Щикмят
Dinşünaslıq
Seyyid Əli Əkbər Ocaqnejad
Quranda
şeir və şairin məqamı
Allahın adı ilə
Şer insan fenomenlərindən biridir ki, tarix boyu cəmiyyətləri məzmunu incəsənət hadisələrini təsvir edən bir yola təhrik etməyə bais olmuşdur.
Cəmiyyətlərin şüarları, qəbilələrin bir-birinə qarşı dedikləri həcvləri, şeir məsəlləri və savaş meydanında olan döyüşçülərin xəbərləri bu təhrik və həyəcanın nümunələrindəndir. Cahiliyyət dövründə ərəblər arasında şeir şərab və eyş məclisləri ilə həmdəm idi və məlum olduğu kimi, şeir də bu cür məclislərin səthinə tənəzzül etmişdi.
Quran cəmiyyətləri həqiqət və kamala çatdırmaq vəzifəsinə malik olduğu üçün şeirin həqiqətini də insanlara öyrətdi. Belə ki, birincisi şeir hədəf deyil, vasitədir və buna görə də insanın heyvani hədəfləri üçün bir alətə çevrilməsi mümkündür. Cahiliyyət dövründə də belə idi və Quranda şeir və şairin məzəmmət edilməsi bu həqiqətdən doğur.
İkincisi, şeir bir sənətdir ki, özünün sənət vəzifəsini yerinə yetirmək üçün hədəfi iman, məzmunu isə saleh olmalıdır. Allah-Təala Quranda İslam Peyğəmbərinə (s) xitabən buyurur:
وَالشُّعَرَاء يَتَّبِعُهُمُ الْغَاوُونَ
(Peyğəmbər şair deyildir) Şairlərə yalnız azğınlar tabe olarlar (uyarlar). (Şüəra, 224)
Elə bu surənin başqa bir yerində buyurur:
أَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَ وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ
(Məgər görmədinmi ki, onlar hər bir vadidə (xəyallar aləmində) dərbədərdirlər?. Və onlar özləri etmədikləri şeyləri deyirlər?!) (Şüəra, 225-226)
İslamın zühurunun ilk illərində dinin düşmənləri Həzrət Peyğəmbəri (s) şair adlandırırdılar. Yuxarıdakı ayələr də bu insanların cavabında nazil olmuşdur. Allah-Təala bu ayələrdə buyurur ki, Peyğəmbər (s) şair deyil və şairləri belə tərif edir: "Şairlər o kəslərdir ki, yolunu azmışlar onların ardından gedirlər və onlar həyatda sərgərdan və yalançıdırlar".
Allah Quranın Ənbiya və Saffat surələrinin 5-ci və 36-cı ayələrində Peyğəmbəri (s) şair adlandıranların dilindən aydın şəkildə bəyan edib buyurur: "Onlar (İslam düşmənləri) deyirdilər: Məhəmmədin gətirdiyi vəhy deyil, pərişan yuxulardır, onun Allah barəsində dedikləri yalandır və o, bir şairdir"
بَلْ هُوَ شَاعِرٌ
Onlar həmişə deyirdilər ki, biz bu dəli şairə görə öz məbudlarımızdan necə əl çəkə bilərik.
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوا آلِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونٍ
Qurani-Kərim bu düşüncə ilə daima İslam Peyğəmbərinə (s) qarşı düşmənçilik edənlərin (xüsusilə cahiliyyət dövründə) cavabında buyurur: "Biz heç vaxt Peyğəmbərə şeir öyrətmədik və heç ona layiq də deyil, bu Quran yalnız zikr və aydın yolgöstərəndir" (Yasin, 69)
وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنبَغِي لَهُ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُّبِينٌ
Quran peyğəmbərlərin yolunu şairlərin yolu ilə fərqləndirir və buyurur: Şairlər xəyal ilə hərəkət edirlər, onlar eyş-işrət, xal-zülf və bu kimi şeylərin ardındadırlar. Quran şairləri üç qrupa bölür:
Ardıcılları yolunu azmış olan şairlər,
Hədəfi olmayan və kəskin dərəcədə həyəcan və emosiyaların təsiri altındakı şairlər,
Öz sözlərinə və dediklərinə əməl etməyən şairlər.
Müqəddəs Quran burada istisnaların olduğunu qeyd edir və Şüəra surəsinin 227-ci ayəsində buyurur:
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيرًا وَانتَصَرُوا مِن بَعْدِ مَا ظُلِمُوا
"Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şeirlər yazmaqla) intiqam alanlardan başqa!"
Mülahizə edilir ki, Allah-Təala bu mübarək ayədə 4 qrup şairi digər şairlərdən ayırır:
Allaha iman gətirənlər,
Allaha görə yaxşı işlər görənlər,
Allahı çox zikr edənlər,
Zülm və sitəm gördükləri zaman Allahın əta etdiyi zövqü nemətlərdən bəhrələnərək şeir yazmaqla onlara qarşı çıxanlar.
Şeirindən Allaha iman sədası ucalan və qələmi Allahın rizasını qazanmaq üçün mömin insanların yaxşı əməllərini nəzmə çəkən bir şairin şeiri nəinki bəyənilir və tərifə layiqdir, eyni zamanda bu iş İlahi ibadətə taydır. Zehnində daima Allahı düşünən bir şəxsin vəznli sözləri və şeirləri silah tək zalımların ruhunu hədəfə alır. Belə bir şəxsin nəinki yolunu azmış ardıcılları yoxdur, bəlkə də o, tam şəkildə İlahi məqsədlər yolundadır və öz şeirlərini bəyan etdikdə ən kiçik həyəcanlardan və emosiyalardan bəhrələnmişdir.
Bu həqiqət İslamın Əziz Peyğəmbərinin (s), məsum imamların və din alimlərinin mübarək sözlərində çox gözəl şəkildə bəyan edilmişdir. İslam Peyğəmbəri (s) şeir haqqında buyurmuşdur: ان من الشعر الحکمة "Bəzi şeirlər hikmətdir".
Həzrət Peyğəmbər (s) başqa bir yerdə İslamı müdafiə edən şairlər haqqında buyurmuşdur: "İslama qarşı həcv yazanlara həcv yaz".
Onun şeiri barəsində isə buyurur: "Bu şeirlərlə sanki onlara qarşı ox atırsınız".
Müsəlman və imanlı şair olan və İslamın qüvvətlənməsi haqqında şeir yazan Kəəb bin Malik bir gün Həzrət Peyğəmbərin (s) yanına gəlib soruşdu: “Ey Allahın Rəsulu! Şeiri məzəmmət edən ayə olduğu halda biz nə etməliyik?.” Peyğəmbər (s) buyurdu: "Mömin canı, qılıncı və dili ilə cihad edər".
İmam Cəfər Sadiq (ə) buyurub: "Allah yolunda bir beyt şeir söyləyən kəs üçün cənnətdə bir ev hazırlanacaq".
Məhəmməd Füzuli şeir və şairin üstünlüyü haqqında necə də gözəl demişdir:
Dostları ilə paylaş: |