Cəmil Əlibəyov -90



Yüklə 8,78 Kb.
tarix14.07.2018
ölçüsü8,78 Kb.
#56687
növüYazı

Cəmil Əlibəyov -90

Görkəmli yazıçı Cəmil Ədil oğlu Əlibəyov 1927-ci il dekabr ayının 5-də Füzuli rayonunun Dədəli kəndində anadan olmuşdur.

İlk təhsilini kənd məktəbində aldıqdan sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1949-cu ildə təhsilini tarix fakültəsində tamamlamışdır.

Əmək fəaliyyətinə 1949-cu ildə “Azərbaycan gəncləri” qəzetində başlamış, ömrünün iyirmi ilini həmin qəzetdə ədəbi işçi, şöbə müdiri, məsul katib, baş redaktor kimi məsul vəzifələrdə çalışmışdır.

1970-ci ildə Respublika Radio və Televiziya verilişləri komitəsinə sədr müavini vəzifəsinə təyin edilmişdir. ”Bulaq” radio verilişinə görə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülmüşdür.

C.Əlibəyov 1940-1984-cü illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru işləmiş, bu dövrlərdə istehsal olunmuş, “Dədə-Qorqud”, “Babək”, “Dərviş Parisi partladır”, “Tütək səsi”, “İstintaq”, ”Ad günü”, “Qaynana”, “Papaq” filmləri ümumiittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülmüş və kinomuzun qızıl fonduna daxil edilmişdir.

1984-1990-cı illərdə Azərbaycan Dövlət Nəşriyyatında “Kommunist” və “Yazıçı” nəşriyyatlarinda məsul vəzifələrdə çalışmışdır.

C.Əlibəyov bədii yaradıcılığa "Azərbaycan gəncləri"ndə işləyərkən başlamışdır. Azərbaycan jurnalistlər, yazıçılar və kinematoqrafçılar ittifaqlarının üzvüdür. SSRİ-də yayılmış "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanlarının, "Qayaların göz yaşı" povestinin (bunlar Moskvada "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilmişdir) müəllifidir. Azərbaycanda həmin romnlarla yanaşı "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım mənim" və digər povestləri çap olunmuşdur. Bir neçə pyesin, senarinin, publisist kitabın müəllifidir. "Gülüstanda qətl" pyesi Azərbayacan Milli Akademik Dram Teatrında tamaşaya qoyulmuşdu. Ümumiyyətlə, 40-dan çox bədii əsərin müəllifidir. C.Əlibəyov qələm və foto aparatı ilə dörd qitənin ölkələrini səyahət etmiş, ABŞ-dan, Türkiyədən, Rusiyadan (Sibirdən), Avstriyadan, İrandan və b. ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanmışdır. Cəmil Əlibəyov Çingiz Aytmatovun “İlk qələm”, “Ana tarla”, “Ağ gəmi”, povestlərini, J.Sandın “İndiana”, S.Solovyovun, ”Sənin haqqında kitab”, Albert Dixanovun “Həyat haqqında danışmaq istəyirəm” adlı əsərlərini dilimizə tərcümə etmişdir.

C.Əlibəyov yüksək hökümət mükafatlarına – orden, medal, fərmanlara layiq görülmüşdür, əmək təqaüdçüsü olmuşdur.

Görkəmli yazıçı Cəmil Əlibəyov 2014- cü il oktyabr ayının 27-də vəfat etmişdir.

Cəmil Əlibəyovun anadan olmasının 90 illik yubileyi münasibətilə kitabxanalarda silsilə tədbirlər keçirilməlidir. ”Cəmil Əlibəyov-90” adlı sərgi təşkil edilməli, ayrı-ayrı əsərlərinin müzakirəsi, həyat və yaradıcılığından oxucu konfransı, biblioqrafik icmal, söhbət, məruzə və s. tədbirlər keçirilməlidir.



Fondda olan əsərlərinin siyahısı tərtib edilərək divardan asılmalıdır.

Metodika və biblioqrafiya şöbəsi
Yüklə 8,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin