FİQURLAR VƏ TROPLAR
Ritorikaya dair müasir dərsliklərin əksəriyyətində fiqurativ üsulların ənənəvi olaraq fiqurlara və troplara bölünməsini "tarixi" və, hətta "məntiqi" cəhətdən tamamilə düzgün hesab etmirlər. Məsələ belədir ki, antik dövrdə troplar fiqurların tər kib hissəsi kimi nəzərdən keçirilirdi və onları fərqləndirən əlamətlər dəqiq formulə edilməmişdi. Sonralar ritorikanın inkişafı və faktiki olaraq fiqur nəzəriyyəsinə çevrilməsi ile əlaqədar olaraq fiqurlar və troplar arasındakı fərqə daha artıq diqqət yönəltməyə başladılar.
Bununla belə, onlar arasındakı fərqi müəyyənləşdirmək həqiqətən çətin idi. Bütün bunlar bir tərəfdən eyni fiqurativ üsulların şərhində həddindən artıq çoxlu uyğunsuzluğun yaranmasına, diger tərəfdən isə çox mürəkkəb və çox vaxt kifayət qədər süni xarakter daşıyan təsnifatların meydana çıxmasına səbəb oldu. Belə təsnifatlarda troplar ya ayrıca qrup kimi göstərilir, ya da, əksinə, alt qruplara ayrılır.
Fiqurlar və troplar arasında əlaqələri təsvir etmək kifayət qədər çətindir. "Rəsmi" nöqteyi-nəzərə görə (xüsusilə "Ədəbi" ensiklopedik lüğətdə, "Fiqurlar" lüğət məqaləsində müəllif M.L.Qasparov; "Troplar" lüğət məqaləsində müəllif V.P.Qri- qoryev) troplar fiqurun növlərindən biridir; onlar mülahizəyə başqa məna verən fiqurlar kimi təsnif edilir. Bununla belə burada qeyd edildiyi kimi, troplar və fiqurlar arasındakı əlaqəni müəyyənləşdirmək çox çətindir. Amma, məsələn, ümumi ritorika kitabının müəlliflərinin irəli sürdükləri sistem fiqur və troplar arasında kifayət qeder aydın münasibətləri nəzərdə tutur: Onların fikrincə, troplar yalnız bir sözü, həm də onun yalnız semantikasını əhatə edirsə, fiqurlar - söz qrupu ilə olan əməliyyatdır.
Trop və fiqurların klassik tərifi isə (hər iki tərif Kvintiliana məxsusdur) onlar arasındakı divergent əlamətlər görməyə o qədər do imkan vermir (divergent əlamətlər əvvəllər mövcud olmayan, inkişaf prosesində bir-birindən fərqlənən əlamətlərdir). Müqayisə et:
"Trop, sözun və ya filoloji ifadənin həqiqi mənasının digəri ilə elə əvəzlənməsidir ki, bu zaman mənanın zənginləşməsi baş verir."
"Fiqur iki cür müəyyən edilir: birincisi, fikrin ifadə edildiyi hər cür forma kimi; ikincisi isə, fiqur sözün həqiqi mənasında, fikirdə və ya mülahizədə qəsdən adi və sadə formadan kənara çıxma kimi müəyyən edilir."
Bu təriflərdən çıxan nəticəyə görə - troplar mənanın müxtəlif variantlarını, fiqurlar isə - hər şeydən əvvəl strukturun müxtəlif variantlarını nəzərdə tutur.
Görünür, fikri daha da genişləndirmək olar: troplar hər şeydən əvvəl sözün/söz birləşməsinin əsas mənasının dəyişməsini (və yalnız nəticə kimi - onların daxil olduğu strukturun dəyişməsini), fiqurlar isə - hər şeydən əvvəl fundamental strukturun dəyişməsini (və yalnız nəticə kimi - onların elementləri sırasına daxil olan mənanın dəyişməsini) nəzərdə tutur.
Hər iki nitq hadisəsində paralogik mexanizm müxtəlif şəkildə reallaşır: tropların əsasında məntiq (hər şeydən əvvəl analogiyanın) qanunlarının dəyişilməsi, fiqurların əsasında isə sintaksisin (məlumatın strukturlaşması səviyyəsində məntiqin nümayəndəsi kimi) qanunlarının dəyişilməsi durur. Bu nöqteyi- nəzər müasir linqvistikada qəbul edilmiş trop konsepsiyasına yaxşı uyğun gəlir.
Bu konsepsiya 70-ci illərin sonlarında P. Şofer və D. Rays tərəfindən irəli sürülən semiotik ideyalara əsaslanır. Onların tropa verdikləri kifayət qədər mürəkkəb tərif belədir: "Trop - in praesentia işarəsindən in absentia işarəsinə semantik yerdəyişmədir." Bu o deməkdir ki, trop özünəməxsus mimikriya (yəni prinsipsiz olaraq şəraitə uyğunlaşma) hadisəsidir. Bir nitq vahidi əslində yalnız "maddi" olaraq mövcud olmayan və məna vasitəsilə "ideal" şəkildə meydana çıxan digər nitq vahidini əvəz edir.
Beləliklə, əgər biz məlumatda «cəsarət şəhəri ələ keçir» kimi ifadəyə rast gəlsək, onda cəsarət sözünün cəsarətli adamlar söz birləşməsini əvəz etdiyini başa düşmək lazımdır.
P.Şofer və D.Rays tərəfindən göstərilən transpozisiya mahiyyətcə analogiya əməliyyatıdır (trop elə analogiyadır ki, burada müqayisənin ikinci tərəfinin adı çəkilmir, amma onun mənası birinci tərəfə köçürülür): burada bir tərəf digəri ilə müqayisə edilir. Amma artıq qeyd edildiyi kimi, analogiyanın iki üzvündən yalnız biri iştirak edir: ikinci üzvün olmaması onun mənası ilə kompensasiya edilir, o, sanki bu mənam analogiyanın mövcud olan üzvünə göndərir. Başqa sözlə, analogiya proseduru burada pozulur və ya şəklini dəyişir. Fikrimizi fiqural şəkildə ifadə etsək, tropa malik olmaqla biz bir nitq vahidinə (sözə və ya söz birləşməsinə) və digər nitq vahidinin kölgəsinə malik oluruq.
Bu gün fiqur konsepsiyası yoxdur. Amma fiquru həmçinin kölgənin mövcudluğunu nəzərdə tutan struktur növü kimi şərh etmək cəlbedici olardı. Bu əslində məna baxımından nizamın olmadığı yerdə (parallelizm, anafora və s.) nizam kölgəsinin olması və məna baxımından nizamın olduğu yerdə (invensiya və s.) nizamsızlıq olması ola bilər. Başqa sözlə, əyani olaraq təşkil edilmiş sintaksisin arxasında adətən məna cəhətdən xaos, və əksinə "gizlənə" bilər. Amma bununla belə, bu mülahizə yalnız hipotetik xarakter daşıyır.
Konkret trop və fiqurları müzakirə edərkən məntiqi səhvlərdə olduğu kimi model, nümunə (yenə de dövri mətbuatdan və ya reklam agentliklərinin iş təcrübəsindən götürülmüş) və qısa şərh üsulundan istifadə edəcəyik. Yalnız onu qeyd etmək lazımdır ki, bir nümunə ilə konkret tropun və ya fiqurun bütün xarakteristikasını vermək çətindir. Buna görə de, şərhin ardınca tərkibinə gündəlik nitq praktikasından (qəzet, jurnal və s.) müvafiq trop və fiqurlar sütunu daxil olan əlavə sıra göstəriləcək. Bir sıra hallarda isə ümumdil trop və fiqurları ilə kifayətlənəcəyik – bəzən bu və ya digər konkret nitq hadisəsinin necə işlədiyini başa düşmək ritorik funksiyam göstərməkdən daha əhəmiyyətlidir.
Dostları ilə paylaş: |