I variant 1 mm-nin təşkil edilmə prinsipləri Ərazi prinsipi



Yüklə 25,63 Kb.
səhifə1/7
tarix10.10.2022
ölçüsü25,63 Kb.
#118215
  1   2   3   4   5   6   7
Mulki kollekvium


I variant


1)MM-nin təşkil edilmə prinsipləri


1. Ərazi prinsipi – MM-yə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində
təşkil edilməsi.
2. Fərqli və kompleks yanaşma prinsipi – AR-nin Mülki Müdafiə tədbirlərinin ayrı-
ayrı bölgülərin, şəhərlərin, hərbi-strateji, iqtisadivə di-gər xüsusiyyətləri nəzərə
alınmaqla planlaşdırılması və əlaqələndirilməsi şəklində həyata keçirilməsi;
3. Kütləvilik və məcburluq prinsipi – Mülki Müdafiə tədbirlərinin AR-nın bütün
əhalisini əhatə etməsi və məcburi xarakter daşıması;
4. Daimi hazırlıq prinsipi – AR-nin Mülki Müdafiəsi steminin fövqəladə hadisələr
dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması;
5. Dərhal xəbərdarlıq prinsipi – Baş verə biləcək və ya vermiş fövqəladə hadisələr
haqqında AR-sı əhalisinə dərhal məlumat verilməsi.
6. Qarşılıqlı əlaqə prinsipi – Mülki Müdafiənin təmin etdirilməsində iştirak edən AR-
nin dövlət orqanlarının və Mülki Müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış
fəaliyyət göstərməsi.

2)MM-nin məqsədlərini izah edin.
1. Fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həayata
keçirilməsi.
2. Fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum
azaldılması.
3. Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.
II variant
1)MM xidmətləri hansılardı?
Obyektrlərdə mülki müdafiə xidmətləri. Mülki müdafiə tədbirlərini,
dəstələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düz-
gün idarəolunmasını təmin etmək üçün, yerli şəraiti və müvafiq bazanın olmasını
nəzərə alaraq rayon (şəhər) İcra Hakimiyyətinin qəran ilə rayon xidmətləri
yaradılır.
Rabitə xidməti - rayon (şəhər) rabitə təşkilatının bazası əsasmda təşkil
olunur. Rabitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin,
müəssisələrin vəzifəli şəxslərinə və rayonun bütün əhalisinə fəvqəladə hadisələr
təhlükəsi barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir,
rayonun bütün obyektləri ilə rabitə yaradır və onu daim fəaliyyətə hazır saxlayır;
rayonun ərazisində fəaliyyət göstərən mülki müdafıə qüwə və vasitələrinin idarə
olunmasını təmin edirlər.
Tibb xidməti - tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmətin rəisi -
rayonun baş həkimidir). Xidmət: müalicə-profilaktika, epidemiya əleyhinə və sa-
nitariya-gigiyena tədbirlərinihəyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını tə-
min edir; zərər çəkmiş, zədələnmə ocağmdan çıxarılan adamların qəbul edilmə-si,
yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır.

Yüklə 25,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin