Bakı Avrasiya Universiteti



Yüklə 2,7 Mb.
tarix13.12.2023
ölçüsü2,7 Mb.
#140530
geosiyaset predmeti

Bakı Avrasiya Universiteti


İxtisas : Beynəlxalq Münasibətlər
Qrup : B07bem22/01
Kurs : II
Fənn: Geosiyasət
Müəllim : Aygün İsmayilova
Tələbə : Hüseynzadə Kifayət
Geosiyasətin əsas
tədqiqat obyekti və predmeti
Geosiyasət" termini iki yunan sözündən ibarətdir: geo - yer) torpaq, politike – dövləti idarə etmə sənəti. Müasir еlmdə "geosiyasət" anlayışı hələ də birmənalı qəbul edilmir. Bu, onun mürəkkəbliyi və tərkibinin zənginliyi, xüsusiyyətlərinin rəngarəngliyi ilə izah olunur. "Geosiyasət" anlayışı çox vaxt həddən аrtrq geniş şərh edilir. Nəticədə, bu elm оnа xas olan cizgilərdən məhrum olur, onun hüdudları hədsiz dərəсədə qeyri müəyyən olmaqla iqtisadi, siyasi, hərbi-strateji, təbiətşünaslıq, sosial ekologiya vo bu kimi başqa elmlərin, beynəlxalq münasibətlərin, xarici siyasətin predmeti ilə kəsişir.
Bu anlayışın ilk və ən ümumi tərifinə görə, geosiyasət dedikdə, dövlətin böyük dövlətçilik siyasəti ilə onun mövcud olduğu coğrafl mühit arasında münasibətlərin öyrənilməsi nəzərdə tutulur. Ənənəvi geosiyasət beynəlxalq münasibətləri dövlətlər arasında güc münasibətləri kimi təsvir edən siyasi realizmin bölmələrindən biridir. Tədqiqatçıların bir çoxunun fikrincə isə, geosiyasət öz araların da qarşılıqlı əlaqədə olan və dövlətin strateji potensialına böyük təsir göstərən coğrafi, tarixi, siyasi və başqa amillər kompleksini öyrənən bir elmdir.
Geosiyasət siyasi hadisələri məkanda qarşılıqlı münasibətlərdə,
onların Yerə təsiri, mədəni amillərə təsiri şəraitində öyrənir.
Müstəqil tədqiqat sahəsi olan, coğrafı baxımdan formalaşan müstəqil elmdir. Siyasətə daha çox meyil edən geosiyasət osas diqqəti siyasi hadisələr üzərində cəmləşdirir və bu hadisələrin coğrafı interpretasiyasım, onlann coğrafi aspektlərinin təhlilini verməyə çalışır
Hər bir elm kimi geosiyasətin də öz tədqiqat predmeti var. Daim dəyişməkdə olan bu predmetin əhatə dairəsi təbiətin və bəşəriyyətin yeni-yeni problemlərini geosiyasi müstəvidə araşdırmağa başlayır. XX əsrin ortalanndan başlayaraq sürətli elmi-texniki inqilab nəticəsində geosiyasətin predmetinin yeni elementəri sırasına iqtisadi proseslər də əlavə olunmuşdur.
İqtisadi proseslər, elmi-texniki inqilab ətraf mühitə, ekoloji şəraitə, insanın özünə, cəmiyyətə (istehsalın yerləşdirilməsi, işçi qüvvəsinin yerdəyişməsi, yeni şəhərlər salınması və s.) getdikcə daha çox təsir göstərir. Beynəlxalq münasibətlərin bütün formalarınm müəyyən edilməsində iqtisadi maraqlar ön plana keçir. Planetdə baş verən qlobal iqtisadi proseslər yüksək dərəcədə dinaınikliyi ilə fərqləndiyinə görə onlar müasir geosiyasi şəraitin dəyişkən olmasını şərtləndirir
Geosiyisatin digər predmetləri
Elmi-texniki inqilabın (ETİ) məhsulu olan hərbi-texniki vasitələr: kütləvi qırğın silahları və onlardan istifadə niyyəti, düşmənin silahmm aşkar və məhv edilməsi, qoşunların və onların manevrlərinin idarə edilməsi və s
ETİ elektron və rəqəmsal rabitə vasitələrinin inkişafına mühüm töhfə vermişdir. Onlar “kommunikativ” dünya birliyini,o cümlədən internet şəbəkəsini formalaşdırmışdır
Yeni texnika və texnologiyaların işlənib hazırlanınası ilə məşğul olan elmlərin, elocə də beynəlxalq münasibətlərdə geosiyasi xəttin strategiya və taktikasım təmin edən ictimai-siyasi elmlərin inkişaf sürətinin əhəmiyyəti artmışdır;
Əhalinin təhsil və mədəniyyət səviyyəsi də bundan əvvəlki amilə yaxındır. Texnologiyaların praktikada tətbiqi, iqtisadi sahənin, elmin, hərb işinin inkişafı xeyli dərəcədə məhz bu keyfiyyətlərdən asılıdır;
  • Sinfi və soyuq müharibələrin başa çatması ilə beynəlxalq aləmin geosiyasi tarazlığına dinin təsiri getdikcə artmaqdadır;
  • Beynəlxalq səhnədə qeyri-dövlət aktorları olan beynəlxalq terrorçu qruplaşmalar, hərbi separatçı hərəkatlar, etnik və dini ekstremizm, mütəşəkkil cinayətkarlıq şəbəkələri, habelə qeyri-qanuni miqrasiya, narkotik maddələr və insan alveri, kütləvi qırğın silahlarının yayılması, vacib enerji və nəqliyyat infrastrukturunda sabotaj riski və son illərin fenomeni olan kiber hücumlar qlobal və regional təhlükəsizlik mühitinə ciddi təsir göstərən amillərə çevrilmişdir;
  • Dövlətin siyasi rejiminin fəaliyyət səmərəliliyinin, vətəndaşların təfəkkürü və hakim elitanın səriştəsinin, ölkə əhalisinin, cəmiyyətin qanunlara və ictimai davranış normalarına əməl etmə vərdişlərinin geosiyasi vəziyyətə təsiri artmışdır;
  • Elmi-texniki tərəqqi nəticəsində keçən əsrlərdə əsas kimi götürülən ayrı-ayrı geostrateji və coğrafi müdafiə elementlərinin - geniş ərazilərin, sərhədlərin qorunmasında dəniz, dağ, çay, meşə və təpələrin rolu azalmışdır. Bununla yanaşı, elektron və rəqəmsal rabitə vasitələrinin inkişafı nəticəsində bir çox ənənəvi kommunikasiya növlərinin əhəmiyyəti ciddi şəkildə aşağı düşmüşdür. Əvəzində, enerji ehtiyatlarının daşınmasında boru kəmərlərinin, gəmiçilik və tankerlərin, dəmir yollarınm, hava daşımasımn rolu xeyli artmışdır.
  • Asiya qitəsinin cənubunda – Cənub-Şərqi Asiya ölkələrində demoqrafik vəziyyət “böyük güclər"in dünyadakı geosiyasi tarazlığına güclü təsir göstorir. Burada iqtisadi, sosial, hərbi,ekoloji və başqa problemlər kompleksi yaranır

Diqqətiniz üçün minnətdaram!


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin