İslam bankçılığı



Yüklə 16,19 Kb.
tarix31.12.2021
ölçüsü16,19 Kb.
#112746
islam bankçılığı


İslam bankçılığı

Əsrimizdə müsəlman ölkələrdə də istifadə edilən faiz, Qurani Kərimdə açıq şəkildə qadağan edilmişdir. Qurani Kərimdə Bəqərə surəsi 275 və 279-cu ayələri, faizin Allah qatın böyük bir günah olduğunu bəyan edir. Allah və Rəsulunun (s.a.s.) onlara hərb elan etdiyi bildirilir.

Qarşılıqsız mal əldə etmə prinsisipinə əsaslanan faiz/riba, zahirən bəzi insanlar üçün faydalı görünsə də, əslində, yalnız sıxıntı içində olan insanların çarəsizliyindən istifadə edir. Bu səbəbdən bu, insan hüquqlarının böyük bir pozuntusudur. Qul haqqıdır. Dini və mənəvi hissləri söndürən və iqtisadiyyatı gəmirən bədxassəli bir şişdir. Zənginlərin daha güclü olmasına və ehtiyaclıların daha çox əzilməsinə səbəb olur. Beləliklə, cəmiyyətin təbəqələri arasında dərin boşluqlar, uçurumlar meydana gətirir. Ancaq iqtisadi baxımdan ən yaxşı səviyyədə olan cəmiyyət, iqtisadçıların dediyi kimi, sıfır inflyasiya və faiz dərəcələrinə sahib olan cəmiyyətdir.

İslam bankçılığının hədəfi də faizsiz, alanında verənində mənfəət əldə etdiyi, Allahın ayələridə buyurdu qadağana müxalif olmayan, müassir zamanın tələblərinə uyğun bir sistem qurmaqdır. Bu gün İslam maliyyə sistemi olan İslam bankçılğı dünyanın 75dən çox ölkəsində tətbiq olunur. Bu maliyyə sistemini yalnız müsəlman olan ölkələr də deyil, müsəlman olmayan ölkələrlərdə də istifadə olunur. Cənubi Afrika Respublikası əhalisinin 2%-i müsəlman olduğu halda, orada 7 islam bankı fəaliyyət göstərir. Həmçinin Böyük Britaniyada 2, Amerika da 28-ə yaxın bank islam maliyyə sistemi ilə işləyir.

İslam bançılığı nədir?

İslami Bankçılıq, bütün fəaliyyətlərinin bir mala və xidmətə bağlı olduğu, mənfəət və zərərin faiz əvəzinə tərəflər tərəfindən paylaşıldığı, İslami Əsaslara uyğun olaraq idarə olunan bir bank sistemidir. Şəriət borc pullarından pul qazanmağı (faiz və sələm) qadağan edir. Faiz qadağan olunduğundan depozit kimi toplanan pullar real iqtisadiyyata yatırılır. Sabit faiz əvəzinə mənfəət / zərər paylaşımı olduğu üçün banklar, investisiya edəcəkləri layihələri daha diqqətlə araşdırırlar və kreditləri sola və sağa paylamırlar, yalnız möhkəm layihələrə investisiya qoyurlar. Bu səbəbdən İslam bankları dünyanın ən güclü bankları arasındadır və maliyyə böhranından təsirlənməmişlər. Möhkəm olduqları üçün pullarını spekulyativ (qısa müddətli) maliyyə əməliyyatlarından çox, möhkəm gəliri olan layihələrə yatırırlar.

Müasir İslam bankçılığı ilk dəfə 1970-ci illərdə ortaya çıxdı. Körfəz ölkələrində neft qiymətlərindəki artımdan sonra kapital yığımı səbəb olaraq göstərilir. İstifadə olunan ilk metodlar, sənaye və investisiya qoyuluşlarında tələb olunan kapitalın bir hissəsinin əmək və kapital ortaqlığı (mudaraba) görüşü idi. O vaxtdan bəri İslam bankçılığı dünyanın üç bölgəsində yayılmışdır:


  1. Körfəz bölgəsi: İslam bankçılığının başladığı yer. İslami maliyyələşdirmə bu bölgədə Əbu Dabi, Bəhreyn, Dubay, Qətər, Küveyt və Səudiyyə Ərəbistanında geniş yayılmışdır və bəzi Yaxın Şərq ölkələrində də yayılmışdır.

  2. Uzaq Şərq bölgəsi: Müsəlmanlar varlı olduqları və Bruney, İndoneziya, Malayziya və Sinqapurdan ibarət olan bu bölgədə əhalinin böyük bir hissəsini təşkil etdikləri üçün İslam bankçılığı burada da yayılmışdır.

  3. Qərb bazarı: London mərkəzli Qərb bazarları artan faizsiz borc bazarını görməməzlikdən gəlmək istəmədiyi üçün adi bankların alt bölmələri bu əsasda əməliyyatlar etməyə başlayır.

İslam bankçılığını digər banklardan ayıran, fərqləndirən, üstün edən bir neçə xüsus var. İslam bankçılığı faizli banklardan dörd əsas prinsipə görə fərqlənir:

  1. Faizsiz əməliyyatlar

  2. Risk paylaşımı

  3. Mal və xidmətlərə əsaslanır

  4. Qeyri-müəyyənliklərdən tamamilə azad olan əməliyyatlarla işləmək

İslam bankı faizsiz olduğu kimi, bankdan alınan kreditin nə üçün sərf olunacağıda bank üçün əsasdır. Müştəri içki istehsalı fabriki qurmaq üçün islam bankından kredit ala bilməz. Çün ki, islam bankları pulun hara sərf olunacağı, işin planlanması ilə əvvəlcədən maraqlanır, araşdırır. Görülən işlərlə yanaşı niyyət, metod və nəticə əxlaqi dəyərlərə uyğun olmalıdır.

İslam bankçılığı yalnız müsəlmanlar üçün deyil, bütün inanclar üçün açıqdır. Ən maraqlı xüsuslardan biridə xarici ölkələrdə islam bankların istifadə edənləri daha çoxunu qeyri müslimlər təşkil edir.



Bir önəmli xüsusda bankdan alınan kredit ödənə bilmədikdə, bank müştərisindən gün keçdikçə faiz tələb etmir. Cərimə kimi toplanan pul gəlir kimi yazılmır. Bank tərəfindən xeyriyyə işləri üçün istifadə olunur.
Yüklə 16,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin