Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020



Yüklə 1,7 Mb.
səhifə1/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
  1   2   3   4   5   6   7   8   9   ...   97


Bəxtiyar Tuncay




HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA

BAKI 2020

GİRİŞ

الرَّحِيمِ الرَّحْمَٰنِ للَّهِ ابِسْمِ


Bu kitabda dünya müsəlmanlarını maraqlandıran və əsirlərdən bəri üzərində düşündükləri bir sıra maraqlı məqamlardan bəhs edilir. Söhbət Həzrət Mehdi (ə), Həzrət İsa (ə) və Axırzamandan gedir. Təbii ki, hazırda dünyamızda baş verən və hər birimizin şahidi olduğumuz hadisələr də diqqətdən kənarda qalmır.

Axırzamanın 10 əlamətindən söz açılan bir hədisdə deyilir ki, bir gün Peyğəmbərin (s) səhabələri oturub öz aralarında söhbət edirdilər. Bu zaman onlara yaxınlaşan Rəsulillah (s) nə barədə söhbət etdiklərini soruşur. Onlar cavab verirlər:

-Ya Rəsulillah (s), biz “Əlamətu səə” (Axırzamanın əlamətləri) barədə danışırıq.

Peyğəmbər (s) bildirir ki, 10 böyük əlamət olmadan Axırzaman gəlməyəcəkdir. Və Peyğəmbər (s) onlara həmin 10 əlaməti bildirir.

Bu o əlamətlərdir ki, onların gerçəkləşdiyini artıq bu dünyada yaşayan hər bir insan görməkdə və şahidi olmaqdadır.

Həzrət Məhəmmədin (s) səhabələrinə söylədiyi və bu gün hər birimizin müşahidə etdiyimiz birinci əlamət budur: “Geyməyə paltarı olmayan, ayağı yalın çobanlar bir-biri ilə uca binaların tikilməsində yarışa girişəcəklər”.

Bu o deməkdir ki, bir vaxt gələcək, insanlar təqvaları, Allaha olan sevgiləri və Peyğəmbərin (s) yoluna sədaqətləri ilə deyil, mal və mülkləri, tikdikləri sarayları və ucaltdıqları göydələnləri ilə öyünəcəklər. Həmin əlamətin gerçəkləşdiyini görmək və göydələnləri seyr etmək üçün Nyu-York, Tokio və ya Kuala-Lumpur və Dubaya getməyə ehtiyac yoxdur. Keçmiş ayağıyalın çobaların bu gün xalqdan və dövlətdən oğurlanmış haram pullarla tikdikləri dəb-dəbəli saray və göydələnlər Bakıda da az deyil. Onların sahibləri, şübhəsiz ki, İblisin nökərləridirlər və Dəccala xidmət edirlər.

Qoy, gözü olanlar gözlərini yaxşı-yaxşı açsınlar və qulağı olanlar da eşitsinlər. Bu adamlar Həzrət Məhəmmədin (s) yolunun yox, Təkgöz Dəccalın yolunun yolçularıdırlar.

Sevimli Peyğəmbərimizin (s) səhabələrinə söylədiyi ikinci əlamət budur: “Qadınlar geyinəcək, amma eyni zamanda çılpaq olacaqlar”.

Söyləmək nə qədər acı olsa da, bu əlamətin də gerçəkləşdiyinin şahidiyik. Bu tip qadıları görmək üçün Paris, London və Amsterdama səyahət etməyə ehtiyac varmı? Əlbəttə ki, yoxdur. Onların sayı Azərbaycanda da yetərincədir və hətta ürək ağrıdan səviyyədə çoxdur. Hər dəfə küçəyə çıxanda, çobanların tikdiyi saray və göydələnləri, çobanlara kafe, restoran, masaj salonları və bardellərdə xidmət edən yarı çılpaq qadınları görəndə nə düşünürsünüz?

Bir çox insan bu mənəzərəyə o qədər alışıb ki, olanlara olmalı olan adi hal kimi, müasir inkişaf və tərəqqinin məntiqi məhsulu kimi baxır. Onların bir qismi də bunu Avropalaşma, mədəniləşmə və müasirləşmə hesab edir, yaxşı hal olduğunu düşünür. Yalnız iman sahibləri Peyğəmbərimizin (s) öncədən xəbər verdiyi Axırzamanın artıq yetişdiyini dərk edir, qarşıdan gələn və artıq gəlmiş olan və içinə düşmüş olduğumuz fəlakətin miqyasını görüb narahat olurlar.

Düşündünüzmü, 14 əsr öncə yaşamış, yazı-pozu bilməyən bir insan bütün bunları necə bilmiş və öncədən xəbər vermişdir? Axı, o hardan bilmişdir ki, gün gələcək və geyməyə düz-əməlli paltarı olmayan, ayağı yalın çobanlar bir-biri ilə uca binaların tikilməsində yarışa girişəcəklər? Haradan bilmişdir ki, qadınlar geyinəcək, amma eyni zamanda çılpaq olacaqlar? Və təkcə bunlarımı bilmiş və söyləmişdir?

Əlbəttə ki, yox. Bu deyilənlər 10 böyük əlamətin sadəcə ikisidir.

Peyğəmbərimiz (s) bu iki əlamətdən başqa Dəccal, Yəcuc və Məcuc, Həzrət İsanın (ə) yer üzünə ikinci gəlişi, Duhan, Dəbbət ül-Ərz, Günəşin qərbdən doğuşu, Böyük zəlzələ və Yəməndən yüksələcək atəş barədə də öncədən məlumat vermiş və onları Axırzaman əlamətləri kimi sıralamışdır.

Axırzamanla məşğul olan “esxatologiya” adlı bir elm var. Bu elm sahəsi Axırzamanda olacaqları araşdırmaqla məşğuldur. Bu elm ayrıca xristian esxatologiyası, yəhudi esxatologiyası, İslam esxatologiyası və s. kimi istiqamətlərdən ibarətdir. Hər bir ümmət öz dinmin inanclarına görə özünə aid olan istiqaməti müəyyən və inkişaf etdirir, tədqiqatlar aparır və bu zaman öz dini kitablarına əsaslanırlar. Biz müsəlmanlar da bu istiqamətdə müqabil olaraq, təbii ki, ilk növbədə Qurani-Kərimə və müqəddəs hədislərə əsaslanırıq.

İslam esxatologiyasında (Elmül-Axir üz-Zaman) mərkəzi yerlərdən birini Həzrət İsa (ə), Həzrət Mehdi (ə) və Dəccal tutmaqdadırlar. Bunlardan İsa Məsih (ə) mövzusu həm yəhudu, həm xristian, həm də İslam esxatalogiyalarında ən mərkəzdə duran mövzulardır. Yəhudilər, məlum olduğu kimi, xristian və müsəlmanlardan fərqli olaraq, Həzrət İsanın (ə) Məsih olduğuna inanmır və Məsihin hələ gəlmədiyini hesab edir və “Maşiah” adlandırdıqları bu şəxsin gəlişini gözləyirlər. Xristian və müsəlmanlarsa İsanın (ə) Məsih olduğunu bilir və onun yer üzünə ikinci gəlişini gözləyirlər.

Müsəlmanlar onun ikinci dəfə gəlişini hədislərdən bilirlər. Məsələn, “Səhih Buxari”də belə bir hədis var:

Məryəm oğlu İsa yerə, aranıza enib sizi idarə etməyə başlayan anda hansı durumda olacaqsınız?”

Bu hədis bilavasitə müsəlmanlara müraciət etdiyindən tam qətiyyətlə deyə bilərik ki, o müsəlmaların yaşadığı bir yerə enəcək və müsəlmanların arasında nüzul edəcəkdir. Yəni bu hadisə nə Vaşinqtonda, nə Romada, nə Tel-Əvivdə, nə də Pekində baş verməyəcəkdir. Məhz müsəlmanların sıx yaşadığı, müsəlmanların məskun olduğu bir bölgədə baş verəcəkdir.

Və əgər bu kimi hədislər olmasa idi belə, biz bunu Qurandan bilirdik. Allah-Təala bunun baş verəcəyinə Qurani-Kərimdə açıq-aydın işarə etmişdir. İkinci qayıdışa inanmayanların, bunu inkar edənlərin Quranı açıb, Əl-Zuxruf surəsinin 61-ci ayəsinə nəzər salmaları kifayətdir:

Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!”

İncilin “Vəhy” fəslinin 22 bölümünün 12-ci ayəsində də eyni fikir təkrarlanır. Həmin ayədə Həzrət İsanın (ə) adından belə deyilir:



Bax, mən tezliklə gələcəyəm. Mükafat da Özümlədir. Hər kəsə əməlinə görə mükafat verəcəyəm”.

Xristianlar İncilə istinadən Həzrət İsanın (ə) gəlişindən öncə, yəni Axırzamanda beş əlamətin gerçəkləşəcəyinə inanırlar:

  1. Böyük müharibə, aclıq və zəlzələ

  2. İsrail dövlətinin bərpası

  3. İncilin bütün dünyada təlim edilməsi

  4. Qanunsuzluqların çoxalması və soyuqluğun ürəklərdəki məhəbbəti əvəzləməsi

  5. Yalançı “Məsih” və “peyğəmbərlərin” ortaya çıxması.

Bunlardan birincisi haqqında Matta “İncil”inin XXIV fəslinin 6-8 – ci bəndlərində İsa Məsihin (ə) dilindən belə deyilməkdədir:

Siz müharibə səsləri, müharibə xəbərləri eşidəcəksinizTəşvişə düşməyin. Bunlar baş verməlidir, amma bu, hələ son deyil. Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Gah burada, gah orada qıtlıq, zəlzələlər olacaq. Bütün bunlar bəlaların başlanğıcıdır”.

İkinci əlamət, yəni İsrail dövlətinin yaranması ilə bağlı əlamət də Matta İncilin eyni fəslinin 32-33 – cü bəndlərində yer almaqdadır. Həmin bəndlərdə özünü “İnsan Oğlu” adlandıran Məsihin (ə) dilindən İsrailin bərpa edilməsi əncir ağacının tumurcuqlamasına bənzədilərək, belə deyilməkdədir:

Nümunə üçün əncir ağacını götürək. Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır. Siz də bütün bunları görəndə bilin ki, İnsan Oğlu yaxında, qapının ağzındadır”.

Eyni İncilin eyni fəslinin 14-cü bəndində üçüncü əlamətdən bəhs edilir:

Padşahlıq haqqındakı bu müjdə (İncil) xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək”.

Dördüncü əlamət Matta “İncil”inin eyni, yəni XXIV fəslinin 12-ci ayəsində yer alır:

Hərc-mərclik baş alıb getdiyindən əksər insanlarda məhəbbət soyuyacaq”.

Beşinci əlamət barədə isə Mark “İncil”inin XIII fəslinin 6-cı bəndində belə deyilməkdədir:

Bir çoxları mənim adımla gəlib “Məsih mənəm”  deyəcək və çoxlarını aldadacaq”

Bu sonuncu əlamətin üzərində xüsusi durmağa ehtiyac var. Çünki gəlib “Məsih mənəm”  deyəcək olanlardan biri də xristianların “Antixrist”, müsəlmanların isə “Dəccal” adlandırdıqları şəxs olacaq. Qeyd edək ki, Dəccal (Antixrist) mövzusu da xristian və müsəlman esxatologiyalarının ortaq mövzularından biridir və Axırzaman əlamətlərindəndir.

İncil Antixristdən, yəni Dəccaldan “qanunsuzluq adamı” və ya “qanunsuz adam” kimi bəs etməkdədir. “II Saloniklilərə” kitabının II fəslinin 3-10 – cu ayələrində Həzrət İsannnın (ə) onu belə tanıntdığı deyilir:

Qoy heç kəs sizi aldatmasın, çünki o gün gəlməzdən əvvəl dönüklük baş qaldırmalı, qanunsuzluq adamı, yəni həlaka məhkum edilmiş şəxs zühur etməlidir. Bu düşmən özünü allah deyilən hər kəsdən və pərəstiş edilən hər bir şeydən üstün tutacaq, Allahın məbədində oturub özünü allah kimi qələmə verəcək. Yadınızdadırsa, sizinlə olanda bunlar barədə sizə danışırdım. Siz yaxşı bilirsiniz, bu adamın vaxtından əvvəl zühur etməsinin qarşısını nə alır. Onun qanunsuzluğu bir sirdir və bu sirr artıq fəaliyyətdədir, ancaq indi onun qarşısını alan keçib gedənə qədər o, sirr olaraq qalacaq. O vaxt qanunsuz adam üzə çıxacaq, ancaq Ağamız İsa öz ağzının nəfəsi ilə onu məhv edəcək, hüzuru aşkar olan vaxt onu yox edəcək. Qanunsuz adamın hüzuru Şeytanın sayəsindədir. Şeytan ona hər cür qüdrətli işlər, saxta əlamətlər, möcüzələr, hər cür yalan və günah üçün güc verir ki, məhvə gedənləri aldatsın”.

Burada yazılanları çox sayda hədis də təsdiqləməkdədir.

Müsəlmanlar Dəccal və Həzrət İsa (ə) ilə eyni zamanda ayrıca Həzrət Mehdinin (ə) də gələcəyinə, onun İsadan (ə) bir qədər öncə zühur edəcəyinə inanırlar və onun gəlişi də çox sayda hədislə müjdələnməkdədir. Həmin hədislərdən belə aydın olur ki, bu iki şəxs yer üzündə zülmün kökünü birlikdə kəsəcək və bütün dünyada İlahi ədalət və səadəti bərpa edəcəklər.

Mehdi (ə) kimdir, onun haqqında nələr məlumdur?

Bu sualın cavanını Buxari və Müslimin qeydə aldıqları hədisərdən və daha bir çox hədis kitabından tapa bilərik və tapırıq. Bilirik ki, Peyğəmbərimiz (s) onun bir imam (İmam ül-Mehdi) olacağını bildirmişdir. Həzrət Fatimənin (r) dediklərindən onu da bilirik ki, o, Həzrət Məhəmmədin (s) soyundan olacaqdır. Hədislərdən onun xarici görkəmi və digər əlamətləri də məlumdur. Odur ki, zühur edəndə müsəlmanlar onu tanımaqda çətinlik çəkməyəcəklər.

Sevgidəyər oxucular bu kitabda həm Həzrət Mehdi (ə), Həm həzrət İsa (ə), həm onların yer üzündə quracaqları İlahi ədalət, həm də yuxarıda adı çəkilən digər mövzular barədə bir çox maraqlı fakt və fikirlərlə tanış ola biləcəklər. Eyni zamanda Həzrət İsa (ə) və Həzrət Mehdi (ə) gələnə qədər nə etməli olduğumuz, onların gəlişinə necə hazırlaşmalı olduğumuz barədə də çoxsaylı suallara cavab tapacaqlar.

Təbii ki, bizlər boş durmamalı, zülmə boyun əyməməli və İsa (ə) ilə Mehdi (ə) gəlib, hər şeyi qaydasına salacaqlar deyə, əl-qolumuzu yanımıza salmamalıyıq. Dünyada baş verən pisliklərə susmamalı və ətrafımızda baş verənlərə seyrçi qalmamalıyıq.

Nə etməli olduğumuzu anlamaq üçün isə, əlbəttə ki, yaşadığımız dövrü dərindən təhlil etməli və başa düşməyə çalışmalıyıq. Bunu etmədən və İblisin yer üzündə qurmağa nail olduğu Böyük Şər İmperiyasının mahiyyət və mexanizmini dərk etmədən məsələnin incəliklərini dərk etmək, yaranmış vəziyyətdən çıxış yolu tapmaq çox çətindir və hətta heç mümkün də deyil.






Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə