Dinşünaslıq Seyyid Əli Əkbər Ocaqnejad Quranda şeir və şairin məqamı Allahın adı ilə


“Bu şəraitdə yaxşılıq etməkdən qafil olma, çünki əzəmətinin nə vaxt durduğunu bilməzsən”



Yüklə 115,5 Kb.
səhifə4/4
tarix10.01.2022
ölçüsü115,5 Kb.
#108494
1   2   3   4
“Bu şəraitdə yaxşılıq etməkdən qafil olma, çünki əzəmətinin nə vaxt durduğunu bilməzsən”.


  1. Hisan bin Sabitin şeirləri.

Mədinə şəhərində ən yaxşı şeirlər "Əbdi-Qeys" qəbiləsinə aid­dir və Hisan bin Sabit bu qəbilədən idi. O, bacarıqlı və bənzərsiz ənsar şairi olub. İslama gəldikdən sonra şeirlərində sınıqlıq meydana gəldi və fasilə düşdü. Ondan soruşdular ki, nə üçün İslamı qəbul etdikdən sonra şeirlərin qocaldı. Cavabında dedi ki, İslam yalan danışmağı qadağan edib, şeirin yaxşı olması isə mübaliğə və yalana görədir. Buna görə də belə bir zərbül-məsəl vardır ki, "ən yaxşı şeir ən yalan olanıdır". Hisan bin Sabit 120 il ömür sürdü. Ömrünün 60 ili cahiliyyət, qalan 60 ili isə İslam dövrünə təsadüf edib. Həm Hisan, həm atası Sabit, həm babası Mənzər və həm ulu babası Həram hamısı tam 120 il ömür sürüblər və bu məsələ nadir tarixi hadisələrdəndir. Hisanın şeirləri İslam Peyğəmbərini (s) həcv edən müşriklərə qarşı çox təsirli idi. İslamın meydana gəldiyi ilk dövrlərdə İslam Peyğəmbərini (s) üç nəfər həcv edirdi. 1) Əbu Süfyan bin Haris bin Əbdül-Mütəllib ki, Peyğəmbərin əmisi oğlu idi. 2) Əmr As. 3) Zirar bin Xətab.

Peyğəmbər (s) səhabələrindən biri İmam Əliyə (ə) dedi ki, həcv edənlərin cavabını versin. İmam buyurdu: Əgər Peyğəmbər icazə versə mən onun cavabını verərəm. Səhabələr Peyğəmbərdən istədilər ki, həcv edənlərə cavab üçün Əliyə icazə versin. Peyğəmbər (s) buyurdu: Onların istədikləri Əlinin yanında yoxdur. Onların cavabı söyüş və təhqirdir ki, Əli həmin işin əhli deyil və bundan uzaqdır. Sonra buyurdu: Peyğəmbərlərini qılıncla müdafiə edənlər nə üçün onu dilləri ilə müdafiə etmirlər? Hisan bin Sabit dedi: Ey İslam Peyğəmbəri, mən bu işi görərəm. Peyğəmbər buyurdu: Onları necə həcv edərsən, bir halda ki, mən onlardanam? Əbu Süfyanı necə ələ sala bilərsən, bir halda ki, o mənim əmim oğludur? Hisan bin Sabit dedi: And olsun Allaha, mən tükü xəmirin içindən dartıb çıxaran kimi sizi onların arasından çıxararam.

Sonra Peyğəmbər (s) Hisan bin Sabitə dedi: Əbubəkr soyları və qəbilələri yaxşı tanıyır, onun yanına get, o, sənə lazımi adamların adını deyəcək. Qureyş qəbiləsi Hisan bin Sabitin şeirini eşitdikdə dedi: Bu şeir Əbuqohafənin (Əbubəkrin atası) məlumatı ilə deyilib.

Hisan bin Sabitin şeir məharətindən bəzi nümunələr

İslam Peyğəmbərinin əmisi oğlu Əbu Süfyan müsəlman olmamışdan əvvəl Peyğəmbəri məzəmmət edən şeir demişdi. Bu şeir Hisanın qulağına çatdıqda o, belə cavab vermişdi:

وان سنام المجد فی آل هاشم بنو بنت مخزوم و والدک العبد

و من ولدت ابناء زهرة منهم کرام و لم یقرب عجائزک المجد

ولست کعباس ولا کابن امه ولکنّ لئیم لا یقوم ل زند

وان امرء مانت سمیت امه و سحراء مغمور اذا بلغ الجهت

و انت هجینٌ نیط فی ال هاشم کما نیط خلف الراکب القدح الفرد



  • “Doğrudan da Məxzumun qızının övladları və atan Əbdül-Mütəllib Bəni-haşim qəbiləsi arasında uca məqama malikdirlər”.

  • “Zöhrənin övladlarını dünyaya gətirənlərin hamısı böyük insanlardır, lakin sənin ana əcdadların ucalmadılar”.

  • “Sən Abbas və ana tərəfdən olan qardaşı kimi deyilsən, sən alçaq bir kişisən ki, ondan xeyir gözləmək olmaz”.

  • “Anaları Süməyyə və Səhra olan kəs nadan və alçaqdan başqa bir şəxs deyil”.

  • “Əslində sən Bəni-haşimdən deyilsən, sən yəhərə bağlanan su qabı kimi özünü onlara bağlamısan”.

Hisanın məharəti bundadır ki, Əbdül-Mütəllibin özünə to­xunmayıb, həmçinin onun çoxsaylı arvadlarından olan övladlarını da tənqid etmir, yalnız Əbu Süfyanı və onun atasını tənqid atəşinə tutur.



Məsələyə aydınlıq gətirmək üçün deməliyik ki, Məxzumun qızının bütün övladları dedikdə məqsəd Zübeyr bin Əbdül-Mütəllib, İmam Əlinin atası Əbu Talib və peyğəmbərin atası Abdulla nəzərdə tutulub ki, bu üç nəfərin anası Əmr As Məxzuminin qızı Fatimədir. Zöhrənin övladları dedikdə Həmzə, bacısı Səfiyədir ki, anaları Ohəyb bin Əbdi Mənaf bin Zöhrənin qızı Halə nəzərdə tutulur. Abbas və ana tərəfdən olan qardaşı Zərarın anası isə Nəticədi. Burada Suməyyə dedikdə Əbu Süfyanın anası və Səhra dedikdə Hadisin (Əbu Süfyanın atası) anası nəzərdə tutulub.

İslam Peyğəmbəri (s) Hisan haqqında buyurub: “Bizi dilinlə qoru­du­ğun zamanadək Ruhul-Qüds (Cəbrayıl) sənə kömək edər”.
Yüklə 115,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin