Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və xüsusi zootexniyanın əsaslarə



Yüklə 250 Kb.
tarix20.05.2022
ölçüsü250 Kb.
#116087
TEST Ümumi zootexnik - aqronom 2 ci kurs (2)
111a -5,6,7,8, 111a -5,6,7,8, Martı Jonathan Livingston - Richard Bach ( PDFDrive )

Kafedra: “Heyvandarlıq məhsulları istehsalının texnologiyası”
Fənn: Ümumi zootexnik
İxtisas: Aqronomluq II kurs
Müəllim: Assistent Pənahova Tahirə Tofiq qızı


(Düzgün cavablar A variantında yerləşdirilib)

1) Heyvandarlığın xalq-təsərrüfatında rolu nədən ibarətdir: (1))


А) Əhalinin qida məhsulları ilə və yüngül sənayeni xammalla təyin edilməsi.
В) Vəhşı faunanın yemlərlə təminatından.
С) Ağır və yüngül sənayelərini xammalla təmin edilməsi.
D) Xalq təsərrüfatı obyektlətrini və yüngül sənayeni xammalla təyin edilməsi.
E) Əhəlini yalnız süd, ət və yumutrta ilə təmin edilməsi.

2. Maldarlığın südçülük sahəsində ən inkişaf etmiş ölkə hansı hesab edilir: (1))


A) Hollandiya.;
B) Avstraliya;
C) Çin;
D) Hindistan;
E) Kanada;

3. Maldarlığın ətlik sahəsində ən inkişaf etmiş ölkə hansı hesab edilir: (2))


A) Kanada.;
B) Avstraliya;
C) Hollandiya;
D) Hindistan;
E) Çin;
4. Donuzçuluq sahəsində ən inkişaf etmiş ölkə hansı hesab edilir: (2))
A) Çin.;
B) Avstraliya;
C) Hollandiya;
D) Hindistan;
E) Kanada;

5. Qoyunçuluq sahəsində ən inkişaf etmiş ölkə hansı hesab edilir: (1))


A) Avstraliya.;
B) Çin;
C) Hollandiya;
D) Hindistan;
E) Kanada;

6. Zootexniya elmi neçə hissədən ibarətdir: (1))


A) 2.;
B) 3;
C) 4;
D) 5;
E) 6;

7. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi fənni nədən bəhs edir: (2))


А) Mövcud cinsləri artırmaq, təkmilləşdirmək, damazlıq işini yüksəltmək və yeni cinslər yaratmaq.
В) Cinslərin əhliləşdirilməsi, məhsuldarlığının yüksəldilməsi, bonitrə aparılması.
С) Yetişdirilməsindən, seçmə və taylaşdırma aparılmasından və artırılmasından
D) Heyvanların çoxaldılmasından, seleksiya aparılmasından, yetişdirmənin aparılmasından
E) Konstitusiya,eksteryer və interyer xüsusiyyətlərini təyin edir

8. Müəyyən ərzaq məhsulu alınması məqsədilə yetişdirilən, məqsədyönlü çoxaldılan, təkmilləşdirilən, kənd təsərrüfatında bu və ya digər məqsədlər üçün istifadə olunan heyvanlar necə adlanır: (3))


A) Kənd təsərrüfatı.;
B) Ev;
C) Çöl;
D) Təsərrüfat;
E) Vəhşi;

9. İlk Azərbaycan kənd təsərrüfatı elmlər akademiyasının prezidenti kim olub: (3))


A) F.Ə. Məlikov.;
B) A.Ə. Ağabəili;
C) Z.Q. Verdiyev;
D) R.X. Səttarzadə;
E) M.H. Sadıqov;

10. Onlar cinsin ilkin yaranma mərhələlərində formalaşır, tam sabit irsi amillərə malikdirlər və sayca az olurlar: (1))


A) Cins qrupları
B) Qohum olan qruplar.
C) Populyasiya
D) Sürü
E) Qohum olmayan qruplar

11. Bir təbiəti–iqtisadi şəraitində uzun müddət yetişdirilən, əraziyə qıraqdan gətirilən həmin cinsə məxsus olan heyvanlardan yerli iqlimə və mühitə yaxşı uyğunlaşan və özünə məxsus olan geniolojı strukturu ilə səciyyələnirlər: (3))


A) Cinsdaxili tir .
B) Cinsdaxili soy
C) Cinsdaxili sinif
D) Cinsdaxili növ
E) Cinsdaxili dəstə

12. Yüksək damazlıq keyfiyyətinə malik olan cins törədicidən alınan, müəyyən əlamətlərə görə oxşar olan və həmin cinsin digər heyvanlarından fərqlənən bir qrup qohum heyvanlar ntcə adlanır: (2))


A) Xətt.;
B) Nəsl.;
C) Tip;
D) Ailə;
E) Törəmə;

13. Yüksək məhsuldarlıq keyfiyyətinə malik olan ana heyvandan alınan biolojı və təsərrüfat göstəricilərinə görə oxşar, bir qrup dişi heyvanlar necə adlanır: (1))


A) Ailə.;
B) Nəsl;
C) Tip;
D) Törəmə;
E) Xətt;

14. Zootexniya elmində cinslərdə neçə cür xətt yaranır və uzun müddət istifadə olunur: (3))


A) 2.;
B) 3;
C) 4;
D) 5;
E) 6;

15. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi fənninin yaradıcısı hansı alimdir: (2))


A) A.Ə. Ağabəyli.
B) R.M. Mehdiyev
C) R.X. Səttarzadə
D) D.M. Axundov
E) Z.Q. Verdiyev
16. Yüksək damazlıq keyfiyyətinə malik olan məhşur döllükdən əmələ gələn bir qrup yüksək məhsuldar heyvanlar necə adlanır: (2))
A) Zavod xətti.
B) Fabrik xətti
C) Genioloji xətt
D) Genetik xətt
E) Gen xətti

17. Bu cinslər mədəni cinslərdə adlandırılır, onlar tezyetişkənliyə və yüksək məhsuldarlığa malikdirlər: (3))


A) Zavod cinsləri.
B) Fabrik cinsləri
C) Primitiv cinslər
D) Yaxşılaşan cinslər
E) Yaxşılaşdırılan cinslər

18.Südlük istiqamətli cinslər hansılardır: (1))


A) Holland, Holmoqor, qara-ala.
B) Holmoqor, Şorthorn, Aberdin-anquş
C) Hereford, Şvis, Qonur karpat
D) Ayrşir, Şarole, Kazax ağbaş
E) Simmental, kostroma, Lebedin

19. İri buynuzlu qaramal cinsləri məhsuldarlığa görə neçə ixtisaslaşdırılmış istiqamətə bölünüllər: (2))


A) 4.;
B) 3;
C) 2;
D) 5;
E) 6;

20. Dünyada qoyun cinsləri yun məhsuldarlığa görə neçə ixtisaslaşdırılmış istiqamətə bölünüllər: (1))


A) 4.;
B) 3;
C) 2;
D) 5;
E) 6;

21. Azərbaycanda qoyun cinsləri yun məhsuldarlığa görə neçə ixtisaslaşdırılmış istiqamətə yetişdirilir: (1))


A) 2.;
B) 3;
C) 4;
D) 5;
E) 6;

22. Dünyada keçi cinsləri təsnifata görə neçə ixtisaslaşdırılmış istiqamətə bölünüllər: (2))


A) 4.;
B) 3;
C) 2;
D) 5;
E) 6;

23. Kumıs nədir: (1))


A) At südü.;
B) Camış südü;
C) Dəvə südü;
D) Yak südü;
E) Keşi südü;

24. Dünyada at cinsləri iş qabiliyyətinə görə neçə ixtisaslaşdırılmış istiqamətə yetişdirilir: (3))


A) 4.;
B) 3;
C) 2;
D) 5;
E) 6;

25. Dünyada donuz cinsləri təsnifata görə neçə ixtisaslaşdırılmış istiqamətə yetişdirilir (Jiqaçova görə): (1))


A) 4.;
B) 3;
C) 2;
D) 5;
E) 6;

26. Dünyada at cinsləri məhsuldarlığa görə neçə istiqamətə yetişdirilir: (3))


A) 2.;
B) 3;
C) 4;
D) 5;
E) 6;

27. Dünyada toyuq cinsləri məhsuldarlığa görə neçə istiqamətə yetişdirilir: (3))


A) 3.;
B) 2;
C) 4;
D) 5;
E) 6;

28. Kənd təsərrüfatı heyvanlarının çarpazlaşmasının neçə növü var: (3))


A) 5.;
B) 3;
C) 2;
D) 4;
E) 6;
29.Gövşəyən kənd təsərrüfatı heyvanları hansılardır: (2))
A) İnək, qoyun, dəvə.
B) At, it, maral
C) Fil, Yak, Qunduz
D) Donuz, maral, at
E)Yerli (endemik və ya lokal) cinslər

30. Bu heyvanlardan hansı Azərbaycanda cins kimi yaranmayıb: (1))


A) Toyuq.;
B) Qoyun;
C) Camış;
D) Qaramal;
E) Qunduz;

31. Azərbaycanda camışlar qaramalın neçə faizini təşkil edir: (1))


A) 18-21.%
B) 10-12%
C) 15-17%
D) 21-23%
E) 24-27%

32. Cins nədir: (1))


A) Mədəni heyvanlar qrupu.
B) Əhliləşmiş heyvan qrupu
C) Ev heyvanları qrupu
D) Təsərrüfat heyvanları qrupu
E) Heyvan sürüsü

33.Camışların boğazlıq müddəti neçə aydır: (3))


A) 11 ay.
B) 7 ay
C) 15 ay
D) 20 ay
E) 14 ay

34. Camışların orta diri çəkisi neçə kiloqramdır: (2))


A) 500 kq.
B) 250 kq
C) 300 kq
D) 350 kq
E) 150 kq

35. İnkişaf zamanı huceyrələrin və orqanların sıradan çıxmasına nə deyilir: (2))


A) Degenerasiya.
B) Cırlaşma
C) Cinsin pozulması
D) Atavizm
E) Homeostaz

36. Zebularda yeni doğulmuş balanın çəkisi neçə kiloqramdır: (2))


A) 16-18 kq.
B) 10-15 kq
C) 12-13 kq
D) 15-17 kq
E) 9-10 kq
37. Heyvanın fərdi inkişaf prosesinə nə deyilir: (1))
A) Ontogenez.
B) Embrionalızm
C) Embriogenez
D) Heterozis
E) Filogenez

38. Növün inkişaf tarixinə nə deyilir: (2))


A) Filogenez.
B) Embrionalızm
C) Embriogenez
D) Ontogenez
E) Heterozis

39. Ontogenez neçə mərhələdən ibarətdir: (3))


A) 2.;
B) 3;
C) 4;
D) 5;
E) 6;

40. Ontogenez hansı əsas proseslərdən ibarətdir: (2))


A) Böyümə və inkişaf.
B) Yemləndirmə və bəsləmə
C) Bəsləmə və yetişdirmə
D) Büyümə və ətraf mühit
E) İkişaf və yemləndirmə

41. Fərdi inkişafının hər bir mərhələsində heyvan orqanizmi daim əlaqədə olur: (1))


A) Ətraf mühit ilə.
B) Ata ilə
C) Ana ilə
D) Sağıcı ilə
E) Ətrafdakı heyvanlar ilə

42. Heyvanların kütlələrinin, həcminin, gövdəsinin, bədən ölçülərinin, hüceyrələrarası maddənin artmasına, nəticədə orqan və toxumalarda struktur elementlərin toplanmasına nə deyilir: (2))


A) Böyümə.
B) İnkişaf
C) Cırlaşma
D) Həcm
E) Hündürlük

43. Heyvanlarda rüşeym əmələ gəlmənindən başlayaraq ölənə gədər orqanizimdə gedən kəmiyyət və keyfiyyət dəyişiklər prosesinə nə deyilir: (1))


A) İnkişaf.
B) Böyümə
C) Cırlaşma
D) Həcm
E) Hündürlük

44. Rüşeymin əmələ gələn bir andan və onun doğulması günə gədər olan vaxt necə adlanır: (3))


A) Embrional.
B) Ontogenez
C) Ovogenez
D) Morfogenez
E) Spermatogenez

45. Balanın doğulan bir gündən ölənə gədər olan vaxt necə adlanır: (2))


A) Postembrional dövr.
B) Təsərrüfatda istifadə dövr
C) Embrional dövr
D) Səmərəli istifadə dövr
E) Faydalı istifadə dövr

46. Heyvanlarda embrional dövr neçə mərhələdən ibarətdir (Şmidtə görə): (1))


A) 3.;
B) 2;
C) 4;
D) 5;
E) 6;

47. Qaramal və camışlarda bala dövrü necə gün olur: (1))


A) 221 – 241.;
B) 201 - 221;
C) 241 - 261;
D) 261 - 281;
E) 281 – 305;

48. Embrion dövrünün sonundan balanın doğulana gədər olan vaxt necə adlanır: (2))


A) Döl dövrü.
B) Ziqot dövrü
C) Dölqabağı dövrü
D) Rüşeym dövrü
E) Məhsul dövrü

49. Quşçuluqda toyuqlar neçə istiqamətdə yetişdirilir: (2))


A) 3.;
B) 2;
C) 4;
D) 5;
E) 6;

50. Qoyunlarda bala dövrü necə gün olur: (3))


A) 100 – 105.;
B) 105 – 110;
C) 110 - 115;
D) 115 - 120;
E) 120 – 125;

51. Orqanizmə qida maddələrin həzmi üçün lazım olan kimyavi maddənin əmələ gəlməsi prosesi necə adlanır: (2))


A) Assimilyasiya.;
B) Dissimilyasiya;
C) Differensasiya;
D) İxtisaslaşma;
E) İnteqrasiya;

52. Qoyunların boğazlıq müddəti orta hesabla neçə gün olur: (1))


A) 140-156.
B) 100-120
C) 115-125
D) 130-135
E) 120-130

53.Üzvi birləşmələrin parçalanma prosesi necə adlanır: (2))


A) Dissimilyasiya.;
B) Assimilyasiya;
C) Differensasiya;
D) İxtisaslaşma;
E) İnteqrasiya;
54. Südəmər və ya süd dövründə buzovların mədəsinin hansı hissəsi 25% fəaliyyət güstərir: (2))
A) İşgənbə.;
B) Kitabca;
C) Qursaq;
D) Torcuq;
E) Yoğun bağırsaq;

55. Postembrional dövr necə mərhələyə bölünür: (1))


A) beş.;
B) üç;
C) dörd;
D) iki;
E) altı;

56. Qoyunlar adətən neçə il yaşayır: (2))


A) 10-12 il
B) 14-15 il
C) 5-6 il
D) 8-10 il
E) 20-25 il

57. Heyvanların müəyyən bir vaxta diri çəkisinin (kq) və bədən ölçülərinin artmasının intensivliyinə nə deyilir: (3))


A) Mütlək çəki artımı
B) Orta çəki artımı
C) Nisbi çəki artımı
D) Gündəlik çəki artımı
E) Aylıq çəki artımı
58. Heyvanların müəyyən bir vaxta diri çəkisinin (%) və bədən ölçülərinin artmasının intensivliyinə nə deyilir: (1))
A) Nisbi çəki artımı
B) Orta çəki artımı
C) Mütlək çəki artımı
D) Gündəlik çəki artımı
E) Aylıq çəki artımı

59. Mütlək çəki artımı hansı düsturla hesablanır(3))


A) M = ( W1 – W0)
B) M = ( Ws – Wə ) х 100
C) M = ( Ws – Wə ) / 100
D) M = ( Ws – Wə ) / t
E) M = ( Ws + Wə ) / t х 100

60. Gündəlik orta çəki artımı hansı düsturla hesablanır: (3))


A) G = ( W1 – W0 ) / t
B) G = ( Ws – Wə ) х 100
C) G = ( Ws – Wə ) / 100
D) G = ( Ws – Wə)
E) G = ( Ws + Wə ) / t х 100

61. İqtisadi nöqteyi nəzərdən qaramal cavanların ətliyə yetişdirilməsi hansı ayına qədər səmərəli hesab edilir: (2))


A. 18; B. 17; C. 16; D. 19; E. 20;

62. İqtisadi nöqteyi nəzərdən qoyun cavanların ətliyə yetişdirilməsi hansı ayına qədər səmərəli hesab edilir: (1))


A) 6-7;
B) 4-5;
C) 3-4;
D) 1-2;
E) 9-10;

63. Ana bətnində dölün böyüməsinin ləngiməsi, böğazlıq dövründə ananın pis, qıt, zərərli və keyfiyyətsiz yemlərlə yemləndirilməsi, vacib qida maddələrinə tələbatının ödənilməməsi və erkən mayalanması səbəblərindən irəli gələn inkişafdan qalma tipi necə adlanır: (2))


A) Embrionalizm;
B) Ebmbriogenez;
C) İnfantilizm;
D) Melanxolizm;
E) Neoteniya;

64. Postembrional dövründə inkişafdan qalma tipi necə adlanır: (1))


A) İnfantilizm;
B) Ebmbriogenez;
C) Embrionalizm;
D) Melanxolizm;
E) Neoteniya;
65. Neoteniya nə deməkdir: (2))
A) Ontogenezdə inkişafdan qalma
B) Filogenezdə inkişafdan qalma
C) Spermagenezdə inkişafdan qalma
D) Ovogenezdə inkişafdan qalma
E) Genefondun inkişafdan qalma

66. Süd vəzilərinin intensif böyüməsinə, formalaşmasına və gələcəkdə süd məhsuldarlığının 18 – 20% artmasına nə səbəb olur: (1))


A) Yelnin bütöv masajı
B) Yelnin güzgüsünün masajı
C) Yelnin venalarının masajı
D) Yelnin ön əmcəklərin masajı
E) Yelnin arxa əmcəklərinin masajı

67. Qoyunçuluqda nisbətən ən çox bala verən cins hansıdır: (3))


A) Romanov.;
B) Qaragül;
C) Balbas;
D) Mazex;
E) Qarabağ;

68. Cavan heyvanlrın istiqamətli yetişdirilməsinin əsas faktorlardan biri hansı hesab edilir: (1))


A) Yemləmə tipi;
B) Bədən forması;
C) Köklük dərəcəsi;
D) Məhsuldarlıq istiqaməti;
E) Yetişdirmə üsulu;

69. Konstitusiya deyəndə nə başa düşülür: (1))


A) Orqanizmin ümumi quruluşu və s.
B) Orqanizmin ümumi fizioloji quruluşu və s.
C) Оrqanizmin ümumi anatomik quruluşu və s.
D) Bədənin geyrimütənasibliyi və s.
E) Bədənin mütənasibliyi və s.

70. P.M. Kuleşova görə konstitusiya tipləri hansılardı: (2))


A) Kobud, zərif, bərk, boş
B) Kobud, zərif, möhkəm, boş
C) Zərif, incə, bərk, möhkəm
D) Bərk, boş, zərif, möhkəm
E) Möhkəm, kobud, zərif, bərk

71. İ. P. Pavlova görə neçə konstitusiya tipləri var: (2))


A) 4;
B) 3;
C) 2,
D) 5;
E) 6;

72. A.Ə. Ağabəyliyə görə camışlarda Dyurst bucağı neçə dərəcə olur: (3))


A) 134º;
B) 131º;
C) 132º;
D) 133º;
E) 130º;

73. P. N. Kuleşova görə zərif-bərk konstitusiya tipi hansı məhsuldarlıq istiqamətli heyvanları xarakterizə edi: (2))


A) Südlük;
B) Ətlik;
C) İşlək;
D) İdman;
E) Qarışıq;

74. P. N. Kuleşova görə boş konstitusiya tipi hansı məhsuldarlıq istiqamətli heyvanları xarakterizə edi: (2))


A) Ətlik;
B) Südlük;
C) İşlək;
D) İdman;
E) Qarışıq;

75. Y.A. Boqdanov və M.F. İvanov hansı konstitusiya tipini əlavə etmişdirlər: (1))


A) Möhkəm;
B) Boş;
C) Zərif;
D) Kobud;
E) Bərk;

76. P. N. Kuleşova görə hansı birgə konstitusiya tipi heyvanların məhsuldarlıq istiqamətindən asılı olmayaraq arzu olunan deyil: (1))


A) Kobud – boş
B) Zərif – bərk
C) Zərif – boş
D) Kobud – bərk
E) Möhkəm – zərif

77. Kondisiya dedikdə nə baça düşülür: (2))


A) Heyvanın koklük dərəcəsi və fəallığı
B) Heyvanın koklük dərəcəsi və südlük istiqaməti
C) Heyvanın koklük dərəcəsi və ətlik istiqaməti
D) Heyvanın koklük dərəcəsi və passivliyi
E) Heyvanın aktivliyi və passivliyi

78. Zootexniya elmində neçə növ kondisiya müəyyən edilib: (2))


A) 5;
B) 3;
C) 4;
D) 2;
E) 6;
110. Heyvanlarda eksteryerin öyrənilməsinin neçə üsulu var: (3))
A) 3;
B) 2;
C) 4;
D) 5;
E) 6;

79. Bütün döllük törədicilər və damazlıq analar hansı kondisiyada olmalıdırlar: (1))


A) Zavod;
B) Məşq;
C) Sərgi;
D) Bordaq;
E) İşlək;

80. Hansı konstitusiya tipinə malik olan heyvanlar vərəm xəstəliyinə tutulmasına meyillidirlər: (1))


A) Zərif;
B) Tənəffüs;
C) Nəm;
D) Boş;
E) Həzm;

81. Sandvinik, fleqmatik, xolerik və melanxolik bunlar hansı alimə görə konstitusiya tipinin təsnifatıdır: (2))


A) Pavlov;
B) Hippokrat; .
C) Seçenov;
D) Ksenofont;
E) Darvin;

82. Eksteryer dedikdə nə başa düşülür: (1))


A) Heyvanın bədən quruluşunun xarici görünüşü.
B) Heyvanın köklük dərəcəsi
C) Heyvanın bədəninin uzunluğu və tam forması
D) Heyvanın bədəninin ayrı-ayrı hissələri
E) Heyvanın gövdəsinin diri çəkisi

83. Heyvanın gövdəsinin ən hündür nöqtəsi edilir: (2))


A) Cidov;
B) Baş;
C) Stat;
D) Yelin;
E) Ətraflar;

84. Heyvanlarda eksteryerin subyektiv qiymətləndirilməsi üsulları hansılardı: (1))


A) Gözəyarı və şəkil çəkmək
B) Gözəyarı və indekslər
C) İndekslər və yelin
D) Yelın və bədən quruluşu
E) Şəkil çəkmək və somatoqrafiya

85. Heyvanlarda eksteryerin obyektiv qiymətləndirilməsi üsulları hansılardı: (1))


A) Gözəyarı və indekslər
B) Gözəyarı və şəkil çəkmək
C) İndekslər və yelin
D) Yelın və bədən quruluşu
E) Şəkil çəkmək və somatoqrafiya
86. Heyvanın bədəninin ayrı-ayrı hissələrinə nə deyilir: (2))
A) Statlar;
B) İndekslər;
C) Ölçülər;
D) Gövdə;
E) Həcm;

87. İnək və camışların eksteryerinin qiymətləndirilməsində əsas əlamətlərdən biri onların: (3))


A) Yelinidir;
B) Cidovluğudur;
C) Başıdır;
D) Bədənidir;
E) Ətraflarıdır;

88. Atların eksteryerinin qiymətləndirilməsində əsas əlamətlərdən biri onların: (3))


A) Ətraflarıdır;
B) Cidovluğudur;
C) Başıdır;
D) Bədənidir;
E) Yelnidir;

89. Heyvanların bədən hissələrinin ölçülməsində hansı cihazlardan istifadə edilir: (2))


A) Ölçü ağacı, ölçü pərkarı, ölçü lenti
B) Ölçü ağacı, ştangensirkul, ölçü lenti
C) Ölçü ağacı, Dyurst bucağı ölçən, ölçü lenti
D) Ştangensirkul, ölçü ağacı, ölçü lenti
E) Dyurst bucağı ölçən, ölçü pərkarı, ölçü ağacı
90. Ombanın ön çıxıntısından oturaq çıxıntısının gerisinədək ölan məsafə necə adlanır: (1))
A) Arxanın çəp uzunluğu
B) Gövdənin çəpinə uzunluğu
C) Ombalararası en
D) Gövdənin düzünə uzunluğu
E) Döşün dərinliyi

91. Kürək – çiyin birləşməsinin dik çıxıntısından oturaq çıxıntısının arxa nöqtəsinə qədər olan məsafə necə adlanır: (2))


A) Gövdənin çəpinə uzunluğu
B) Arxanın çəp uzunluğu
C) Ombalararası en
D) Gövdənin düzünə uzunluğu
E) Döşün dərinliyi

92. Əsasən neçə cür bədən ölçüləri olur: (3))


A) 4;
B) 3;
C) 2;
D) 5;
E) 6;

93. İnək və camışların yelin formaları neşə cür olur: (2))


A) 4;
B) 3;
C) 2;
D) 5;
E) 6;

94. Heyvanın hansı bədən hissələri ölçü ağacı ilə götürülür: (1))


A) Arxanın hündürlüyü, cidov hündürlüyü
B) İncik qucumu, döşün dərinliyi
C) Başın uzunluğu, arxanın çəp uzunluğu
D) Ombalararası en, arxanın çəp uzunluğu
E) Cidov hündürlüyü, incik qucumu

95. Heyvanın hansı bədən hissələri ölçü pərkarı ilə götürülür: (1))


A) Başın uzunluğu, arxanın çəp uzunluğu
B) İncik qucumu, döşün dərinliyi
C) Arxanın hündürlüyü, cidov hündürlüyü
D) Ombalararası en, arxanın çəp uzunluğu
E) Cidov hündürlüyü, incik qucumu

96. Heyvanın hansı bədən hissələri ölçü lenti ilə götürülür: (2))


A) İncik qucumu, döşün dərinliyi
B) Başın uzunluğu, arxanın çəp uzunluğu
C) Arxanın hündürlüyü, cidov hündürlüyü
D) Ombalararası en, arxanın çəp uzunluğu
E) Cidov hündürlüyü, incik qucumu

97. Kürəyin arxa bucağının gerisindən, cidovdan döş sümüyünədək şaquli vəziyyətdə götürülən ölçü necə adlanır: (2))


A) Döşün dərinliyi
B) Bədənin çəp uzunluğu
C) Gövdənin düzünə uzunluğu
D) Arxanın çəp uzunluğu
E) Döşün eni

98. Eksteryerin düzgün qiymətləndirilməsi hansılardı: (3))


A) Gözəyarı, somatometriya, somatoqrafiya
B) Gözəyarı, ölçmək, somatometriya
C) Ölçmək, somatometriya, şəkil çəkmək
D) Ölçmək, şəkil çəkmək, somatoqrafiya
E) Somatoskopiya, gözəyarı, somatometriya

99. Bunlardan hansı inəklərdə başın qüsuru hesab edilir: (2))


A) Buğabaşlıq;
B) Qoyunbaşlıq;
C) Keçibaşlıq;
D) Donuzbaşlıq;
E) Durnabaşlıq;
100. İnək və camışlarda hansı yelin formasında ön paycıqlar zəif inkişaf edib: (1))
A) Кeçi yelninə bənzər
B) Donuz yelninə bənzər
C) Qoyun yelninə bənzər
D) Madyan yelninə bənzər
E) Camış yelninə bənzər

101. İnək və camışların yelnində neçə güt əmcək olur: (1))


A) 2;
B) 1;
C) 3;
D) 4;
E) 5;

102. Ana donuzun yelnində neçə cüt əmcək olur: (3))


A) 5 - 8;
B) 3 – 5;
C) 1 - 3;
D) 8 – 10;
E) Ondan artıq;

103. İnək və camışların yelnində əmcəklərin duruşu neçə cür ola bilər: (2))


A) 4;
B) 3;
C) 2;
D) 5;
E) 6;

104. Bir eksteryer ölçüsünün başqa eksteryer ölçüsünə olan nisbətinin faizlə ifadəsi necə adlanır: (2))


A) İndeks;
B) Funksiya;
C) Adres;
D) Düstür;
E) Balans;

105. İnək və camışların yelnində əmcəklərin duruşu necə olmalıdır: (3))


A) Enli, təxminən kvadrat şəklində
B) Enli, təxminən üçbucaq şəklində
C) Ensiz, təxminən üçbucaq şəklində
D) Ensiz, təxminən kvadrat şəklində
E) Bir-birinə çox yaxın təxminən parallelepiped şəklində

106. Maşınla sağıma yararlı yelnin formasının əmcəkləri neçə olmalıdır: (1))


A) Silindir və konus şəklli
B) Silindir və qələm şəkilli
C) Konus və armud şəkilli
D) Konus və qələm şəkilli
E) Qələm və armud şəkilli

107. İnək və camışlarda əmcəklərin uzunluğu: (2))


A. 6 - 10 sm;
B. 4 – 8 sm;
C. 5 – 9 sm;
D. 3 - 7 sm;
E. 10 sm artıq;

108. İnək və camışlarda əmcəklərin qalınlığı (diametri) neçə olmalıdır: (3))


A. 2 sm;
B. 1 sm;
C. 3 sm;
D. 4 sm;
E. 5 sm;

109. İndekslər neçə cür olur: (1))


A. 2;
B. 3;
C. 4;
D. 5;
E. 6;

110. Bir ölçünün bir ölçüyə olan nisbi necə adlanır: (1))


A. Sadə indeks;
B. Mürəkkəb indeks;
C. Çətin indeks;
D. Asan indeks;
E. Yüngül indeks;

111. Bir ölçünün bir neçə ölçüyə olan nisbi necə adlanır: (2))


A. Mürəkkəb indeks;
B. Sadə indeks;
C. Çətin indeks;
D. Asan indeks;
E. Yüngül indeks;

112. Bu indeks skeletin nisbi inkişafını göstərir: (2))


A. Sümüklük;
B. Arxanın dikliyi;
C. Sağrı – döş;
D. Uzunayaqlıq;
E. Kütləlik;

113. Bu indeks sağrının enliyini göstərir: (3))


A. Arxanın dikliyi;
B. Sümüklük;
C. Sağrı – döş;
D. Uzunayaqlıq;
E. Kütləlik;

114. Bu indeks döşün eninə nisbi inkişafını xarakterizə edir: (1))


A. Sağrı – döş;
B. Sümüklük;
C. Arxanın dikliyi;
D. Uzunayaqlıq;
E. Kütləlik;

115. Heyvanların eksteryer profilini quranda hansı göstərici 100%-lə götürülür: (2))


A. Cinsin standartı
B. Növün standartı
C. Qrupun standartı
D. Damazlıq nüvənin standartı
E. Valideyinlərinin standartı

116. İnəklərin təsərrüfatda istifadə müddəti nəçə il olur: (1))


A. 10;
B. 6;
C. 7;
D. 8;
E. 9;

117. Heyvanın köklük dərəcəsi hansı amillərə gürə təyin edilir: (2))


A. Yağ-piy və əzələ qatlarının toplanma dərəcəsinə
B. Başın iriliyinə və cinsiyyətinə
C. Yağ-piy qatının toplanmasına
D. Əzələ qatının toplanmasına
E. Diri çəkisinə və cinsinə

118. Zootexniyanın hansı sahəsi heyvanın daxili quruluşunu, orqan və toxumaların fəaliyyətini öyrənir: (1))


A. İnteryer;
B. Eksteryer;
C. Konstitusiya;
D. Fiziologiya;
E. Etologiya;

119. Yelnin mikrostrukturunun əsas göstəricilərindən biri onun: (3))


A. Yelində süd alveolların diametri
B. Yelində süd alveolların kəmiyyəti
C. Yelində süd alveolların keyfiyyəti
D. Yelində süd alveolların uzunluğu
E. Yelində süd alveolların sayı

120. Yüksək məhsuldar inəklərin yelnində vəzli toxumanın miqdar payı neçə olmalıdır: (3))


A. 75 - 80%;
B. 55 - 60%;
C. 65 - 70%;
D. 45 -50 %;
E. 85 - 90%;
121. Heyvanlarda yaşla bağlı olaraq qan qrupları nə zaman dəyişir: (1))
A. Dəyişmir
B. Embrional dövründə dəyişir
C. Postembrional dövründə dəyişir
D. Cinsiyyət yetişkənliyi zamanı
E. Həyatı boyu dəyişir
122. Qaramalın orqanizmində diri çəkiyə görə ümumi qanın miqdarı neçə % təşkil edir: (3))
A. 8.2%;
B. 9,7%;
C. 8,5%;
D. 9.8%;
E. 8,1%;

123. Camışların orqanizmində diri çəkiyə görə ümumi qanın miqdarı neçə % təşkil edir: (2))


A. 9,7%;
B. 9,8%;
C. 8,5%;
D. 8,2%;
E. 8,1%;
124. Atların orqanizmində diri çəkiyə görə ümumi qanın miqdarı neçə % təşkil edir: (1))
A. 9,8%;
B. 9,7%;
C. 8,5%;
D. 8,2%;
E. 8,1%;
125. Qoyunların dərisi necə qatdan ibarətdir: (1))
A. 3;
B. 2;
C. 4;
D. 5;
E. 6;
126. Laktasiyanın sonunda qanın tərkibində olan eritrositlər, leykositlər və hemoqlobin sayca: (3))
A. Azalır
B. Artır
C. Normal qalır
D. Eritrositlər və hemoqlobin artır, lakin leykositlər azalır
E. Eritrositlər və hemoqlobin azalır, lakin leykositlər artır
127. Sümük toxuması heyvan orqanizmində dayaq-hərəkət fuksiyasından başqa harda iştirak edir: (2))
A. Mineral mübadiləsində
B. Yağ-piy mübadiləsində
C. Həzm mübadiləsində
D. Tənəffüs mübadiləsində
E. Zülal mübadiləsində
128. İnsanlarda ilk dəfə qan qruplarını tapan alim kimdir: (3))
A. Landşteyner;
B. Erlix;
C. Morgenrot;
D. Yanskoy;
E. Qoryayev;
129. Xəstəlik törədən mikroorqanizmlərlə (bakteriya, virus, göbələk və s.) yoluxan canlı orqanizmlər necə adlanır: (2))
A. İnfeksiya;
B. İnvaziya;
C. Virusologiya;
D. İmmunologiya;
E. Epizotologiya;
130. Yeni dogulan heyvan özünün immuniteti formalaşana qədər anticisimləri haradan mənimsəyir: (1))
A. Ağız südündən;
B. Süddən;
C. Sudan;
D. Havadan (nəfəs);
E. Yemdən;
131. Seçmənin elmi nəzəriyyəsini ilk dəfə heyvanlarda və bitkilərdə hansı alim tərəfindən əsaslandırılmışdır: (2))
A. Ç. Darvin;
B. Q. Mendel;
C. N. Vavilov;
D. Q. Şmidt;
E. S. Brodi;
132. Seçmənin heçə forması olur: (3))
A. 2;
B. 3;
C. 4;
D. 5;
E. 6;
133. Zootexniki üsulla heyvanların təsərrüfat, iqlim, mühit, istehsal texnologiyası şəraitinə uyğunlaşması üçün qorunub saxlanmasına və təbiətin özünün yaxud insan tərəfindən arzuolunmayan fərdlərin şıxdaş edilməsinə nə deyilir: (1))
A. Seçmə;
B. Taylaşdırma;
C. Seleksiya;
D. Yetişdirmə;
E. Törətmə;

134. Yeni cinslərin yaranması və mövcüd olanların təkmilləşdirilməsi prosesinə nə deyilir: (2))


A. Seleksiya;
B. Taylaşdırma;
C. Seçmə;
D. Yetişdirmə;
E. Törətmə;

135. Həyat və yaşayış uğrunda mübarizədə yaşama qabiliyyətinə malik olanlar və özünə bənzərlərini törədə bilənlər deyəndə nə başa düşülür: (3))


A. Təbii seçmə;
B. Metodik seçmə;
C. Şuursuz seçmə;
D. Süni seçmə;
E. Damazlıq seçmə;
136. İnsanın arzusu ilə, naxır və sürülərdən yararsız heyvanların çıxdaş edilməsi yolu ilə, məhsuldarlığın yüksəldilməsi məqsədilə və ən yaxşılarını artırmaqla, damazlıq üçün yetişdirilirməsi təmin edən seçmə necə adlanır: (2))
A. Süni seçmə;
B. Metodik seçmə;
C. Şuursuz seçmə;
D. Təbii seçmə;
E. Damazlıq seçmə;

137. Ç. Darvinə görə süni seçmənin formaları hansılardır: (1))


A. Şuursuz və metodik
B. Şuursuz və təbii
C. Metodik və süni
D. Təbii və süni
E. Damazlıq və metodik
138. Heyvanların seçilməsi fenotipə (məhsuldarlığa, eksteryerə, konstitusiyasina, interyerinə, yaşama qabiliyyətinə və s.) görə aparılır və necə adlanır: (1))
A. Kütləvi seçmə;
B. Qruplarla seçmə;
C. Vasitəli seçmə;
D. Texnoloji seçmə;
E. Sabitləşdirici seçmə;

139. Seçmənin əlamətləri hansılardır: (1))


A. Süd, ət məhsuldarlığı
B. Südlük, südn miqdarı
C. Süddə yağın və zülalın faizi
D. Xəzin keyfiyyəti, dərinin rəngi
E. Konstitusiyanın möhkəmliyi, piyin qalınlığı

140. Seçmənin göstəriciləri hansılardır: (1))


A. Süddə yağın və zülalın faizi
B. Südlük, südn miqdarı
C. Süd, ət məhsuldarlığı
D. Xəzin keyfiyyəti, dərinin rəngi
E. Konstitusiyanın möhkəmliyi, piyin qalınlığı

141. Heyvanları diri çəkisinə görə seçilməsində nəyi bilmək lazımdır: (3))


A. Cinsin diri çəkisinə görə standartını
B. Doğulan zaman diri çəkini
C. Atasının diri çəkisini
D. Anasının diri çəkisini
E. İlk doğum zamanı diri çəkini

142. Seçmənin obyektləri hansılardır: (1))


A. Ayrı-ayrı fərdlər
B. Ayrı-ayrı növlər
C. Ayrı-ayrı cinslər
D. Ayrı-ayrı populyasıyalar
E. Ayrı-ayrı sürülər

143. Südlük maldarlıqda və camışçılıqda seçmənin əsas göstəricilsi hansıdır: (1))


A. 305 gün laktasiya müddətində südün miqdarı
B. Südlük istiqamətli yetişdirmə
C. Yelinin forması
D. Yelin indeksi
E. Südvermə sürəti

144. Doğumun ilk dəqiqələrindən süd sintezinin kəsilməsinədək olan dövr necə adlanır: (2))


A. Laktasiya
B. Laktasiya əyrisi
C. Laktasiya xətti
D. Laktoza
E. Lokalizasiya

145. Uzun müddət yaşama qabiliyyətinə gürə aparılan seçmə nədən asılıdır: (2))


A. Heyvanın cinsinnən
B. Heyvanın növündən
C. Populyasiyadan
D. Yemləmədən
E. Bəsləmədən
146. Bu qaramal cinslərindən hansı uzun müddət yaşama qabiliyyətinə malikdirlər: (3))
A. Aberdin-anquş;
B. Santa – hertruda;
C. Hereford;
D. Şarole;
E. Şopthorn;

147. Yelində ön paycıqlarına düşən südün miqdarı ümumi südün miqdarına faizlə ifadə edilməsinə nə deyilir: (3))


A. Yelin indeksi;
B. Yelin adresi;
C. Yelin sisterni;
D. Yelin ölçüsü;
E. Yelin statı;

148. Heyvanın genioloji məlumatlarının düzgün qeyd olunması necə adlanır: (2))


A. Şəcərə;
B. Proband;
C. Xətt;
D. Autbridinq;
E. İnbridinq;

149. Şəcərənin tərtibində baş sağ tərəfdə nə yazılır: (3))


A. Ata;
B. Ana;
C. Ləqəb;
D. Baba;
E. Nənə;

150. Şəcərənin tərtibində baş sol tərəfdə nə yazılır: (3))


A. Ana;
B. Ata;
C. Ləqəb;
D. Baba;
E. Nənə;

151. Şəcərənin tərtibində başda ortada nə yazılır: (1))


A. Ləqəb;
B. Ana;
C. Ata;
D. Baba;
E. Nənə;

152. Damazlıq işi praktikasında taylaşdırmanın neçə forması var: (2))


A. 2;
B. 3;
C. 4;
D. 5;
E. 6;

153. Taylaşdırmanın hansı formasında seçilmiş hər bir ana heyvana elə bir törədici təhkim olunur ki, onların cütləşdirilməsindən ən yaxşı, yüksək keyfiyyətlərə malik nəsil alınır: (1))


A. Fərdi;
B. Qrup;
C. Sürü;
D. Kütləvi;
E. Naxır;
154. Taylaşdırmanın hansı formasında heyvanlara əsasən bir bəzi hallarda daha çox müəyyən keyfiyyətə və mənşələ malik olan döllüklər taylaşdırılır (1))
A. Qrup;
B. Fərdi;
C. Sürü;
D. Kütləvi;
E. Naxır;

155. Heyvanlarının damazlıq keyfiyyətini arzu olunan istiqamətində yaxşılaşdırılmasına xidmət edə biləcək məqsədyönlü cütləşdirmə sistemi necə adlanır: (3))


A. Taylaşdırma;
B. Cütləşdirmə;
C. Seleksiya;
D. Yetişdirmə;
E. Törəmə;

156. Qoyunların əcdadı hansı heyvan sayılır: (2))


A. Arxar, Arqali, Muflon.;
B. Qarabağ, Bozaq, Balbas;
C. Merinos, Qala, Mazex;
D. Romanov, Qaragül, Edilbəy;
E. Qaradolaq, Şirvan, Ləzgi;

157. Taylaşdırmanın hansı metodunda təyin edilmiş törədiciyə müxtəlif amillərə görə fərqlənən ana heyvan taylaşdırılır: (3))


A. Hetorogen;
B. Homogen;
C. Monogen;
D. Biogen;
E. Diogen;

158. Fərdi taylaşdırma harada aparılmalıdır: (2))


A. Damazlıq təsərrüfatlarda
B. Fermer təsərrüfatlarda
C. Əmtəə təsərrüfatlarda
D. Fərdi təsərrüfatlarda
E. Fərq eləmir
159. Yemlər mənşəyinə görə neçə növə ayrılır: (1))
A. 2
B. 3
C. 4
D. 5
E. 6
160. Bitki yemlərinin neçə növü var: (1))
A. 3;
B. 2;
C. 4;
D. 5;
E. 6;
161. İnbridinq nə deməkdir: (2))
A. Qohum olan heyvanların cütləşdirilməsi
B. Qohum olmayan heyvanların cütləşdirilməsi
C. Bir cinsli heyvanların cütləşdirilməsi
D. Müxtəlif cinsli heyvanların cütləşdirilməsi
E. Xəttlər və ailələr arasında olan heyvanların cütləşdirilməsi
162. Autbridinq nə deməkdir: (3))
A. Qohum olmayan heyvanların cütləşdirilməsi
B. Qohum olan heyvanların cütləşdirilməsi
C. Bir cinsli heyvanların cütləşdirilməsi
D. Müxtəlif cinsli heyvanların cütləşdirilməsi
E. Xəttlər və ailələr arasında olan heyvanların cütləşdirilməsi
163. Hansı məqsədlə zootexniya elmində autbridinqdən istifadə olunur: (1))
A. Yeni nəsildə irsi keyfiyyətlərinin zənginləşdirilməsində
B. İrsi keyfiyyətlərin mənimsəməsində
C. İrsi keyfiyyətlərin möhkəmləndirilməsində
D. Yeni nəsildə irsi keyfiyyətlərinin mənimsəməsində
E. Çıxdaş olunan heyvanların təyin edilməsində
164. Homogen taylaşdırmada yüksək nailiyyət almaq üçün heyvanları hansı amillərə görə çarpazlaşdırmaq lazımdır: (1))
A. Fenotipə və genotipə
B. Fenotipə və diri çəkiyə
C. Genotipə və diri çəkiyə
D. Ət və süd məhsuldarlığına
E. Eksteryer və konstitusiya
165. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsinin neçə metodu var: (1))
A. 3;
B. 2;
C. 4;
D. 5;
E. 6;

166. Cinsə məxsus qiymətli əlamətləri qoruyub saxlamaq, heyvanların sayını artırmaq və gələcəkdə onları təkmilləşdirilməsini təmin edən yetişdirmə üsulu neçcə adlanır: (2))


A. Təmizlikdə;
B. Növlərarası;
C. Qohumluqda;
D. Cinslərarası;
E. Qoyumolmayan
167. Heyvanın qiymətləndirilməsində məhsuldarlığına, mənşəlinə, bədən quruluşu tipinə görə olan minimal tələbə nə deyilir: (1))
A. Cinsin standartı
B. Növün standartı
C. Populyasiyanın standartı
D. Zonal heyvanların standartı
E. Standart
168. Cinsin təmiz olduğunu necə təyin edirlər: (3))
A. Qan qruplarına və damazlıq kitabında aparılan yazılara gerə
B. Qan qruplarına və rənginə görə
C. Damazlıq kitabında aparılan yazılara və diri çəkiyə görə
D. Ət və süd məhsuldarlığına görə
E. Damazlıq və eksteryerinə görə
169. Ot ununun tərkibində neçə faiz protein var: (3))
A. 20-24%
B. 10-15%;
C. 12-13%;
D. 13-14%;
E. 16-17%;
170. Şirəli yemlərin tərkibində neçə faiz su var: (2))
A. 70-90%
B. 50-60%;
C. 45-50%;
D. 30-35%;
E. 10-12%;
171. Yüksək qidalılığ yemlərə nə deyilir: (1))
A. Qüvvəli yemlər.
B. Sulu-şirəli yemlər
C. Şirəli yemlər
D. Sulu yemlər
E. Quru yemlər
172. Heyvani mənşəli yemlər hansılardır: (1))
A. Süd, ət və balıq məhsulları.
B. Sulu-şirəli yemlər
C. Quru yemlər
D. Qaba yemlər
E. Fermentlər

173. Ayrı – ayrı xəttlərə məxsus olan heyvanların cütləşməsinə nə deyilir: (3))


A. Kross;
B. Triplkross;
C. Monokross;
D. Polokross;
E. Topkross;
174. Xəttin standartlarına cavab verən ən yaxşı heyvanları necə adlandırırlar: (2))
A. Model;
B. Muqavva;
C. Manej;
D. Moda;
E. Dəb;

175. İnək və camışların birinci doğumdan sonuncu doğumun axırınadək verdiyi süd necə adlanır: (2))


A. Həyatı üzrə süd sağımı
B. İllər üzrə süd sağımı
C. Faydalı süd sağımı
D. Məhsuldar süd sağımı
E. Maksimum sağım

176. Heyvanların məhsuldarlığının potensial imkanlarından kompleks şəkildə istifadəsinə istiqamətlənən tədbir necə adlanır: (1))


A. Geniş sağım
B. Böyük sağım
C. İri sağım
D. Faydalı sağım
E. Maksimum sağım

177. Müxtəlif cinslərin və ya mələz qrup heyvanların cütləşməsinə nə deyilir: (3))


A. Çarpazlaşdırma;
B. Cütləşdirmə;
C) Taylaşdırma;
D. Törətmə;
E. Mayalandırma;

178. Çarpazlaşdırmanın əsasən neçə üsulu olur: (1))


A. 5;
B. 3;
C. 4;
D. 2;
E. 6;

179. Karbohidratlar bitki yemində neçə faiz təşkil edir: (3))


A. 75%.;
B. 50%;
C. 45%;
D. 35%;
E. 22%;

180. Pis cinsləri yaxşı cinslərə etmək üçün hansı çarpazlaşdırma üsulu istifadə olur: (2))


A. Çevrici;
B. Sənaye;
C. Törətmə;
D. Qanqatma;
E. Növbələşən;

181. Birinci nəsil heyvanlarda heterozis effektinin alınması üçün hansı çarpazlaşdırma üsulu istifadə olur: (1))


A. Sənaye;
B. Törətmə;
C. Çevrici;
D. Qanqatma;
E. Növbələşən;

182.Heyvanlarda vitaminlərin heç olmaması nə deyilir: (2))


A. Avitaminoz.
B. Hipovitaminoz
C. Karbohidratlar
D. Fermentlər
E. Mineral maddələr
183. Qandoyurma çarpazlaşmada heyvanlar neçənci nəsildə təmiz cins kimi hesab edilir: (3))
A. V;
B. II;
C. III;
D. IV;
E. I;

184. Sənaye çarpazlaçdırmanın istifadə məqsədi nədən ibarətdir: (2))


A. Heterozisin birinci nəsldə alınması
B. Heterozisin bir neçə nəsldə saxlanılması
C. Heyvanlarda diri çəkini yüksək saxlanılması
D. Heyvanlarda süd və ət məhsuldarlığının yüksək saxlanılması
E. Qohum olan və qohum olmayan növbə ilə cütləşməsi

185. "Özü-özlüyündə" yetişdirmə deyəndə nə başa düşülür: (1))


A. Çarpazlaşdırmada bir nəslə məxsus heyvanların cütləşməsi
B. Çarpazlaşdırmada bir cinsə məxsus heyvanların cütləşməsi
C. Çarpazlaşdırmada bir növə məxsus heyvanların cütləşməsi
D. Çarpazlaşdırmada bir xəttə məxsus heyvanların cütləşməsi
E. Çarpazlaşdırmada bir ailəyə məxsus heyvanların cütləşməsi

186. Üç və daha çox heyvanın iştirakı ilə aparılan çarpazlaşdırma necə adlanır: (2))


A. Mürəkkəb;
B. Asan;
C. Çətin;
D. Sadə;
E. Qəliz;

187. M.F. İvanov bu yetişdirmə metodun elmi təməlini qoyub və ona əsaslanaraq zərifyunlu askaniya qoyun cinsini və ağ ukrayna səhra qonuz cinsini yaradıb: (3))


A. Törətmə;
B. Sənaye;
C. Çevrici;
D. Qanqatma;
E. Növbələşən;

188. Bunlardan hansı mələzdir: (2))


A. Simmental X Qafqaz qonur = buzov.
B. Simmental X simmental = dana
C. Simmental X simmental = düyə
D. Simmental X simmental = buzov
E. Simmental X Braman = düyə

189. Bunlardan hansı hibriddir: (2))


A. Simmental X Braman = düyə.
B. Simmental X simmental = dana
C. Simmental X simmental = düyə
D. Simmental X Qafqaz qonur = buzov
E. Simmental X simmental = buzov

190. Heyvan orqanizmi neçə toxumalardan təşkil olunmuşdur: (3))


A. 4.;
B. 2;
C. 1;
D. 3;
E. 5;

191. Epiteli toxuması orqanizmada hansı vəzifədə əsas rol oynayır: (1))


A. Örtük.;
B. Dayaq;
C. Əzələ;
D. Sekresiya;
E. Mədə şirəsi;

192. Çarpazlaşma sxeminin çəkilişində erkəklərə hansı işarə qoyulur: (1))


A. Kvadrat;
B. Konus;
C. Dairə;
D. Üçbucaq;
E. Oval;

193. Çarpazlaşma sxeminin çəkilişində dişilərə hansı işarə qoyulur: (2))


A. Dairə;
B. Konus;
C. Kvadrat;
D. Üçbucaq;
E. Oval;

194. Hormonların tənzimli təsiri altında erkəklərdə cinsiyyət hüceyrələrinin inkişafı necə adlanır: (3))


A. Spermatogenez;
B. Ovogenez;
C. Genezis;
D. Ovulyasiya;
E. Hövrə;

195. Hormonların tənzimli təsiri altında dişirərdə cinsiyyət hüceyrələrinin inkişafı necə adlanır: (1))


A. Ovogenez; B. Spermatogenez; C. Genezis; D. Ovulyasiya; E. Hövrə;

196. Zebr X ev atının cütlənməsində əmələ gələn hibrid necə adlanır: (2))


A. Zebroid; B. Zebrul; C. Zors; D. Zonq; E. Zevs;

197. Zebr X eşşəyin cütlənməsində əmələ gələn hibrid necə adlanır: (3))


A. Zebrul; B. Zebroid; C. Zors; D. Zonq; E. Zevs;

198. Hansı növ heyvanların çarpazlaşdırması nəticəsində alınan hər iki cinsiyyətli (erkəklər və dişilər) hibridlər böyük təsərrüfat qiymətli əhəmiyyət daşıyırlar: (1))


A. Qaramal Х Zebu.
B. Qaramal Х Zubr
C. Qaramal Х Yak
D. Qaramal Х Vatussi
E. Qaramal Х Bizon

199. Bu ətlik heyvan cinslərindən hansı hibridləşdirmə nəticəsində alınmayıb: (2))


A. Hereford; B. Santa-hertruda; C. Bifmaster; D. Branqus; E. Braford;

200. Bu ölkələrdən hansı heyvandarlığın hibridləşdirmə sahəsində öndə: (3))


A. Hindistan; B. Pakistan; C. Çin; D. Türkiyə; E. Braziliya;

201. Bir hürgüclü dəvə ilə iki hürgüclü dəvənin süni yolla cütləşdirilməsi nəticəsində əmələ gələn (F1) hibrid dəvə necə adlanır: (3))


A. Nər; B.Dzo; C. Zors; D. Kama; E. Bester;

202. Yakla qaramalın süni yolla cütləşməsi nəticəsində əmələ gələn hibrid necə adlanır: (1))


A. Dzo; B. Nər; C. Zors; D. Kama; E. Bester;

203. Dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması nə deməkdir: (3))


A. Mutasiya; B. İrsiyyət; C. İrsiyyət əmsalı; D. Generasiya; E. Gen mühəndisliyi;
204.Sümüklər necə formada olur: (2))
A. Yastı, uzun və qısa.;
B. Enli, yumru;
C. Qısa, yumru;
D. Ziq-zaqlı, qısa;
E. Kvadrat, enli;
205. Heyvandarlıqda digər zonalardan damazlıq törədicilər, ana heyvanlar və onların toxumları, embrionların alınmasına nə deyilir: (2))
A. Mühacirət; B. Populyasiya; C. Generasiya; D. Genofond; E. Transplantasiya;
206. Hər hansı bir növə aid olan müəyyən edilmiş şəraitlərdə anadangəlmə mürəkkəb stereotip aktlarının birgə davranışına nə deyilir: (1))
A. İnstinkt; B. Refleks; C. Davranış; D. Etika; E. Şərt;

207. Bir sutkada inək neçə litr tüpürcək ifraz edir: (2))


A. 60 litrə qədər; B. 50 litrə qədər; C. 40 litrə qədər; D. 30 litrə qədər; E. 20 litrə qədər;

208. Bir sutkada at neçə litr tüpürcək ifraz edir: (3))


A. 40 litrə qədər; B. 50 litrə qədər; C. 60 litrə qədər; D. 30 litrə qədər; E. 20 litrə qədər;

209. İnəklərdə işkənbədən ağız boşluğuna bir dəfiyə gəyirib-qaytarılan yem kütləsinin çəkisi neçə qram təşkil edir: (3))


A. 100 – 120 q; B. 130 – 150 q; C. 160 – 180 q; D. 190 – 200 q; E. 200q-dan artıq;

210. İnək südünün tərkibində neçə faiz yağ olur: (2))


A. 3,5 – 4; B. 2,5 – 3; C. 4,5 – 5; D. 5,5 – 6; E. 6,5 – 7;

211. Ət məhsuldarlığı hansı parametrlərə görə qiymətləndirilir: (3))


A. Kəsim çixari və ətin keyfiyyəti
B. Kəsim çixari və daxili piy
C. Diri çəkisi və cəmdək çəkisi
D. Diri çəkisi və içalat çəkisi
E. Ətin keyfiyyəti və cəmdək çıxarı

212. Qaramal və camışların kəsdikdən, qansızlaşdırıldıqdan, dəridən, başdan, quyruqdan, ətraflardan, daxili orqanlardan azad etdikdən sonra, yerdə qalan hissə necə adlanır: (2))


A. Cəmdək; B. Gövdə; C. Ət çıxarı; D. Kəsim; E. Kütlə;

213. Haynak və yaxud Dzo deyəndə nə başa düşülür: (2))


A. Hibrid; B. Mələz; C. Cins; D. Ailə; E. Xətt;

214. Qoyunlarda balavermə dövrü necə adlanır: (1))


A. Dölləmə; B. Quzulama; C. Nəsil artımı; D. Balalama; E. Çoxalma;

215. Aşağıda göstərilən qoyun cinslərindən hansı Azərbaycan qoyun cinsi deyil? (1))


a) hempşir; b)bozax; c)Qarabağ; d)balbas; e)mazex

216.Qoyunçuluğun ən çox inkişaf etdiyi ölkə hansıdır? (1))


a)Çin; b) Almaniya; c) Azərbaycan; d) Yeni Zellandiya; e) Fransa

217. Qoyunların dünyada baş sayı neçədir? (3))


a) 1,1 milyard; b) 500 milyon; c) 900 milyon; d) 300 milyon; e) 1,6 milyard

218. Qoyunların Azərbaycanda baş sayı neçədir? (2))


a) 9,2 milyon; b) 7 milyon; c) 8 milyon; d) 5 milyon; e) 13 milyon

219. Azərbaycan dağ merinosu hansı iqtisadi zonada yetişdirilir? (2))


a) Qazax-Gəncə; b) Naxçıvan; c) Qarabağ; d) Abşeron; e) Qax-Zaqatala

220. Balbas qoyunu hansı iqtisadi zonada yetişdirilir? (2))


a) Naxçıvan; b) Qazax-Gəncə; c) Qax-Zaqatala; d) Abşeron; e) Qarabağ

221. Bozax qoyun cinsi hansı iqtisadi zonada yetişdirilir? (2))


a) Qazax-Gəncə; b) Mil-Muğan; c) Mərkəzi aran; d) Naxçıvan; e) Abşeron

222. Qaradolaq qoyun cinsi hansı zonada yetişdirilir? (2))


a) Qarabağ; b) Abşeron; c) Naxçıvan; d) Qazax-Gəncə; e) Qax-Zaqatala

223. Qala qoyun cinsi hansı iqtisadi zonada yetişdirilir? (2))


a) Abşeron; b) Mərkəzi aran; c) Naxçıvan; d) Qax-Zaqatala; e)Mil-Muğan

224. Ləzgi qoyun cinsi hansı iqtisadi zonada yetişdirilir? (2))


a) Qax-Zaqatala; b) Abşeron; c) Naxçıvan; d)Mil-Muğan ; e) Qazax-Gəncə

225. Qoyunçuluqda damazlıq işi aparmaqda məqsəd nədir? (1))


a) damazlıq keyfiyyətini qoruyub saxlamaq ; b) yun məhsulunu artırmaq;
c) ət məhsulunu artırmaq; d)süd məhsuldarlığını yüksəltmək;
e) baş sayını artırmaq

226. Kompleks əlamətlərə görə qiymətləndirmə nədir? (3))


a) bonitirovka; b) taylaşdırma; c) seçmə; d) qruplaşdırma; e) mayalama

227. Qoyunlar neçə aylıqda cütləşməyə buraxılır? (1))


a) 12-15; b) 7-8; c) 9-10; d) 5-6; e) 18-20

228. Qoyunlarda laktasiya ərzində süd məhsuldarlığı neçə litr olur? (1))


a) 130-150; b) 50-60; c) 70-80; d) 30-40; e) 200-220

229. Qoyun südündə orta yağ faizi neçə olur? (1))


a) 6-7; b) 3-3,5; c) 4-5; d) 5-5,5; e) 2-3

230. Qaba yunlu qoyunların yununda neçə növ lif var? (2))


a) 5; b) 2; c) 3; d) 4; e) 1

231. Zərif yunlu qoyunların yunu neçə növ lifdən ibarətdir? (1))


a) 1; b) 2; c) 3; d) 4; e) 5

232. Yunun bir santimetrində 12-13 qıvrım olduqda yunun naziklik keyfiyyəti neçə mikron hesab olunur? (3))


a) 14-18; b) 22-26; c) 28-30; d) 35-40; e) 40-45

233. Təmiz yun çıxarı qaba yunlu qoyunlarda orta hesabla neçə faizdir? (3))


a) 55-70; b) 35-40; c) 40-45; d) 45-50; e) 30-35

234. Zərif yunlu qoyunlarda təmiz yun çıxarı neçə faiz olur? (3))


a) 30-40; b) 40-45; c) 45-50; d) 50-55; e) 55-60

235. Zərif yunlu qoyunlarda yunun təbii uzunluğu orta hesabla neçə sm olur? (2))


a) 6-10; b) 4-5; c) 5-6; d) 3-4; e) 10-15

236. Qaba yunlu qoyunların yununun uzunluğu neçə sm olur? (2))


a) 10-20; b) 6-7; c) 7-8; d) 8-10; e) 5-6

237. Normal saxlama şəraitində zərif yunun nəmlik faizi neçə faiz olmalıdır? (1))


a) 17; b) 15; c) 16; d) 14; e) 18

238. Rod-ayland cinsinin vətəni haradı? (2))


A) amerika;
B) Fransa;
C) Avstraliya;
D) Rusiya;
E) Niderland.
239. Qoyunlar təsərrüfatda neçə yaşa qədər istifadə olunur? (1))
a) 6-7; b) 4-5; c) 5-6; d) 3-4; e) 8-9

240. Kuçin toyuq cinsinin vətəni haradı? (1))


A) Rusiya;
B) Fransa;
C) Avstraliya;
D) Niderland;
E) Amerika
241. Azərbaycan dağ merinosunun ana qoyunlarının diri çəkisi neçə kq olur? (3))
a) 55-60 kq; b) 45-50 kq; c) 40-45 kq; d) 65-70 kq; e) 70-75 kq

242. Azərbaycan dağ merinosunun qoyunları orta hesabla hər 100 ana qoyundan neçə bala verir? (3))


a) 124 baş; b) 100 baş; c) 110 baş; d) 114 baş; e) 90 baş

243. Qroznı cinsi harada yaradılmışdır? (3))


a) Dağıstanda.; b) Çeçenistanda; c) Gürcüstanda; d)Özbəkistanda; e)Türkmənistanda
244. Prjevalski atları ilk dəfə harda kəşf edilmişdir? (3))
A) Monqolustanda;
B) Polşada;
C) Almaniyada;
D) Çində;
E) Hindistanda
245. Azərbaycan dağ merinosu qoyunlarının təmiz yun çıxarı neçə faizdir? (2))
a) 48-50%; b) 35-40%; c) 30-35%; d) 55-60%; e) 65-70%

246. Avasi qoyunları Türkiyədən nə vaxt gətirilmişdir? (1))


a)2004-cü ildə.; b) 1995-ci ildə; c) 2000-ci ildə; d) 1990-cı ildə, e) 2009-cu ildə

247. Avasi qoyunlarının orta diri çəkisi neçə kq olur? (2))


a) 73,5-75,0 kq; b) 75-80 kq; c) 80-83 kq; d) 84-85 kq; e) 85-90 kq

248. İlk vaxtlar insanlar atın nəyindən istifadə etmişlər? (2))


A) ətindən-dərisindən.;
B) sümüyündən;
C) dırnağından;
D) tükündən;
E)dişlərindən

249. Avasi qoyunlarının süd məhsuldarlığı neçə litr olur? (1))


a) 145.5 litr; b)110-120 litr; c) 140 litr; d) 100-110 litr; e) 150 litr

250. Avasi qoyunlarının südündə yağ faizi neçədir? (1))


a)5,7-6,3.%; b) 3,9-4,0%; c) 4,5-5,0%; d) 3,5-3,8%; e) 6,5-7,0%
Yüklə 250 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə