Mətanət Musayeva
Hidroloq
Mövcud hidrometeoroloji məlumat toplularının ilkin təhlillərinin nəticələrini təfərrüatlı şəkildə əks etdirən texniki hesabat.
Hal-hazırda tədqiq olunan ərazidə 7 hidrometeoroloji stansiya müxtəlif məqsədli 13 məntəqədə (onlardan 7-si hidroloji, 6-sı hidrometeoroloji) müşahidələr aparılır.
Baxılan ərazi üçün hidrometeoroloji məlumatların kompleks şəkildə illiklərdə və çoxilliklərdə toplanması müntəzəm olaraq 1961-ci ildən başlamışdır. Əvvəlki dövrlərdə olan məlumatlar hazırkı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arxivində çöl kitabçaları şəklində saxlanılır. 1961-1990-cı ilə qədərki dövrdə hidrometeoroloji məlumatlar illiklər və çoxilliklərdə çap edilmişdir. Bu məlumatlar Azərbaycanda təhlil edildikdən sonra əvvəlki Sovetlər birliyində ümumi mərkəz hesab edilən Obninskə yenidən yoxlanılaraq çap etmək üçün göndərilirdi. Bu dövrdə hazırlanan meteoroloji illiklərdə baxılan ərazi üçün 7 meteoroloji (Əlibəy, Şəki, Oğuz, Zaqatala, Qəbələ, İsmayıllı, Qaxmuqal ) stansiyanın məlumatları (havanın temperaturu və rütubətliyi, atmosfer təzyiqi, torpağın temperaturu, yağıntı, qar örtüyü üzərində müşahidələr, buludluluq üzərində müşahidələr) verilmişdir. Lakin 1961-1970-ci illər ərzində bu məlumatların ongünlük və aylıq qiymətləri göstərilmişdir. Hidroloji illiklərdə isə baxılan ərazidə hazırda fəaliyyətdə olan 15 məntəqənin gündəlik su sərfləri verilmiş, suyun temperaturu, bulanıqlıq və asılı gətirmələr sərfi haqqında isə ongünlük və aylıq məlumatlar çap olunmuşdur. Gündəlik səviyyə isə Əlicançay-Qayabaşı, Qanıx-Əyriçay və Əyriçay-Mənsəb məntəqələrində hazırkı dövrə qədər ölçülür. Son hidroloji çoxillik toplusu 1980-cı ilə qədərki məlumatları əhatə etməklə çap edilmişdir. Çoxillikdə hazırda fəaliyyətdə olan məntəqələrin 11-nin aylar üzrə orta çoxillik su sərfləri və xarakterik sərflər, Dəmiraparançay- Qəbələ, Axoxçay- Xanagah, Girdimançay-Qaranohur məntəqəsində yaz gursululuğu haqqında və Axoxçay- Xanagah, Girdimançay- Qaranohur, Əlicançay- Qayabaşı məntəqələri üçün yağış daşqınına görə axım, 11 məntəqə üçün minimal su sərfləri, suyun temperaturu, gətirmələr və onların qranulometrik tərkibi haqqında məlumatlar verilmişdir. Lakin 1990-cı ildən sonra təəssüf ki, belə hidroloji çoxilliklərin buraxılması işi aparılmır. Ancaq hazırda 2000-ci ilə qədər olan illiklər hazırlanmışdır. 1995-ci ildən indiyə qədər bulanıqlıq, asılı və dib gətirmələrinin qranulometrik tərkibi haqqındakı işlər maliyyə çətinliyi ilə bağlı aparılmır. Asılı və dib gətirmələri sərfi Alazan- Əyriçayda, Balakənçay- Balakən, Kürmükçay- İlisu, Əyriçay– Başdaşağıl, Əyriçay- Mənsəb, Çuxadurmaz- Mənsəbə yaxın, Damarçik- Mənsəbə yaxın, Qaynar- Mənsəbə yaxın məntəqələrində 2009-cu ilə qədər aparılırdı. Lakin maliyyə çətinliyi ilə bağlı həmin ildən nəinki cənub yamacda hətta, bütün respublika çaylarında bulanıqlıq və asılı və dib gətirmələri sərfinin ölçülməsi işləri dayandırılmışdır. 2000-ci ildən sonrakı məlumatlar toplular şəklində çıxarılmamış, hidrologiya şöbəsində kompüterdə saxlanılır. Bəzi məntəqələrdə son illərdə bir neçə il fasilələr olmuşdur. Yalnız 2 hidroloji məntəqənin 2012-2013-cü illərdə yerinin dəyişdirilməsi işlərinə başlanıb. Əlicançay-Qayabaşı məntəqəsi çayın üzərində su tutar tikildiyi üçün, məntəqə əvvəlki yerindən 3 km yuxarı köçürülür. Balakənçay-Balakən məntəqəsi olan yerdə isə su elektrik stansiyasının tikilməsi ilə əlaqədar olaraq məntəqə dağıntıya məruz qaldığı üçün 2 km yuxarıya köçürülür. 1991-ci ildən sonra heç bir meteoroloji illik buraxılmamış, bütün məlumatlar Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji mərkəzin kompüter şöbəsində arxivləşdirilir. Onlardan istifadə etmək hətta Departamentin öz işçilərinə də çətinlik yaradır.
Cənub yamacda olan hidrometeoroloji məntəqələrin fəaliyyətə başladığı və bəzi hidroloji məntəqələrin bağlandığı illər aşağıdakı cədvəllərdə göstərilmişdir (Cədvəl 1, 2).
Cədvəl 1
Böyük Qafqazın cənub yamacında olan meteoroloji stansiyalar haqqında məlumat
№
|
Stansiyalar
|
Müşahidə dövrü
|
Mütləq
yüksəklik,m
|
1
|
Əlibəy
|
1931, 1935
|
1747
|
2
|
Şəki
|
1872, 1890-1898, 1901,
1903, 1913, 1918, 1925
|
637
|
3
|
Oğuz
|
1928, 1951
|
582
|
4
|
Zaqatala
|
1872
|
487
|
5
|
Qəbələ
|
1915, 1927
|
679
|
6
|
Qaxmuqal
|
1927, 1957
|
1700
|
7
|
İsmayıllı
|
1881, 1994
|
549
|
Cədvəl 2
Böyük Qafqazın cənub yamacı çaylarındakı hidroloji müşahidə məntəqələri haqqında məlumat
№
|
Çay məntəqə
|
Müşahidə dövrü
|
status
|
Hövzənin sahəsi, F, km2
|
Hövzənin
hündürlüyü,
H, m
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
1
|
Alazan(Qanıx) Əyriçayın tökül-düyü yerdən 1.7 km aşağı
|
13.04.36, 30/6. 1939 (01.01.50)
|
1
|
11600
|
158.61
|
2
|
Balakənçay-Balakən
|
02.11.60
|
1
|
146
|
97
|
3
|
Talaçay-Zaqatala
|
07.08.46
|
1
|
136
|
97
|
4
|
Kürmükçay-Sarıbaş
|
24.08.59, 68, 82
|
2
|
67.5
|
92
|
5
|
Kürmükçay-İlisu
|
01.10.34
|
1
|
166
|
1150.10
|
6
|
Bulanıxsu-Sarıbaş
|
24.08.59
|
2
|
20.5
|
---------
|
7
|
Kunaxaysu-Sarıbaş
|
24.08.59
|
2
|
21
|
---------
|
8
|
Hamamçay-İlisu
|
09.05.59
|
2
|
62
|
---------
|
9
|
Əyriçay-Başdaşağıl
|
03.01.48
|
1
|
92.0
|
1151.76
|
10
|
Əyriçay-Mənsəb
|
22.10.61
|
1
|
1810
|
155.0
|
11
|
Çuxadurmaz -Mənsəbə yaxın
|
01.01.41
|
1
|
35
|
1070.20
|
12
|
Damarçik-Mənsəbə yaxın
|
01.01.41 (10.01.47)
|
1
|
35
|
1147.10
|
13
|
Qaynar-Mənsəbə yaxın
|
01.01.41 (14.04.47)
|
1
|
18
|
1086.20
|
14
|
Əlicançay-Qayabaşı
|
26.06.34 (01.10.58)
|
1
|
483
|
253.0
|
15
|
Tikanlıçay-Tikanlı
|
22.11.72
|
1
|
120
|
2380
|
16
|
Türyançay-suqovşağı
|
21.10.66 (16.04.77)
|
1
|
1440
|
80
|
17
|
Dəmiraparançay-Qəbələ
|
21.03.46
|
1
|
126
|
2430
|
18
|
Axoxçay-Xanagah
|
29.08.51
|
1
|
66.4
|
1660
|
19
|
Girdimançay-Qaranohur
|
01.12.65
|
1
|
352
|
352.50
|
20
|
Qaraçay-Qəbələ
|
24.03.46
|
1
|
789
|
352
|
21
|
Ağçay (Qalaçay, Filfiliçay)-Filfili
|
1947-64
|
2
|
96
|
2320
|
22
|
Laza-Laza
|
1961-67
|
2
|
4.03
|
-------
|
23
|
Bumçay-Bum
|
9/1.1932, (27/3.1947)
|
2
|
96
|
2240
|
24
|
Əlicançay-Xanabad
|
1936-1958
|
2
|
740
|
1160
|
25
|
Əlicançay-Xalxal (Başxalxal)
|
1948- 1957
|
2
|
66.7
|
1920
|
26
|
Əlicançay-Xaldan
|
1931, 1932
|
2
|
710
|
1210
|
27
|
Vartaşençay-Vartaşen
|
1938-1957
|
2
|
30.6
|
1620
|
28
|
Girdimançay-Bruydal
|
1960-62
|
2
|
326
|
2260
|
29
|
Girdimançay-Küllülü
|
1929-1940
|
2
|
453
|
1570
|
30
|
Girdimançay-Gendob
|
1949-1965
|
2
|
326
|
1870
|
31
|
Dəmiraparançay-Savalan
|
14/12.1935-42
|
2
|
433
|
1260
|
32
|
Vəndamçay-Vəndam
|
1958-66
|
2
|
69.4
|
2130
|
33
|
Türyançay (Qarasu)-Savalan
|
6/4.1910,(6/4.1910) 1930-1967
|
2
|
1340
|
1280
|
32
|
Səngərüçay-Qalacıq
|
1967, 82
|
2
|
43.2
|
1140
|
33
|
Əyriçay-İsmayıllı
|
10/10.1931,(23/4.1958)
|
2
|
88.2
|
544
|
Statusda 1-açıq, 2-bağlı məntəqələri göstərir.
Yüksəkdağlıq ərazilərdə əvvəlki illərdə hidroloji məntəqələrin bağlanmasına əsas səbəbi kimi tez-tez yerini dəyişən məcranın olması göstərilir.
İqlimin çoxillik dəyişmələrində müəyyən qanunauyğunluqların aşkar edilməsi, təbiətdə baş verən müxtəlif fiziki proseslərlə bu dəyişikliklər arasındakı əlaqələrin aşkar edilməsi zamanı ilkin məlumatların həcmi, keyfiyyəti və statistik təhlili olduqca əhəmiyyətlidir. Müxtəlif yüksəkliklərdə çay axımını və axıma təsir edən atmosfer ünsürlərinin ölçülməsi üçün hidrometeoroloji müşahidə məntəqələrin varlığı çox vacibdir. Çünki son illərdə hidrometeoroloji təhlükəli hadisələrin sayının artması nəticəsində iqtisadiyyata və əhaliyə dəyən ziyanın boyük göstəriciləri tədqiq olunan ərazidə ildən-ilə daha da artır.
Çay hövzəsində gedən prosesləri təhlil etmək, onlarda baş verən hidrometeoroloji şəraiti qiymətləndirmək və coğrafi mühitlə qarşılıqlı təsirlərini müəyyənləşdirmək üçün lazımi miqdarda və kifayət qədər keyfiyyətli məlumat olmalıdır. Ümumiyyətlə çay axımının formalaşmasında iştirak edən amillər əsasən iki qrupa bölünür: iqlim amilləri (atmosfer yağıntıları və yeraltı sular barədə məlumatlar) və torpaq səthi amilləri (buxarlanma, havanın və torpağın temperaturu və rütubəti, torpaq ortüyü, relyeflə bağlı və s.) məlumatlardan istifadə olunur. Son zamanlar ikinciyə antropogen amilləri də aid edirlər.
Böyük Qafqazın cənub yamacında meteoroloji stansiyaların sayının hündürlüyün qradasiyalarına görə qruplaşması 3-cü cədvəldə verilmişdir.
Cədvəl 3
Meteoroloji müşahidə məntəqələrinin sayının hündürlüyün qradasiyalarına görə dəyişməsi (%-lə)
Hündürlük,
m
|
0-500
|
500-1000
|
1000-1500
|
1500-2000
|
2000>
|
Stansiyanın sayı
|
14.3
|
57.2
|
-
|
28.6
|
-
|
Cədvəl 3-dən göründüyü kimi məntəqələrin yarısından çoxu 1000 m-dən aşağı hündürlükdə yerləşir. Əsas axımın formalaşdığı hündürlük zonasında (1000-2000 m-də) məntəqələrin 29 faizi yerləşir. 2000 m-dən yüksəklikdə isə tədqiq olunan ərazidə meteoroloji stansiya yoxdur.
Böyük Qafqazın cənub yamacından axan çay hövzələrində fəaliyyət göstərən və bağlanan su ölçən məntəqələrin sayı 33-ə çatır. Göründüyü kimi, mövcud hidrometrik müşahidə məlumatları ardıcıl olmayıb, uzun və müxtəlif çay sululuğu olan dövrləri (illəri) tam əhatə etmir (Cədvəl 4). Buna görə də hidroloji və su təsərrüfatı hesablamaları üçün zəruri tələbləri ödəyə bilən axım sırasını müəyyən etmək məqsədilə onların uzun sıraya gətirilməsi tələb olunur.
Cədvəl 4
Müşahidə illərinin davamiyyətinə görə məntəqələrin paylanması
Ərazi
|
məntəqələr
|
Müşahidə illərinin davamiyyəti
|
<5il
|
6-10
|
11-20
|
21-30
|
31-40
|
41-50
|
50>
|
Cəmi
|
Böyük
Qafqazın
cənub yamacı.
|
məntəqə
|
5
|
4
|
4
|
1
|
1
|
2
|
16
|
33
|
%
|
15
|
12
|
12
|
3
|
3
|
6
|
49
|
100
|
Açılandan 2009-cu illər üçün cənub yamacda hidrometeoroloji məlumat toplularının ilkin təhlillərinin nəticələri.
Əlibəy
Əlibəy stansiyasında orta aylıq və illik temperaturun və müxtəlif temperatur tarixlərinin olması 1931-40-ci illər üzrə, 1931-44 illərdə müxtəlif aralıqda olan temperaturlu günlərin sayı, 1933-1940-ci illərdə orta minimal temperatur, 1931-1945-ci illər üçün maksimal temperaturun qiymətləri verilmişdir. Yağıntı və qar örtüyünün orta aylıq, illik miqdarı 1932-1944 illər üçün, müxtəlif qiymətli yağıntı günləri üçün1932-1944-cü illər üzrə, ongünlüklər üçün isə qar örtüyünün hündürlüyü 1931-1948-ci illərə görə qiymətləri verilmişdir. 1936-cı ildən 1950-ci ilə qədər illər üzrə yağıntının ən çox miqdarı 1943-cü ildə 1460mm, soyuq dövr üçün (XI-III) yağıntının ən çox göstəricisi 368mm 1938-cu ildə, isti dövr üçün (IV-X) isə 1946-cı ildə 1225mm olmuşdur.
1961-1965-ci illər. Əlibəy məntəqəsində havanın maksimal temperaturu bu dövr üçün avqust (17,90C ), minimal isə fevral ayında (-8,50C) müşahidə edilmisdir. Yaz və yay fəslindəki temperatur normadan 2 dəfə cox olmusdur. Maksimal yağıntı iyun (144,9 mm), minimal noyabr (2.0 mm) ayında bas vermisdir. Bu illər ərzində bütün fəsllərdə yağıntının normaya nisbətən artımı müşahidə edilir.
1966-1970-ci illər. Bu dövrdə maksimal temperatur (18,10C) 1966-cı ilin sentyabrında, minimal isə (-7.9oC) 1969-cu ilin fevral ayında olmusdur. Yaz və yay temperaturu normadan 2 dəfə cox olmusdur. Maksimal yağınti (60.6mm) 1968-ci ilin iyul, minimal (29.3mm) isə 1970-ci ilin mart ayında müşahidə edilmisdir. Qış və yaz fəslində normadan çox, yay və payiz fəslində isə azalmışdır.
1971-1975-ci illər. Maksimal (19.50C) 1975-ci ilin avqust, minimal isə (-8.90C) 1972-ci ilin fevral ayında müşahidə edilmişdir. Yaz və yay fəslində temperatur normadan çox olmusdur. Maksimal yağıntı (73.8mm)1973-cü ilin avqust ayında, minimal (3.8mm) 1973-cü ilin mart ayında olmuşdur. Bütün fəsillərdə yağıntılar normadan az olmuşdur.
1976-1980-ci illər. Maksimal (18.90C) 1980-cı ilin avqustunda, minimal (-8,30C) 1977-ci ilin fevralında müşahidə olunmuşdur. Yaz və yay fəslində temperatur normadan çox olmuşdur. 1977-ci ilin iyul ayında orta maksimal (51.3mm), 1976-cı ilin sentyabr ayında minimal (2.0mm) yagıntı müşahidə olunmusdur. Qışda, yazda yağıntı normadan çox və yayda, payızda isə az olmuşdur.
1981-1985-ci illər. Maksimal (18.80C)1984-cü ilin avqust, minimal (-6.40C) 1982-ci ilin mart ayında olmuşdur. Fəsillər üzrə vəziyyət əvvəlki dövrdəki kimidir. Qış və payızda yağıntı azalır, yaz, yay fəslində artır. Maksimal (44.3mm) 1983-cü ilin sentyabr, minimal (4.8mm) 1982-ci ilin yanvar ayında olmuşdur.
1986-1990-ci illər. Temperatur yaz, yay fəslində normadan çox, qalan iki fəsildə az olmuşdur. Maksimal (18,30C) 1989-cu ilin avqustunda, minimal isə (-6,60C) 1989-cu ilin avqustunda müsahidə edilmişdir. Maksimal yağıntı (63,8 mm) iyun 1986-cı ildə, minimal (13mm) fevral 1989-cu ildə müşahidə edilmişdir. Qış, yaz fəslində normadan çox, yay, payızda az olmuşdur.
1991-1995-ci illər. Maksimal temperatur (200C) 1995-ci ilin iyul, minimal isə
(-13.40C) 1993-cü ilin fevralında muşahidə edilmişdir. Orta maksimal yağıntı (48.4mm) 1993-ci ilin sentyabrında, minimal yağıntı (8.3mm) 1994-cü ilin yanvar ayında olmuşdur. Fəsillər üzrə temperaturun və yağıntınin normadan olan vəziyyəti əvvəlki dövrdəki kimidir.
1996-2000-ci illər. Maksimal temperatur (23.90C) 2000-ci ilin avqustunda, minimal isə (-9.90C) həmin ilin yanvar ayında muşahidə edilmişdir. Orta maksimal yağıntı (67.2mm) sentyabr ayında olmuşdur.
2001-2009-cu illər. Maksimal temperatur (21.30C) 2006-cı ilin avqustunda, minimal temperatur (-6.40C) 2004-cü ilin yanvarında, maksimal yağıntılar isə (59mm) 2008-ci ilin may ayında olmuşdur.
Baxılan illərin (1961-2009) məlimatlarının ilkin təhlilində Əlibəy stansiyasında ilin isti dövrünə nisbətən soyuq yarımilliklərdə (oktyabr-mart ayları) şimal (31.5-34.7%), şimal-qərb (17.6-20.1%) küləkləri və şələkətli (31.3-34.6%) hava şəraiti üstünlük təşkil etmişdir. İlin isti dövründə isə simal istiqamətli küləklərin təkrarlanması soyuq yarımilliyə nisbətən az olaraq 18.7-27.9% arasında dəyişmişdir. İlin isti dövründə həmçinin cənub küləklərinin təkrarlanması soyuq yarımilliyə nisbətən 2 dəfə çox olaraq 26.1-41.3%-ə çatmışdır. Aprel-may aylarında ilin digər aylarına nisbətən küləksiz günlərin (şələkətli) havanın təkrarlanmasının daha az olması (26.8-29.2%) müşahidə edilmişdir. İlin bütün aylarında isə şimal-şərq və şərq küləklərinin təkrarlanması 3.6-5.8%, cənub-şərq küləkləri 13.9-18.1%, cənub-qərb və qərb küləkləri 1.5-3.9% təşkil etmişdir.
Cədvəl 5
Əlibəy məntəqəsi üzrə temperaturun dəyişməsi (0 C)
Dövrlər
|
Qış
|
Yaz
|
Yay
|
Payız
|
Illik
|
XII-II
|
III-V
|
VI-VIII
|
IX-XI
|
1961-1990
|
-0,5
|
4,7
|
14,7
|
6,8
|
6
|
1991-2011
|
1,1
|
5,1
|
15,1
|
7,4
|
7,4
|
Fərqi
|
0.6
|
0.4
|
0.4
|
0.6
|
1,4
|
Şəkil 1.Əlibəy məntəqəsi üzrə temperaturun dəyişməsi (0 C)
Cədvəl 6
Əlibəy məntəqəsi üzrə yağıntıların miqdarının dəyişməsi (mm)
-
Dövrlər
|
Qış
|
Yaz
|
Yay
|
Payız
|
Illik
|
XII-II
|
III-V
|
VI-VIII
|
IX-XI
|
1961-1990
|
43,2
|
106,6
|
117,7
|
86,7
|
1065,3
|
1991-2011
|
42.3
|
118,1
|
127,5
|
80.3
|
1203,7
|
Fərqi
|
-0.9
|
11,5
|
9,8
|
-6.4
|
138,4
|
Şəkil 2. Əlibəy məntəqəsi üzrə yağıntıların miqdarının dəyişməsi (mm)
Qəbələ
5il>
Dostları ilə paylaş: |