Kafedra: " İctimai Elimlər" Fənn



Yüklə 0,66 Mb.
səhifə1/4
tarix31.12.2021
ölçüsü0,66 Mb.
#112799
  1   2   3   4
Nərmin MM
Xədicə MM

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN UNİVERSİTETİ


Sərbəst iş


Kafedra: “ İctimai Elimlər”

Fənn: Mülki Müdafiə

Mövzu: “Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin əsas üsulları”

İxtisas: Sosial iş

Kurs:1


Qrup: 212807A

Müəllim: Mahmudov Cabbar



Tələbə: Nərmin Əliyeva

Bakı-2021



PLAN


1. Giriş

-3

2. Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin əsas üsulları

-4-8

3. Nəticə

-9

4. Ədəbiyyat siyahısı

-10


Giriş

Fövqəladə hallar zamanı əhalinin mühafizəsi üçün verilən məlumatları bilmək çox vacibdir. Əhalinin mühafizəsi – tədbirlər sistemi olub dövlətin idarəetmə orqanları və bütün əhali tərəfindən aparılmalıdır. İnsanların zərər çəkməsinə yol verilməməsi və zərərçəkmişlərin sayının maksimal surətdə azaldılması əhalinin mühafizəsinin əsas məqsədlərindəndir. Əhalinin qorunması məqsədilə aşağıdakı tədbirlər görülməlidir:

- fövqəladə hallarda fəaliyyət və qorunma üsulları haqqında əhalinin ümumi maarifləndirilməsi;

- ətraf mühitdə obyektlərin kimyəvi, radioaktiv və bakterioloji çirklənməsinə laboratoriya nəzarəti və müşahidə olunması;

- təbii fəlakətlər, qəzalar, faciə və s. fövqəladə halların baş verməsi haqqında əhalinin vaxtında xəbərdar edilməsi;

- fərdi qorunma vasitələrinin tətbiqi;

- əhalinin qoruyucu tikililər və sığınacaqlara yerləşdirilməsi;

- əhalinin təhlükəli ərazilərdən köçürülməsi;

- fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması;

- xüsusi profilaktik, sanitar-gigiyenik tədbirlərin aparılması.

Əhalinin sadalanan bu qoruyucu tədbirlər haqqında məlumat almasına ehtiyac vardır.

Ölkə əhalisinin Fövqəladə hallarda mühafizəsinin əsas prinsip və üsulları

Fövqəladə hadisələr və təbii fəlakətlər əhali və xalq təsərrüfatı üçün təhlükə yaradır, insan tələfatına və böyük maddi itkilərə səbəb olur.


Ona görə də bu amillər, fövqəladə hadisələrin qabaqcadan proqnozlaşdırılmasını, profilaktik tədbirlərin hazırlanmasını, mülki müdafiənin təşkil olunmasını, əhalinin hazırlanması və müdafiə olunmasını, maddi sərvətlərin qorunmasının planlaşdırılmasını və təxirəsalınmaz digər tədbirlərin həyata keçirmək tələblərini qarşıya qoyur.
Azərbaycan Respublikası ərazisində mülki müdafiə tədbirlərinin həyata keçirilməsi və fövqəladə hadisələrdən əhalinin mühafizə edilməsi sahəsində əsas tədbirlər, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlir Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı ilə tənzimlənir.
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə