Delphi proqramlaşdırma dili barədə qısa məlumat: Artıq 1993-cü ildə Microsoft firması I vizual proqramı istehlaka buraxdı və Windows əməliyyat sistemi üçün proqramlaşdırma MsDos əməliyyat sistemi üçün proqramlaşdırmadan olduqca asan oldu



Yüklə 64,5 Kb.
tarix10.01.2022
ölçüsü64,5 Kb.
#109897




Delphi proqramlaşdırma dili barədə qısa məlumat: Artıq 1993-cü ildə Microsoft firması I vizual proqramı istehlaka buraxdı və Windows əməliyyat sistemi üçün proqramlaşdırma MsDos əməliyyat sistemi üçün proqramlaşdırmadan olduqca asan oldu. Buna cavab olaraq Borland firması 1995-ci ildə Delphi proqramlaşdırma dilinin I versiyasını istehsal etdi və ardıcıl olaraq 1996-cı oldə Delphi 2, 1997-ci ildə Delphi 3, 1998-ci ildə Delphi 4, 1999-cu ildə Delphi 5, və 2000-ci ildə Delphi 5.5 hazırlandı. Hal-hazırda da Delphi ən müasir proqramlaşdırma dillərindən biridir. Delphi 5.5-i yüklədikdə displeyin ekranında 4 pəncərə açılır. Onlar aşağıdakılardır:
1) Menu (şəkil №1). Bu pəncərəyə əsas pəncərə də deyirlər. İstifadı olunan komponentlər bu pəncərədə yerləşir.


Şəkil №1 2) Form Designer (şəkil №2). Bu pəncərə gələcək proqramın görünüşünü (dizaynını) göstərir.

Şəkil №2 3) Object Inspector (şəkil №3). Form üzərində yerləşən hər bir elementin xarici görünüşü və baş verəcək hadisələrə cavab bu pəncərədə müəyyən oluna bilər.


Şəkil №3 Code Editor (səkil №4). Bu pəncərədə isə proqramın mətni yazılır. Code Editor və Form Designer pəncərələri arasında böyük əlaqə var. Belə ki, Form Designer üzərində edilən hər bir dəyişiklik Code Editor-da özünü büruzə verir və tərsinə.


Şəkil №4 Bütün proqramlaşdırma dilləri kimi Delphi proqramlaşdırma dilinin də çox böyük imkanları vardır. Bu imkanlardan ən əsaslılarından biri də Verilənlər Bazası ilə əlaqədardır. Verilənlər Bazasının yaradılması: Verilənlər Bazası fayllarda saxlanılan təşkil olumnuş informasiya yığımıdır. Verilənlər Bazası fayllarda mətn, cədvəl, və başqa şəkillərdə saxlanıla bilər. Əsasən cədvəl şəkilli Verilənlər Bazasından istifadə olunur. Son zamanlar bir çox tətbiqi proqramlar yaranmışdır ki, bunların vastəsi ilə Verilənlər Bazası yaratmaq olduqca asandır. Bu proqramlardan Microsoft Access, Microsotf FoxPro, Btrieve, Paradox və s. adlarını çəkmək olar.
Lakin elə proqramlaşdırma dilləri vardır ki, onlar yuxarıda adı çəkilən proqramlardan istifadə etmədən Verilənlər Bazası yarada bilər. Belə proqramlaşdırma dillərindən biri də Delphi-dir. Delphi-də Database Desktop adlı proqram vardır ki, bu proqram vastəsi ilə cədvəl üzərində dəyişiklik etmək, yeni cədvəl yaratmaq, redaktə etmək, müəyyən olbastı silmək və s. etmək olar.
Yeni cədvəl yaratmaq üçün aşağıdakı ardıcıllıqla hərəkət etmək lazımdır.
File -> New -> Table Bu ardıcıllıqdan sonra ekranda yeni pəncərə açılır. Bu pəncərə "Create Table" pəncərəsidir ki, burada yaradılan cədvəlin tipi müəyyən olunur. Cədvəl tipi olaraq Paradox 7, Visual DBase, DBase For Windows, Paradox 4, FoxPro, ORACLE, SYBASE və s. seçmək olar və OK düyməsini sıxdıqda yeni pəncərə açılır ki, bu pəncərədə cədvəlin strukturu qurulur. Bu pəncərənin ümumi görünüşü aşağıdakı kimidir (şəkil №5).


Şəkil №5Burada Field Name - cədvəlin sütununun adını, Type - cədvəlin sütun elementlərinin tipini, Size - cədvəlin sütun elementlərinin sayını, Key - sütunun açar rolunu oynayıb-oynamadığını göstərir.

Bu cədvəli bizə lazım olan qaydada doldurduqdan sonra Save As... düyməsini sıxırıq və cədvəlin ünvanını güstəririk. Beləliklə cədvəl hazır olur.
Yüklə 64,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin