Bələdiyyə Xidmətlərində Şəffafliğin Təmin Edilməsi” mövzusunda Televiziya Verilişinin Istehsalı üzrə Açıq Müsabiqə (Tender)



Yüklə 7,99 Kb.
tarix13.06.2018
ölçüsü7,99 Kb.


Bələdiyyə Xidmətlərində Şəffafliğin Təmin Edilməsi”



mövzusunda Televiziya Verilişinin Istehsalı üzrə

Açıq Müsabiqə (Tender)
Avrasiya Əməkdaşlıq Fondu Bələdiyyə Xidmətlərində Şəffaflığın təmin edilməsi mövzusunda televiziya verilişinin istehsalı üzrə açıq müsabiqə (tender) elan edir.
Müsabiqə (Tender) haqqında
Müsabiqə (tender) Norveçin Statoil Şirkətinin dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Bələdiyyə Xidmətində Şəffaflıq” layihəsinin məqsədlərinə uyğun olaraq bələdiyyələr barədə silsilə verilişlərin hazırlanmasını nəzərdə tutur. Bu müsabiqənin (tenderin) məqsədi Azərbaycanda bələdiyyə xidmətlərində şəffaflığın təmin edilməsi üçün QHT-lər, bələdiyyə qanunvericiliyi, və bu istiqamətdə təşəbbüslərin dəstəklənməsi mexanizmlərinin öyrədilməsidir.
Uyğunluq meyarı


  • Müsabiqənin (tenderin) iştirakçıları veriliş hazırlanması üzrə təcrübələri olan hüquqi şəxslər – mərkəzi və regional televiziyalar, reklam şirkətləri, production-lar və ya bu müsabiqədə (tenderdə) iştirak etmək məqsədilə birləşən fiziki şəxslər qrupu, o cümlədən daimi rubrikaların aparıcıları ola bilər.

  • Müsabiqə (tender) iştirakçılarının bələdiyyələrin fəaliyyəti barədə məlumata malik olmaları və bu mövzuda əvvəlki iş təcrübələri arzu olunandır.

  • Verilişin təklif olunan ssenarisi orijinal, sadə, konkret olmalı və mesajı hədəf qruplarına ən səmərəli yollarla çatdırılmasını təmin etməlidir.


Müsabiqə (tender) təklifinin təqdim olunması
Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketinə aşağıdakı məlumatlar daxil olmalıdır:

  • müraciət edən barədə ətraflı məlumat

  • oxşar əvvəlki təcrübə

  • təklif olunan büdcə

  • verilişin mövzuya uyğun təklif olunan ssenarisi

Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketi 2 nüsxədə (CD –yə yazılmış formada) Avrasiya Əməkdaşlıq Təşkilatının ofisinə təqdim olunmalıdır. Təklifləri göndərmək üçün son tarix 31 oktyabr, 2011-ci il, saat 18.00-a qədərdir.


Ünvan: Avrasiya Əməkdaşlıq Fondu,

Cəfər Cabbarlı küçəsi 44,

Caspian Plaza, 6-ci mərtəbə

Fax: +994 12 437 29 44

info@epfound.az
Əlaqə ucun şəxs: Abil Bayramov, Proqram üzrə Məsləhətçi

Email: ABayramov@epfound.az



Phone: Tel: +994 12 437 29 40/41/42/43
Kataloq: ngos -> 1673 -> jobs
jobs -> Vətəndaş Jurnalistikası Elektron Media Layihəsinin Sosial Media düşərgəsi üçün sosial media mütəxəssisi və vebsayt mütəxəssisi tələb olunur
jobs -> Aəf vətəndaş Jurnalistikası Elektron Media layihəsi çərçivəsində açıq müsabiqə (Tender) elan edir
jobs -> Vətəndaş Jurnalistikası Elektron Media Layihəsi çərçivəsində e-media qrupları üçün təlim
jobs -> Vətəndaş Jurnalistikası Elektron Media Layihəsinin nəticələrini, layihənin uğur hekayələrini işıqlandırmaq üçün jurnalist tələb olunur
jobs -> Pd prefix pd firstname pd lastname
jobs -> AəF qısametrajlı film/annimasiya filmin çəkilməsi ilə bağlı açıq müsabiqə (Tender) elan edir Müsabiqə (Tender) haqqında
jobs -> Pd prefix pd firstname pd lastname
jobs -> Saytının qurulmasına dair açıq müsabiqə (tender)
jobs -> AəF keramika sexinə avadanlıq və materialların satın alınması üzrə tender elan edir

Yüklə 7,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə