Iii. Nazirliyin funksiyaları



Yüklə 39,01 Kb.
tarix14.06.2018
ölçüsü39,01 Kb.
#53704

III.Nazirliyin funksiyaları

10. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

 

10.1. rabitə vasitələrinin və xidmələrinin, informasiya texnologiyalarının inkişafının proqnozları əsasında rabitə və informasiya texnologilarının inkişaf konsepsiyalarını hazırlayır və həyata keçirilməsini təşkil edir;



 

10.2. rabitə və informasiya texnologiyaları sahəsində dövlət proqramlarını hazırlayır və onların yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;

 

10.3. rabitə və informasiya texnologiyaları sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;



 

10.4. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə normativ hüquqi aktları və sahə standartlarını hazırlayıb təsdiq edir;

 

10.5. tabeliyində olan qurumlar vasitəsi ilə Azarbaycan Respublikasının bütün ərazisində keyfiyyətli və etibarlı rabitə xidmətləri göstərilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;



 

10.6. qanunvericiliyə uyğun olaraq Nazirliyin fəaliyyət sahəsinə aid olan məsələlərə dair tarif siyasətinin formalaşdırılmasında iştirak edir, bu sahədə dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər verir və bununla bağlı səlahiyyətləri daxilində zəruri tədbirlər görür;

 

10.7. rabitə və informasiya texnologiyaları sahəsində qanunvericiliyə müvafiq olaraq səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirir;



 

10.8. Azərbaycan Respublkasında rabitə və informasiya texnologiyaları sahəsinin inkişafı məqsədi ilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elmi-texniki siyasəti işləyib hazırlayır və həyata keçirir;

 

10.9. yeni texnologiyaların tətbiq edilməsi, rabitə və informasiya xidmətləinin göstərilməsi üçün müxtəlif təyinatlı sistemlərin yaradılması, rabitə və informasiya texnologiyaları sahəsində yeni növ xidmətlərin göstərilməsi işlərinin təşkili və koordinasiyasını həyata keçirir;



 

10.10. qanunvericiliklə müəyyən edilmiş qaydada rabitə və informasiya texnologiyaları sahəsi ilə əlaqədar beynəlxalq konvensiyalar və sazişlərə Azərbaycan Respublikasının qoşulması barədə təkliflər verir;

 

10.11. öz səlahiyyətləri daxilində rabitə və informasiya texnologiyaları sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar və sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görür;



 

10.12 müəyyən edilmiş hallarda və qaydada rabitə və informasiya texnologiyaları sahəsində beynəlxalq təşkilatlarda təmsilçiliyi və onlarla əməkdaşlığı həyata keçirir;

 

10.13 BeynəlxalqTelekommunikasiya İttifaqının tövsiyələrinin müəyyən edilmiş qaydada müvafiq fəaliyyət sahəsində nəzərə alınması üçün tədbirlər görür;



 

10.14. rabitə sahəsində baza magistral və lokal qoşulma şəbəkəsindən digər operatorların istifadəsi və qarşılıqlı hesablaşma prinspləri ilə bağlı təkliflər işləyib hazırlayır;

 

10.15. qanunvericiliklə müəyyən edilmiş qaydada rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən müəssisələrlə qarşılıqlı münasibətlər qurur;



 

10.16. nazirlik və tebeliyində olan qurumlar üzrə sosial-iqtisadi inkişaf proqnozlarını hazırlayır və icrasını təmin edir;

 

10.17. dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin telekommunikasiya və poçt rabitə xidmətlərinə, eləcədə informasiya texnologiyalarına olan təlabatının ödənilməsi üçün səlahiyyətləri daxilində tədbirlər görür;



 

10.18 rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlətin maraqlarını təmsil edir və öz səlahiyyətləri daxilində onların fəaliyyətinə nəzarəti həyata keçirir;

 

10.19. dövlət büdcəsi, kreditlər, qrantlar, texniki yardımlar və digər mənbələr hesabına nazirliyin sərəncamına daxil olan vəsaitlərin təyinatı üzrə istifadə edilməsini, investisiya layihələri üzrə müsabiqə sənədlərinin hazırlanmasını təşkil edir və qanunvericiliyə uyğun olaraq müsabiqələrin keçirilməsini təmin edir;



 

10.20. rabitə və informasiya texnologiyaları sahəsində dövlət əhəmiyyətli obyektlərin tikintisi barədə aidiyyatı dövlət orqanlarına təkliflər verir;

 

10.21. telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi üçün tədbirlər görür;



 

10.22.nazirliyin obyektlərinin inşası, yenidən qurulması və texniki baxımdan müasirləşdirilməsi məqsədilə hazırlanmış texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinə rəy verir, həmin obyekrlərdə və digər dövlət əhəmiyyətli rabitə və informasiya-kommunikasiya obyektlərində tikinti və əsaslı təmir işlərinin aparılması, obyektlərin istismara qəbulu üçün işçi qrupların və dövlət qəbul komissiyalarının yaradılması barədə təkliflər verir və onların işində iştirak edir;

 

10.23 öz səlahiyyətləri daxilində rabitə obyektlərində qanunvericiliklə müəyyən edilmiş qaydada məxfilik rejiminin qorunmasına və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə nəzarət edir;



 

10.24. öz səlahiyyətləri daxilində qarşılıqlı əlaqədə olan rabitə şəbəkəsində informasiya təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirir;

 

10.25. öz səlahiyyətləri daxilində rabitə obyektlərinin mühafizəsini təşkil edir və fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasında iştirak edir;



 

10.26. fövqəladə hallar şəraitində qarşılıqlı əlaqədə olan rabitə şəbəkəsinin dayanıqlı işinin təmin olunması üçün material ehtiyatlarının yığılması planlarını hazırlayır və həyata keçirilməsində iştirak edir;

 

10.27. ümumi istifadəli rabitə şəbəkələrində yükün (trafikin) buraxılması qaydalarını, eləcə də mülkiyyət formasından asılı olmayaraq bütün rabitə operatorları arasında buraxılan yükə görə qarşılıqlı hesablaşma prinsiplərini müəyyən edir;



 

10.28. beynəlxalq yükün (trafikin) mübadiləsi üzrə xarici dövlətlərin rabitə operatorları ilə qarşılıqlı hesablaşmaların aparılmasına nəzarət edir;

 

10.29. rabitə operatorlarının Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan rabitə şəbəkəsinə qoşulma prinsiplərini və qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edir;



 

10.30. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və qaydada öz səlahiyyətləri daxilində qarşılıqlı əlaqədə olan rabitə şəbəkəsinin mərkəzləşmiş şəkildə idarə olunmasını həyata keçirir;

 

10.31. Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan rabitə şəbəkəsinə qoşulmuş operatorların qarşılıqlı fəaliyyətinə nəzarət edir və şəbəkəyə qoşulma ilə əlaqədar yaranan mübahisələri öz səlahiyyətləri daxilində həlli üçün tədbirlər görür;



 

10.32. Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan rabitə şəbəkəsində tətbiq olunan rabitə və informasiya avadanlığına olan texniki tələbləri müəyyən edir və yeni texnologiyaların tətbiqi üçün tədbirlər görür;

 

10.33. istehlakçıların hüquqlarının qorunması məqsədi ilə rabitə və informasiya texnologiyaları sahəsində xidmət göstərən müəssisələr tərəfindən qüvvədə olan normativlərə uyğun olaraq əhalinin tələbatının ödənilməsini təhlil edir və öz səlahiyyətləri daxilində tədbirlər görür;



 

10.34. rabitə və informasiya texnologiyaları sahəsində sahibkarlığın inkişafına kömək göstərir və sağlam rəqabətə lazımi şəraitin yaradılması üçün öz səlahiyyətləri daxilində tədbirlər görür, nazirliyin fəaliyyəti sahəsində sahibkarlığın inkişaf etdirilməsi ilə əlaqədar təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;

 

10.35. Azərbaycan Respublikasının ərazisində rabitə və informasiya texnologiyaları ilə əlaqədar nəzərdə tutulmuş layihə sənədlərinin dövlət ekspertizasını təşkil edir;



 

10.36. informasiya texnologiyaları sahəsində elmi-texniki və istehsalat potensialının yüksəldilməsi üçün lazım olan tədbirlərin hazırlanmasında və tətbiq edilməsində iştirak edir;

 

10.37. “elektron hökumətin” formalaşdırılması və inkişaf etdirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;



 

10.38. “elektron iqtisadiyyatın” formalaşdırılması və inkişaf etdirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;

 

10.39. milli informasiya resurslarının formalaşdırılması və inkişaf etdirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;



 

10.40. informasiya texnologiyalarını istifadə etməklə sosial yönümlü sahələrin inkişaf etdirilməsinə dair tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

 

10.41. ölkənin informasiya təhlikəsizliyinin təmin edilməsi və qanunvericiliyə müvafiq olaraq məlumatların qorunması sahəsində səlahiyyətləri daxilində tədbirlər görür;



 

10.42. rabitə və informasiya texnologiyaları sistemlərinin dayanıqlı işinin təmin olunması üçün təşkilati-metodiki işləri həyata keçirir;

 

10.43. rabitə və informasiya texnologiyaları sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;



 

10.44. informasiya cəmiyyətinə keçid üçün qanunvericilik bazasının formalaşdırılmasında və təkmilləşdirilməsində iştirak edir;

 

10.45. dövlət informasiya sistemlərinin, informasiya resurslarının formalaşdırılmasında iştirak edir və zəruri olan tədbirləri görür;



 

10.46. Azərbaycan Respublikasının ərazisində İNTERNET –in inkişafı üçün zəruri olan tədbirləri görür və bu sahədə fəaliyyət göstərən qurumlara köməklik göstərir;

 

10.47. regional və yerli informasiya mərkəzlərinin yaradılması və fəaliyyətinin səmərəli təşkili üçün köməklik göstərir;



 

10.48. informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının inkişaf etdirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;

 

10.49. Azərbaycan Respublikasının ərazisində dövlət radio və televiziya proqramlarının yayımını qanunvericiliyə uyğun təşkil edir;



 

10.50. Azərbaycan Respublikasının daxili şəbəkəsinin və beynəlxalq şəbəkənin Azərbaycan seqmentinin poçt, rabitə və informasiya şəbəkələri üçün nömrələnmə planını, nömrələnmə ehtiyatlarından istifadə olunma, paylanma qaydalarını müəyyən edir, ölkə kodu yüksək səviyyəli domen adlarının qeydiyyatı qaydalarını əlaqəli qurumları cəlb etməklə müəyyən edir və onunla bağlı məsələnin təmzimlənməsini öz səlahiyyətləri daxilndə həyata keçirir ;

 

10.51. səlahiyyətləri daxilində Azərbaican Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsində və mühafizəsinin həyata keçirilməsində iştirak edir;



 

10.52. qanunvericiliyə müvafiq olaraq rabitə vasitələrinin sertifikatlaşdırma işlərinin təşkilini təmin edir;

 

10.53. rabitə və informasiya texnologiyaları vasitələri istehsal edən müəssisə və təşkilatlarla qabaqcıl texnologiyaların tətbiqi sahəsində, xarici istehsalçılarla və investorlarla əlaqələrinin qurulmasında səlahiyyətləri daxilində köməklik göstərir;



 

10.54. kabel şəbəkəsinin yaradılmasını, inkişafını, təkmilləşdirilməsini, kabel yayım siqnalları sisteminin istismarını, tezlik və kanalların istifadəyə verilməsini digər dövlət orqanları ilə qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir;

 

10.55. ölkə daxilində poçt rabitəsi təşkilatları arasında qanunvericiliklə müəyyən edilmiş qaydada qarşılıqlı hesablaşma (həmçinin köçürmə əməliyyatları) prinsiplərini müəyyən edir;



 

10.56. Ümumdünya Poçt İttifaqının aktlarına uyğun olaraq, beynəlxalq poçt mübadiləsi üzrə xarici dövlətlərin poçt müdiriyyətləri ilə hesablaşmaların aparılmasına nəzarət edir;

 

10.57. dövlət poçt ödəniş nişanələrinin (poçt markalarının) nümunələrini, nominallarını və tirajını müəyyən edir, onların nəşrini və yayılmasını təşkil edir;



 

10.58. Azərbaycan Respublikasının ərazisində poçt rabitəsi obyektləri üçün poçt indekslərini müəyyən edir;

 

10.59. beynəlxalq poçt göndərişlərinin işlənməsi və çatdırılması üzrə proseduru müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə müəyyən edir;



 

10.60. müəyyən edilmiş qaydada poçt göndərişlərində reklamın yerləşdirilməsinə icazə (razılıq) verir;

 

10.61. rabitə və informasiya texnologiyaları sahəsi ilə bağlı tabeliyində olan qurumların fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində tədbirlər həyata keçirir;



 

10.62. tabeliyində olan qurumların istismar və maliyyə vəziyyətini təhlil edir, onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər verir və səlahiyyətləri daxilində tədbirlər görür;

 

10.63. öz səlahiyyətləri daxilində fəaliyyət sahəsində əməyin mühafizəsi haqqında qaydalar və əmək şəraitinin yaxşılaşdırılması üzrə məqsədli proqramlar hazırlayır və həyata keçirir;



 

10.64. nazirliyin işçilərinin sosial vəziyyətinin və mədəni-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;



 

10.65. qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir. 



Yüklə 39,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin