Terapiya
1) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?
A) Öskürək əleyhinə preparatların
B) Mukolitiklərin, surfaktant sistemin stimulyatorlarının
C) İltihab əleyhinə preparatların
D) Hərarətsalıcı preparatların
E) Ağrıkəsicilərin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
2) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin II mərhələsində (bəlğəm ifrazı başlandıqdan sonra) hansı qrup dərman preparatları təyin olunmur?
A) Öskürək əleyhinə preparatların
B) Hayxırmanı stimullaşdıran vasitələrin
C) Bəlğəmi durulaşdıran preparatların (mukolitiklər)
D) İltihab əleyhinə preparatların
E) Antibakterial preparatların və antiseptiklərin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
3) Kəskin bronxit zamanı hansı halın mövcudluğu dərhal antibakterial terapiyanın keçirilməsinə göstəriş deyil?
A) Ağır intoksikasiya
B) Təngnəfəsliyin əmələ gəlməsi
C) İrinli bəlğəmin əmələ gəlməsi
D) Hərarətin yüksəlməsi
E) Xəstəliyin ağır kliniki gedişatı
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
4) Xırda bronxların selikli qişasının zədələnməsi ilə müşayiət olunan xroniki bronxitin aparıcı simptomu hansıdır?
A) Leykositoz və EÇS - nin artması
B) Dodağın selikli qişasının sianozu
C) Təngnəfəslik
D) Güclü üzücü quru öskürək
E) Bəlğəmli öskürək
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
5) Bronxial astma aşağıdakılardan hansı ilə müəyyən edilir?
A) Bronxoskopiya
B) Ağciyərlərin rentgenoqrafiyası
C) Angiopulmonoqrafiya
D) Spiroqrafiya, pnevmotaxoqrafiya
E) Qanın tərkibindəki qazların tədqiqi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
6) Bronx ağacının reseptorlarına təsir edən və ən az əlavə təsir verən bronxospazmı aradan götürən xolinolitik hansıdır?
A) İpratropium bromid
B) Metasin
C) Atropin
D) Propantelin bromid
E) Aprofen
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
7) Uzun təsir müddətli metilksantin qrupuna aid bronx genişləndirici preparat hansıdır?
A) Teopek
B) Teofedrin
C) Ventolin
D) Eufillin
E) Teofillin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
8) Bronxial astmanın müalicəsində istifadə olunan əsas dərman preparatlarına hansı aid deyil?
A) Membranstabilləşdirici preparatlar
B) β2 - adrenoreseptorların aqonistləri
C) Metilksantinlər
D) Qlükokortikoid hormonlarının inhalyasiyası
E) β2 - adrenoreseptorların blokatorları
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
9) Salbutamol (ventolin) bronxları hansı yolla genişləndirir?
A) Bilavasitə bronxların saya əzələsinə təsir edir
B) Azan sinirin tonusunu azaldır
C) Histamin ifrazını blokada edir
D) Bronxial ağacın α-reseptorlarını blokada edir
E) Bronxların β2-adrenoreseptorları selektiv oyandırır
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
10) Astmatik statusun I mərhələdən II mərhələyə keçməsini göstərən əsas klinik əlamət hansıdır?
A) Təngnəfəsliyin artması
B) Sianozun artması
C) Arterial təzyiqin yüksəlməsi
D) Başlanğıcda ağciyərlərdə eşidilən quru xırıltıların yox olması
E) Taxikardiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
11) Xəstəxanadan kənar pnevmoniyanın törədiciləri adətən hansıdır?
A) Klebsiella
B) Pnevmokok
C) Streptokok
D) Bağırsaq çöpü
E) Stafilokok
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
12) Qazanılmış immun defisiti sindromu olan xəstələrdə pnevmoniya törədicisi hansı ola bilər?
A) Bağırsaq çöpü
B) Mikoplazma
C) Pnevmosista
D) Klebsiella
E) Pnevmokok
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
13) Mikoplazmalı pnevmoniya zamanı nə təyin etmək lazımdır?
A) Penisillin
B) Levomisetin
C) Eritromisin
D) Streptomisin
E) Seporin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
14) Pnevmoniyanın antibiotiklərlə müalicəsi nə vaxt dayandırılır?
A) Müalicəyə başlayandan 1 həftə sonra
B) Xəstəliyin kliniki və rentgenoloji əlamətlərinin itməsindən sonra
C) Ağciyərlərdə xırıltılar yox olandan sonra
D) Bədən hərarətinin normallaşmasından 2 gün sonra
E) EÇS - nin normallaşmasından sonra
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
15) Aşağıdakılardan hansı ağciyər xərçənginə şərait yaradır?
A) Psixo - emosional gərginlik
B) Narkomaniya və toksikomaniya
C) Xroniki soyuqdəymə
D) Alkoqolizm və məişət sərxoşluğu
E) Tütün çəkmə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
16) Ağciyər xərçəngi çox vaxt aşağıdakılardan birindən əziyyət çəkən xəstələrdə müşahidə olunur?
A) Ağciyərlərin xroniki qeyri-spesifik xəstəliyi
B) Bronxial astma
C) Şəkərli diabet
D) Xroniki alkoqolizm
E) Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
17) 40 yaşından yuxarı kişilərdə ağciyərlərdə simptomsuz kölgəliklərin əmələ gəlməsi zamanı həkim ilk növbədə hansı xəstəliyi istisna etməlidir?
A) Ağciyər tuberkulomasını
B) Ağciyərin periferik xərçəngini
C) Ocaqlı pnevmoniyanı
D) Plevriti
E) Pnevmosirrozu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
18) Vezikulyar tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsalmada
B) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində
C) Bütün nəfəsalmada və nəfəsvermədə
D) Nəfəsalmada və nəfəsvermənin ikinci üçdə ikisində
E) Nəfəsvermədə
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
19) Bronxial tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsvermədə
B) Nəfəsalmada
C) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində
D) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə ikisində
E) Bütun nəfəsalmada və nəfəsvermədə
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
20) Amforik tənəffüs nə zaman müşahidə olunur?
A) Ağciyər absesində
B) Bronxial astmada
C) Ağciyərin emfizemasında
D) Bronxitdə
E) Ocaqlı pnevmoniyada
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001 г.
21) “Auqmentin” preparatının tərkibi nədir?
A) Oleandomisin + Tetrasiklin
B) Ampisillin + Klavulan turşusu
C) Ampisillin + Oksasillin
D) Ampisillin + Na sulbaktam
E) Amoksisillin + Klavulan turşusu
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
22) İrinli xoşa gəlməz iyi olan bəlğəm hansı xəstəlik üçün xarakterikdir?
A) Bronxial astma
B) Krupoz pnevmoniya
C) Ağciyərin qanqrenası
D) Ağciyər xərçəngi
E) Bronxit
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
23) Bəlğəmdə elastiki liflər hansı xəstəliklər zamanı aşkar edilir?
A) Xroniki bronxit
B) Ağciyər ürəyi
C) Bronxial astma
D) Krupoz pnevmoniya
E) Ağciyər absesi
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
24) Ağır gedişli ağciyərlərin xroniki obstruktiv xəstəliyi zamanı rast gəlməyən simptomlar hansılardır?
A) Öskürək bayılmaları (sinkope)
B) Öskürək nəticəsində qabırğaların sınığı
C) Aşıq - baldır oynağının ödemi
D) Çəkinin azalması, anoreksiya
E) İnspirator təngnəfəslık
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
25) Ev şəraitində eksudativ plevrit diaqnozu müəyyən olunmuş, lakin etiologiyası tam aydınlaşdırılmayıb, xəstənin ümumi vəziyyəti nisbi kafidir. Sizin taktikanız nədən ibarətdir?
A) Pasiyenti təcili olaraq pulmonologiya şöbəsinə hospitalizasiya etmək
B) Plevra boşluğuna plevral punksiya ilə antibiotiklərlin yeridilməsi ilə ambulator müalicə
C) Ev şəraitində geniş spektrli antibiotiklər və kortikosteroid hormonlarla müalicənin aparılması
D) Pasiyenti növbə ardıcıllığı ilə terapiya şöbəsinə hospitalizasiya etmək
E) Ev şəraitində geniş spektrli antibiotiklərlə müalicənin aparılması və xəstələri nəzarətdə saxlamaq
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
26) Aşağıdakılardan hansı ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsinin məqsədlərinə aid deyil?
A) Xəstəliyin inkişaf etməsinin qarşısının alınması
B) Ölüm hallarının azaldılması
C) Fiziki gərginliyə tolerantlığın artması
D) Xəstəliyin tam müalicəsi
E) Simptomların yüngülləşdirilməsi
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
27) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində istifadə olunan qısamüddətli β2-aqonistlərə hansı aid deyil?
A) Terbutalin
B) Fenoterol
C) Levabuterol
D) Salbutamol
E) Formoterol
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
28) Xəstəxanadan kənar pnevmoniya xəstəliyinin diaqnozu qoyulması üçün simptomların başlanmasından neçə gün əvvəl pasiyentin xəstəxanada olmaması şərtdir?
A) 14 gün
B) 5 gün
C) 7 gün
D) 2 gün
E) 10 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
29) Plevra boşluğuna mayenin evakuasiyasından sonra təkrar tez yığılması hansı xəstəlik üçün xarakterik əlamət sayılır?
A) Ağciyərlərin vərəmi
B) Qırmızı qurd eşənəyi
C) Xroniki qandövranı çatışmazlığı
D) Plevranın şişləri
E) Bronxların adenokarsinoması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
30) Xəstəxanadan kənar pnevmoniyanın müalicəsi zamanı antibakterial müalicənin müddəti minimum neçə gün tövsiyyə edilir?
A) 10 gün
B) 7 gün
C) 2 gün
D) 5 gün
E) 15 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
31) Aşağıdakı klinik formalardan hansı birincili vərəmə aiddir?
A) İnfiltrativ vərəm
B) Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası
C) Tuberkuloma
D) Fibroz kavernoz ağciyər vərəmi
E) İlkin vərəm kompleksi
Ədəbiyyat: Перельман М. И., Корякин В. А. «Туберкулез» 1990 г.
32) Кəskin respirator infeksiyaların və qripin müalicəsində əsas rol nə oynayır?
A) Vitaminoterapiya
B) Аntibakterial terapiya
C) Immunokorreksiya
D) Virus əleyhinə terapiya
E) Simptomatik terapiya
Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008
33) Kəskin respirator infeksiyaların müalicəsində antibiotiklər nə zaman təyin olunur?
A) Bakterial fəsadlaşma olduqda
B) Xəstəlik başlanan kimi
C) Hərarət 38 ° C yuxarı olduqda
D) Xəstəliyin 2 - ci günü
E) Burundan irinli ifrazat olarkən
Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008
34) Hansı dərman virus əleyhinə deyil?
A) Zаnаmivir
B) Аmаntаdin
C) Оseltamivir
D) Rimantadin
E) İnterferon
Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
35) Hansı auskultativ dəyişikliklər pnevmoniya üçün xarakterik deyil?
A) Quru xırıltılar
B) Bronxial tənəffüs
C) Zədələnmiş nahiyədə tənəffüsün zəifləməsi
D) Кrepitasiyalar
E) Lokal xırıltılar
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
36) Nazokomial pnevmoniya nə deməkdir?
A) Durğunluq pnevmoniyası
B) Аspirasion pnevmoniya
C) İmmun sistemi zədələnmiş pasiyentlərdə pnevmoniya
D) Хəstəxana dахili pnevmoniya
E) Хəstəxanadan kənar pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
37) Pnevmoniya üçün əsas diaqnostik müayinələr hansılardır?
A) Fizikal müayinə, pulsoksimetriya, rentgen
B) Rentgen, qanın ümumi və biokimyəvi analizi
C) Аnаmnеz, fizikal müayinə, rentgen
D) Аnаmnеz, fizikal müayinə, bəlğəmin bakterioloji müayinəsi
E) Аnаmnеz, fizikal müayinə, qаnın ümumi analizi
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
38) Hаnsı simptom (lar) pnevmoniya üçün xarakter deyil?
A) Yеni öskürəyin əmələ gəlməsi
B) Hərarət +/- titrətmə
C) Оynaqlarda ağrı, hərəkətin məhdudlaşması
D) Yоrğunluq, baş ağrısı, ürəkbulanma, qarın ağrısı, mialgiya
E) Döş qəfəsində plevral ağrıların olması
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
39) Vərəmlə pnevmoniyanın differensasiyasında hansı müayinə daha vacibdir?
A) Маntu tеsti
B) Bəlğəmin bakterioloji müayinəsi
C) Qаnın ümumi analizi
D) ЕКQ
E) Rеntgen
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
40) Hansı müalicə prinsipi pnevmoniyada tövsiyyə olunmur?
A) Hipoksemiya hallarında oksigenlə müalicə
B) Аğrını və yüksək hərarəti azaltmaq üçün adekvat analgeziya
C) Həcmi çox olan plevral ekssudatın xaric olunması
D) Аdеkvat hidratasiya
E) Öskürək supressorlarından istifadə
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
41) Əvvəl sağlam olmuş və Streptococcus pneumoniae qarşı rezistentlik riski olmayan pasiyentlərə hansı qrup antibiotiklərin təyini tövsiyə olunur?
A) β - laktamlar + аminoqlikozidlər
B) Маkrolidlər (аzitromisin, klaritromisin və s.) və ya β - laktamlar (аmоksisillin, sefotaksim və s.)
C) β - laktamlar + ftorxinolonlar
D) Ftorxinolonlar
E) β - laktamlar + mаkrolidlər
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
42) Аğırlaşmamış pnevmoniyalarda müalicədən neçə gün sonra təkrar rentgenoloji və laborator (qanın ümumi analizi) müayinə aparılmalıdır?
A) 3 - 5 gündən sonra
B) 7 - 10 gündən sonra
C) 1 аydan sonra
D) 14 - 16 - cı gün
E) 18 - 20 - ci gün
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
43) Xəstəxanadan kənar yoluxmuş metisillin-rezistentli Staphylococcus aureus infeksiyası zamanı hansı qrup antibiotiklər daha effektivdir?
A) Qorunmuş penisillinlər
B) Makrolidlər və sefalosporinlər
C) Vankomisin və lizenolid
D) Ftorxinolonlar
E) Aminoqlikozidlər
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
44) Pseudomonas (göy irin verici çöplər) infeksiyası zamanı antibiotiklərin hansı kombinasiyası istifadəsi istifadəsi tövsiyyə edilmir?
A) Seftazidim + aminoqlikozidlər
B) İpinem + aminoqlikozidlər + antipnevmokok ftorxinolonlar
C) Seftazidim + siprofloksasin
D) Sefepim + levofloksasin
E) Ampisillin sulbaktam + tetrasiklinlər
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
45) Pnevmosist pnevmoniyası zamanı hansı preparatların istifadəsi tövsiyyə olunur?
A) Sitostatiklər
B) Virus əleyhinə preparatlar
C) Antibiotiklər
D) Antifunqal preparatlar
E) Biseptol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
46) Aspergilyozun müalicəsində hansı preparat effektlidir?
A) Trixopol
B) İntrakonazol
C) Biseptol
D) Levofloksasin
E) Albendazol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
47) Kəskin obliterəedici bronxitlərdə əsas etioloji faktor hansıdır?
A) Respirator sinsital virus
B) Pseudomonas aureginosae
C) Staphilococcus aurogenosae
D) Mikozlar
E) Mycoplazma pneumoniae
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
48) Obliterəedici bronxiollitlərin diaqnostikasında daha dəqiq məlumat verən müayinə üsulu hansıdır?
A) Kompüter tomoqrafiya
B) Bronxoskopiya
C) Bəlğəmin sitoloji müayinəsi
D) Rentgen tomoqrafiya
E) Yüksək görüntülu (imkanlı) kompüter tomoqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
49) Ağciyər arteriyasının tromboemboliyası üçün əsas risk faktorlarına hansı aid deyil?
A) Eroziv qastrit
B) Hamiləlik
C) Cərrahi müdaxilə
D) Aşağı ətrafların travması
E) Nefrotik sindrom
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
50) Ağciyər arteriyasının tromboemboliyasını yaradan tromb 85% qədər hallarda hansı istiqamətdən gəlir?
A) Daxili yuxu arteriyasından
B) Xarici yuxu arteriyasından
C) Aşağı boş vena sistemindən
D) Yuxarı boş vena sistemindən
E) Ürəyin sağ hissəsindən
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
51) Ağciyər arteriyasının tromboemboliyasının əsas və daha tez-tez rast gəlinən klinik təzahürləri hansılardır?
A) Döş qəfəsində və qarın nahiyəsində ağrı, hərarət
B) Təngnəslik, döş qəfəsində ağrı, taxikardiya, qanhayxırma
C) Yüksək hərarət, irinli bəlğəmlə öskürək, döş qəfəsində ağrı
D) Yüksək hərarət, qanhayxırma, taxikardiya
E) Quru öskürək, xışıltılı tənəffüs, boğulma tutması
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
52) Hansı klinik simptom ağciyər arteriyasının tromboemboliyası diaqnozunu təstiqləmək üçün spesifik sayılır?
A) Qanhayxırma
B) Döş qəfəsində ağrı
C) Təngnəslik
D) Ağ ciyər arteriyasının tromboemboliyası diaqnozunu təsdiqləmək üçün spesifik simptom yoxdur
E) Taxikardiya və ürəyin ritm pozğunluğu
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
53) Hansı müayinə metodu ağciyər arteriyasının tromboemboliya diaqnozunun təsdiqində hələ də “qızıl standart” hesab olunur?
A) Rentgengrafiya
B) Kompüter tomoqrafiyası
C) Perfuzion stsintiqrafiya
D) Angiopulmonoqrafiya
E) Exokardioqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
54) Ağciyər arteriyasının tromboemboliyası zamanı baş verən qanhayxırmanın müalicəsində hansı preparatın istifadəsi tövsiyyə olunmur?
A) Aminokapron turşusu
B) Kleksan
C) Streptokinaza
D) Fibrinolizin
E) Heparin
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
55) Ağ ciyər arteriyasının tromboemboliyası zamanı hansı pnevmoniya yarana bilər?
A) Kazeoz pnevmoniya
B) Ocaqlı pnevmoniya
C) Krupoz pnevmoniya
D) İnfarkt pnevmoniya
E) İnterstisial pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
56) Bronxial astmalı xəstələrdə adətən hansı əlamət müşahidə olunmur?
A) Fışıltılı xırıltıların təkrarlanması
B) Əsasən gecə vaxtı güclənən öskürək
C) Тənəffüs çətinləşməsinin təkrar еpizodları
D) Döş qəfəsində ağri hissinin təkrarlanması
E) Döş qəfəsində sıxılma hissinin təkrarlanması
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
57) Bronxial astmaya şübhə olduqda hansı ilkin diaqnostik müayinədən istifadə edilməlidir?
A) İmmunoloji müayinə
B) Rentgenoqrafiya
C) Pikfloumetriya
D) Qаnın ümumi analizi
E) Spirometriya
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
58) Bronxial astmanın tutması zamanı ilk yardım kimi hansı qrup dərmanlardan istifadə etmək lazımdır?
A) İnhalyasion kortikosteroidlər
B) Кrоmоnlаr
C) Sürətli təsirə malik β2 аqоnistlər
D) Uzunmüddətli təsirə malik β2 аqоnistlər
E) Теоfillinlər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
59) Bronxların hiperreaktivliyini və obstruksiyanı təyin edən müayinə hansıdır?
A) Rеntgenoqrafiya
B) Spirometriya
C) Pikfloumetriya
D) İmmunoloji müayinə
E) Аllerqoloji sınaqlar
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
60) Bronxial astmaya nəzarət edən əsas dərmanlar hansılardır?
A) Sürətli təsirə malik β2 аqоnistlər
B) Uzunmüddətli təsirə malik β2 аqоnistlər
C) Теоfillinlər
D) İnhalyasion kortikosteroidlər
E) Кrоmоnlаr
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
61) Astmanın müalicəsində dərman vasitələrinin hansı qəbul formasına üstünlük verilir?
A) İnhalyasion preparatlara
B) Parenteral preparatlar
C) Siroplara
D) Həblərə
E) Məlhəmlərə
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
62) Astmanın müalicəsində hansı dərman preparatlarının istifadəsi tövsiyyə olunmur?
A) Теоfillinlər
B) Кrоmоnlar
C) Аntibiotiklər
D) Kortikosteroidlər
E) Аntileykotriyenlər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
63) Astmanın ağır kəskinləşməsi zamanı auskultasiyada xırıltı eşidilmədikdə hansı tədbir görülməlidir?
A) Хəstə evə gedə bilər
B) Dərmanların dozası azaldıla bilər
C) β2 аqonistlərin dozası artırılmalıdır
D) Хəstə təcili hospitalizasiya olunmalıdır
E) Хəstə bir neçə saat ərzində nəzarət altında qalmalıdır
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
64) Astma tutması zamanı sürətli təsirə malik inhalyasion β2 аqonistlər effekt vermirsə, hansı preparatlar istifadə olunmalıdır?
A) Peroral kortikosteroidlər
B) Uzunmüddətli təsirə malik β2 аqonistlər
C) İnhalyasion xolinolitiklər
D) İnhlyasion kortikosteroidlər
E) Аntibiotiklər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
Dostları ilə paylaş: |