Baki döVLƏt universiteti



Yüklə 59,91 Kb.
tarix10.12.2022
ölçüsü59,91 Kb.
#120788
O.Ceyran.doc




BAKI DÖVLƏT UNİVERSİTETİ

Fakültə: Fizika

İxstisas: Fizika müəllimi

Fənn: Pisxologiya

Mövzu: 12 angry men filminin analizi

Hazırlayan: Osmanova Ceyran

Qrup: Fzm 219

Müəllimin adı: Hacızadə Aytən


Bakı
Noyabr, 2022

12 angry men (1957) filminin analiz edilməsi
Atasını öldürməkdə günahlandırılan 18 yaşlı gəncin taleyi fərqli xarakterli 12 vəkilin əlindədir.Otaqdakı 12 juridən 11-i gəncin günahkar olduğundan şübhələndiyi halda, biri onun günahsız olduğuna inanır.Bu 11 nəfər birgə fəaliyyət də olaraq qruplaşır.Tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış ümumi mənafe,sərvətlər və davranış normaları-na malik olan adamların nisbətən sabit birliyi qrup adlanır.Bu 12 vəkili bir araya gətirən rusların başçısı isə lider adlanır.Lider (ing.”leader”-aparıcı,birinci,qabaqda gedən) qrupda kollektiv də hamının aparıcılığını qəbul etdiyi nüfuzlu şəxsdir.Psixologiya elmində liderlərin aşağıdakı təsvirləri vardır:
1.Ruhlandıran lider
2.Universal lider
3.Situasiyaya görə lider
4.İşgüzar lider
Rəhbər isə nadir idarə etmək keyfiyyətidir.Atasını öldürməklə günahlandırılan gənc qarşı tərəfdən başa düşülməsini,onunla empatiya qurulmasını istəyir.Empatiya-özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı,başqasının dərdinə şərik olma hissidir.Uşağın həmin psixoloji vəziyyəti və hafizəsi güclü olmadığından filmin adını unudur.
Hafizə insanlara fərqli bilik,bacarıq və keçmiş təcrübələr haqqında məlumat toplamağa,saxlamağa və əldə etməyə imkan verən beynin bir funksiyasıdır.Xəstə olan jurinin öskürməsi digər jurilərdən diqqətin bir növü olan qeyri-ixtiyari diqqətə səbəb olur.Heç bir xüsusi məqsədlə,
niyyətlə bağlı olmayan və iradi cəhd tələb etməyən diqqətə qeyri-ixtiyari diqqət deyilir.Qoca jurinin isə ixtiyari-diqqəti güclü idi.Belə ki,o cinayəti görən qadının yalan danışdığını anlayır.Diqqət-psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir.Jurilərdən biri gəncin məhəllədə böyüdüyü üçün hər şeyi edə biləcəyini vurğulayır.Yalnız jurilərdən digəri isə özünün də məhəllədə böyüdüyünü deyir.Şəxsiyyətin formalaşmasında bioloji və sosial amillərin özünə məxsus mühüm rolu vardır.Buna daxildir:
1.İrsiyyət
2.Mühit
3.Tərbiyə
4.İradə
5.İqlim
Jurilərdən biri burada ətraf mühiti,digəri isə ətraf mühiti vacib sayırdı.
Yüklə 59,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin