Bəxtiyar Tuncay DƏccal, dabbəTÜL-ƏRZ, YƏcuc-məcuc və HƏZRƏt mehdi (Ə)



Yüklə 1,9 Mb.
səhifə1/2
tarix30.07.2020
ölçüsü1,9 Mb.
  1   2

Bəxtiyar Tuncay
DƏCCAL, DABBƏTÜL-ƏRZ, YƏCUC-MƏCUC VƏ HƏZRƏT MEHDİ (Ə)
(“Həzərət Mehdi (ə) və Məlhəmə-i Kübra” kitabından bir parça)


Dəccalın zühuru
Abdullah bin Büsrdən nəql ediləm bir hədisdə belə deyilməkdədir:

Məlhəmə-i Kübra ilə Qənstəntıniyyənin fəthi arasında altı il vardır. Yeddincidə Məsih (Maşiah) – Dəccal çıxar” (Əbu Davud, Məlahim, 4, 4296; İbn-i Mace, Fitən 35, 4093).

Əgər Məlhəmə-i Kübranın başlanğıcını rusların Suriyaya gəldiyi 2015-ci ili qəbul etsək, bu deməkdir ki, Qənstəntiniyyənin (Romanın? İstanbulun? Moskvanın?) fəthi 2021-ci ildə, Dəccalın zühuru isə 2022-ci ildə baş verməlidir. Yox, başlanğıc kimi rusların müsəlmanlarla sülhü (Soçi razılaşmasını) pozduğu (Müsnəd, 16826; Əbu Davud, 4292) və İdlibdə Türkiyə-Rusiya savaşının çıxdığı 2020-ci ili qəbul etsək, Qənstəntiniyyənin fəthinin 2026-cı ildə, Dəccalın zühurunun isə 2027-ci ildə baş verəcəyini düşünmək olar.

Doğrusunu, təbii ki, Uca Allah bilir.

Ortada başqa bir hədis də var:

Məlhəmə-i Kübra, Qənstəntiniyyənin fəthi və Dəccalın ortaya çıxması yeddi ay içərisində meydana gələr”( Termizi, Fitən, 58).

Bu hədis 2015-ci ili başlanğıc kimi götürməyin doğru olmayacağını təsdiqləyir.

Yenə də doğrusunu Allah bilir.

Dəccal haqqında çox sayda hədis vardır. Onlardan bir neçəsini gözdən keçirək.

İbn-i Abbasdan (r) nəql edilən hədis:

Rəsulullah (s), təşəhhüddən sonra bunu oxuyardı:

Allahım, mən cəhənnəm azabından sənə sığınıram. Qəbir əzabından da sənə sığınıram. Dəccal fitnəsindən də sənə sığınıram. Həyat və ölüm fitnəsindən də sənə sığınıram”” (Əbu Davud, Salat 184, 984).

Hüzeyfədən (r) nəql edilən hədis:

Rəsulullah (s) buyurdular ki:Hər ümmətin məcusiləri vardir. Bu ümmətin məcusiləri dər yoxtur! diyənlərdir. Bunlardan kim ölərsə cənazələrində hazır olmayın! Onlardan kim stələnərsə onu ziyarət etməyin! Onlar Dəccalın dəstəsidir. Onları Dəccala ilhaq etmək Allah üzərinə bir haqdır”” (Əbu Davud, Sünnət 17, 4692).



İbn-i Ömərdən (r) nəql edilən hədis:

Rəsulullah (s) buyurdular ki: “İrəlilərdə gənç bir dəstə ortaya çıxacaq. Bunlar Quranı oxuyacaqlar, ancaq oxuduqları qırtlaqlarından aşağıya keçməyəcək. Onlardan bir qrup çıxdıqca, kökləri qazılacaqdır".



İbn-i Ömər deyir ki, Rəsulullahın (s) “Onlardan bir qrup çıxdıqca, kökləri qazılacaqdır"ibarəsini iyirmi dəfədən çox eşitdim".

İbn-i Ömər Rəsulullahdan eşitdiyi sözləri belə tamamladı:

"Nəhayət bu camaatın sürdürdüyü hiylə və aldatma əsnasında, Dəccal çıxacaqdır".

Əbu Hüreyrə (r) nəql edir:



"Bəni Təmîmi, haqlarında Rəsulullahdan (s) esitdiyim üç seydən sonra sevdim. Demisdi ki:

-Onlar Dəccala qarşı ümmətimin ən siddətlisidirlər.

Onların zəkatları gəlmişdi. Rəsulullah (s):

-Bu qövmümüzün zekatlarıdır! - buyurdular.

Həzrət Aişənin (r) yanında onlardan bir əsirə qadın vardı. Həzrət-i Aişəyə:

-Onu azad et, çünki o, Həzrət-i İsmayıl övladlarındandır! - buyurdular" (Buxari, İtk 13, Məqazi 67; Müslim, Fəzailüs-Səhabə 198, 2525).

Həzrət Ənəs (r) nəql etmişdir:

Rəsulullah (s) buyurdu ki: "Üç şey vardır ki, imanın əslindəndır:



1. “La ilahə illəllah” deyənə hücum etməmək. İşleəiyi hər hansı bir günahı səbəbiylə bu kimsəni təkfir etmə! Hər hansı bir əməli səbəbiylə də İslamdan dışarı atma!

2. Cihad. Bu, Allahın məni peygəmbər olaraq göndərdiyi gündən bu ümmətin Dəccala qarşı savaşacaq ən son fərdinə qədər cərəyan edəcəkdir. Onu nə imamın zalim olması, nə də adil olması ortadan qaldıramayacaqdır.

3. Qədərə iman" (Əbu Davud, Cihad, 35, 2532).

İmran ibn-i Hüseyn (r) nəql edir:

Rəsulullah (s) buyurdular ki:

"Ümmətimdən bir tafa haqq uğrunda savaşmağa davam edəcəklər. Onlar onlara meydan oxuyanlara qalib gələcək. Brlə ki, bunların sonuncuları Məsih (Maşiah)-Dəccalla da savaşarlar"(Əbu Davud, Cihad 4, 2484).

İbn-i Ömər (r) nəql edir:



"Rəsulullah (s) aramızda olduğu halda biz vida həccindən bəhs edərdik və vida həccinin nə olduğunu bilməzdik. Vida həccində Rəsulullah (s) Allaha həmd və səna edib, sonra da Məsih (Maşiah)- Dəccaldan söz açmışdı. Sözü onun haqqıında xeyli uzatıb bunları da şöyləmişdi:

-Allahın göndərdiyi hər peyğəmbər ümmətini onunla qorxutdu. Həzrət-i Nuh (ə) və ondan sonra gələn bütün peyğəmbərlər onunla qorxutdular.

Biləsiniz, o, aranızdan çıxacaqdır. Onun şənindən (işlərindən) heç bir sey sizə gizli qalmayacaq. Çünki sizlərdən gizlətməz. Rəbbinizin gözü kor deyildir, halbuki onun sağ gözü kordur. Onun gözü pırtlaq bir üzüm kimidir.

Xəbəriniz olsun, Allah sizlərə bir-birinizin qanını, malını haram etdi. Bunlar bu günlərinizin, bu qəsəbələrinizin haramlığı kimi haramdır.

Əcaba təbliğ etdim mi?

Rəsulullahın (s) bu sualına camaat bir ağızdan:

-Bəli", - deyə cavab verdi.

Bunun üzərinə üç səfər:

-Ya Rəbb, şahid ol! Ya Rəbb, şahid ol! Ya Rəbb şahid ol!" - dedi və təkrar camaatə yönələrək:

-Vay sizə! Məndən sonra dönüb bir-birlərinizin boyunlarını vuran kafirlər olmayın! - dedi" (Buxari, Həcc, 132, Edeb 43, 95, Hud 9, Diyat 2, Fitən 8; Müslim, İman 119, 66).

İbn-i Abbas (r) anladır:

Rəsulullah (s) Qurandan bir surə öyrədir kimi bu duanı bizə öyrətmişdi: "Allahım! Cəhənnəm əzabından, qəbir əzabından, Məsih-Dəccalın fitnəsindən, hayat və ölüm fitnəsindən sənə sığınıram"”.

Həzrət Ənəs ibn-i Malik (r) nəql edir:

Rəsulullah (s) buyurdular ki:



Bu altı seydən öncə yaxşı əməllər işlətməyə tələsin:

1. Günəşin batdığı yerdən doğması

2. Duhan

3. Dabbətül-Ərz

4. Dəccal

5. Hər birinizə məxsus olan ölüm

6. (Sizin saleh əməlinizə mane olacaq) ammə xidməti”.

İbn-i Ömər (r) nəql edir:



Xeyr, Allaha and olsun ki, Rəsulullah (s) Həzrət İsanın qırmızı çöhrəli olduğunu söyləmədi. Ancaq bunu şöylədi: "Mən bir dəfə yatmışdım. Yuxumda Beytüllahı təvaf edirdim. O sırada düz saçlı, qumral bənizli, başından su axar vəziyəttə iki nəfər dayanıb ortalarında getməkdə olan birisini gördüm.

-Bu kimdir? - dedim.

-Məryəmin oğludur!' dedilər.

Belə olan halda daha yaxından görmək üçün irəllədim.

Qırmızı, iri, qıvrım saçlı, sağ gözü kor, gözü üzüm gibi pırtlaq bir adam daha vardı.

-Bu kimdir? - dedim.

-Bu, Dəccaldır! dedilər.

İnsanlardan ən çox ona bənzəyəni İbn-i Katandır.

Zühri deyir ki, İbn-i Katan cahiliyyə dövründə vəfat edən Huzaalı bir kimsəydi"(Buxarî, Tabi 33, 11, Ənbiya, 42, Libas 68, Fitən 26; Müslim, İmam 275, 169; Müvatta, Sıfətun-Nəbi 2, 2, 920).

Zeyd ibn-i Sabit (r) nəql edir:

"Rəsulullah (s) Uhuda çıxdığı zaman (bir müddət sonra) onunla bərabər çıxanlardan bir qismi geri döndü. (Bunlar haqqında) Rəsulullahın (s) əshabı ikiyə ayrıldı. Bir qrup: Bunları öldürək! -deyirdi. O biri qrup isə: Yox, onları öldürməyək! - deyirdi. Bu ixtilaf üzərinə bu ayə nazil oldu:

"Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə (ayrıldınız)? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə (küfrə) qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən" (Ən-Nisa surəsi, 88-ci ayə).

Rəsulullah da belə buyurdu:

-Bura Taybədir. Dəccalı sürər çıxarar, eynən körüyün dəmirin pasını çıxardığı kimi" (Buxari, Məgazi 17, Fədàilu'l-Mədinə 10, Təfsir, Nisa 15; Müslim, Munafiqun 6, 2776; Termizi, Təfsir, Nisa 3031).

Əbu Hüreyrə (r) nəql edir:



"Rəsulullah (s) (bir gün):

-Bir tərəfi quruda, bir tərəfi də dənizdə olan bir şəhər esitdiniz mi? – deyə soruşdu.

Oradakılar "Bəli!" deyincə, belə buyurdular:

-İshaqoğullarından yetmiş min nəfər bu şəhərə səfər etmədikcə qiyamət qopmaz. Əskərlər şəhərə gəlincə düşərgə salarlar. Ancaq silahla savaşmazlar, tək bir ox belə atmazlar. "La ilahə illallahu valləhu əkbər!" – deyərlər. Bu vaxt şəhərin dəniz tərəfı düşər. Sonra əskərlər ikinci dəfə "La ilahə illallahu valləhu əkbər!" – deyərlər, şəhərin diğər tərəfi də düşər. Sonra təkrar "La ilahə illallahu valləhu əkbər!" – deyərlər. Bu səfər onlara qapılar açılar. Oradan şəhərə girərlər və şəhərin qənimətini toplarlar. Qənimətləri aralarında bölərkən, yanlarına bir münadi gəlib, "Dəccal çıxdı!" deyə bağırar. Əskərlər hər şeyi buraxıb geri dönərlər" (Müslim, Fitən 78, 2920).

Həzrət Hüzeyfə (r) nəql edir:



"Rəsulullah (s) buyurdular ki:

"Dəccal çıxdığı vaxt yanında su və od olacaq. Ancaq xalqın od olaraq gördüyü dadlı sudur, su olaraq gördüyü isə yaxıcı bir atəşdir. Sizdən kim o günə yetişərsə, xalqın atəş olaraq gördüyünə düşməyi qəbul etsin. Çünki o, dadlı soyuq sudur" (Buxari, Fitən 26, Ənbiya 50; Müslim, Fitən 105, 2935); Əbu Davud, Məlahim 14, 4315),

Əbu Hüreyrə (r) nəql edir:



"Rəsulullah (s) buyurdular ki:

-Mədinə yolundakı dağ ətəklərində (bir-biriylə sıx durmuş) mələklər var. Her ətəkdə (qınından çəkilmiş) qılınclarıyla gözləyən iki mələyin qorumaları səbəbindən Medinəyə ne vəba, nə də Dəccal girə bilməz" (Buxari, Fəzailül-Mədinə 9, Tibb 30, Fitən 27; Müslim, Həcc 485, 486, (1379, 1380); Müvatta, Cami 16, (2, 892); Termizi, Fitən 51, 2244).

Müslimin rəvayetində bu əlavə var:



"Rəsulullah (s) buyurdular ki:

"Məsih-Dəccal Şərq tərəfdən gələr. Qəsdi Mədinədir. Uhudun arxa tərəfinə enər. Dərkən (Mədinəni qoruyan) mələklər, onun üzünü Şam tərəfinə çevirərlər və orada həlak olar".

Həzrət Ənəs (r) nəql edir:



"Rəsulullah (s) buyurdular ki:

-Məkkə və Mədinə xariç Dəccalın çeynəməyəcəyi məmləkət yoxdur. Məkkə və Mədinəyə uzanan yolların hər birində səf tutmuş mələklər vardır, buraları qoruyurlar. (Dəccal) Əs-Səbbiha adlı mövqeyə ener. Sonra Mədinə əhalisini üç sarsıntı ilə sarsar. Bundan sonra (şəhərde olan) bütün kafir və münafiqlər (şəhəri tərk edərək Dəccalın yanına) gələrlər" (Buxarî, Fəzailül-Mədinə 9; Müslim, Fitən 123, 2943).

Əbu Saidi əl-Hüdri (r) nəql edir:



"Rəsulullah (s) bizə Dəccal barədə uzun bir hədis rəvayət etdi. Bizə anlatdığı zaman belə də demişdi: "Dəccal Mədinə civarına girmək ona haram edilmiş olaraq çıxacaq. Dərken (Mədinə civarındaki) bəzı ... yerlərə qədər gələr. O gün insanların ən xeyirlisi olan və ya ən xeyirlilərindən biri olan bir nəfər onun qarşısına çıxar və:

-Sən Rəsulullahın (s) bizə xəbər verdiyi Dəccalsan! – deyər.

Dəccal da (öz adamlarına):

-Mən bunu oldürüb sonra da diriltsəm, nə deyərsiniz? Bu isdə bir sübhəyə düşərsinizmi? – deyər.

Oradakılar:

-Xeyr!" – deyərlər.

Dəccal onu öldürər və sonra dirildər. Dirildildiyi zaman adam:

-Allaha and olsun, sənin haqqında heç bir vaxt bugünkündən daha bəsirətli olmamışdım!" – deyər.

Dəccal “onu təkrar öldürümmü” diyərək öldürmək istəyəcək, fəqət müsəllət edilməyəcək" (Buxari, Fitən 27, Fədailül-Mədinə 9; Müslim, Fitən 112, 2938).

Əbu Hüreyrə (r) nəql edir:

Rəsulullah (s) buyurdular ki:

-Qiyamətin üç əlaməti vardir, onlar zühur edincə, daha öncə inanmamış olanların artıq inanmaları da onlara fayda vermez.

1. Günəşin batdığı yerdən doğması

2. Dəccal

3. Dabbətül-Ərz" (Müslim, İman 249, 158; Termizi, Təfsir, Ənam 3074).

Axırzamanın və qiyamətin əlamətlərindən biri kimi qəbul edilən Dabbətül-Ərz (الأر دابّة), haqqında müsəlman üləması haqqında bugünə qədər yekdil fikir yoxdur. İslam esxatologiyasına görə Axırzamanda peyda olacağına inanılan bu varlıq haqqında Qurani-Kərimin Ən-Nəml surəsinin 82-ci ayəsində məlumat verilməkdədir:



O söz onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir Dabbə çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər”.

Bu məxluq haqqında müxtəlif fikirlər söylənmişdir. Bir çoxları onu heyvan hesab edir. Bəziləri sözün kökündəki “dabbəh” kəlməsini “cəsus” kimi şərh edir və bu halda söhbətin hansısa cəsusdan getdiyini söyləyirlər. Onu QİÇS və ya başqa xəstəlik hesab edənlər, bit, çəyitgə, qurbağa istilası sayanlar, avtobus, qatar, təyyarə və s. kimi şeylərə bənzədənlər də olub.

Rağib əl-İsfahaninin fikrincə isə o, heyvan qəbul edilən şərbaz, zərərlı kimsələrdir. Bu fikir bizə daha inandırıcı gəlir. Doğrusunu isə yalnız və yalnız Allah bilir.
Dabbətül-Ərz

Əhdi-Cədiddə Dəccalın (Antixristin) zühurundan öncə müəyyən qədər Qurani-Kərimdə haqqında bəhs edilən Dabbətül-Ərzi xatırladan heyvandan söhbət açılır. Fikrimizcə, Əhdi-Cədididn “Vəhy” kitabında təsvir edilən həmin heyvanlar barədə simvolik bir dillə söylənilənləri nəzərdən keçirməmizə ehtiyac var. Çünki orada söylənilənlər həm Axırzamanı, həm də Məlhəmə-i Kübranı daha dərindən anlamamıza yardımçı ola bilər.

Sözügedən kitabın XII fəslində deyili:

Göydə böyük bir əlamət göründü: günəşə bürünmüş bir qadın. Ay onun ayaqlarının altında idi, başında on iki ulduzdan ibarət tac vardı. Qadın hamilə idi və ağrıdan, doğuş sancılarından qışqırırdı. 




Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə