AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda Paşayeva Xanım Camal qızı “Lokal şəbəkələrdə təhlükəsizli sisteminin işlənilməsi” mövzusunda
MAGİSTR DİSSERTASİYASI İxtisasın şifri və adı: 060632 “İnformasiya texnologiyaları və sistem mühəndisliyi” İxtisaslaşma: “İnformasiya mühafizəsi və təhlükəsizliyi”
REFERAT Dissertasiya işinin aktuallığı. Lokal kompüter şəbəkələri ilk zamanlar universitet tədqiqatçıları və korporasiyaların əməkdaşları arasında elektron poçt mübadiləsi, eləcə də printerin birgə istifadəsi üçün istifadə edilmişdir. Əlbəttə, bu halda təhlükəsizlik məsələsi elə də çox diqqət çəkmirdi. Lokal kompüter şəbəkələrinin təhlükəsizliyi yanaşmasını dörd kəsişən sahəyə bölmək olar: Məxfilik, autentifikasiya, ciddi uyğunluq və tamlıq. İkili xətt üzrə ötürülən paketlər xətt üzrə ötürülmə zamanı verilənlərin ötürülmə səviyyəsində kodlaşdırıla bilər və qəbul zamanı əks kodlaşdırmaya məruz qala bilər. Bu hadisənin bütün hissələri yalnız məlumat ötürülməsi səviyyəsində məlum ola bilər. Bu halda, hətta daha yüksək səviyyədə onların arasında nə baş verdiyini bilinmir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, dissertasiya mövzusu müasir informasiya cəmiyyətində aktuallığı ilə seçilən, lokal kompüter şəbəkələrində təhlükəsizliyin tədqiqinə həsr olunub.
Problemin qoyuluşu və öyrənilmə səviyyəsi.Qeyd etmək lazımdır ki, LKŞ-nin təhlükəsizliyi, öz növbəsində, İKT-nin, eləcə də internet-servislərin inkişafında çox mühüm rol oynayır. LKŞ-nin təhlükəsizliyinin təmin edilməsi və mühüm informasiya infrastrukturunun qorunması istənilən müəssisənin, o cümlədən ölkənin təhlükəsizliyinin müdafiəsi üçün əhəmiyyət daşıyır. İnternetin təhlükəsiz olması yeni xidmətlərin, proqram təminatlarının yaradılmasını və inkişafını asanlaşdırır. Lokal kompüter şəbəkələrində maksimum səviyyədə təhlükəsizliyi təmin etmək üçün ən vacib nöqtələrdən biri, təhlükəsizlik tendensiyalarının müəyyənləşdirilməsi prosesidir.
Təhlillər göstərir ki, bu gün LKŞ-nin təhlükəsizliyinin əsas tendensiyası hücumların şəbəkə infrastrukturunun və ya qovşaqların pozulmasına deyil, məlumat əldə edilməsinə yönəldilməsidir (korporativ, şəxsi və s.kimi məlumatlar). Gizlilik hücumları və məlumatların oğurlanması əsas təhlükəsizlik tendensiyalarından biridir. Bu gün insanlar və təşkilatlar əhəmiyyətli məlumatlarını internetdə saxlamağa başladılar və buna görə təhlükəsizlik tələbləri dəyişir. Təhlükəsizliyə əsas yanaşma sistemin təhlükəsizliyi ilə yanaşı, məlumatların (məlumatların) təhlükəsizliyini təmin etməkdir.