İxtisas-Məşqçi FƏNN: İxdisas (sərbəst güləş)



Yüklə 46,04 Kb.
tarix31.12.2021
ölçüsü46,04 Kb.
#113644
1SSR-nin güclü güləşçiləri


AZƏRBAYCAN GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYYƏ AKADEMİYASI



AD: Ülvi

SOYAD: Bəxtiyarlı

QRUP: 211A9



İxtisas-Məşqçi

FƏNN: İxdisas (sərbəst güləş)

Müəllim-Rafiq Hüseynov

SSR-nin güclü güləşçiləri

Azərbaycan o nadir ölkələrdəndir ki, qədim və zəngin ənənələri olan güləşi sadəcə idman, mübarizə növü deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın tərənnümçüsüdür. Tarixən Şərqlə Qərb arasında körpü olmuş Azərbaycanda bu bəşəri sərvəti qorumaqda güləşin əvəzsiz rolu və yeri var. Digər növlərlə müqayisədə, güləşçilərə daha böyük hüsn-rəğbətin və məhəbbətin bir kökü də buradan gəlir. Ancaq xalq dünyalar qədər sevdiyi pəhləvanarına qarşı həmişə tələbkar olub, onlardan böyük fədakarlıq gözləyib. Çünki bu diyarda bir pəhləvan qələbəsi ilə bir orduya bərabər iş də görə bilir, onu sabaha – daha böyük zəfərlərə səsləyir. Həmişə də belədir. Bəşəriyyətin ən böyük idman təntənəsi olan olimpiya oyunlarından söz düşərkən, gözlər ilk növbədə bahadırlarımıza dikilir.
Bu milli idman növümüzün əksər elementlərini, fəndlər və mübarizə metodlarını əks etdirən sərbəst güləş dünyada Amerika güləşi kimi qəbul edilsə də, əslində, bunun tarixi çox qədim, Azərbaycana bağlıdır. Sadəcə, elmi sübutlarla bunu dünyaya isbatlamaq lazımdır. Milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq və klassik ədəbiyyatda rast gəlinir. Güləşin qədimliyini sübut edən digər faktlardan biri, Azərbaycanda toy və bayram şənliklərində insanların özlərini sınayan xüsusi yerlər – Zorxanalardır.

Milli güləşin inkişaf etməsi, gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən öz irsimizi və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən sonradan meydana gələn peşəkar məktəblərlə əlaqədardır. 1789-1871-ci illərdə yaşamış Hüseynqulu Mürsəlqulu oğlu, onun tələbəsi Məşədi Əbdül Əli oğlu Axundov, Şomu Abdulla, Mirzə Həşim oğlu Məhəmmədhüseyn və Sar Pənci güləş ustaları kimi məşhurlaşmışdılar.
20-ci əsrin əvvəllərində bahadırlarımız Sali Süleyman, Rəşid və Cümşüd Yusifov qardaşları dünyada tanınırdılar.
Azərbaycanda sərbəst güləşin kütləviliyi 2-ci Cahan savaşından sonra başlayıb. «Qosturud» idman klubunun təşəbbüskarlarından və oradakı məşğələlərin iştirakçılarından olan Rza Baxşəliyev ölkəmizdə bu idman növünün banilərindən sayılır. O, SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin və Bədən Tərbiyəsi İnstitunun məzunu, 20-qat respublika çempionu adını qazanıb. Onun məktəbinin yetirmələri, dəfələrlə SSRİ çempionları və mükafatçıları – Musa Babayev, İbrahimpaşa və Muxtar Dadaşovlar, ilk dəfə Sovetlər Birliyininin qatıldığı 1952-ci il Helsinki Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Rəşid Məmmədbəyovu (57 kq) misal gətirmək olar.

Sərbəst güləşdə mötəbər arenalarda ilk və ən böyük uğurumuz Aydın İbrahimovla (57 kq) bağlıdır. O, 1963-cü ildə Bolqarıstan paytaxtı Sofiyada keçirilən dünya çempionatında baş mukafata sahib çıxıb. Bir il sonra Tokio-1964-də olimpiya bürünc medalına yiyələnib. Avropa çempionatının siftəsi də ondan gəlib; 1966-cı ildə Almaniyanın Karl­srue şəhərində çempion olub. Amma öyünüləsi başqa məqam da var. Quzey Azərbaycandan Arazı o tayına köçən həmyerlimiz To­fiq Ca­han­bəxt (67 kq), İran millisinin heyətində, 1954-cü ildə To­kioda təşkil olunan dünyanın ən güclülərinin yarışında 1-ci yer tutub. Cəmdə, müstəqillik dövrünə qədər respublikamızın 4 qitə çempionu olub. Gəncəli güləşçidən savayı, Ra­fiq Ha­cı­yev (48 kq) və 2 dəfə Xəzər İsayev (62 kq) baş mukafatı qazanıb. Aydın İbrahimovdan başqa, SSRİ vaxtı digər dünya çempionumuz, elə adı son çəkilən pəhləvan olub. Bu 2 mötəbər yarışların gümüş mükafatçısı olan Telman Paşayevi, qitə üçüncüsü Rəhim Noruzov da unutmamalıyıq. Ümumittifaqda son medalımızı Aslan Ağayev (hər üçü 52 – kq) qazanıb. O, 1990-cı ildə Tokioda dünya çempionatında 3-cü yer tutub. Rəqəmin az olması, o dövrdə gərgin rəqabətin və bizim idmançıların Sovet yığmasında sıxışdırılması ilə əlaqədardır.

19-cu əsrin sonlarında Fransada bərpa olunan yunan-Roma güləşinin vətəni Yunanıstandır. Olimp dağında yandırılan tonqal insanları yarışa dəvət edirdi. Belədə, Qədim Elladada müharibələrə son qoyular, hamı güc-qüvvələrini idman meydançalarında göstərərdi. Roma döyüşçüləri bu məmləkəti işğal etdikdən sonra, adı çəkilən güləş üsulu imperiya ərazisində də yayılmağa başlayıb.
Ölkəmizdə əvvəllər «klassik» güləş kimi tanınan bu növ 2-ci Dünya müharibəsindən sonra yayılıb. Sərbəst güləşdə olduğu kimi, burada da ilk uğurumuz Helsinki-1952-yə təsadüf edib. Bakı güləş məktəbinin yetirməsi Artyom Teryan (57 kq) olimpiya bürünc medalını qazanıb. Bizdən ilk dünya çempionu titulu da ona məxsusdur, 1963-cü ildə İtaliyanın Napolidə şəhərində. 1978-ci ildə Meksika paytaxtı Mexikoda Arif Niftullayev eyni yarışda qızıl medala yiyələnən 1-ci azərbaycanlı kimi tarixə düşüb. Viktor Avdişev (90 kq) isə, bizə həmişə çətin gələn agır çəkidə fəxri kürsünün 3-cü pilləsinə çıxmaqla, adını uğur siyahısına yazdırıb.

SSRİ dönəmində bu uğura yetişən digər «klassik» Ar­ma­is Sa­ya­dov (52 kq) olub. Dünyanın ən güclülərinin yarışında ən çox fərqlənən güləşçimiz Məhyəddin Allahverdiyevdir. O, 3 dəfə çempion olub (1985-87). Onun rekordu indiyədək nəinki yunan-Roma, həm qadın, həm də sərbəst güləşdə təkrarlanmayıb!  Bakı güləş məktəbinin digər yetirməsi Kamardar Məcidov Belarusun adından bütün zirvələri fəth edib.
Avropa çempionatında qələbəmiz adı çəkilən bahadırlarımızla yanaşı, Ser­jik Ağa­mova (63 kq) da məxsusdur. O, 1966-cı ildə Almaniyanın Es­sen şəhərində ilk qitə çempionumuz kimi adını yazdırıb. 1979 və 1980-ci illərdə Vyaçeslav Mkrtıçev müvafiq olaraq, gümüş və bürünc medallara sahib çıxıb.
İstedadlı pəhləvanlar və mütəxəssislərin yetişməsində Eduard Kasparovla Fikrət Vəliyevi misal göstərmək olar. Təcrübəli hakim Məkan Zaalov keçmiş ittifaq adından 2 dəfə olimpiya oyunlarını idarə edib.  
Yüklə 46,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin