Gənc Mühasiblər Birliyi “Beynəlxalq Mühasibat uçotu”-kursunun tədrisinə başladı



Yüklə 16,87 Kb.
tarix17.01.2017
ölçüsü16,87 Kb.
#574
növüTəlim proqramı
Gənc Mühasiblər Birliyi “Beynəlxalq Mühasibat uçotu”-kursunun tədrisinə başladı.....

Beynəlxalq Mühasibat Uçotu -Maliyyə Hesabatlarının Hazırlanması”

Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununa əsasən ictimai əhəmiyyətli qurumlar və iri kommersiya təşkilatları öz maliyyə hesabatlarını məhz beynəlxalq mühasibat uçotunun tələblərinə uyğun tərtib etməlidirlər. Elə bu səbəbdən də Beynəlxalq Mühasibat Uçotunu bilən mütəxəssislərə böyük ehtiyac yaranmışdır.

Gənc Mühasiblər Birliyi (GMB) də bu problemləri aradan qaldırmaq və gənclərin sosial-peşə problemlərinin həllinə kömək məqsədilə “Beynəlxalq Mühasibat Uçotu -Maliyyə Hesabatlarının Hazırlanması” (ACCA-in Azərbaycan dilinə tərcümə olunmuş təlim materialları əsasında) adlı güzəştli təlim proqramını həyata keçirir:

Təlimi Beynəlxalq Sertfikatlı müəllimlər tədris edir.

Tədris müddəti: 42 saat
Təlimin sonunda Gənc Mühasiblər Birliyi tərəfindən reyistirə salınmış Sertifikat veriləcək.

Qeyd: Dinləyicilər lazımi dərs vəsaitləri ilə təmin edilir.
Təlim proqramı üçün korporativ və sosial qruplara xüsusi güzəştlər nəzərdə tutulmuşdur.



Kurslara yazılmaq üçün son müraciət tarixi: 15.10.2010


Təlimdə iştirak etmək istəyənlər əlavə məlumat üçün

GMB-in baş ofisinə müraciət edə bilərlər:

Ünvan: Bakı ş., Z.Əliyeva küç.20 (Sahil M-nun yaxınlığı)

Tel:012 511 06 11

E-mail:office@gmb.org.az

Web: www.gmb.org.az

Qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı üzrə
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə "Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nomrəli Fərmanına əsasən Kommersiya təşkilatları maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən hər il Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bunları nəzərə alaraq Birlik Qeyri Hökumət Təşkilatları üçün müvafiq standartların tətbiqi üzrə təlim kursları həyata keçirir. Proqramı bitirdikdən və imtahanı müvəffəqiyyətlə verdikdən sonra dinləyiciyə sertifikat verilir.



Qeyd: Dinləyicilər lazımi dərs vəsaitləri ilə təmin edilir.

Kurslara yazılmaq üçün Son müraciət tarixi 30 09.2010-cu il.



Vergi uçotu üzrə təlimin proqramı
Mühasibatlıq sahəsində informasiya və məsləhət xidmətlərinin təşkili, xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi və tətbiqi, treninqlər keçirmək və s.kimi vəzifələri icra edən və bu sahədə 10 illik xüsusi təcrübəyə malik Gənc Mühasiblər Birliyi (GMB) Azərbaycan Respublikası “Vergi Məcəlləsi”-nin tələblərinə uyğun, 2010-cu ilin yanvar ayının 1-dən qüvvəyə mənmiş əlavə və dəyişikliklər də nəzərə alınmaqla, müəssisə və təşkilatlarda vergi uçotunun aparılması qaydalarını nəzərdə tutan “Vergi Uçotu”mövzusunda təlim proqramı elan edir:
Qeyd:Proqramı əhatə edən mühazirə və praktiki məşğələlər hazırda müəssisə, idarə və təşkilatların vergi orqanları ilə uçot formalarını əhatə edir. Proqram ölkəmizin aparıcı audit kompaniyalarından birinin auditoru tərəfindən interaktiv metodla GMB-nin tədris laboratoriyalarında aparılacaqdır.Təlim proqramı Azərbaycan dilindədir. Bütün dinləyicilər lazimi dərs vəsaitləri ilə təmin olunur.Proqramı müvəffəqiyyətlə bitirən dinləyicilərə GMB tərəfindən reyestrə salınmış sertifikat verilir.
Tədris müddəti: 24 saat
Qeyd: Dinləyicilər lazımi dərs vəsaitləri ilə təmin edilir.

Kurslara yazılmaq üçün son müraciet tarixi: 30 sentyabr 2010-cu il.
Yüklə 16,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin