Göz-görmə funksiyasını təmin edən duyğu orqanıdır. Bir çox canlı orqanizmdə görmə sisteminin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektro maqnit şüalanmasını qəbul edərək onu elektro kimyəvi siqnal şəklində neyronlara ötürür. Görmə insan üçün çox mühüm bir duyğudur.Ətrafımızdakı əşyaları vaxtında görür və təhlükədən qorunuruq. Ətraf mühitin gözəllikləri görmə orqanımızla qəbul edilir. Bütün bunları təmin edən Görmə analizatorunun mühiti 2 hissədən hissəsi ibarətdir:
Göz alması
Digər köməkçi orqanlar
Göz alması şar formasına malikdir. Aşağıdakı təsvirdən də göründüyü kimi göz almasının divarı xaricdən ağlıqişa, ortada damarlı qişa, arxada torlu
qişalardan əmələ gəlmişdir.
Ağlı qişa: Gözü kimyəvi təsirlərdən qoruyur,göz almasına forma verir,ön tərəfdə işıq keçirən şəffaf buynuz qişaya keçir.
Damarlı qişa: bu özü də 3hissədən ibarətdir:
Xüsusi damarlı,
Qüzehli qişa
Kirpikli cisim
Xüsusi damarlı qişada gözü qidalandıran qan kapilliyarları olur. Bu qişa onda olan piqmentlərin miqdarına görə fərqli rənglərdə də ola bilər. Piqment həddindən artıq çox olduqda göz qara, normal olduqda mavi, sarı, qonur az olduqda qırmızı rəngli olur.
Qüzehli qişanın ortasında göz bəbəyi deyələn dəlik yerləşir. Bəbək işıq şualarının gözün içərisinə daxil olmasını təmin edir. Bəbəyin işi radial və dairəvi əzələlərinin vasitəsi ilə tənzimlənir. Radial əzələlər yığıldıqda bəbək genişlənir,dairəvi əzələlər yığıldıqda isə daralır. Buynuz qişa ilə qüzehli qişa arasında maye ilə dolu olan ön kamera yerləşir,bu kamera gözü qidalarla təmin edir..
Kirpikli cismin əzələlərinin hesabına qüzehli qişanın arxasında yerləşən 2 tərəfi qabarıq, şəffaf büllurun qabarıqlığı dəyişir.
Torlu qişa: Gözün daxili qişasıdır. O damarlı qişaya yapışır və daxildən gözün dibini örtür. Xaricdən piqment, daxildən isə işığa həssas reseptorlar olan çöpcük və kolbacıqlardan təşkil olunmuşdur. Torlu qişada 7 milyon kolbacıq və 130 milyona qədər çöpcük vardır. Kolbacıqlar gündüz işığını və parlaq işığı qavrayır. Üç tip kolbacıq var:
Qırmızı- 570nm işığı qavrayan
Yaşıl- 535nm işığı qavrayan
Göy- 445nm işığı qavrayan
Çöpcüklər isə görmə piqmenti olan radopsinə malik olub, alaqaranlıqda gecə gözə düşən işıq dalğalarını qavrayır.
Digər köməkçi orqanlara isə aşağıdakılar daxildir:
Əzələlər-- gözü hərəkət etdirən 6 əzələ var və hər biri gözün hərəkət etdirilməsində əvəzsiz rola malikdir.
Göz qapaqları-- daxildən konyuktiv qişaya malikdir və gözün qırpılması ilə gözü qoruyur.
Kirpiklər—göz qapaqları ilə bərabər, gözə xarici maddələrin düşməsinin qarşısını alır.
Qaşlar-- təri axıdır və gözü zədələrdən qoruyur
Piy toxuması-- gözü zərbələrdən qoruyur
Göz yaşı vəzi-- Göz yaşı vəzinin tərkibində bakteriosit xassəyə malik lizosim vardır və göz əzələlərinin sıxılması ilə ifraz olunaraq, gözü nəmləndirir, quruluqdan və zərərli bakteriyaların təsirindən qoruyur.
Yuxarıda göstərilən göz orqanlarının funksiyalarının pozulması bir sıra xəstəlilərə səbəb olur. Belə ki, Çöpcüklərin funksiyasının pozulması "toyuq korluğu"adlanan xəstəliyə səbəb olur. Belə xəstələr gündüz yaxşı görür, gecələr ya zəif, ya da heç görmürlər. Bu xəstələrə A vitamini verməklə kömək etmək olar. Bəzi insanların kolbacıqlarının fəaliyyəti pozulduqda qırmızı, yaşıl rəngləri seçə bilmirlər. Bu xəstəliyə ilk dəfə ingilis alimi Dalton tutulduğu üçüb bu xəstəlik Daltonizm adlanır.Yaxından görmə (miyop) və uzaqdan görmə (hipermetrop) gözün ən çox təsadüf olunan qüsurlarındandır. Anadan gəlmə və yaşla əlaqədər yaxından görən adamlarda göz alması uzunsov olur. Buna görə də gözdən uzaqda olan cisimlərin xəyalı torlu qişada yox, onun qabağında alınır. Anadangəlmə uzaqdan görən adamlarda göz alması qısa olur. Buna görə də gözlərə yaxın olan əşyaların xəyalı torlu qişadan öndə alınır. Uzaqdangörmə büllurun qabarıqlığının azalması nəticəsində əmələ gələ bilər. Belə hal yaşlı adamlarda daha çox müşahidə edilir.
Ona görə də həkimin məsləhəti ilə yaxından görən adamların hər iki tərəfi basıq şüşəli (səpici linza) eynəkdən,uzaqdan görən adamların isə şüaların daha çox sınması üçün iki tərəfi qabarıq şüşəli (toplayıcı linza) olan eynəklərdən istifadə etməsi məsləhətdir.
Gözlərimizi qorumaq üçün aşağıdakılara riayət etməliyik:
Çox qüvvətli və zəif işıqda oxumamalı və yazmamalı;
Şəxsi gigiena qaydalarına əməl etməli, gözü mikroorqanizmlərdən qorumalı;
Eynək taxmalı halda həkimin təyin etdiyindən istifadə etməli;
Başqasının eynəyindən istifadə etməməli;
A vitamini ilə zəngin qidalar qəbul etməliyik.
Arzum həkim olub, göz sahəsində yeni ixtiralar edib, xalqın sağlamlığının keşiyində durmaqdır. İxtiram dünya işığına həsrət qalan korların görməsinə səbəb olsun ki, həyatın gözəlliklərini, rəngarəngliyini gözləri ilə görsünlər.