Elektron hökumət



Yüklə 179,62 Kb.
tarix25.10.2017
ölçüsü179,62 Kb.
#12472

“Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər

 

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra onun beynəlxalq aləmlə hərtərəfli inteqrasiyası qarşısıalınmaz zərurət kimi meydana çıxdı.



 Bunun üçünsə Azərbaycanın sivil inkişafına, demokratik dövlət quruculuğuna imkan verən qabaqcıl texnologiyanın tətbiq edilməsinə ehtiyac duyulurdu. Bu müstəvidə də 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətəgələn Heydər Əliyevin ilk işlərindən biri ölkəmizdə demokratik dövlət quruculuğuna imkan verən yeni texnologiyaların tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi oldu. 1994-cü ildən başlayaraq Azərbaycanda iqtisadi vəsiyasi sahədə həyata keçirilən uğurlu islahatlar ölkəmizin inkişafında yeni mərhələ açdı. Bu da öz növbəsində ölkəmizin idarə edilməsində, elektron hökumət yaradılması ilə bağlı İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) son naliyyətlərindən istifadə etməyə, vətəndaşlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə imkan verdi. Buna paralel olaraq  sivil, demokratik dövlət quruculuğu prosesinin sürətləndirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, onun işində ictimaiyyətin daha fəal şəkildə iştirak etməsi və dövlət idarəçiliyində İKT-nin geniş tətbiqi ilə bağlı tədbirlər həyata keçirilməyə başladı. Bu müstəvidə dəsivil dövlət quruculuğu  və idarəetmədə önəmli rol oynayan "Elektron hökumət"in formalaşdırılması və elektron xidmətlərin inkişaf etdirilməsi ölkəmizin inkişafında belə demək mümkünsə yeni eranın açılmasına gətirib çıxardı.  Elektron hökumətin sivil dövlət quruculuğunda xüsusi önəm daşıdığını nəzərə alaraq "Elektron-hökumət"in formalaşdırılması və dövlət hakimiyyəti orqanlarında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqini sürətləndirmək qərara alındı. Bu çərçivədə ümummilli lider Heydər Əliyev  tərəfindən 2003-cü il fevral ayının 17-də təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" ölkəmizin sivil inkişafında tarixi hadisələrdən biri oldu.

Bununla da ölkəmizdə "Elektron hökumət"in yaradılması,  "hökumət-vətəndaş" və "hökumət-biznes" münasibətlərində daha şəffaf və operativ əlaqələrin qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilməyəbaşlandı.

Qeyd edək ki, "Elektron hökumət"in formalaşdırılması və elektron xidmətlərin inkişaf etdirilməsindən əsas məqsəd dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə, hökumətlə-vətəndaş arasında daha şəffaf və operativəlaqələrin qurulmasıdır.

 Bu sahədə həyata keçirilən uğurlu tədbirlər nəticəsində vətəndaşların dövlət orqanlarının xidmətlərinə çıxışını təmin edən "elektron-hökumət" portalı (www.e-gov.az) və şlüzü yaradılıb. Bu da öz növbəsində idarəetmədəşəffaflığa nail olunmasına gətirib çıxararaq, ölkənin sosial-iqtisadi həyatında böyük irəliləyişlərin əldə edilməsinə imkan verib. Bu müstəvidə də dövlət idarəetmə orqanlarında idarədaxili elektron sənədləşmənin tətbiqi uğurla həyata keçirilməkdədir. Nəhayət "Elektron hökumət"in yaradılması istiqamətində həyata keçirilən ən uğurlu tədbirlərdən biri də elektron imzanın tətbiqi üzrə Açıq Açar İnfrastrukturunun qurulması və Milli Sertifikat Mərkəzinin yaradılması olub. Bunun davamı olaraq Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin may ayının  23-də imzalanan "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman "Elektron hökumət" yaradılması prosesinin sürətləndirilməsi istiqamətində atılan daha bir uğurlu addım oldu. Bu da 40- a yaxın dövlət orqanının informasiya sisteminin "elektron hökumət" portalına qoşulmasına yol açaraq 200-dən artıq elektron xidmət portalının yaradılmasına  gətirib çıxarıb.

"Elektron hökumət" yaradılması istiqamətində həyata keçirilən uğurlu tədbirlər ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir. Bunu Prezident İlham Əliyev tərəfindən 2013-cü ilin İnformasiya-kommunikasiya texnologiyaları ili elan edilməsi də bir daha sübut edir.

 Beləliklə, son 10 ildə həyata keçirilən tədbirlər nəticəsində istər daşınmaz əmlak, istər sahibkarlıq fəaliyyəti,  istər müxtəlif fəaliyyət sahələrinə lisenziyaların verilməsi və digər sahələr üzrə işlər elektron  formada həyata keçirilir.

Qeyd edək ki, elektron xidmətlərin geniş tətbiqi əhali arasında şikayətlərin sayının xeyli azalmasına,  korrupsiyaya qarşı uğurla mübarizə aparılmasına  gətirib çıxarıb. Bunu Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun son açıqlaması da sübut edir. Əli Abbasov:

"Müşahidələr göstərir ki, son zamanlar vətəndaşların şikayətləri azalıb. Ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, əhaliyə verilən xidmətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticələrini əyani olaraq görürük",-deyib.

 O xatırladıb ki, elektron xidmətlərin göstərilməsi vətəndaşların işlərini xeyli asanlaşdırıb və bunun da nəticəsi olaraq son altı ayda "Elektron hökumət" (www.e-gov.az) portalına 260 mindən çox müraciət edilib: "Vətəndaşlar da həmin elektron xidmətlərdən lazımi səviyyədə yararlanıblar. Bütün bu işlərin nəticəsi nəinki paytaxtda, eləcə də bütün bölgələrdə hiss olunur. Hökumətin biznes istiqamətində apardığı işlər kiçik və orta bizneslə məşğul olan insanları stimullaşdırıb ki, bu da ümumilikdə Azərbaycanda sosial-iqtisadi durumun inkişafına çox müsbət təsir edir".

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni elektron xidmətlər göstərməsi ilə bağlı da həyata keçirilən tədbirlər davam edir. Belə ki, bu yaxınlarda nazirlik tərəfindən "Elektron hökumət" portalı vasitəsiləvətəndaşların istifadəsinə "Telefon nömrəsi üzrə axtarış" adlı yeni elektron xidmət  təqdim edilib. Nəticədə  vətəndaşlar telefon nömrəsini daxil etdikdən sonra ona lazım olan məlumatları əldə edə bilirlər. Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Bu xidmət həmçinin istifadəçilərəborclarını online şəkildə ödəməyə də imkan verir.

Bundan əlavə Ədliyyə Nazirliyinin növbəti elektron xidməti vətəndaşların istifadəsinə təqdim edilib. Bu xidmət "İcra orqanları tərəfindən hərraca çıxarılan əmlaklar barədə məlumat" adlanır. Qeyd olunan xidmət vasitəsiləvətəndaşlar hərraca çıxarılan əmlaklar (avtomobil, yaşayış sahəsi, torpaq sahəsi, qızıl-zinət əşyaları və digər əmlaklar) barədə ətraflı məlumat əldə edə bilərlər. Siyahıda vətəndaşlara əmlakı satılan şəxs, əmlakın tipi,əmlakın özü haqqında ətraflı məlumat, qiyməti və şərtləri haqqında informasiya təqdim olunur.

Elektron xidmətlərin tətbiqində  və "Elektron hökumətin" təbliğində Rabitə və İnformasiya Texnologiyaları nazirliyi tərəfindən dərc edilən "Elektron hökumət" bülleteni də xususi rol oynayır.  Bülletendə mütəmadi olaraq "Elektron hökumət"in tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər və mövcud vəziyyət barədə ən son məlumatlar verilir. Məsələn, "Elektron hökumət" bülleteninin iyul nömrəsində, 2013-cü ilin 6 aylıq statistik məlumatlar verilib.  Bülletenin verdiyi məlumata görə, birinci yarım il ərzində 151 526 nəfər istifadəçi tərəfindən 267 341 xidmətdən istifadə olunub (portala daxilolmaların sayı isə 243 557 olub). Bunlardan 38.7%-ni portala təkrar daxil olanlar təşkil edib. İyun ayında portala daxil olanların sayı 18 111 nəfər, daxilolmaların sayı 27 556, istifadə edilmiş xidmətlərin sayı isə 73 019 olub.

Bundan başqa, iyul ayının 1-nə istehsal olunmuş elektron imza vəsiqələrinin sayı 14 332 ədəd olub. Portalda artıq 225 xidmət təqdim edilir. Bülletendə həmçinin istifadəçilərin istifadə etdikləri brauzerlərin adları və istifadəolunma sayları həmçinin, "Elektron hökumət" portalına keçidlər olunmuş dövlət və qeyri-dövlət saytlarının siyahısı verilib. "Elektron hökumət" bülletenində gedün məlumatlar öz növbəsində elektron hökumət qurulması yönündə həyata keçirilən tədbirlər barədə geniş təsəvvür əldə etməyə imkan verir.

"Elektron hökumət"in tam gücü ilə işləməsi üçün həyata keçirilən çoxsaylı tədbirlərə baxmayaraq, təcrübə göstərir ki, bu uzun sürən prosesdir. Bu baxımdan hələ də müvafiq dövlət qurumlarında İnformasiya -Kommunikasiya Texnologiyalarının (İKT) tətbiqi ilə bağlı problemlər qalmaqdadır. Belə ki, hələ də bir çox dövlət qurumlarının kağız üzərində olan məlumatları elektron formaya keçirilməyib. Buna paralel olaraq fəaliyyətini elektron hökumət müstəvisinə keçirən  dövlət qurumlarının informasiya sistemləri məlumat bazaları  "elektron hökumət" portalına tam şəkildə inteqrasiya olunmayıb  və onlar arasında informasiya sahəsində məlumat mübadiləsi arzu edilən səviyyədə təmin edilməyib. Buna paralel olaraq informasiyaların təhlükəsizliyinin təmini və fərdi məlumatların ən yüksək səviyyədə qorunması, onların gizliliyin saxlanılması üçün əlavə tədbirlərin həyata keçirilməsinə  ehtiyac var.

Nəhayət, elektron xidmətlərin yalnız daha yüksək səviyyəli qurumlar arasında deyil, yerli icra hakimiyyəti orqanlarında da, o cümlədən bələdiyyələrin fəaliyyətlərində də tətbiq etməyə ehtiyac var. Bunun üçünsə bir sıra texniki və təşkilatı məsələlər öz həllini tapmalıdır.

Bu müstəvidə də mövcud informasiya sistemləri daha da təkmilləşdirilməli, problemləri yerindəcə və dərhal həll etməyə imkan verən hüquqi baza reallığa uyğun olaraq inkişaf etdirilməli, xidmətlərin göstərilməsi daha sadəformada həyata keçirilməli, onların əhatə dairəsi genişləndirilməlidir.

"Elektron hökumət"in  qurulması yuxarıda qeyd etdiyimiz kimi bir çox problemləri həll etməyə imkan verəcək. Bu da öz növbəsində sivil və demokratik dövlət quruculuğu sahəsində yeni uğurlar əldə edilməsinə, Azərbaycanın  beynəlxalq aləmlə daha sıx inteqrasiya olmasına  beynəlxalq hüquq normalarına tam şəkildə əməl edilməsinə, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsinə, korrupsiyanın, bürokratikəngəllərin aradan qaldırılmasına, vətəndaşların öz dövləti ətrafında daha sıx birləşməsinə, qanunların sözün əsl mənasında işləməsinə və ortaya çıxan problemlərin operativ şəkildə aradan qaldırılmasına imkan verəcək.

Bu çərçivədə də "elektron hökumət" (www.e-gov.az) portalından daha asan istifadə asanlaşacaq, idarəetmə qurumlarında müasir texnologiyaların tətbiqi sürətləndiriləcək, vahid informasiya bankının yaradılması və onun təhlükəsizliyi təmin ediləcək, dövlət qurumları arasında əlaqə ən yüksək səviyyədə həyata keçiriləcək. Nəhayət  İKT-nin nailiyyətlərindən istifadə edilməsi nəticəsində xeyli əlavə vəsaitə qənaət etməyə imkan verəcək. Bir sözlə "Elektron hökumət"in tam gücü ilə işləməsi Azərbaycanda demokratik və sivil dövlət qurmağa  və ölkəmizin dünyanın ən inkişaf etmiş ölkələri arasında öz layiqli yerini tutmasına imkan verəcək.



 
Yüklə 179,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin