Bibliya bütün dövrlərdə ən çox oxunan kitabdır. Hətta indi onu milyonlarla onsun oxuyur ki



Yüklə 67 Kb.
tarix01.01.2022
ölçüsü67 Kb.
#110464
növüYazı
AIOK 1


Sual 1: “Bibliya bütün dövrlərdə ən çox oxunan kitabdır. Hətta indi onu milyonlarla onsun oxuyur ki”. Eşitdiyiniz cümlələr əmşhur amerikalı yazıçıya məxsusdur və onları bir-birindən hal şəkilçiləri ilə fərqlənən iki eyni sözlə adlandırmaq olar. Necə?

Cavab: “Başlanğıc”ın başlanğıcı

Şərh: Sitat Ayzek Azimovun “Başlanğıc” əsərinin ilk cümlələridir. Bu sualla yeni mövsümün ilk oyunu başlayır.

Mənbə: http://www.lib.ru/FOUNDATION/wnachale.txt


Sual 2: Pokerdə tuz və valet kombinasiyasına verilən ad hansı futbol klubunun adı ilə üst-üstə düşür?

Cavab: “Ayaks”

Şərh: Tuz – Ace “A” hərfi, valet – Jack “J” hərfi ilə işarə edilir. Bu kombinasiya (“Ajack”) fonetik cəhətdən “Ayaks”ı xatırladır.

Mənbə: http://en.wikipedia.org/wiki/List_of_poker_hand_nicknames


Sual 3: İkinci Dünya müharibəsinin böyük hissəsini əsirlikdə keçirən Kurt Vonnequt yumorla xatırlayır ki, o müharibədən geri qayıtdıqdan sonra əmisi onu qucaqlayaraq ona -" indi əsl kişi oldun" -demişdi. Bu sözlərdən sonra Kurt az qalmışdı ki, özünün SONUNCU MOGİKANINI öldürsün. SONUNCU MOGİKAN ilə əvəz olunanı tapın.

Cavab Birinci alman

Şərh: Müharibənin çox hissəssini əsirlikdə keçirən Vonnequt bu səbəbdən alman öldürə bilməmişdi. Vonnequtlar əslən Amerikaya köçmüş almanlardır.
Sual 4: Dalamber və Jüli de Lespinasın şirin həyatından danışan bioqraf qeyd edir ki, BU, 3 ildən çox davam etmişdi. BUNU deyin.

Cavab: Bal ayı

Mənbə: М. Ялом. Как французы придумали любовь. М.: ЭКСМО, 2013, стр. 161
Sual 5: ONLARA münasibət bildirən Con Tolkien deyirdi ki, onlar, təbiilikdən uzaq olub “əldəqayırma material”ı xatırladır: ayr-ayrı hissələrdən ibarətdir və tam olmadığı aşkardır. ONLARI iki sözlə deyin.

Cavab: Süni dillər

Şərh: Adlarından göründüyü kimi, təbii deyillər. Tolkien özünün “Üzüklər hökmdarı” kitabı üçün bir neçə süni dil yaratmışdı.

Mənbə: A. Okrent. In the Land of Invented Langauges


Sual 6: Rekvizit:

dükan

tienda

loja




diz

rodilla

joelho




küçə

calle

rua




pəncərə

ventana

janela




pozmaq

borrar

apagar




unutmaq

olvidar

esquecer






Qarşınızda bir məqalədən çıxarışdır. Sual müəllifinin fikrincə, bu məqaləni oxumaq hansı ədəbi personaja kömək edə bilərdi?

Cavab: Jak Paqanel

Şərh: İkinci cərgədəki sözlər ispan, üçüncüdəki isə portuqal dilindədir. Jül Vernin personajı Paqanel ispan və portuqal dillərini öyrənərkən səhv salmışdı.

Mənbə: http://en.wikipedia.org/wiki/Differences_between_Spanish_and_Portuguese
Sual 7: ONUN ilk etalonu içində açıq alov olan şamdan olmuşdur. ONU deyin.

Cavab: Kandela

Şərh: Beynəlxalq vahidlər sistemində işıq şiddətinin ölçü vahidi olan kandelanın adı latın “dilindən” şam kimi tərcümə olunur.

Mənbə: Л. Брянский. Непричесанная метрология. Менделеево, 2008, səh. 163


Sual 8: Rekvizit:

“1848-ci ildə çap olunmuş “Şərqdə min bir gün” kitabında Fridrix Mirzə ... böyük qiymət verir və onu “Gəncə müdriki” adlandırırdı”.

“Maradona gəlmiş-keçmiş iki ən yaxşı futbolçudan biridir. Amma məşqçi kimi onun işi göz qabağındadır, qeyri-... layiqdir”.

“Həm şahmatda hərəkəti, həm də vəkili ... adlandırırlar”.

Qarşınızdakı sitatlarda müxtəlif sözlər buraxılmışdır. Bu sözlərdən hər birini X-ə X adlandırmaq olar. X-i deyin.

Cavab: Qafiyə

Şərh: Buraxılan sözlərin hər biri – “Şəfiyə”, “kafiyə”, “müdafiə” sözləri “qafiyə” sözü ilə qafiyə təşkil edir.

Mənbələr:



http://yazikiliteratura2.narod.ru/lit79.htm

http://www.ekspress.az/2010/06/11/get=14215

http://ru.wikipedia.org/wiki/%D0%97%D0%B0%D1%89%D0%B8%D1%82%D0%B0
Sual 9: Hansı ölkədə tibbi müdaxilə yolu ilə dünyaya gələn əkizlərin sayı ötən əsrin 70-ci illəri ilə müqayisədə 2 dəfə artmışdır?

Cavab: Çin

Şərh: Daha çox uşağa sahib olmaq istəyən, eyni zamanda “Bir ailə - bir uşaq” prinsipinə riayət etməli olan cütlüklər bu yolu seçirlər. Bu qanun obyektiv fizioloji və bioloji səbəblərdən bir doğuş zamanı bir neçə körpənin dünyaya gəlməsinə qadağa qoya bilməz 

Mənbə: http://en.wikipedia.org/wiki/One-child_policy#Twins_sought


Sual 10: Bir London qəzetində çalışan X işdən qovularkən bunun səbəbi açıqlanmamışdı. XIX əsrin ortalarında yazılan əsərdə X hökmdarla söhbətində Əqrəbi xatırlayır. Bu əsərin adını cavab kartınıza yazın.

Cavab: “Aldanmış kəvakib”

Şərh: X – astroloqdur. Qəzet rəhbərliyi hesab etmişdi ki, astroloq işdən niyə qovulduğunu özü də başa düşə bilər  Sualın ikinci hissəsində söhbət “Aldanmış kəvakib” povestinin personajı münəccimbaşı Mirzə Sədrəddindən gedir: Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən belə məlum olur ki, Novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı vaqe olacaq və bu qirani nəhseynin təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-səltənətin vücuduna sədəmeyi-üzma yetişəcəkdir.

Mənbələr:

C. Hitchens. God is not Great. NY, Twelve, 2008, səh. 87

http://az.wikisource.org/wiki/Aldanm%C4%B1%C5%9F_k%C9%99vakib
Sual 11: Okeaniyada danışılan api dilində altı (6) “BELƏ bir” kimi səslənir. Hansı italyan şəhərinin adında BELƏ sözünü görmək olar?

Cavab: Neapol

Şərh: Apilər əlin barmaqları ilə sayırlar və bir əldə beş barmağı saydıqdan sonra digərinə keçirlər. Bu səbəbdən altını “yeni bir”, digər əlin ilk barmağı hesab edirlər. “Neapol” sözünün mənası “yeni şəhər” deməkdir.

Mənbə: G. Ifrah. The Universal History of Numbers


Sual 12: Afrikanın 10 ən yaxşı futbolçusu haqqında danışan məqalə məşhur qadın yazıçının əsəri ilə eyni adı daşıyır. Bu adı cavab kartınıza yazın.

Cavab: “On zənci balası”

Şərh: Aqata Kristinin detektivi
Sual 13: Qədim dinlərin birində mövcud olan təmizlik və müqəddəslik haqqında fikirlər Lüdviqə neftin təmizlənməsi prosedurunu xatırlatmışdı. Lüdviqin soyadını deyin.

Cavab: Nobel

Şərh: Zərdüştlük dinindən ilhamlanan Lüdviq Nobel dünyada iln neft tankerini “Zoroastr” adlandırımışdı.

Mənbə: М. Мирбабаев. Краткая история азербайджанской нефти. «Aзернешр», Баку, 2009, стр. 65


Sual 14: De Qiberə yazdığı məktublara cavab almayan Jüli de Lespinas yazırdı ki, BİRİNCİYƏ üstünlük versə də, İKİNCİ də onun üçün pis deyil. BİRİNCİ və İKİNCİNİ deyin.

Cavab: dialoq, monoloq

Şərh: Lespinas sanki öz-özü ilə danışırdı, çünki məktublarına cavab almırdı.

Mənbə: М. Ялом. Как французы придумали любовь. М.: ЭКСМО, 2013, стр. 168


Sual 15: Arkadi Miqdal elm barəsində geniş kütlələr üçün danışmağın çətinliyindən yazır və qeyd edir ki, birbaşa elm haqqında danışmaq əvəzinə elmlə əlaqəli olan digər məsələlərdən danışmaq lazımdır. Miqdal ona bir gürcü aliminin verdiyi məsləhəti xatırlayır. Gürcü aliminin məsləhətində qeyd olunan şəxsi altıhərfli sözlə deyin.

Cavab: Tamada

Şərh: Hər hansı məclisdə tamada adətən insanların hamısını tanımır, onların məşğul olduğu iş haqqında ümumi məlumatı olur.

Mənbə: A. Miqdal. Poiski istinı


Sual 16: Roma şairi Yuvenal yüz ildən çox yaşamış Nestor haqqında deyirdi ki, o, indi öz yaşını (illərini) X-də saya bilər. Xiromantların sözlərinə görə, X insanın hazırda nəyə malik olduğunu göstərir. X-i iki sözlə deyin.

Cavab: Sağ əl

Şərh: Qədim romalılar təklik və onluqları sol, yüzlük və minlikləri sağ əldə sayırdılar. Xiromantların əllərin quruluşuna görə insanların taleyini “xəbər verə bilirlər”.

Mənbələr:

G. Iifrah. The Universal History of Numbers

http://www.hiromantiaonline.ru/hands
Sual 17: Keçən əsrin 30-cu illərində yeni materialların meydana gəlməsi ilə bu oyunun texnikası dəyişdi və oyun daha maraqlı oldu. Bununla əlaqədar federasiya 1936-cı ildə oyunun adını dəyişməli oldu. Defislə yazılan bu adı deyin.

Cavab: Pinq-ponq

Şərh: Pinq-ponq adı şarın stola dəyərkən yaratdığı səsdən yaranmışdı. Materialların dəyişməsi ilə bu ad da aktuallığını itirdi.
Sual 18: Alim Çijevski 1915-ci ildə sübut etmişdi ki, ONLAR Yerdəki bütün canlıların həyatına təsir göstərir. ONLARIN temperaturu 2475 dərəcəyə çatır. Qüsursuz yerə nöqsan axtarmaq haqqında olan ifadədə ONLAR qeyd edilir. ONLARI deyin.

Cavab: Günəş ləkələri

Şərh: Günəşin üzərində ləkə axtarmaq hər şeydə qüsur, nöqsan axtarmaq anlamına gəlir. Günəş ləkələri real astronik obyektdir.
Sual 19: Tədqiqatçılar Kerner və Reyborn yollarda nəqliyyatın hərəkətinin 3 növünü fərqləndirirlər: sərbəst axın, sinxronlaşdırılmış axın və yol tıxacları. Sərbəst axında nəqliyyat vasitələri arasında kifayət qədər məsafə olur, sinxronlaşdırılmış axında bu məsafə bir qədər kiçilsə də, bu, nəqliyyat vasitələrinin hərəkətinə mane olmur. Yol tıxaclarında isə nəqliyyat vasitələri bir-birinə çox yaxın olur və hərəkət “donur”. Tədqiqatçılar bu hərəkət növlərini nə ilə müqayisə edirlər?

Cavab: Maddənin (aqreqat) halları

Şərh: Sərbəst axın qazı (molekullar arasında məsafə böyükdür), sinxronlaşdırılmış axın mayeni (məsafə olsa da, böyük boşluqlar yoxdur), yol tıxacları kristalı və ya maddənin bərk halını (molekullar çox yaxındır) xatırladır.

Mənbə: P. Ball. Critical mass, p. 210-211


Sual 20: Papa XII İoann özünü Roma imperatorlarına bənzədirdi. Doğulanda ona Oktavian adı verilmişdi, onun da imperatorlar kimi çoxlu sevgililəri vardı. Papa öz favoritini harada yepiskop elan etmişdi?

Cavab: Tövlə

Şərh: Məlum oluğu kimi, Kaliqula öz atı İnsitatı senator elan etmişdi.

Mənbə: С.Г. Лозинский. История папства


Sual 21: XVIII əsrdə Fransada mövcud olan bir qurum müəyyən məhsullara görə dövlətə vergi ödəyir, sonra bunun əvəzini əhalidən artıqlaması ilə çıxırdı. Əhalinin nifrətlə yanaşdığı bu orqana verilən ləqəb məşhurun nağılın adına daxildir. Bu orqana neçə nəfər daxil idi?

Cavab: Qırx (40)

Şərh: Fransızlar bu qurumu “40 quldur” adlandırırdılar.

Mənbə: Bioqrafii velikix ximikov, red. K. Xayniq

Sual 22: Müəllif bu əsəri yaradarkən Robert Rauşenberqin boş kağızdan ibarət rəsmlərindən ilhamlanmışdı. Müəllifin ideyasına rəğmən, əsər ifa edilərkən konsert zalı müxtəlif həşərat səsləri, qıcıqlanan tamaşaçıların səsləri ilə dolmuşdu. Bu əsərin müəllifi kimdir?

Cavab: Con Keyc

Şərh: Söhbət “4'33” əsərindən gedir.

Mənbə: http://www.reuters.com/article/2012/10/18/entertainment-us-music-cage-idUSBRE89H12G20121018


Sual 23: Rekvizit:

omnishambles

Məlum olduğu kimi, hər il Oksofrd lüətinin redaksiyası ingilis dilinə yeni daxil olan sözlər arasında “ilin sözü”nü seçir. 2012-ci ildə belə söz “omnishambles” olmuşdu. Bu söz bacarıqsız rəhbərlik nəticəsində pis vəziyyətin yaranmasını ifadə edir. Bir siyasi xadim Londonda keçirilən Olimpiya oyunlarının pis təşkil olunduğunu dedikdən sonra onun soyadından və sizə təqdim olunan sözdən neologizm yaranmışdı. Bu şəxsi soyadını deyin.

Cavab: Romni

Sayılma meyarı: müxtəlif transkripsiyalarda: Romney və s.

Şərh: Bundan sonra ingilis dilində “Romneyshambles” sözü yarandı.

Mənbə: http://worldwidewords.org/articles/ar-wor3.htm
Sual 24: Kitablarından birinin sonunda Azimov insan biliyinin sərhəd tanımamasından, nəhəng intellektdən bəhs edir. Paradoksal olsa belə, kitab bu simvolla bitir. Hansı?

Cavab: ∞ (sonsuzluq)



Şərh: Azimov biliyin və insanın öyrənmək həvəsinin sonsuz olmasından danışır və kitab (qəribə olsa da) sonsuzluq işarəsi ilə sona çatır.

Mənbə: A. Azimov. Çisla
Yüklə 67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin