Salam
Orqan köçürülməsi , günümüzdə bir çox xroniki orqan xəstəliklərində tətbiq edilən müasir, etibarlı və inkişaf etmiş bir müalicə üsülu olaraq qəbul edilmişdir. Canlı insanlardan qaraciyər transplantasiyası, orqan verən şəxsin həyatını təhlükəyə atmamaq şərti ilə qaraciyərin bir hissəsinin köçürülməsi ilə həyata keçirilir.
Transplantasiya üçün mərkəzimizə müraciət etdiyiniz zaman əməliyyatdan əvvəl müayinələriniz çox qısa bir müddət ərzində başa çatacaq və növbə gözləmədən sağlamlığınıza qovuşamaq üçün xəstəxanada işləyənlər sizə kömək edəcəklər.
Qaraciyəriniz haqqında
Vücudun ən böyük və ən mühüm orqanı olan qaraciyərin, bir-birindən mühüm bir çox həyatı əhəmiyyət kəsb edən funksiyası vardır. Saysız-hesabsız funksiyası ola qaraciyərin xüsusi ilə 4 funksiyası əhəmiyyətlidir.
-
Yeyərək qəbul etdiyimiz qidalardan vücud üçün lazım olan maddələrin seçilərək yığılması və normal həyat tərzinin təmin olunması üçün lazım olan zülalların istehsalı
-
Qidaların həzm olunması üçün lazım öd turşusunun istehsalı və həzm sisteminə verilməsi
-
Vücudda başqa sistemlər tərəfindən ifraz edilən zərərli maddələrin təmizlənməsi
-
Infeksiyaya qarşı savaşda və vücudumuzun hər hansı bir yerində meydana gələn qanamaların qarşısının alınması üçün lazımi amillərin istehsalı
Canlıdan canlıya qaraciyər köçürülməsi nə deməkdir?
Canlıdan canlıya qaraciyər köçürülməsi ,canlı donordan alınan qaraciyərin(canlı donor üçün həyatını davam etdirməsi üçün zəruri miqdarı qaraciyər qalması şərtilə) xəstəyə yerləşdirməsini əhətə edən kompleks cərrahi müdaxilədir.
Orqan köçürülməsinə və canlı qaraciyər donorlarına nə üçün ehtiyac vardır?
Son mərhələ qaraciyər çatışmazlığı diaqnozu qoyularaq qaraciyər köçürülməsini gözləyən minlərlə xəstə vardır. Təəssüfki, bütün xəstələrə lazımi qədər orqan tapılmır.
İyun 2006 UNOS (ABDorqan paylaşımı şəbəkəsi ) nəticələrinə görə trasplantasiya olmağı gözləyən 18.645 xəstə vardır,lakin bu xəstələrin
yalniz 6000-i transplantasiya olundu. Gözləmə siyahisindakı xəstələrin təxminən 50%-i orqan transplansiyası gözləyərkən həyatlarını itiriblər və hər gün siyahıya yeni xəstələr əlavə olunurlar. Canlı donor ilə isə orqan sıxıntısı və ölüm halları azalmışdır.
Canlı şəkildə verilən qaraciyər köçürülməsinin faydaları nədir?
-
Qısa gözləmə vaxtı gözləmə siyahısında olarkən xəstə ölümü azalır və orqan alanın əməliyyatı üçün ən uyğun şərtlərin təmin olunmasına imkan yaradır.
-
ən uyğun orqanın transplantasiya edilməsinə şərait yaradır.
-
Cərrahi prosedurları effektli şərtlərdə həyata keçirilə bilməsi, transplantasiyanın müvəffəqiyyət nisbətinin ən yuxarı səviyyədə təmin olunmasına imkan yaradır.
Əsas prinsiplər .
Alıcı namizədlər ,canlı şəkildə orqan verən şəxsin qaraciyər transplantasiyasını qəbul etməlidir.
Donor hazırlığına başlamış hər xəstə eyni zamanda beyin ölümü olmuş doorun (kadavra) gözləmə siyahısına qeyd edilir. Canlı donor hazırlıqlarının görülməsi, xəstənin beyin ölümü olmuş donorun (kadavra) siyahısındakı halına təsir etmir. Beyin ölümü olan donorlardan (kadavra) təmin edilən orqanlar, xəstənin potensial canlı donora malik olub-olmamasına baxmayaraq xəstə gözləmə sirasına görə paylaşılır.
Donorlar, 18-55 yaşları arasında (18 yaşı tamam olmuş), əqli cəhətdən inkişaf etmiş , hər hansı bir xəstəliyi olmayan insanlar olmalıdır.
Diqqət
Donorların əsas məqsədi xəstəyə kömək etmə arzusudur. Buna görə də donorlar heç bir təzyiq , məcburiyyət , təhdid olmadan qərarlarını ,öz iradələrinə görə verilməlidir.
Donor dəyərləndirmə əsnasında donor təhlükəsizliyi bütün orqan transplantasiyası qrupu üçün ən mühüm məsələdir. Potensial donor namizədinə orqan transplantasiyası qrupu tərəfindən aparılan kliniki müayinə və laboratoriya testləri əsnasında hər hansı bir zərər dəyə biləcəyinə aid şübhə belə olarsa əməliyyata hazırlıq o anda dayandırılır. Hazırliq müddəti, donorun səhhətinə və xəstənin təciliyyətinindən asılı olaraq günlər, həftələt, bəzəndə aylar çəkir.
Birdən çox donor namizədi varsa , aparılan kliniki və labaratoriya testləri zəminində namizədlər arasında sıralama aparılır və ən uyğun namizəd ilə testlər başlanılır.Donorun əməliyyat qrupuna etibarı,ağlındakı bütün sualları soruşması və cavab alması əsas məqsədimizdir. Dəyərləndirmə əsnasında əldə edilən bütün məlumatlar nəzarət altına alınır və kənar şəxslərə bu barədə məlumat verilmir.
Qaraciyər donoru olmaq üçün müraciət edın namizədlərin yalnız 20 %-i bütün pillələri keçərək canlı donor ola bilirlər.
Verici namizədləri hazırlıq başladıqdan sonra canlı vericilərin özləri üçün uyğun olmadığına qərar verərək, könüllü olmaqdan istədikləri zaman imtina rtmə haqqına sahibdirlər.
Donor namizədlərinə və qərarlarına hər zaman hörmət əlaməti olaraq sona qədər dəstək verilir. Donor tərəfindən xüsusilə istəmədiyi vaxta qədər xəstələrə məlumatverilməz və donor təhlükəsizliyini ilk növbədə qorumağa çalışırlar.
Verici namizədləri hər mərhələ ilə əlaqədar sual və təşvişləri mövzusunda birbaşa olaraq bizimlə əlaqəyə keçməlidir. Donora aid məlumatlar 3-cü şəxslərə(ailə üzvlərinə, dostlarına, xəstələr.. və.s) əsla verilməyəcəkdir.
Təcili hallar nələrdir, risk artirmi?
Təcili qaraciyər köçürülməsi yalniz istisna hallarda olub, xüsusilə bir neçə gün ərzində ölümlə nəticələnəcək kəskin qaraciyər çatışmamazlığı əmələ gələn həddi –buluğa çatmışlarda və ya qaraciyər funksiyaları sürətlə pozulan uşaqlarda gündəmə gəlməkdədir.
Kimlər donor ola bilər və donor olmaq üçün lazım olan şərtlər hansılardır?
İlkin olaraq xəstə ilə qan qrupu uyğunluğu olanlardan qohumluğu və ya hər hansı bir şəkildə könüllü olan şəxslər donor ola bilərş donor namizədi olan şəxs cərrahi yolla böyük bir əməliyyat ilə qarşılaşdığından bir sıra tibbbi müayinələrdən keçirillir.
Donorun təmamilə sağlam olması lazımdır.
Potensial donor namizədində axtarılan xüsusiyyətlər?
Könüllü olmaq əsas şərtlərdəndir.
-
Xəstə ilə donor uyöun qan qrupundn olmalıdır.
-
Donora namizəddə RH əmsalı uyğunluğu nəzərə alınmır.
-
Fiziki və ruhi hər hansı bir problemi olmamlıdır.
-
Namizədlər 18-55 yaş arasında olmalıdır.
-
Donorlarda normal və normala yaxın vücudun çəki indeksi (BMİ) olmalıdır.
Donor olmağa mane ola amillər vardırmı? Varsa, Nələrdir?
-
Hepatit B və ya C daşıyıcısı olanlar
-
Spirtli içki və narkotik maddə qəbul edənlər
-
HİV infeksiya daşıyıcısı
-
Xərçəng xəstəsi olanlar
-
Müalicə edilmiş və ya müalicə olunmayan psixoloji xəstələr
-
Damar anormaliyaları(texniki olaraq cərrahi müdaxiləyə imkan verməyən )
Donor hazırlığı necə aparılır?
Hansı pillələrdən keçməlidi
1-ci Pillə tanışlıq və kliniki müayinə
Orqan transplantasiyası qrupundan bir həkimin , donor namizədi ilə tanış olması ilə həyata keşirilir.
2-ci Pillə Qan testləri və orqan funksiyası testləri
Qan testləri içərisində qaraciyərin funksional testləri , böyrəyin funksiyonal testləri, ümümi qan analizi, ortya çıxa biləcək xəstəliklərə qarşə aparılan qan testləri( məsələn hepatit, xərçəng və.s) aparılır. Ağciyər rentgen və elektrokardiogramma (EKQ) edilir. Bu dəyərlərin normal olması nəticəsində donor namizədi dəyərləndirməyə alınır.
3-cü pillə Konsultasiyalar
Psixiatr, kardiolog, qaadınlar üçün ginekolog, və mammolog
Tərəfindən konsultasiyalar istənilir. Bu üç pillədə heç bir problemi olmayan namizədlər 4cu pilləyə keçə bilər.
4-cü pillə Rentgenologiya şüa diaqnostika çəkim üsulları
Donor namizədlərinə xüsusi kompyuter tomografiyası çəkilir.
Kompyuter tomoqrafiyası ilə birlikdə şəxsin malik olduğu qaraciyərin həcmi hesablanır. Donora namizəd qəbul edilməsi üçün əməliyyatın sonunda qalan qaraciyər miqdarının onun sonrakı həyatı üçün lazımi dərəcədə olması və eyni zamanda yaxınına verəcəyi qaraciyər miqdarının da, xəstə üçün lazımi miqdarda olması lazımdır.
5-ci pillə :Əlavə bütün müayinələrin sonunda lazım olarsa qaraciyər biopsisi edilir. Biopsi ilə qaraciyərdə mövcud olan yağlılıq və. s kimi kriteriyalar dəyərləndirilir.
6-ci Pillə: Qərar qəbul etmə anı
Son olaraq orqan transplantasiyası qrupu həkimləri tərəfindən təşkil olunmuş heyyət nəticəsində donor nmizədi uyğun qəbul edildikdən sonra əməliyyatın keçirilmə günü ilə bağlı qərar qəbul edilir.
Əməliyyatdan əvvəlki gecə nə işlər görülür?
Donora yüngül olan bir axşam yeməyindən təxminən bir saat sonra mədə və bağırsağın təmizlənməsini tezləşdirmək məqsədi ilə ağızdan işlədici dərman verilir. Bu saatdan etibarən şəxsin hər hansı bir şey yeyib içməsi qadağandır.(tam oruc vəziyyəti kimi)
Qırxılma: sinə altından başlayaraq diz üstünə qədər olan hissə qırxılır.
Imalə :səhər əməliyyat otağına girməzdən əvvəl bağırsaq təmizlənir. Damar yolu açılır və bu damaryolundan əməliyyatdan əvvəl antibiotik verilir.
Daha sonra həm donor, həmda xəstə əməliyyat otağına aparılır.
Qeyd
-
Spırtlı içkilər əməliyyatdan ən azı 4 həftə əvvəl tərk edilməlidir
-
Siqaretdən istifadə əməliyyatdan ən azı iki həftə əvvəl tərk edilməlidir.
-
Hamiləlik əleyhinə dərmanlar əməliyyatdan ən azı 4 həftə əvvəl tərk edilməlidir.
Əməliyyat zamanı qan alacağammı?
Böyük ehtimalla bu sualın cavabı xeyrdir. Ancaq bu ehtimallara baxmayaraq xəstənin yaxınlarından qan və qan nümünələri təmin etmələri tələb olunur.
Donor üçün ən azı 5 vahid eritrositar kütlə (ERK), 5 vahid təzə donmuş plazma(TDP) və lazım olduğunda qan verə biləcək olan daha əvvəldən müayinələri edilmiş əməliyyat zamanı davamlı olaraq xəstəxanada ola biləcək 5 nəfər tələb olunur. Xəstə üçün isə 10 vahid eritrositar kütlə , 10 vahid təzə donmuş plazma və yuxarıdakı xüsusiyyətlərə malik 10 nəfər tapmaları tələb olunur. Bütün bu qan miqdarları , ortaya çıxacaq hər hansı bir problemlə üzləşməmək üçün əməliyyatdan əvvəl mütləq hazırlanamalıdır.
Canlı şəkildə verilən qaraciyər transplantasiyasının potensial riskləri vardırmi?
Keyfiyyətli və təcrübəli qrup tərəfindən əməliyyat edilməsi şərti ilə donor əməliyyatının digər əməliyyatlardan fərqli bir riski yoxdur. Ancaq xəstə və donor əməliyyatın fayda , zərərləri ilə əməliyyatdan ortaya çıxa biləcək problemlər barədə məlumatlı olması lazımdır. Əməliyyatdan əvvəl yoxlamalar zamanı bunlar cərrah tərəfindən xəstə və donor ilə bölüşdürülür. Xəstə və donor bu danışıqlar əsnasında rahat olmalı və ağıllarına gələn sualları mütləq soruşmalıdırlar.Canlı donor qrupunun sizə hərtərəfli olaraq başa salacağı ümumi anesteziyanın tətbiq olunduğu bütün növ əməliyyatda müşahidə olunma riski olan və kəskinləşmə kimi ifadə olunan kardiovaskulyar (aritmiya.. və.s) və tənəffüs sistemi(pnevmaniya.. və.s) patalogiyaları inkişaf edə bilər.
Bu kimi kəskinləşmələrdən bəziləri
-
anesteziya və qan köçürülməsi nəticəsində anaflaksiya(kəskin allergiya) reaksiyası
-
əməliyyat prosesiinin hər hansı bir yerində infarkt
-
ağciyər emboliyası(ən ağır gedişi olan)
-
ağciyərlərdə mayenin yığılması
-
bütün orqanizmdə mayenin yıöılması
-
infeksiya
donor əməliyyatına bağlı kəskinləşmələrin müşahidə olunma nisbəti minimum olmaqla yanaşı əsas kəskinləşmələr
-
canlı donor üçün 0.1%ölüm riski vardır. Qarciyərin sağ payını alınması əməliyyatında, sol və ya sol leteral seqmentin alınmasına nisbətən ölüm riski 2 dəfə coxdur.
-
Transplantasiya olunan orqan ilə xəstənin toxumaları arasındakı uyğunsuzluq.
-
Psixoloji travma(alıcının itirilməsi vəziyyətində) xəstə(alıcı) üçün 10-15%nisbətində ölüm riski vardır.
-
əməliyyat yerində yırtıq əmələ gəlir
-
həzm sistemi ilə bağlı şikayətlər (həzm etməmə,qəbzlik,ürək bulanma)
-
qanaxma
-
qalan qaraciyərin kəsik səthindən öd sızıntısı
-
orqanizmdə müvəqqəti sarılığın müşahidı olunması
-
qalan yara izi
Kəskinləşmə nisbətləri nələrdir? Donor əməliyyatı
Əməliyyatın müddəti orta hesabla 4-6 saat civarındadır. Əməliyyat əsnasında orta hesabla 1 və ya 2 vahid qan verilməsi zəruriyyəti vardır.
İlkin mərhələdə müşahidə oluna biləcək kəskinləşmə atelektaziyadır.
Ən çox müşahidə olunan kəskinləşmələr və nisbətləri
-
əməliyyatdan sonra qanaxma olması və yenidən əməliyyata götürülmə 3 %
-
endoskopik olaraq müliə oluna bilən öd sızıntısının nisbəti 1.8%
-
drenaj tələb edən qarın daxili möhtəviyyat 3.6%
-
kəsik yerində inkişaf edən və təkrar əməliyyat ehtiyacı olan yırtıq 2.2%
Əməliyyatdan sonra nələr olur?
Əməliyyatdan sonra donorlar reanimasiyada nəzərət altında saxlanılır. Ümumi olaraq 2-ci və ya 3-cü gündə standart xəstə otağına köçürülür. Xəstəni ziyarət etməyin qadağan olunması qaçınılmazdır. Ağır əməliyyat keçirmiş donora kənardan gələ bilən hər hansı bir infeksiya həyatını təhdid edən problemlər yarada bilər.
İlk 24 saat donorlarla mütləq yataq istirahəti tətbiq olunur(bəzən 48 saata qədər artırıla bilər). Bu müddət ərzində donorun hər hansı bir şəkildə yataqdan qalxmaması, hətta başını qaldırmaması vacibdir.
Bu mərhələdə rast gəlinən problemlərin başında əməliyyat yerində ağrı və kürək ağrısı gəlir. Ağrınız olduğu zaman lütfən bunu deməkdən çəkinməyin, dərhal müdaxilə olunacaqdır. Əməliyyatdan sonrakı mərhələ iştahsızlıq , ürək bulanması və pis iy hissi qaraciyər əməliyyatlarının əksəriyyətindən sonra meydana çıxan şikayətlərdir. Bununla bağlı olan şikayətlərinizi zəhmət olmasa tibbi personala bildirin.
Oyandığınız zaman sidiyinizi boşalda bilməniz üçün bir sidik kateteri olacaqdır,bundan əlavə əməliyyat yerinizdə 1və ya 2 ədəd nazik boru (dren) olacaqdır. Bunlar əməliyyat əsnasında və sonra içəridə yığılan mayeləri çölə çıxara bilmək üçün qoyulmuşdur və çölə axan mayenin miqdarı azaldığı zaman çıxarılacaqdır.
Sizə tətbiq olunacaq bütün müalicə və səylər orqan transplantasiyası qrupunu təşkil edən təcrübəli həkim və tibb bacıları tərəfindən həyata keçiriləcəkdir. Bu məsələ ilə bağlı hər hansi bir problem hiss etməyəcəksiniz.
Təxminən 1həftə 10 günlük müşahidə müddətindən sonra təxliyə oluna bilərsiniz. Bu müddət ərzində gündəlik olaraq canlı donor heyyəti tərəfindən bütün növ müalicə və nəzarətiniz həyata keçiriləcəkdir. Tətbiq olunan qan dəyərlərinin yoxlanılması və digər araşdırmalardan sonra əgər hər hansı bir problem yoxdursa, təxliyə oluna bilərsiniz.
Ən cox verilən suallar
Qaraciyərimin nə qədəri götürüləcək?
Götürüləcək hissə və nisbəti kompyuter tomoqrafiyasından sonra müəyyən olunur. Lakin əhəmiyyətli olan iki məsələ vardır. Bunlardan birincisi qaraciyərin həcminin donorun həyatını təhlükəyə atmayacaq şəkildə , başqa sözlə onun ehtiyaclarına cavab verəcək şəkildə qalması vacibdir. Ikincisi isə xəstənin təlabatına cavab verəcək həcmdə qaraciyər hissəsinin götürülməsidir. Bu iki şərt daxilindı transplantasiya komandası donor və xəstəni riskə atmadan əməliyyat qərarı verir.
Yetişkin xəstəyə qaraciyərin bir hissəsini verən donor namizədinin, təxminən qaraciyərinin 50 60 %-i nsbətində bir hissəsi götürülür . Körpə və yaxud çox az çəkisi olan xəstənin donorundan isə qaraciyərin 20 % nisbətində bir hissəsi götürülür.
Qaraciyərimin 50-60-%götürüldükdən sonra qalan hissə mənə kifayət edəcəkmidir, qalan qaraciyər əvvəlki qədərdirmi?
Qalan qaraciyər hissəsi, sağlam bir şəxs üçün kifayətdir. Qaraciyər təxminən 3 aylıq müddətin sonunda əvvəlki həcminə çatır. Lakin sürətli böyümə əməliyyatda sonra ilk 10 gün ərzində baş verir.
Nə qədər müddətdən sonra işimə və normal həyatıma qayıda bilərəm?
Qaraciyər yenidən əvvəlki vəziyyətinə çatdığı zaman istifadə etdiyi enerji və tələbatına görə əməliyyatdan sonrakı 3 aylıq dövr ərzində özünüzü yorğun hiss etməyiniz son dərəcə təbiiidir.
Buna görə də xüsusilə də ağır iş sahələrində, fiziki fəaliyyətlə bağlı olan işdə olan donor namizədlərinin bu işlərinə ən azı 5-6 ay ərzində qayıda biləcəklərini ofis şəraitində işləyənlərin isə 3-4 ay ərzində bu işlərinə qayıda biləcəklərini bilməlidirlər.
Xüsusilə də 6 ay ərzindəki dövrdə , 2-3 kq çəkidən çox yük qaldırmamamları lazımdır. Bu , həm orqanizmin yorğunluğu ilə bağlı , həmdə eyni zamanda əməliyyat olan yerdə əmələ gələ biləcək yırtıqdan qorunmaq məqsədilə mütləq lazımdır. Bundan əlavə gündəlik fəaliyyətinizi təxminən 1-ci ayın sonunda rahat şəkildə həyata keçirə bilərsiniz.
Yarada tikislər nə vaxt söküləcək?
Tikikişlərin sökülmə vaxtı yaranın sağalmasından asılıdır. Dəri tikişləri donor heyəti tərəfindən yoxlanıldıqdan sonra, əgər yara sağalmışdırsa, təxliyə oluduğunuz zaman və yaxud sizə bildirilmiş müddət ərzində sökülür.(ortalama əməliyyat tarixindən 15 gün sonra)
Nə vaxt çimə bilərəm?
Təxliyə olunduqdan sonra duşla yuyuna bilırsiniz.
Nə vaxta qədər sarğı etdirməyim tələb olunur?
Təxliyə olunduqdan sonra, xoşa gələməyən bir vəziyyət orqan transplantasiyası heyəti tərəfindən qeyd olunmadığı müddət ərzində sarğı etdirməyinizə ehtiyac yoxdur
Yeməklərlə bağlı hər hansı bir məhdudiyyət olacaqmi?
Əməliyyatdan sonrakı dövrdə xüsusilə ilk 2 həftə ərzində iştahsızliq , pis iy hiss etmə və ya ürək bulantısı kimi çikayətləriniz ola bilər. Təxliyə olunduqdan sonra qidalarla bağlı çox ciddi bir məhdudiyyətimiz yoxdur.
Lakin xüsusilə də ilk 2 həftə ərzində qz yaradacaq xüsusiyyəti olmayan, rahat həzm oluna bilən yeməklər yeməyiniz tövsiyyə olunur.
Xüsusilə də paxla qrupundan olan lobya, noxud ilk 15 gündə tövsiyə olunmur. Bununla yanaşı karbohidrat tərkibli və şəkər tərkibli qidalarda həddi aşmayacaq şəkildə bir məhdudiyyət yoxdur.Uzun müddət ərzində çəkinin həddindən çox artması problem yaradacağına görə bu məsələdə ehtiyatlı olmalı və müəyyən müddətlər ərzində çəki nəzarətdə saxlanılmalıdır.
Nə vaxt səyahətə çıxa bilərəm?
Təxliyə olunduqdan bir həftə sonra səyahət etməyinizdə hər hansı bir problem yoxdur.
Davamlı şəkildə istifadə edəcəyim bir dərman varmı?
Orqanizmin immunitetitini artırmaq məqsədilə müəyyən müddət vitamin və mədə qoruyucusundan istifadə etməyiniz xaricində davamlı istifadə edəcəyiniz dərman yoxdur. Bununla yanaşı bir illik zaman ərzində digər səbəblərə görə istifadə etməyiniz tələb olunan müəyyən xüsusiyyətə malik olan dərman olduğu zaman və ya əməliyyat olmağınız zəruriyyəti olduğunda mütlər QARACİYƏR DONOR HEYƏTİNİZƏ məlumat verməlisiniz.
Əməliyyat zamani öd kisəsi götürülürmü, bunun gələcəkdə mənə problem yaratma ehtimalı vardırmi?
Yetişkin xəstəyə köçürülən qaraciyər prosesində öd kanallarını ortaya qoymaq məqsədilə öd kisəsi götürülür. Lakin körpə və azyaşlılar üçün olan donor əməliyyatlarında çox zəruriyyət yaranamadıqca öd kisəsi götürülmür.
Öd kisəsi götürülməsinin sizə yarada biləcəyi hər hansı bir problem yoxdur.
Nə vaxt işə başlaya bilərəm?
Əməliyyatdan etibarən təxminən 3 ay sonra geri qayıda bilərsiniz. Lakin bu 3 aylıq dövr ərzində ağır iş yükünün altına girməməyiniz tələb olunur.
Qarın korsetindən istifadə etməliyəm?
Yırtıq ehtimalınızı minimuma salmaq üçün 3 ay ərzində qarın korsetindən istifadə etməyiniz tövsiyyə olunur
Yoxlamaları olacaqmı?
Təxliyə olunduqdan sonra hər hansı bir problem yoxdursa, 1-ci və 3-cu ayda orqan transplantasiyası poliklinikasında yoxlamalarınız həyata keçiriləcəkdir.
Yoxlamalarımda hansı testlər olacaqdır?
1-ci ayda testlər götürülür. 3-cü ayda qan testləri ilə yanaşı kontrastsiz kompyuterli tomografiya olunur. Bunun xaricində hər hansı bir şikayətiniz olduğunuz zaman istədiyiniz vaxt tibbi yoxlamaya gələ bilərsiniz.
Dostları ilə paylaş: |