Fəlsəfə nədir?



Yüklə 2,04 Mb.
səhifə1/5
tarix13.12.2023
ölçüsü2,04 Mb.
#140547
  1   2   3   4   5
Fəlsəfə dünyagörüşüdür

Fəlsəfə nədir?

  • Fəlsəfə – Qədim Yunan dilində -“müdriklik sevgisi” mənasını verməkdədir. Filosof (Philósophos φιλόσοφος) isə “müdriklik sevən” deməkdir. Ümumi qənaətə görə, bu kəlimə “müdrik” sözünü şişirdilmiş görən Pifaqor tərəfindən ortaya qoyulmuşdur. Səbəbi, özünə müdrik deyilməsinə razı olmamağıdır. Bu təvazökarlıq, ancaq “müdriklik sevən” deyimi ilə aradan qaldırılar. Təvazökarlıq, kifayətlənmək, acgöz olmamaq fəlsəfə ilə məşğul olan adamın xüsusiyyətlərindəndir.

Fəlsəfə ilə məşğul olmaq, Antik Yunanıstanda ümumi çərçivəsi çəkilmiş düşüncə fəaliyyətidir.
Müdriklik kimi üstünlük kəsb edən bütün sifətlər daxil olmaqla, maddi dünyanın iştahlarından sıyrılmağı tələb edir.
Maddi dünyadan sıyrılmaq, duyğulardan xilas olmaq, sadə bir iş deyil.
Həyatın prioriteti bu fiziki ehtiyacları tamamlamaqdır. Ancaq maddi ehtiyacları tamamladıqdan sonra fəlsəfə ilə məşğul ola bilərik.
Bu tamamlamaq, düşüncə ilə bu ehtiyacları aradan qaldırmaq şəklində də reallaşa bilər. Fərd, əvvəl fiziki gərəkləri sonra da ictimai gərəkləri aradan qaldıraraq (onlardan xilas olaraq) filosof ola bilər.

Dünyagörüşü nədir?


Dünyagörüşü - çox geniş anlamlı bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit və varsa, dunyagörüşüdür.
Hər bir kimsənin ya da toplumun intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər onların dünyagörüşü əsaslı təməllərə arxalanır.
Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həmdə emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s. kimi duyğuları vardır.
Dünyagörüşü
insanın həyatının özünəməxsus yolgöstəricisi, şəxsiyyətin həyat mövqeyini istiqamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanın gerçəkli-yə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial – mənəvi, elmi, siyasi prinsip və baxışların məcmusudur.
İnsan həqiqi elmi – materialist dünyagörüşünə yiyələndikdə hansı amal uğrunda mübarizə etdiyini daha dərindən dərk edir, qarşısına daha real məsələlər qoyur, daha yaradıcı və fəal olur. Belə insan sosial həyatda düzgün mövqe seçə, azad fəaliyyət göstərə bilir.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin