”Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



Yüklə 13,28 Kb.
tarix14.07.2018
ölçüsü13,28 Kb.
#56715

”Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

Bridge to the Future Youth Union



M.A.Abbaszadə 73 AZE- 2000, Gəncə, Azərbaycan

Tel / Fax: +(99422) 590715

E-mail: office@bf-az.org, Web: www.bf-az.org


01.11.2007 Gəncə, Azərbaycan


PRESS-RELİZ


VELOSİPED AKSİYASI

1 oktyabr 2007-ci il tarixdən etibarən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi (bundan sonra Birlik), Gəncə şəhərində maarifləndirici “Velosiped Aksiyası” layihəsi həyata keçirir.


Layihənin əsas məqsədi ictimayyət arasında sağlam həyat tərzi və ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə işi aparmaq, eləcə də əhali xüsusilə gənclər arasında velosipeddən istifadə ideyasını aşılamaqdan ibarətdir.
Layihənin icrası zamanı müsabiqə vasitəsilə seçilmiş 10 nəfər gənc üçün 8-11 Oktyabr 2007-ci il tarixlərində təlimçilər üçün təlimlər təşkil edildi. Bu təlimlər vasitəsilə gənclər təlimlərin keçirilməsi, təlimçinin xüsusi bacarıqları və keyfiyyətləri istiqamətində maarifləndilər, eləcə də velosiped sürməyin qaydaları ilə tanış oldular.
22-27 Oktyabr 2007-ci il tarixlərində layihə iştirakçıları velosipedlərlə Gəncə şəhərində fəaliyyət göstərən məktəblərə səfərlər etdilər, 9-11 ci sinif şagirdləri arasında sağlam həyat tərzi və ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici görüşlər və təlimlər keçirdilər. Görüşlər zamanı mövzular əsasən siqaret, alkoqol kimi zərərli vərdişlərin sağlamlığa vurduğu ziyanları haqqında, ekoloji problemlər və bu problemlərin həllində hər birimizin rolu, sağlam qidalanma, gündəlik qida rasionu, insanların idmanla məşğul olması sağlamlığımıza və ətraf mühitimizə müsbət təsirləri kimi önəmli mövzular ətrafında söhbətlər aparıldı.
Layihə 20 noyabr 2007-ci il tarixədək davam edəcək və bu müddətdə təlimçi velosipedçilər velosipedlərlə Gəncə şəhərində hərəkət edəcək, aksiyalar təşkil edəcək və mütamadi şəkildə şəhərin digər məktəblərinə səfərlər edəcəklər.
Layihə Amerikanın Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi və Sülh Korpusunun maliyyə dəstəyi ilə həyata keçirilir.

“Gələcəyə Körpü“ Gənclər İctimai Birliyi



Ictimai Əlaqələr şöbəsi


Yüklə 13,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin