AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
“MÜLKİ MÜDAFİƏ” KAFEDRASI
“3606” “HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ”
fənninin
P R O Q R A M I
Azərbaycan Dövlət İqtisad Universitetinin
bakalavr pilləsində təhsil alan tələbələr üçün
BAKI - 2015
“Təsdiq edirəm”
Azərbaycan Dövlət İqtisad Universitetinin
Tədris və təlim texnologiyaları
üzrə prorektor
___________ prof.D.A.Bağırov
“____” iyun 2015-ci il
“MÜLKİ MÜDAFİƏ” KAFEDRASI
“3606” “HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ”
fənninin
P R O Q R A M I
Azərbaycan Dövlət İqtisad Universitetinin
bakalavr pilləsində təhsil alan tələbələr üçün
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 19.10. 2009-cu
il tarixli 1157 saylı əmri ilə təsdiq
olunmuşdur.
Proqram Azərbaycan Dövlət İqtisad Universitetinin “Mülki müdafiə” kafedrasının ümumi iclasda müzakirə olunmuşdur.
Protokol № 9 12 may 2015-ci il
Proqram “Mülki müdafiə” kafedrasının müdiri Elçin Əliyevin rəhbərliyi ilə tərtib olunmuşdur.
Tərtib edənlər:
Azərbaycan Dövlət İqtisad Universitetinin “Mülki müdafiə” kafedrasının əməkdaşları:
Dosent Y.İ.Ələkbərov;
Baş müəllim A.Z.Cahangirov;
Müəllimlər: V.İ.Məmmədov;
S.T.Məhərrəmova;
N.Ş.Lətifov.
R.Ş.Verdiyev
1. TEMATİK-METODİK GÖSTƏRİŞLƏR
Azərbaycan Respublikasının bəzi ali məktəblərində (texniki ali məktəblərində) həyat fəaliyyətinin təhlükəsizliyi ilə əlaqədar “Mülki müdafiə” fənni ayrı-ayrı tədris edildiyi üçün onların proqramı da müxtəlifdir, proqramlarda çoxlu təkrarlanmalara yol verilir. Humanitar və pedaqoji ali məktəblərdə isə insanların gündəlik fəaliyyətində (işdə, məişətdə və s.) qarşılaşdıqları adi təhlükə hallarından (səs-küydən, tozdan, cərəyandan, qazdan və sairə) mühafizə tədbirləri tədris edilmir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci tarixli 1182 saylı Fərmanına əsasən Fövqəladə Hallar Nazirliyinin yaradılması və həyat fəaliyyətinin təhlükəsizliyi ilə əlaqədar məsələlərin Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi, ali məktəblərdə “Həyat fəaliyyətinin təhlükəsizliyi” fənninin tədrisi məsələlərinə yenidən baxılması gündəmə gəlir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1998-ci il tarixli 193 saylı Qərarına görə:
- Dövlət və qeyri-dövlət təhsil müəssisələrində şagirdlərin, tələbələrin və dinləyicilərin “Həyat fəaliyyətinin təhlükəsizliyi” hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərəfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır.
-“Həyat fəaliyyətinin təhlükəsizliyi” - ali məktəblərdə əyani şöbənin bütün tələbələrinə öyrədilməsi üçün tədris planına xüsusi fənn kimi daxil edilir.
- Ali məktəblərin tələbələrinə “Həyat fəaliyyətinin təhlükəsizliyi” fənni qüvvədə olan proqrama müvafiq tədris edilir.
- Tələbələrə “Həyat fəaliyyətinin təhlükəsizliyi” öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır:
- Sülh və müharibə dövründəki fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək;
- Tibbi biliklərin əsasına yiyələnmək və fövqəladə hallarda da əməli olaraq ilkin tibbi yardım göstərməyi bacarmaq;
- Ümumtəhsil məktəblərinin 1, 5, 6 siniflərində “Mülki müdafiə” və “Tibbi-sanitariya hazırlığı” üzrə məşğələlər aparmağı bacarmaq.
“Həyat fəaliyyətinin təhlükəsizliyi” fənni imtahan verməklə qurtarır.
“Həyat fəaliyyətinin təhlükəsizliyi” fənnin öyrənilməsində tələbələr aşağıdakıları
bilməlidir:
-İnsan fəaliyyıtinin formalaşmasının əsas siniflərini (yüngül, ağır, fiziki və əqli
əmək).
-Bədbəxt hadisələrin qeydiyyatı tədqiqində dövlət və ictimai təşkilatlarının
rolunu.
-Təhlükə haqqında anlayış və tərifləri.
-Təhlükəni xarakterizə edən amilləri.
-Müəssisələrdə və yaşayış yerlərində insanlara təhlükə törədən neqativ amilləri.
-İstehsalat və məişət qəzaların səbəblərini.
-Bədbəxt hadisələrin qeydə alınmasını və tədqiqatını.
-İnsan-yaşayış və iş mühiti sistemində neqativ amilləri.
-Metroloji parametrlər, onlıarın müxtəlif iş şəraiti üçün sanitar normalarını.
-Metroloji parametrlərin insan orqanizminə təsiri və onlardan mühafizə
tədbirlərini.
-Komfort iş şəraiti üçün otaqların normal işıqlandırılmasının (təbii və süni) və
istiləşdirilməsinin rolunu və hesabatını.
-Elektrik avadanlıqlarında gərginliyin növlərini (alçaq və yüksək, sabit və
dəyişən) və onlardan xəsarət hallarını.
-Elektrik izolyasiya materialları və onların elektrik təhlükəsizliyində rolunu.
-Elektrik izolyasiyasının keyfiyyətinə nəzarət üsullarını.
-Torpaqlayıcı quruluşun növləri və onların quraşdırılması (kontur və çıxarılmış).
-Yüksək gərginlikli elektrik avadanlıqlarında yüksək gərginliyin alçaq gərginlikli
avadanlıqlara keçməməsi üçün təhlükəsizlik tədbirlərini.
-Elektrik avadanlıqların təhlükəsiz istismarında təlimatların və fərdi mühafizə
vasitələrinin rolu.
-Yanğın prosesi və onun yaranmasına tələb olunan amilləri.
-Müəssisələrin yanğın təhlükəliyinə görə siniflərini.
-Müəssisələrdə və məişət sahələrində yanğının yaranma səbəblərini.
-Yanğına səbəb olan əsas yanğın impulslarını.
-Partlayış prosesi və onun yaranmasının səbəblərini.
-Partlayış təhlükəli otaqlar və onların elektrik avadanlıqları.
-İldırım ötürən sistemlər və onların yanğın, partlayış təhlükəsizliyində rolunu.
Bacarmalıdır:
- ehtimal olunan fəlakət barədə əhalinin xəbərdar edilməsinin təşkili;
- əhalinin fövqəladə hallarda mübarizəyə və mühafizəyə hazırlanmasını;
- fövqəladə halların nəticələrinin aradan qaldırılması işlərinin ardıcıllığının təşkilini;
- zədələnmiş insanlara ilk tibbi yardım göstərilməsini;
- fövqəladə hallarda tibb xidmətinin təşkil edilməsini;
- istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını və aktın tərtib edilməsini;
- istehsalat sahələrində təlimatların aparılmasını;
- istehsalat sahələrində işçilər üçün təhlükə törədən amillərin aradan qaldırılması
tədbirlərinin həyata keçirilməsini;
- istehsalat qəzalarının və fəlakətlərin proqnozlaşdırılmasını.
- neqativ amillərin parametrlərinin siqnalizasiya edilməsi və ölçülməsi üçün
cihazlardan istifadəni.
-elektrik təhlükəsizliyində torpaqlama və sıfırlama mühafizə üsulları, onların tətbiqi
sahələri və hesabatlarıın aparılmasını.
-torpaq, tikinti və qaynaq işlərində yarana bilən təhlükələr və onların qarşısının alınma
tədbirləri.
-yanğının söndürülməsi üçün ilk yanğının söndürülmə vasitələrindən istifadə etməni.
Mövzu.1 İstehsalatda həyat fəaliyyətinin təhlükəsizliyi ümumi məsələləri.
İnsan fəaliyyıtinin formalaşmasının əsas sinifləri (yüngül, ağır, fiziki və əqli əmək). Təhlükə haqqında anlayış və təriflər. Təhlükəni xarakterizə edən amillər. Müəssisələrdə və yaşayış yerlərində insanlara təhlükə törədən neqativ amillər. Təhlükə hallarının toksonormalaşdırılması, sistemləşdirilməsi, kvalifikasiyası və identifikasiyası anlayışı.
Sənaye, inşaat, kənd təsərrufatı və başqa sahələrdə əmək fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsində qanunvericilik aktlar sisteminin, sosial-iqtisadi, idarəetmə, təşkilatı, texniki, gigiyena və profilaktika tədbirlərinin rolu. Müəssələrdə əmək mühafizəsinin təminində əmək mühafizəsi şöbəsinin, dövlət texniki nəzarət orqanının içtimai nəzarət komissiyasının əsas vəzifələri. İstehsalat və məişət qəzaları. Bədbəxt hadisələrin qeydə alınması və tədqiqatı. Qəza hallarının səbəblərinin öyrənilmə üsulları (monoqrafik, şəbəkə, ekspert, texniki və sairə). Müəssisələrdə xəsarət göstericiləri (tezlik, ağırlıq və itki əmsalları).
Mövzu.2 İnsan-yaşayış və iş mühiti sistemində neqativ amillər.
Metroloji parametrlər, onlıarın müxtəlif iş şəraiti üçün sanitar normaları. Metroloji parametrlərin insan orqanizminə təsiri və onlardan mühafizə tədbirləri. Müəssisələrin işçi otaqlarında və sahəsində səs-küyün, titrəyişlərin, zərərli maye, qaz və tozun, yüksək tezlikli maqnit sahəsinin, lazer şuasının və radiasiyanın (neqativ amillərin) yaranma səbəbləri, onların göstəriciləri, sanitar normaları və standartları. Neqativ amillərin insan orqanizminə təsiri və onlardan mühafizə üçün fərdi, kollektiv, texniki və təşkilatı tədbirlər. Neqativ amillərin parametrlərinin siqnalizasiya edilməsi və ölçülməsi üçün istifadə edilən cihazlar. Komfort iş şəraiti üçün otaqların normal işıqlandırılmasının (təbii və süni) və istiləşdirilməsinin rolu və hesabatı.
Mövzu 3 Təhlükəsizlik texnikası və həyat fəaliyyətinin təhlükəsizliyi.
Elektrik avadanlıqlarında gərginliyin növləri (alçaq və yüksək, sabit və dəyişən) və onlardan xəsarət halları. İnsanların elektrik müqaviməti və onun azaldılmasına təsir edən amillər, hiss etmə, gərginlikdən azad olma və ani ölüm gərəyanları. Adamın bir və iki fazada toxunma halı və onun hesabatı. Elektrik izolyasiya materialları və onların elektrik təhlükəsizliyində rolu. Elektrik izolyasiyasının keyfiyyətinə nəzarət üsulları. Elektrik təhlükəsizliyində torpaqlama və sıfırlama mühafizə üsulları, onların tətbiqi sahələri və hesabatları. Torpaqlayıcı quruluşun növləri və onların quraşdırılması (kontur və çıxarılmış). Yüksək gərginlikli elektrik avadanlıqlarında yüksək gərginliyin alçaq gərginlikli avadanlıqlara keçməməsi üçün təhlükəsizlik tədbirləri. Elektrik avadanlıqların təh lükəsiz istismarında təlimatların və fərdi mühafizə vasitələrinin rolu.
Texnoloji proseslərin, qurğu və aparatların, maşın və mexanizmlərin təhlükəsiz quraşdırılmasında, təmirində və idarə edilməsində təhlükəsizlik zonaların, təlimatların, reqlamentlərin, avtomatlaşdırma (avtomatik tənzimləmə, blakirovka, siqnalizasiya və s.) və mexanikləşdirmənin rolu. Torpaq, tikinti və qaynaq işlərində yarana bilən təhlükələr və onların qarşısının alınma tədbirləri.
Qurğu, cihaz və aparatların etibarlığının, möhkəmliyinin və dayanıqlığının təhlükəsizlikdə rolu. Çox böyük təhlükəli obyektlərin istismarında risk dərəcəsi və onun idarə edilməsi. Fərdi təhlükəsiz geyimlər, vasitələr və onların təhlükəsizlikdə rolu.
Mövzu 4 Yanğın, partlayış hadisələri və həyat fəaliyyətinin təhlükəsizliyi.
Yanğın prosesi və onun yaranmasına tələb olunan amillər. Yanan, çətin yanan və yanmayan maddələrin növləri. Alovlu və alovsuz yanma.
Müəssisələrin yanğın təhlükəliyinə görə sinifləri. Müəssisələrdə və məişət sahələrində yanğının yaranma səbəbləri. Yanğına səbəb olan əsas yanğın impulsları. Tikinti materialların və konstruksiyaların yanma xassəsi və oda davamlığı. Yanğın siqnalizasiya sistemləri, yanğının söndürülməsi üçün istifadə edilən maddələr, qurğular və avtomatik sistemlər. Yanğın təhlükəli otaqlar və onların elektrik avadanlıqları. Partlayış prosesi və onun yaranmasının səbəbləri. Aşağı və yuxarı partlayış həddi. Qapalı aparatlarda və açıq havada partlayış halları və orada yaranan zərbə dalğasının təzyiqi. Partlayıcı lövhələrin və qoruyucu klapanların partlayış təhlükəsizliyində rolu. Partlayış təhlükəli otaqlar və onların elektrik avadanlıqları. İldırım ötürən sistemlər və onların yanğın, partlayış təhlükəsizliyində rolu.
Mövzuların, mühazirə, məşğələ və seminar növləri üzrə
tədris saatların paylanması.
-
Sıra №-si
|
Mövzuların məzmunu
|
Saatların miqdarı
|
Mühazirə
|
laboratoriya
|
1.
|
Mövzu 1.1.İistehsalatda həyat fəaliyyətinin təhlükəsizliyi, ümumi məsələləri, əməyin mühafizəsi.
|
2
|
|
2.
|
Mövzu 1.2.Bədbəxt hadisələrin qeydiyyatı, tədqiqində ictimai və dövlət təşkilatlarının rolu.
|
2
|
|
3.
|
Mövzu 2.1.İstehsalat otaqlarının mikroiqlimi (sanitar normaları və standartları).
|
2
|
|
4.
|
İstehsalat otaqlarında tozlanma dərəcəsinin təyin edilməsi
|
|
2
|
5.
|
Mövzu 2.2.İstehsalatda və iş otaqlarında komfort şəraitin yaradılması.
|
2
|
|
6.
|
Müəssisə ərazisinə, istehsalat binalarına qoyulan tələblər.
|
|
2
|
7.
|
Mövzu 2.3.İstehsalatda iş yerlərinin işıqlandırılması və onların normaları.
|
2
|
|
8.
|
Təbbi və süni ventiyasiya sistemləri vasitəsi ilə havanın veriməsi və küləyin sürətinin hesablanması.
|
|
2
|
9
|
Mövzu 3.1.İstahsalatda elektrik cərəyanı və elektrik təhlükəsizliyi (sıfırlama, torpaqla birləşdirmə, ildırım ötürmə).
|
2
|
|
10.
|
Mövzu 3.2.Mexaniki titrəmələrin və səs- küyün insan orqanizminə təsiri.
|
2
|
|
11.
|
İstehsalatda səs- küyün tədqiqi.
|
|
2
|
12
|
Mövzu 3.3.Energetik qurğularının təhlükəsiz istismarında fərdi elektrik mühafizə vasitələrinin rolu.
|
2
|
|
13.
|
Mövzu 3.4.Elektrik cərəyanından fərdi mühafizə avadanlıqları(rezin əlcək və çəkmələr, xüsusi geyim vasitələri və .)
|
2
|
|
14
|
Elektrik təhlükəsizliyi ilə bağlı bəzi məsələlərin hesablanması.
|
|
2
|
15.
|
Mövzu 3.5.Elektromaqnit sahəsinin qısa xarakteristikası.
|
2
|
|
16
|
Elektromaqnit şüalanmanın tədqiqi.
|
|
2
|
17.
|
Mövzu 4.1.Yanğın prossesi və yaranma səbəbləri.
|
2
|
|
18.
|
Tez alovlanan və alışan mayelərin temperaturunun tədqiqi.
|
|
2
|
19.
|
Mövzu 4.2.Yanğın təhlükəsizliyinə görə obyektlərin kateqoriyaları.
|
2
|
|
20.
|
Mövzu 4.3.Tikinti materiallarının oaddavamlılığı, yanmaların xarakteristikası.
|
2
|
|
21.
|
Mövzu 4.4.Yanğınsöndürmə və yanğın siqnalizasiya sistemləri.
|
2
|
|
22.
|
Mövzu 4.5.Partlayış və onların növləri (açıq və məhdud şəraitdə).
|
2
|
|
23.
|
Kimyəvi və hava – mexaniki köpüyün keyfiyyətinin tədqiqi.
|
|
1
|
|
Cəmi:
|
30
|
15
|
Qeyd: Qiyabi şöbəsində 30%-ə qədər tədris saatları planlaşdırılır və mühazirə formasında tədris edilir.
Azərbaycan Dövlət İqtisad Universitetində “Həyat fəaliyyətinin təhlükəsizliyi”
fənni mövcud fakultələrin ixtisaslarına uyğun olaraq müstəqil xüsusi fənn kimi tədris
olunur.
“Həyat fəaliyyətinin təhlükəsizliyi”- Əmtəəşunaslıq, İnformatika, Texnologiya və dizayn fakultələrinin bəzi ixtisaslarında əyani və qiyabi şöbələrində tədris edilir.
“Həyat fəaliyyətinin təhlükəsizliyi” fənninin tədrisi forması mühazirə, məşğələ və laboratoriya işləri şəklində keçirilir. Mühazirələr ixtisas üzrə ayrı-ayrı qruplarda, məşğələlər və laboratoriya işləri isə qrup və ya yarımqruplarda (əgər qruplarda 20 nəfərdən çox olarsa) planlaşdırılır.
İstifadə olunan ədəbiyyatların siyahısı:
1.Nağıyev Ş.Ə. Avtomatlaşdırma ixtisasları üçün həyat fəaliyyətinin
təhlükəsizliyi / dərs vəsaiti. Bakı, 1992.
2. Tağızadə T.H. Meliorasiya təsərrüfatında əməyin mühafizəsi / dərslik. Bakı, 1990.
3. Tağızadə T.H. İnşaatda yanğın təhlükəsizliyi /istehsalat dərs vəsaiti. Bakı, 1987.
4. Ocaqov H.O. Mülki müdafiə /dərslik. Bakı, 2000.
5. Ocaqov H.O. Fövqəladə hallarda iqtisadiyyat obyektlərinin dayanıqlığı /
dərslik. Bakı, 2005.
6. Ocaqov H.O. Həyat fəaliyyətinin təhlükəsizliyi. Bakı, 2000.
7. Ocaqov H.O., Danyalov Ş.D. Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri
əsasları/dərs vəsaiti. Bakı, 2008.
8. АтаманюкВ.О., Шичшев А.К., Акимов Н.И. Гражданская оборона Учебник.
М.1989 г.
9. Бобов С.А., Юртушкин В.И. Чрезвычайные ситуации: защита населения и
территорий / учебное пособие. М. 2000г.
10.Локтионов Н.И., и др. Безопасность в чрезвычайных ситуациях / учебник М.
2000г.
11.Фадеев М.И. Защита населения и территорий в чрезвычайных ситуациях.
Калуга, 2001г.
Dostları ilə paylaş: |