Lamiə Nizami qızı Nağıyeva Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru



Yüklə 20,46 Kb.
səhifə1/2
tarix11.01.2023
ölçüsü20,46 Kb.
#122153
  1   2
meqale 2018 ,2 GDU


Risk qrupu uşaqlarda şəxsiyyətin formalaşmasına əks təsir edən neqativ demoqrafik amillər
Lamiə Nizami qızı Nağıyeva
Ümumi pedaqogika kafedrasının baş müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru


Açar sözlər: Şəxsiyyətin inkişafı, demoqrafik amillər, natamam ailə, ölüm, boşanma.
Ключевые слова: Развитие личности, демографические факторы, неполная семья, смерть, развод.
Key words: Personality development, demographic factors, incomplete family, death, divorce.

Şəxsiyyətin inkişafı prosesinin başlıca istiqamətlərindən biri onun münasi­bət­lər sisteminin təşəkkülü ilə bağlıdır. Hər bir adamda öz həyati prosesində formalaşan mürəkkəb münasibətlər sistemini çoxölçülü “subyektiv məkan” kimi təsvir etmək olar. Bu ölçülərdən hər biri insanın (əməyə, mülkiyyətə, başqa adamlara, siyasi hadisələrə və s.) subyektiv-şəxsi münasibətlərinə uyğun gəlir (1). Onları E.Erikson “mühüm münasibətlərin radiusu” adlandırırdı. Psixoloji tədqiqat-lar göstərir ki, şəxsiyyətin “subyektiv məkanı” onun özünün obyektiv surətdə daxil olduğu ictimai münasibətlər “məkanına” heç də həmişə uyğun gəlmir (2. 328). Ontogenetik inkişaf prosesində şəxsiyyətin formalaşan münasibətləri, bir tərəfdən, intellektuallaşır, digər tərəfdən onlar özlərinin emosionallığı ilə seçilirlər. Münasi­bət­lərin fəallıq dərəcəsi də məhz bu iki amillə bilavasitə bağlıdır (3. 332-334). Təsadüfü deyildir ki, fəlsəfi-psixoloji ədəbiyyatda şəxsiyyətin strukturu araşdırı­larkən münasibətlər sisteminin təhlilinə xüsusi diqqət yetirilir.


Məktəbli yaşı dövründə şagirdlərin bir şəxsiyyət kimi formalaşması və inkişafı prosesini də, hər şeydən əvvəl, onların münasibətlər sisteminin xüsusiyyətlərinə əsasən xarakterizə etmək lazımdır. Metodoloji cəhətdən bu ən düzgün yoldur.
Məktəblilərin münasibətlər sistemi müxtəlif istiqamətlərdə formalaşır. Onlar, görünür ierarxik xarakter daşıyır. Hər bir yaş dövrünün müqayəsilə təhlil etsək, asanlıqla müəyyən edə bilərik ki, orta və azyaşlı ailələr çoxuşaqlı ailələrdən bu baxımdan fərqlənir. Görünür, natamam ailənin (V tip) tərbiyə imkanları uşaqların sayından bilavasitə asılıdır. Çoxuşaqlı natamam ailələrdə tərbiyə baxımından ciddi çətinliklər meydana çıxır.
Beləliklə, aydın olur ki, demoqrafik proseslərin pedaqoji nəticələrini təhlil etmək üçün onları, ilk növbədə, ailənin demoqrafik tiplərini təhlil etmək üçün onları, ilk növbədə, ailəni demoqrafik tipləri baxımından nəzərdən keçirmək lazımdır. Ailədə baş verən bütün köklü dəyişikliklər müəyyən tipoloji təhlil çərçi­və­sində daha aydın müəyyən edilə bilər. Lakin məsələyə sistemli şəkildə yanaşmaq üçün təkcə tipoloji təhlillə kifayətlənmək olmaz.
Bu məsələləri tərbiyə nəzəriyyəsi baxımından ətraflı aydınlaşdırmaq üçün evrestik mənası olan bir cəhəti ayrıca qeyd etmək zəruridir. Ailənin pedaqoji xarakteristikaları onun tipi ilə şərtlənsə də, onlar hər bir ailənin bənzərsiz həyat fəaliyyətinin özünəməxsus xüsusiyyətlərindən asılı olaraq variativ xarakter daşıyır.
Yuxarıda qeyd etdiyimiz kimi, psixologiya və pedaqogikada ailənin pedaqoji xarakteristikalarının bilavasitə onun tipi ilə şərtlənməsi sistemli şəkildə, maraqlı materiallar əsasında öyrənilmişdir (Ə.Ə.Əlizadə, Ə.S.Bayramov, R.İ.Əliyev, M.Ə.Həmzəyev, N.M.Kazımov, Ə.Ə.Ağayev, A.N.Abbasov, F.A.Rüstəmov, F.B. Sa­dı­qov, rus pedaqoq və psixoloqlarından A.D.Alferov, A.A.Qusev, R.M.Kap­ralova, L.K.Polipenko, V.İ.Selivanov və b.) (2.15). Lakin bu tipoloji xüsusiyyətlərin variativ xarakter daşıması mahiyyət etibarilə hələ ətraflı araşdırılması üçün xüsusi əhəmiyyətə malikdir. Məhz ailənin tipoloji-variativ xarakteristikalarının sistemli tədqiqi tərbiyə işində özünü göstərən formalizim hallarını, ilk növbədə, onları şərtləndirən birtərəfli mücərrəd nəzəri ehkamları aradan qaldırmaq, tərbiyə nəzə­riyyəsini praktikaya tətbiq etmək üçün əlverişli zəmin yaratmağa imkan verərdi. Hər bir müəllim, xüsusilə, sinif rəhbəri ailə tərbiyəsinin xüsusiyyətlərini tipoloji-variativ baxımdan təhlil etməyi, şagirdin bir şəxsiyyət kimi formalaş-masında demoqrafik amillərin rolunu elmi-nəzəri səviyyədə aydınlaşdırmağı öyrənməlidir. Tərbiyə işini ancaq bu şəraitdə səmərəli təşkil etmək mümkündür.
Bizim fikrimizcə, ailənin hər bir tipini variativ aspektdə nəzərdən keçirmək və onun tərbiyə imkanlarını variantlar üzrə araştırmaq müasir pedaqogikanın aktual məsələləri sırasında xüsusi yer tutmalıdır. Bu məsələni natamam ailə (V tip) timsa-lında aydınlaşdıraq.
Azərbaycan pedaqogikasında bu aktual problemə hələ də kifayət qədər əhəmiyyət verilməsədə, son zamanlar natamam ailələrin tipoloji-variativ xüsusiy-yətləri psixoloji və pedoqoji cəhətdən diqqəti daha çox cəlb edir. Biz tədqiq etdiyimiz natamam ailələr seçimində aşağıdaki variantları müəyyən etmişik:
Ölüm nəticəsində əmələ gəlmiş natamam ailələr:
-Ata vəfat etmişdir, ana işləyir. Uşaqlar faktik olaraq valideyn nəzarəti olmadan böyüyürlər.
-Ata vəfat etmişdir, ana işləyir. Uşaqlar bilavasitə nənə tərəfindən tərbiyə olunurlar.
-Ata vəfat etmişdir, ana uşaqları şəhərə, ata nənələrinin himayəsində qoyub, rayona, öz valideynlərinin yanına getmişdir. Nənə fiziki cəhətdən tamamilə əldən düşmüş, yetim uşaqları tərbiyə etmək iqtidarında deyil.
-Ana vəfat etmişdir, ata rəsmən evlənməmişdir, lakin işdə tanış olduğu bir qadınla yaxınlıq edir. Uşaqlar bunu bilirlər.
-Ana vəfat etmişdir. Ata işləyir. Uşaqlar əslində valideyn nəzarəti olmadan böyüyürlər.
-Ata vəfat etmişdir, ana isə uzun müddətdir ağır xəstədir. Uşaqlar təbii olaraq ana qayğısından məhrum olmuşlar. Bütün çətinlik VIII sinifdə oxuyan böyük qızın üzərinə düşmüşdür. O, səhərdən axşama qədər ev işləri ilə məşğul olur.
-Ata vəfat etmişdir. Ana işləyir. Nənə uşaqların tərbiyəsi işində yaxından iştirak edir.
-Ana vəfat etmişdir. Ata işləyir. Öz işinin xüsusiyyətlərinə görə tez-tez respudlikadan kənar yerlərə, ezamiyyətə gedir. Uşaqlar əslində valideyn nəzarəti olmadan böyüyürlər.
Boşanma nəticəsində əmələ gəlmiş natamam ailələr:
-Ata ilə ana rəsmi şəkildə boşansa da, bir mənzildə yaşayırlar. Ailədə münaqişələr hələ də davam edir.
-Ata boşanan kimi evlənmiş və təzə arvadının mənzilinə köçmüşdür. Uşaqlar ana ilə yaşayırlar. Ana işləyir. Uşaqlar valideyn nəzarəti olmadan böyüyürlər.
-Yeganə oğul ananın himayəsində böyüsə də, artıq ana ilə hesablaşmır, atasının sözü ilə oturub durur. Gününü çox vaxt atası ilə birlikdə keçirir.
-Uşaqlar ana ilə yaşayırlar. O, uzun müddətdir ki, xəstədir. Boşanmış ata isə uşaqların tərbiyəsi ilə qəti maraqlanmır.
-Ata ailədən getmişdir. Uşaqlar ana ilə yaşayırlar, o isə öz işinin xüsusiy-yətindən asılı olaraq tez-tez ezamiyyətdə olur. Uşaqlar bütün günü valideyn nəzarəti olmadan böyüyürlər.
-Ana boşanmış və ərə getmişdir. Uşaqlar atanın himayəsində qalmışlar. O isə sərxoşluq edir. Uşaqların tərbiyəsi ilə maraqlanmır.
Tədqiq olunmuş ailələr içərisində bilavasitə natamam ailə zəminində əmələ gə­lən, lakin müəyyən xüsusiyyətlərlə seçilən aşagıdakıvariantlara da təsadüf olunur:
-Hər iki valideyn (həm ata, həm də ana) boşanmadan sonra yeni ailə qurmuşlar. Onlar ayrı yaşayırlar. Uşaqlar isə ana nənələrinin himayəsində böyüyürlər.
-Ata vəfat etmişdir, ana ərə getmişdir. Uşaqlar ögey atanın himayəsində yaşayırlar. Uşaqların onunla münasibətləri isə münaqişəli xarakter daşıyır.
-Ana vəfat etmişdir. Ata iki uşağı olan qadınla evlənib, onun evinə köçmüşdür. Öz doğma uşaqları isə ayrı yaşayırlar.
-Ana vəfat etmişdir. Ata evlənmişdir. Uşaqlar ögey ana ilə birlikdə yaşayır­lar. Uşaqlarla onun arasında münasibətlər isə münaqişəli xarakter daşıyır.
-Nənə öz qızının və oğlunun uşaqları ilə birgə yaşayır. Bu da özünəməxsus ailə tipidir. Onun bəzi xüsusiyyətləri demoqrafiyada təsvir olunsa da, tipoloji istiqamətdə hələ ətraflı təhlil edilməmişdir. Pedaqoji baxımdan bu tipli ailə diqqəti son zamanlar daha çox cəlb edir. Əvvəla, Azərbaycan mədəniyyəti etnopedaqogi­kasında uşaqların tərbiyəsində nənələrin və babaların roluna xüsusi yer verilir. Nuklear ailə şəraitində onlar çox vaxt evlərinin nənəlik vəzifəsini “ürəkləri istəyən kimi” yerinə yetirə bilməsələr də, xüsusi hallarda ana və ya ata himayəsindən məhrum olmuş nəvələrinə mərdliklə həyan olurlar (2). Bu, özlüyündə son dərəcə maraqlı haldır. Lakin bir cəhət aydındır: müvafiq ailə tipi özünün sosial inkişaf şəraitinə görə digər ailə tiplərindən seçilir.
Ədəbiyyat
1. Əlizadə H.Ə. Tərbiyənin demoqrafik problemləri. Bakı, Maarif, 1983, 231 s.
2. Əlizadə H.Ə. Tərbiyənin demoqrafik problemləri. Doktorluq diss., Bakı, 1996.
3. Əlizadə H.Ə. Sosial pedaqogikanın aktual məsələləri. Bakı, Səda, 1998, 342 s.

Yüklə 20,46 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin