“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində “Cəlilabad rayonunda çiyələyin müasir üsullarla istehsalı və emalı” Sub-layihəsi üçün Çiyələk İstehsal Edən Fermerlərə Məsləhət Xidməti Göstərmək Məqsədi ilə yerli aqronom üçün
Texniki Tapşırıq
-
Xülasə
Azərbaycan Hökuməti və Dünya Bankı Azərbaycanda “Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsini” (KTRQGL) icra edir. “Aqrobiznes dəyər zəncirində biznesin inkişafına dəstək” Layihənin komponentlərindən biridir. Layihənin ümumi məqsədi sanitar və fitosanitar xidmətlərin gücləndirilməsi sayəsində kənd təssərrüfatı məhsullarının bazarlara çıxışını, seçilmiş dəyər zəncirlərinin dəstəklənməsi və agrobizneslə məşğul olan müəssisələrə maliyyə xidmətlərinin göstərilməsini təmin etməkdir. Layihə bundan başqa agrobiznes, yəni qida emalı və istehsalına maliyyə dəstəyi göstərməklə texnologiyaların yaxşılaşdırılması sayəsində məhsuldarlığın artırılması, bitki mühafizəsi və baytarlıq xidmətlərinin təkmilləşdirilməsi və müasirləşdirilməsini təbliğ edəcək. Layihə həmçinin kənd təsərrüfatı məhsullarının marketinq zəncirində əsas məhdudiyyətlər və müdaxilələrə hədəflənmiş fəaliyyətləri icra etməklə bir sıra seçilmiş yüksək dəyər zəncirlərinin inkişafına yardım edəcək. Nəhayət, Layihə dövlət və özəl sektorda qida təhlükəsizliyini diqqət mərkəzində saxlayaraq rəqabət qabiliyyətinin inkişafı proqramını dəstəkləyəcək.
-
Ümumi məlumat
Kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş, son istehlakçıya gedib çatdırılmasınadək maraqlı olan qruplar bir araya gətirilərək maliyyələşdiriləcək. Dəyər zəncirlərinin yaradılmasını ifadə edən bu iş Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə icra etdikləri “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində görüləcək.
-
Məqsəd
Rəqabətə davamlı məhsul istehsalı və tədarükü üçün Azərbaycana məxsus müasir model yaratmaq və həmin modeli bütün ölkədə tətbiq etməkdir.
-
Məsləhətçi aqronomun vəzifələri
Dəyər zəncirlərinin yaradılmasını ifadə edən bu iş Kənd Təsərrüfatı Nazirliyi yanında “Kənd Təsərrüfatı Kreditləri və Qrantları” Dövlət Xidməti, Dünya Bankının , Xidmət Təminatçısının (GRİMM) və Layihə Rəhbərinin birbaşa nəzarəti həyata keçirəcək. Yerli məsləhətci layihədə iştirak edəcək və fermerlərin sahələri ilə tanış olacaq. Fermerlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün sahələrə baxış keçirəcək və hər bir fermerin ehtiyaclarına uyğun onlara məsləhət xidməti göstərəcək.Seçilmiş qabaqcıl fermer təsərrüfatlarında yeni texnologiyalar, qabaqcıl aqrotexniki qaydalar layihə iştirakçılarına nümayiş etdiriləcəkdir.
Məsləhəçi aqronom fermerlərlə aşaqdakı işləri birgə icra edəcək:
-
Torpaq analizinin götürülməsi;
-
Çiyələk şitillərinin əkməzdən əvvəl torpağın hazırlanması (becərmədən əvvəl torpağın pestisidlərlə işlənməsi);
-
İnnovativ becərmə texnologiyaları;
-
Yeni gübrələr - fertiqasiya (suda həll olunan və damcılı suvarma vasitəsilə tətbiq olunan) və yarpaq gübrələri və onların tətbiqi üsulları;
-
Zərərvericilərin inteqrir idarə edilməsi və xəstəliklərə nəzarət;
-
Yığım texnologiyaları;
-
Qida təhlükəsizliyinə əməl edilməsi.
-
Qabaqcıl becərəmə texnologiyaları barədə məlumatlar (avtomatik rütubətlilik və hərarətə nəzarət sistemləri);
-
Sahələrdə zərəvericilərin və xəsətliklərin idarə olunması
-
Beynəlxalq məsləhətçinin hazırladığı proqram və təlim materiallarına öz töhfəsini verəcək;
-
Təlimlərlə bağlı təqdimatların hazırlanmasında Layihə rəhbəri və Beynəlxalq Məsləhətçi ilə əməkdaşlıq etmək;
-
Monitorinq və qiymətləndirmə məqsədləri üçün tələb olunan məlumatları toplamaq;
-
KTRQGL-nin və Xidmət təminatçısının (GRİMM) tapşırıqı ilə fəaliyyətləri həyata keçirmək.
-
Tələb edilən ixtisas biliyi və bacarıqlar
Yerli aqronom ən azı aşağıdakı ixtisas göstəriciləri və bacarıqlara malik olmalıdır:
-
Kənd təsərrüfatı sahəsində ali təhsilə malik olmalıdır;
-
Çiyələyin becərilməsi üzrə biliklərə, çiyələk sortları haqqında geniş məlumatlara və 3 il iş təcrübəsinə malik olmalıdır;
-
Çiyələyin becərilməsi üzrə fərdi və fermer qruplarına məsləhət xidməti göstərmək
üzrə praktik təcrübəyə malik olmalıdır;
-
Müvafiq texnikaların və alətlərinin istifadəsi üzrə biliklərə malik olmalıdır;
-
Zərərverici və xəstəliklərə qarşı risklərin təhlili və nəzarət etmə, düzgün diaqnoz qoymaq bacarığı olmalıdır;
-
Torpaq analizlərinin təhlili, torpağın gübrəyə, mikroelementlərə olan təlabatını
müəyyən etmək bacarığı olmalıdır;
-
Suvarma suyuna olan təlabatı müəyyənləşdirmək və müasir suvarma
texnologiyalarının istifadə qaydalarını bilmək bacarığına malik olmalıdır.
-
Kompyuter bilik və bacarıqları olmalıdır.
-
Azərbaycan bilini bilməlidir.
-
Məsləhətçi aqronomun məsləhət xidmətləri
Yerli aqronom aşağıdakı sahələrdə fermerlərə məsləhət xidməti göstərəcəkdir:
-
Çiyələk sahələrində tələb olunan aqrotexniki becərmə işlərinə, əkindən qabaq torpağın pestisidlərlə dezinfeksiya olunaraq hazırlanmasına, məhsulun keyfiyyətinə nəzarət, zərərvericilərin diaqnostikası və onlara qarşı kompleks mübarizə tədbirlərinin görülməsi, sahənin şum altına veriləcək üzvü və mineral gübrələrin tələb olunan normaya uyğun verilməsi.
-
Yüksək keyfiyyətli çiyələyin istehsalı və Çiyələyin İntensivləşdirilməsi Sistemi (ÇİS) də daxil olmaqla becərmə üsulları; Cərgəarası alaq etmə və alaq otlarının idarə edilməsi texnikaları.
-
Əkin əməliyyatlarının vaxtında və düzgün aparılmasını, veqetasiya dövründə kimyavi mübarizə işlərinin profilaktik tədbiqini daima diqqət mərkəzində saxlamaq, hər bir fermer üçün kimyavi mübarizənin aparılma qrafikinin hazırlanması və onun icrasına nəzarət edilməsi.
-
Sahənin suvarılmasının təşkili və mövcud su mənbələrinin keyfiyyətini diqqət mərkəzində saxlamaq.
-
Becərmədə peşakar işçi güvvəsinin, becərmə və kimyavi mübarizənin aparılması üçün lazım olan traktor, texnika və avadanlığın tələb olunan vaxtda əldə edilib istifadə edilməsini təmin edib, yuxarıda adları qeyd edilən aqrotexniki qaydalara riayət edilməsinə məsuliyyət daşıyır.
-
Məhsulun qablaşdırılması üçün yığım vaxtını düzgün müəyyən edib itkisiz yığılıb təhvil verilməsini təmin etmək, kimyavi mübarizə üçün zəhərli maddələrdən istifadəni yığımdan qabaq dayandırılmasına nəzarət etmək.
-
Fermerlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün sahələrə baxışlar keçirəcək və hər bir fermerin ehtiyaclarına uyğun onlara məsləhət xidməti göstərəcək. Fermer təsərrüfatlarında yeni texnalogiyalar, qabaqcıl aqrotexniki qaydalar layihə iştirakçılarına nümayiş etdiriləcəkdir.
-
Bütün fəaliyyət aspektlərinə (işlərin icrası, benefisiarlarla qurulmuş əlaqələrin idarə edilməsi, istehsal vasitələrinin mənbəyinin müəyyən edilməsi), zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri proqramının əlaqələndirilməsinə, düyü istehsalı və emalı dəyər zəncirinin idarə edilməsi ilə bağlı məlumatların toplanmasına, o cümlədən, məhsulun qorunması ilə bağlı məsləhətlərin verilməsinə məsuliyyət daşıyır.
-
Məsləhətçi vaxtının çox hissəsini sahələrdə fermerlər ilə keçirəcəyi gözlənilir. Bu səbəbdən də, məsləhətçinin fermerlər ilə ünsiyyət qurma bacarığının olması vacibdir.
Fəaliyyətlərin icra ediləcəyi məkan: Mövcud şəraitə müvafiq olaraq layihənin icra edilməsini asanlaşdırmaq üçün Azərbaycan daxilində səfərlər etməklə əsas məkan Cəlilabad rayonu Göytəpə, Pribyu kəndləri olacaq.
Təyinatın müddəti: 2018-2019 illəri əhatə edir (20 ay ərzində 30 iş günü). Mələhətçi 2018-ci ilin oktyabr ayından fəaliyyətə başlayacaqdır.
-
Hesablaşma qaydaları
Məsləhətçiyə ödəniləcək xidmət haqqı danışıqlar yolu ilə müəyyən ediləcək və köçürmə vasitəsi ilə ödəniləcəkdir. Ezamiyyə xərcləri ödəniş məbləğinə daxildir.
Dostları ilə paylaş: |