Китабын мүәллифи: Мәһәммәд Мәһәммәди Иштиһариди


KƏRBƏLA MEYDANINDA ŞİR ÜRƏKLİ QOCA ANA



Yüklə 2,79 Mb.
səhifə19/33
tarix21.10.2017
ölçüsü2,79 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

KƏRBƏLA MEYDANINDA ŞİR ÜRƏKLİ QOCA ANA


Aşura günü Cunadə ibn Haris Ənsari meydana gedib şəhid olandan sonra, oğlu Əmr də döyüşə girdi və kafirlərdən bir dəstəsini öldürəndən sonra şəhid oldu. Ondan da sonra atası şəhid olmuş cavan bir oğlan meydana gedəndə anası ona dedi: “Meydana get və peyğəmbər övladının düşməniylə döyüşüb İmamı (ə) müdafiə et”.

O, meydana tərəf çapıb, gücü çatdığı qədər İmam Hüseynin (ə) hüzurunda döyüşdü. İmam (ə) buyurdu: “Atası təzə şəhid olmuş bu cavan oğlanın anası bəlkə onun meydana gəlməsinə razı olmazdı”.

Cavan dedi: “Məni anam meydana göndərib”.

Cavan ildırım kimi sıçrayıb meydana tələsdi və döyüşməyə başladı. Axırda şəhid oldu. Onun anası bu səhnəni görürdü. Düşmən o cavanın başını bədənindən ayırdı və anasına tərəf atdı. Ana bir xeymənin sütununu əlinə götürüb özü meydana getdi və belə bir rəcəz oxudu:

Ey mənim qəlbimin sevinci Hüseyn! Mən əldən düşmüş, üzülmüş zəif bir qarıyam”.

Sonra düşmənlərə xitab edib dedi: “Ey Allah düşmənləri! Fatimənin (ə) əziz övladlarına kömək etmək üçün sizi ağır zərbələrlə məhv edəcəm”.

Bu qadın düşmənlərdən ikisini öldürdükdən sonra İmam Hüseyn (ə) onu xeyməyə qaytardı və onun üçün dua etdi.111

Ey şəhidlərin ana-bacıları! Siz də belə olsanız, qiyamətin günü Fatimeyi-Zəhranın (s) və Zeynəbi-Kübranın (ə) hüzurunda üzüağ olarsınız. Allaha təvəkkül etməklə haqq müqabilində təslim olub deyin: “Bizim üçün Allahın istəyi xoşdur”.


KOR ATA VƏ DİLAVƏR QIZ


Əfifin oğlu Əbdullah İmam Əlinin (ə) xalis şiələrindən idi. İmam Əli (ə) birlikdə döyüşlərdə iştirak etmişdi və o Həzrətin (ə) ordusunun önündə gedənlərdəndi. Cəməl savaşında onun bir gözünə ox dəydi və o, gözünü itirdi. Siffeyn döyüşündə bir gözü ilə iştirak etdi. Ancaq bu döyüşdə onun həmin gözünə də ox dəydi və iki gözü də kor oldu. Ondan sonra savaşlarda iştirak etməkdən məhrum olmuşdu, ancaq qəlbi kor deyildi və o, fikri, dili ilə İmam Əlinin (ə) xidmətində olar, Onu və Əhli-beyti (ə) müdafiə edərdi. Kərbəla hadisəsi baş verəndə o, İmam Hüseynə (ə) və Həzrətin (ə) əzizlərinə edilən bütün zülmləri eşitməkdən çox əziyyət çəkirdi. Dua, qarğış, ağlamaq və fəryad etməklə zalımlara nifrətini bildirirdi. Bir gün Kufənin qaniçən valisi ibn Ziyad öz xam xəyalıyla qələbə bayramı münasibətilə məclis qurdu. Əbdullah həmişəki kimi məscidin bir kənarında oturmuşdu. Fürsət axtarırdı ki, öz fəryadlarıyla məclisi qarışdırsın. Birdən ibn Ziyadın söhbətə başladığını eşitdi. O deyirdi: «Şükr olsun Allaha ki, yalançı oğlu yalançını, Hüseyni (ə) öldürdü».

Məclisdəkilər məscidin küncündən ildırım kimi gurultulu fəryadın qalxdığını eşitdilər: “Ey haramzadə! Yalançı sən, sənin atan, səni və atanı camaatın boynuna mindirəndir! Ey pozğun qadının oğlu! Peyğəmbərin (s) pak və təmiz övladlarını öldürürsünüz, sonra pak müsəlman kimi danışırsınız”.

Onunla ibn Ziyad arasında mübahisə davam etdi. Axırda ibn Ziyad onun tutulmasının əmrini verdi və qışqırdı: “Onu qaçmağa qoymayın”.

Amma Əzud tayfası onu müdafiə etdi. Məclis bir-birinə dəydi. Əbdullahı evə apardılar. Camaat dağılışandan sonra Əbdullahın dilavər qızı atasına dedi: “Belə görürəm ki, ibn Ziyadın cəlladları bizim evimizə gələcəklər”.

Əbdullah qızına dedi: “Qızım qorxma. Qılıncımı ver və düşmən qapını döyəndə mənə yol göstər”.

Cəlladlar daxil oldular. Əbdullah qızının köməyi və yol göstərməsi ilə qılıncla onlara hücum etdi. Bu şir ürəkli qız Səfiyyə fəryad çəkib qışqırdı: “Ey kaş mən də kişi olaydım və səndən qabağa düşüb bu zalımlarla döyüşəydim”.

Hər tərəfdən Əbdullaha hücum etdilər. Səfiyyə atasını hücum edilən tərəfdən xəbərdar etdi. Şücaətlik fəryadı çəkən Əbdullah döyüşürdü. Axırda cəlladlar Əbdullahı mühasirəyə alıb ibn Ziyadın yanına apardılar. O da söhbətdən sonra, Əbdullahın edam əmrini verdi. Onun başını kəsib bədənini asdılar. O şəhid olandan sonra Səfiyyə heç vaxt zülm qarşısında təslim olmadı. Qızı tutub zindana salsalar da, o, zindanda axıra kimi müqavimət göstərdi. Süleyman ibn Surədlə Yezidin ölüm xəbərindən sonra məhbuslarla birlikdə qiyam qaldıran zaman zindandan çıxdılar və əməvi hakimiyyətinə qarşı hərəkatı e`lan etdilər.112

Kor Əbdullahın və dilavər qızının qiyamı zahirdə məğlub oldu, ancaq onların hərəkatı, digər qiyamçıların hərəkatı ilə birlikdə Muxtarın qiyamının bünövrəsini qoydu və onların pak qanlarından lalə çiçəkləri yetişib, qaniçən ibn Ziyadın qüdrətini məhv etdi.


BİR KƏNİZİN HAQQ SÖZÜ XƏLİFƏNİ QƏFLƏTDƏN OYATDI


Yeziddən sonra “İkinci Müaviyə” xilafət kürsüsünə əyləşdi. Onun xilafəti qırx gün davam etdi. O yatanda, gözəl kənizlərindən birini baş tərəfində, digərini isə ayaq tərəfində oturdardı ki, təhlükədən amanda qalsın. Bir gecə kənizlərindən biri xəlifəni yatmış güman edib o biri kənizə dedi: “Xəlifə məni çox sevir, gündə məni üç dəfə görməsə, sakit olmaz”.

O biri kəniz dedi: “Mürdəşir səni və xəlifəni aparsın. Sizin hər ikinizin yeri cəhənnəmdir”.

(Xəlifə oyaq idi. Ancaq özünü yuxuluğa vurmuşdu və istəyirdi görsün ki, onların sözü hara çatacaq). Başının üstündəki kəniz dedi: “Niyə görə xəlifə cəhənnəm əhlidir?”

Ayaq tərəfində olan kəniz dedi: “Ona görə ki, həm atası Yezid, həm də babası Müaviyə rəhbərlik məqamın qəsb etmişdilər, özü də onların yerində oturub rəhbərliyə layiq şəxsin (İmam Səccadın (ə)) yerini qəsb edib”.

Xəlifə bu sözü eşidəndə fikirə getdi. Başa düşdü ki, kəniz düz deyir və haqq sözü danışır. Yataqdan qalxanda onların sözünü eşitdiyini bildirmədi. Sabahı günü e`lan etdi ki, camaatın hamısı təzə xəbər eşitmək üçün məscidə gəlsinlər. İkinci Müaviyə qərara gəlmişdi ki, xilafət mənsəbindən əl çəksin. Camaat məscidə toplaşdı. O minbərə qalxdı və həmd-sənadan sonra dedi: “Ey camaat! Həqiqət budur ki, mən xilafətə layiq deyiləm. Peyğəmbərin (s) həqiqi canişini Həzrət Əli ibn Hüseyn (ə) İmam Səccaddır. Atam və babam xilafəti qəsb etdiyi kimi bu müddət ərzində mən də onun haqqını qəsb etmişəm”.

Sonra minbərdən aşağı enib evinə getdi və qapını bağladı. Anası çox narahat oldu və ona dedi: “Kaş səni doğmayaydım!”

O cavabında dedi: “Kaş belə olaydım (yə`ni sən dediyin kimi), atamın ar və alçaldıcı adı mənim üstümdə olmayaydı”.113

Beləliklə, bir qadının haqq sözünü deməsi xəlifəni qəflət yuxusundan oyatdı və dəyişdirdi.




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə