Ислам Дини Терроризмин ялейщинядир



Yüklə 3,39 Mb.
səhifə1/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
  1   2   3   4   5   6   7   8   9   ...   89

Yaşar Qurbanov

İSLAM DİNİ

TERRORUN ƏLEYHİNƏDİR

Bakı-2006

Ki­ta­bın möv­zusu lə­nət­lən­miş vəh­şi­li­yin qay­nağı olan ter­ro­run qə­tiy­yən ilahi bir din­lə əla­qəli ol­ma­ması, xü­su­silə İs­lam­da ter­rora yer ol­ma­ması hə­qi­qəti ilə bir­başa bağ­lı­dır. İs­lam di­ni­nin əsas mən­bəyi olan Qu­ran­da və baş­da Pey­ğəm­bə­ri­miz Mə­həm­məd (s.ə.v.) ol­maq­la ta­rix boyu ya­şa­mış bü­tün mü­səl­man rəh­bər­­lə­ri­nin fəa­liy­yə­tin­də, nə­si­hət­lə­rin­də, həm­çi­nin müa­sir dövr alim­lə­ri­nin fət­va­la­rın­da bu hə­qi­qət tam açıq­lığı ilə or­taya çıxır. Bu sə­bəb­lə də ki­tab­da İs­la­mın ter­roru ya­saq­la­dı­ğını və ter­roru, vəh­şi­liyi, bü­tün qeyri-in­sani əməl­ləri, aman­sız­lığı, qəd­dar­lığı ha­ram bu­yur­duğu Qu­ran ayə­ləri işı­ğın­da də­lil­lər ilə or­taya çı­xa­rıl­mış­dır.
ÖN SÖZ
XIX əs­rin əv­vəl­lə­rin­də mey­dana gə­lən və uzun müd­dət tək-tək, seyrək aksiyalar kimi tarixə dü­şən terror keçən əsr­də xüsu­silə də onun sonlarına doğru ağlasığm­az bir sü­rət­lə artaraq öz fəl­sə­fəsi, ideoloqiya­­sı, əxl­aqi də­yər­ləri, “əfs­anə­ləri”, “qəh­rə­m­an­ları”, tə­rəf­­darl­arı, ardı­cıl­­ları, dayaq­ları, tə­l­im gör­­müş dö­yü­şən dəs­­tə­ləri, silah-sursat cəb­hə­x­a­naları olan, müas­ir elmin, texnikanın imkanlarınd­an istifadə etmək­lə bü­tün düny­ada hamı­nın həya­tı, varlığı üçün real təh­­lükə təşk­il edən bü­tün düny­anı daimi gərg­in­likdə saxlayan müd­­hiş bir qüv­vəyə çevrilmişdir. Ter­ror ha­di­­sə­ləri nüma­yiş etdirdi ki, bu gün düny­anın heç bir yerində, hətt­a ən qüd­rətl­i iqtisa­diyyata, elmə, texnikaya malik olan öl­kə­­lər­də belə, insanların terror təh­lü­kəsi­ndən real təmn­atı yoxdur. Terror bu gün sö­zün həqi­qi məna­­sınd­a qlobal təh­lü­­kə­lər sıra­sına daxildir və tama­­milə təbi­i olaraq döv­­lət­lər öz təh­lü­­kəsi­zlik stra­tegiyasını hazır­­layar­kən onu nə­­zər­­də tutur, bə­zən­sə hət­ta təh­lü­­kə­s­izlik stra­tegiyasını büs­­bü­tün terror təhd­idi və ona qarşı sə­mə­rəli müba­rizə vəzi­fə­ləri üzəri­ndə qurur.



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə