Entropiyanın Statistik Mənası Termodinamiki ehtimal



Yüklə 1,6 Mb.
tarix24.02.2023
ölçüsü1,6 Mb.
#123615
Fizika-Üzeyir

Adiabatik Proses Puasson Tənliyi.

Tələbə: Balaşov Üzeyir Qrup: 387.22

Fənn: Fizikanın əsasları Müəllim: Mehdiyev Nizami

Plan

Termodinamiki Ehtimal

Entropiyanın Statistik mənası

Ədəbiyyat

Termodinamik Ehtimalın Mənası

ADİABAT PROSES

Adiabat Proses

Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir.[1] Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.

Lüdviq Bolsman

Statistik fizika metodları ilə müəyyən olunmuşdur ki, sistemin entropiyası onun termodinamik ehtimalı ilə bağlıdır. Bu münasibəti ilk dəfə MKN-nin və statistik fizikanın banilərindən biri olan L.Bolsman müəyyən etmişdir


Bolsman sabiti
Sistemin verilmiş halının termodinamik ehtimalı

Termodinamiki Ehtimal

Termodinamik Ehtimal nədir?

Termodinamik ehtimal (yaxud statistik çəki) termodinamik sistemin verilmiş makrohalını reallaşdıran üsulların, yaxud mikrohalların sayıdır.

Termodinamik Ehtimalın Mənası


Termodinamik Ehtimalın Mənası
Hər hansı bir qabı xəyalən iki hissəyə bölərək, bu qaba iki eyni molekul daxil etsək istilik hərəkəti nəticəsində onlar qabda dörd üsulla yerləşə bilər. Bu dörd mümkün hal sistemin mikrohalları adlanır.

W=2
W=1 W=1
Bərabər paylanma (sistemin makrohallarından biri) bu misalda iki üsulla reallaşdığından onun statistik çəkisi - W = 2 olacaq, digər hallarınkı isə 1-ə bərabərdir.
Əgər qabda iki yox, daha çox sayda molekul yerləşdirsək, hər hansı halın, məsələn, molekulların hər yarıda paylanmasını əmələ gətirən halların sayı əhəmiyyətli dərəcədə artar. Görmək olar ki, molekulların bərabər paylanması sayı digər paylanma hallarının sayına nisbətən daha çoxdur. Odur ki, molekulların bərabər paylanması halı ən ehtimallıdır.
Ən Ehtimallı Hal
Ən ehtimallı hal məhz ən çox üsulla, başqa sözlə mikrohalların sayının ən çox olması ilə reallaşır. Çoxhissəcikli sistemin ən ehtimallı halı o haldır ki, hər bir zərrəcik özünün istənilən fərdi halında ola bilsin. Bu halda ayrılıqda götürülmüş zərrəciyin özünü necə aparacağının proqnozunu vermək mümkün deyil. Bütövlükdə belə hissəciklərin toplusu xaotik sistem yaradır, başqa sözlə termodinamik tarazlıq halı nizamlılığın minimal, nizamsızlığın maksimal olduğu haldır. Sistemin nizamlılığı nə qədər az olarsa (sistem nə qədər çox nizamsız olarsa) onun bu halının ehtimalı daha çox olur və əksinə sistemin halı nə qədər nizamlı olarsa, bu halın ehtimalı daha az olar. Beləliklə, alırıq ki, statistik anlamda entropiya sistemin halının xaotikliyinin (nizamsızlığının) ölçüsüdür - verilmiş makrohalı reallaşdıran mikrohalların sayı nə qədər çox olsa, entropiya da çox olur.

Entropiya - Sistemin nizamsızlıq ölçüsü

Entropiyanın sistemin nizamsızlıq ölçüsü olduğunu aşağıdakı misalda da görmək olar. İdeal qazın sonsuz kiçik izotermik genişlənmə prosesinə baxaq. Qaza elementar dQ istilik miqdarı verdikdə izotermik genişlənən qazın temperaturu, eləcə də daxili enerjisi dəyişməz qalır. Termodinamikanın I qanununa görə qazın gördüyu dA işi verilən istilik miqdarına dQ bərabər olmalıdır. Odur ki:


yazmaq olar. Qaz genişləndikdən sonra daha nizamsız olur: molekullar daha böyük həcmdə hərəkət edir və hərəkəti daha xaotik olur. kəmiyyəti bu xaotikliyin artmasının ölçüsüdür və kəmiyyəti ilə düz mütənasibdir. kəmiyyəti dönən proseselərdə entropiyanın dəyişməsini təyin edir. Odur ki, bir daha entropiyanın sistemin nizamsızlıq ölçüsü olduğunu təsdiq etmək olar.

Ədəbiyyat

Ədəbiyyat

https://az.wikipedia.org/wiki/Adiabatik_proses

İstifadə olunmuş mənbələr

https://fizika.xyz/pdf-materiallar/termodinamika/196-adiabat-proses-permodinamikann-i-qanununun-adiabat-proses-tdbiqi.html

https://genderi.org/adiabatik-proses.html


https://e-derslik.edu.az/books/218/units/unit-1/page181.xhtml

Diqqətinizə görə təşəkkürlər!

uzeiir1@gmail.com

Asoiu.edu.az


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin