən (ən xırdadan) daha mürəkkəbə, özündən yüksəkdə yerləşənə doğru inkişaf edir. Bunu biz “in/un” nümunəsində nümayiş etdirdik və orada inkişaf xətti ən xırdadan Allaha doğru hərəkət edərək, ayrılmaz inkişaf xəttinə malikdir. Elmdə hər bir “sadə”nin öyrənilməsi isə “işarə, hərf/rəqəm”dən başlayır. Təəssüf ki, müasir alim bütün bizi maraqlandıran məsələlərlə məşğul olmağa başlayarkən ilk informasiya daşıyıcısı olan hər bir şərti işarəyə (simvola) riyazı, yaxud da qrammatik kateqoriya kimi yaxınlaşıb, onun informativ xüsusiyyətini nəzərə almadan ilk səhvi eləcə burada edir.
Amma, əvvəlcədən qeyd edək ki, məhz “Yaradıcılığın” (!!! – müəllif) nəticəsi olan insan, ilk gündən iki təbiətlidir. O, maddi və ruhi varlıqlardan ibarətdir. Yuxarıda deyildiyi kimi, insanın hər bir hərəkəti enerjinin qəbulu və məsrəfi ilə bağlıdır. Qədim fəlsəfi düşüncələrə görə insanla Allah arasında olan ələqəni insan gözü görə bilməyən bir bağ, sütun yaradırdı və türklərdə ona “pir/bir” dedilər. Bunun nəticəsidir ki, “pir (ocaq)” qədimdən indiyə kimi türkün ibadət yeridir9. Bu da təsadüfü deyil ki, məhz bu düşüncədən irəli gələrək qədim misirlilərin ehramları “piramida” adandırıldı.Slavyanlarda baş büt “Perun” və “первый, перший” sayları isə bilavasitə həmin fəlsəfədən yaranmasının əyani təsdiqidir. Deyildiyi kimi, əsatirlərə görə, sonralar as-türklərin başçısı Odin Skandinaviyaya gəlmiş və onun xələfləri artıq norman konunqları – vikinqlər həmin sözü özləri ilə Dnepr ətrafı torpaqlara gətirmiş və bu söz – “odin” - sonradan slavyanlarda “bir/pir” mənasını verən “первый, перший” saylarını əvəz etmişdir.
Müasir rəqəmlər arasında istifadə üçün ən əlverişlisi ərərblərin “bir” rəqəmidir. Hazırda biz istifadə etdiyimiz ərəbin “bir/1” rəqəmi konfiqurasiyası ərəb dilindəki “əlif/
Dostları ilə paylaş: |