Giriş
Problemin aktuallığı.Müəllimin qarşısında duran əsas vəzifələrdən biri,məlum olduğu kimi cəmiyyətin və dövlətimizin tələblərinə uyğun şəxsiyyət yetişdirmək,təhsil siyasətinin əsas istiqamətləri üzrə gələcəyin şəxsiyyətlərinə bilik,bacarıq və vərdişləri aşılamaqdır.Təhsil siyasətinin əsas istiqamətləri dedikdə Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu nəzərdə tutulur.Məhz bu qanun təhsilin idarə edilməsini,strukturunu,istiqamətlərini və məzmununu təşkil edir.Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə çatdırılması məqsədi ilə ənənə təlim fəal/interkativ təlimlə əvəz olunmuş,təhsi şəxsiyyətyönümlü təhsilə keçirilmişdir.Fəal interaktiv təlimdə müəllimin vəzifələri bir qədər də artmış,müəllimin mövqeyi fasilitator(bələdçi),istiqamət verən bir mövqeyə çevrilmişdir.Bu mövqeydə müəllim şagirdlərlə ardıcıl və sistemli şəkildə əməkdaşlıq edir,problemli vəziyyət yaradır,problemin həlli istiqamətində metodik göstərişlər verir,onları tədqiqatçılığa yönəldir həmçinin biliklərin müstəqil şəkildə mənimsəmələrinə və tətbiqinə yol açır.Müəllim və şagirdin qarşılıqlı iş prinsipi zamanı şagirdlər isə müəllimin istiqaməti üzrə fəaliyyət göstərir.Şagirdin mövqeyi burada tətqiqat aparmağa, kəşf etməyə yönəlmişdir.Və nəticədə şagirdin müəllimin metodik göstəricisi üzrə hərəkət edərək kiçik tədqiqatlar aparır və müəyyən nəticələr çıxarır.Müasir təhsil müəllim və şagirdin birgə fəaliyyətinə yönəlib, həmçinin burada humanizm prinsipi gözlənilməlidir.Müəllim və şagirdin qarşılıqlı iş prinsipində müəllim qabiliyyətlərinin olması olduqca vacib məsələdir.Əks halda müəllim və şagird fəaliyyətində uğur qazanmaq mümkün deyil.Müəllim və şagird fəaliyyətində əsas şərtlərdən biri də qarşılıql anlaşmadır.Belə ki ,qarşılıqlı anlaşma vasitəsi ilə şəxsiyyətlərarası münasibətlər başlayır və bu münasibətlə də bitir.Müəllim və şagirdin münasibətləri nəticəsində həm təlim,həm də tərbiyə məsləsi şagirdlərə aşılanır,müəllim öz funksiyalarını yerinə yetirir.Müəllim öz funksiyalarını o zaman uğurla yerinə yetirir ki,şagirdin fəaliyyətinə məharətlə nəzarət və rəhbərlik edir.Beləliklə müəllim və şagirdin qarşılıqlı iş prinsipləri olduqca mürəkkəb və çox cəhətlidir.Fəal/interaktiv təlimə keçid illər öncə olsa da,bəzi çatişmamazlıqlar hələ də özünü göstərir ,məhz bu baxımdan disertasiyamın mövzusu olduqca aktivdir.
Dostları ilə paylaş: |